Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə41/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   37   38   39   40   41   42   43   44   ...   167

 126 

koksundən sancdı, dartıb Aruzu at üzərindən yerə saldı, qılıncını 

sıyırıb başını  kəsmək istədi, birdən gözləri bir kənarda vurnuxan 

Turala sataşdı. Qazan oğlunun dəhşətdən bərəlmiş gözlərini gördü və 

o saatca qərara gəldi, Aruzu göstərib: 

—Oğul, Tural, — dedi, — bunun başını sən kəsəcəksən. 

Qazan atını çapıb ötdü, döyüşənlərin içinə girdi, sanasan ki, qara 

qazın içinə şahin girdi. 

Tural atdan endi, qılıncını  çəkdi, amma öldürə bilmədi. Aruzun 

mərhəmət diləyən gözlərini gordü, qılıncını  qınına saldı, atını 

sıçradıb çapdı. Aruz yavaş-yavaş yerində dirsəkləndi, son gücünü 

toplayıb oxunu yaya qoydu, uzaqlaşan Turalı nişan aldı. Atdı. Ox 

Turalın kürəyinə  dəydi. Alca qanı  şorladı. Qolunu köhlən atının 

boynuna doladı, qucaqladı, yalmanına yatdı, sonra aşağı sürüşdü, 

ayaqları üzəngidən qopmadı, atın belindən sallanıb qaldı. At yaralı 

sahibini doyüş meydanından çıxartdı, üzünü dağlara tutub uzaqlaşdı. 

Aruz oxunun dəydiyini görüb məmnun-məmnun güldü, amma 

ağrıdan ağzı  əyildi, başı yana əyildi, canı  çıxdı. Döyüş meydanının 

müxtəlif yesrlərində igidlər bir-bir tələf olurdular. Qazanın atı da, 

özü də qılınclandı. Qarabudaq həlak oldu. Əmən həlak oldu, Dondar 

həlak oldu. İgidlər də, atlar da bir-bir yıxılıb qalırdı. 

*** 

Qara niqablı atlı  hələ  də meydanda cövlan edirdi. Ona qarşı  ağ 

niqablı bir igid gəldi, onu qılıncladı, böyürdüb atdan saldı, qanını 

şorlatdı. Qara niqablı atlı yerə yıxılarkən niqabı üzündən düşdü — bu 

Yalıncıq idi. O, son gücünü toplayıb süngüsünü ağ niqablı igidin 

kürəyinə sancdı. Ağ niqablı atından yıxıldı, yerə  sərildi. Yalıncıq 

ölürdü, ancaq öldüyü an onu öldürənin və öldürdüyünün kim 

olduğunu bilmək istədi, zəif bir hərəkətlə  əlini uzatdı, ağ niqabını 

üzündən qopartdı.  Bu Banıçiçək idi. 

O artıq ölmüşdü. Həmin an Yalıncığın da canı  çıxdı  və o, 

Banıçiçəyin ayağları altında yıxılıb hərəkətsiz qaldı. 

*** 

Meydanda ancaq qalaq-qalaq insan  meyidi, at leşi vardı.  Onlar 

da daşlaşıb heykəllərə dönürdülər. Amma heykəllər də biçimlərini, 

şəkillərini itirirdilər, adicə daş topalarına çevrilirdilər. 

İndi bu geniş meydanda əcaib daş  yığnaqlarından, qəribə 

qayalardan başqa heç bir şey  qalmamışdı... 

Təpənin başında dayanmış Dədə Qorqud üzünü tutub ağlayırdı. 



 127 

*** 

...Turalın atı çapıb sahibini uzaqlara, dağların arxasına aparırdı... 



*** 

Meydandakı daş qalıqları arasında saçları  pərişan, yumru-yumru 

ağlayan qadınlar, qızlar, qocalar dolaşırdılar. Onların içində boyu 

uzun Burla xatun da var idi, Günel də. Qadınlar bir-bir igidlərin adını 

çəkib zarıldayırdılar. — Qazan vay! Əmən vay! Aruz vay! Qarabudaq 

vay! Tural vay!.. 



*** 

...Dədə  Qorqud  öz  məzarı başında oturub qopuz çalırdı. Söylədiyi 

əhvalat sona yetmişdi. Dədə Qorqud deyirdi: — Hanı dediyim alp 

ərənlər? Dünya mənim deyənlər? Əcəl aldı, yer gizlədi, fani dünya kimə 

qaldı! Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya! Qoca Qorqud ölür 

oldun, onu bil! Karvan getdi, sən gecikdin, onu bil. Əl-aqibət uzun yaşın 

ucu ölüm, axırı ayrılıqdır.  

Dədə Qorqud sözünü deyib qurtardı, qopuzunu götürüb koynəyinə 

taxdı, bir kənara qoydu, sakitcə  məzarına baxdı, üsulluca ora girdi, 

uzandı, fısıllıqdan ala ilan çıxıb fışıldaya-fışıldaya məzara tərəf süründü. 

Dədə Qorqud gözlərini yumub gözləyirdi. Birdən uzaqdan səslər 

eşitdi, gözlərini açdı, başını qaldırdı, diqqət elədi. Uzaqdan ona tərəf bir 

qadın və bir gənc qız gəlirdi.  İkisi də  pərişan saçlıydı, ikisi da zar-zar 

ağlayırdı. Biri boyu uzun Burla xatun, o biri Günel idi. Burla xatun qarğış 

edirdi: — Nə Qazılıq dağı, axar sənin suların! Axar ikən axmaz olsun! 

Bitər sənin otların, Qazılıq dağı! Bitər ikən bitməz olsun! Təbiət ana 

qarğışına müti olurdu. Axıntılı sular quruyurdu, otlar, çiçəklər saralıb-

solurdu. 

Burla xatun deyirdi: 

—Hardasan, ay oğul, Turalım! Ölənlər içində  səni tapmadım, 

yaralılar içində bulmadım. Oğul, oğul, ay oğul! Harda qaldın, onu 

bilsəm! 


Dədə Qorqudun yanına gəldilər. Dədə Qorqud isə onlara 

baxmırdı, onun diqqətini başqa bir şey cəlb etmişdi. Dədə dağın o 

biri tərəfinə baxırdı. Dağın ardından  qarğa-quzğun havalanıb qalxır, 

sonra yenə aşağı enirdi, yenə uçurdu, yenə qonurdu. 

Dədə Qorqud Burla xatuna bunu göstərdi: 

—Xanım, — dedi, — ağlama, oğlun salamatdır, gedin dağın 

güneyinə. 

*** 



 128 

Alçaqdan uca yerlərə çapıb, ucadan alçaq yerlərə endilər. 

Gördülər ki, Tural bir dərənin çalovunda yıxılıb qalıb. At da 

yanındadır. Qarğa-quzğun qan iyinə  gəlib oğlanın üstünə qonmaq 

istəyir, at şıllaq atıb qarğa-quzğunu qovur, qonmağa qoymur. Qarqa-

ğuzğun qalxıb-endikcə toz gah qalxır, gah durulurdu. 

Dədə Qorqud oğlanın yarasına baxıb: 

— Xanım, bu yaradan qorxma, — dedi, — bu yaradan oğlana 

ölüm yoxdur. Ana südü, bir də dağ çiçəyi onun yarasına məlhəmdir. 

Dədə Qorqud sonra Günelə dedi: — Qızım, qalx dağın döşünə, 

çiçək dər gətir, — nişanlının yarasına bas. 

Günel dağdan utanaraq yaşmaqlandı, yamaca çapdı. Dağın döşü 

yapyalın idi, nə bir ot, nə bir çiçək. Günel nə  qədər gəzdi, bir şey 

tapmadı. 



*** 

...Burla xatun əmcəyini sıxdı, südü gəlmədi, iki sıxdı, südü 

gəlmədi, üçüncüdə qan qarışıq gəldi. Ana südündən üç damcı Turalın 

dodaqlarına damızdırdı. 



*** 

Günel üzünü ot bitməz, çiçək açmaz dağın zirvəsinə tutub dedi: 

—Yüksək dağım, gözəl dağım. Anam deyərdi ki, sən Qazılığ dağı, 

bizim hamımızın, Oğuz qızlarının, gəlinlərinin qayınatasısan. Otunu, 

çiçəyini Turaldan əsirgəmə, Qazılıq dağı.  

Həmin andaca dağın döşü çiçəkləndi, otlandı, yaşıl sarıya, sarı 

qırmızıya qarışdı. Günel çiçəkləri toplamağa başladı, qaçıb Turalın 

yanına gəldi, çiçəkləri sıxdı, suyundan iki-üç damcı Turalın yarasına 

damızdırdı. Tural aram-aram gözlərini açdı, duman içində anasını 

gördü, sevgilisini gördü, Dədə Qorqudu gördü, vəfalı atını gördü, 

çiçəkli dağları, açıq səmanı, dünyanı gordü, gülümsündü. 

Dədə Qorqud, Burla xatun, Günel və Tural harasa gedirdilər. 

Onlar  gəlib haman döyüş meydanına çıxdılar. 

Bura tamam dəyişmişdi, Qaraca Çoban yöndəmsiz daş qalığlarını 

dığırlayıb kənara atırdı. Daşlardan boşalmış meydanda öküzlər cüt 

sürür, adamlar holavar çağıra-çağıra torpağı xışlayırdı. Qaraca Çoban 

qan-tər içində torpağı daşdan-kəsəkdən təmizləyirdi. Beyrəyin 14 

yaşlı oğlu ona kömək edirdi. 

Dədə Qorqud: — Çoban, oğul, nə edirsən belə? — dedi. 

Qaraca Çoban: 

—Torpağı təmizləyirəm, Dədə — dedi. — İstəyirəm şumlayağ, əkək, 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə