Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə40/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   36   37   38   39   40   41   42   43   ...   167

 123 

Alp Aruz dedi: 

—Görürsünüzmü ki, mən  Oğuz igidlərindən ancaq sizi, yəni qan 

qohumlarımı çağırmışam. Çünki belə gündə ürəyim ancaq sizə qızar. 

Bilirsiniz ki, Qazanın heç vaxt mənimlə arası yox idi, indi isə açıq 

düşmən olub. Deməli o sizin də düşməninizdir. İndi Beyrək də gəlib 

çıxıb. Qazanın bir gücü iki olub. Beyrək toyuna bizi çağırmadı, açıq 

ədavət bağladı. İndi tədbiriniz nədir igidlər, nə deyirsiniz? 

Dəli Qoçər xumar-xumar Alp Aruzu süzərək dedi: — Nə deyəcəyik. 

Çünki sən Qazana düşmən oldun, biz də düşmənik. 

Aruz: 

—İgidlər, — dedi, — and için! İgidlər: — sənin dostuna dost, 



düşməninə düşmənik, — dedilər. 

Dəli Qoçəri yuxu aparmışdı. 

Alp Aruz ona baxıb dedi: 

—Beyrək bizdən qız almışdır, Dəli Qoçərin yeznəsidir. Amma 

Qazanın da sağ  əlidir. Gəlin  Beyrəyə  xəbər göndərək ki, gəl bizi 

Qazanla barışdır. Onu bura gətirək. Bizə müti olursa xoş, olmaz isə 

mən saqqalından yapışım, siz qılınc vurun, paralayın. Beyrəyi aradan 

götürək. Ondan sonra Qazanla işimiz asan olar. 



*** 

Aruzdan Bayat obasına adam gəldi, Beyrəyin yanına girdi. 

—İgid, Aruz sənə salam göndərdi, Beyrək gəlsin, Qazanla bizi 

barışdırsın, dedi. 

Beyrək: 

—Xoş ola, — dedi, atın çəkdi, mindi, Aruzun evinə gəldi, igidlər 

oturan otağa girib salam verdi, Aruzun yanında əyləşdi. 

Aruz Beyrəyə dedi: 

—Bilirmisən Beyrək, səni niyə çağırdıq?  

—Niyə çağırdınız?  

Aruz: 

—Bütün bu oturan igidlər Qazana düşmən olduq, and içdik, — 



dedi, — sən də and iç. 

Beyrək  ətrafa  göz gəzdirdi, gərginliklə ona zillənmiş gözləri 

gördü, dedi: 

—And içirəm ki, mən heç  vaxt  Qazana düşmən olmaram. Mən 

Qazanın nemətindən çox yemişəm, bilməzsəm gözümü tutsun. Qazılıq 

atını çox minmişəm, bilməzsəm mənə tabut olsun. Yaxşı qaftanlarını 

çox geymişəm, bilməzsəm kəfənim olsun. Qazanın evini evim, 



 124 

ocağını ocağım bilmişəm, ağlayanda ağlamışam, güləndə gülmüşəm. 

Mən Qazandan dönmərəm, bunu bilin. 

Aruz  əl atıb Beyrəyin saqqalını tutdu. Beyrək qımıldanmadı, 

yerindən tərpənmədi. Aruz igidlərə baxıb işarə elədi.  İgidlər 

qılınclarını sıyırdılar, amma heç biri Beyrəyə qıyıb əl qaldırmadılar. 

Beyrək dedi: 

—Aruz, mənə bu işi edəcəyini bilsəydim,  əyni bərk dəmir 

donumu geyərdim, qara polad üz qılıncımı belimə bağlardım, 

alagözlü igidləri yanıma salardım. 

Alçaq, mən bu işi duysam belə  gələrmiydim? Aldadıb  ər tutmaq 

arvad işidir, arvadındanmı öyrəndin sən bu işi, namərd? 

Aruz dedi: 

—Boş-boş danışma. Qanına susama. Gəl biz dediyimizə and iç.  

Beyrək dedi: 

—Mən Qazanın uğrunda baş    qoyaram.  Neçə il dustaq oldum, 

dostlarımdan, elimdən dönmədim, indi də dönmərəm, istəyirsən məni 

yüz para elə. 

Aruz igidlərə baxdı, gördü kimsə yerindən tərpənməz, özü qara 

polad üz qılıncı dartıb Beyrəyin sağ oyluğunu çaldı, qana bulaşdı. 

Beyrəyin başı bükülü oldu. İgidlər səssiz-səmirsiz dağılışdılar. 

Hərəsi öz atına mindi. Beyrəyi də atına yüklədilər, atın tərkinə adam 

mindi, Beyrəyin cəsədini tutdu, Beyrəyi obasına yetirdi, Bayatın 

kənarında yerə qoydu, cübbəsini üzərinə örtdü, çapıb getdi. Beyrək 

zarıdı, Banıçiçək səsə  gəldi. Beyrəyi qanına qəltan görüb bayıldı. 

Beyrək ağır-ağır nəfəs alırdı. Əhvalatı qırıq-qırıq Banıçiçəyə söylədi: 

—Sevdiciyim, — dedi, — tez tərpənmək lazımdır. Çap Qazanın 

divanına, sən sağ ol, Beyrək öldü, de. De ki, mənim qanımı namərd 

dayısı Aruzda qoymasın. De ki, Aruz namərdləri ilə bura gəlmədən, 

elim-günüm çapılmadan, Qazan özünü yetirsin. Səni, bacılarımı, qoca 

atamı, anamı, Qazana tapşırıb gedirəm, oğlumuzu da Qaraca Çoban igid 

boyütsün, — deyə Beyrək gözlərini yumdu. Banıçiçək hönkürüb onun 

üstünə yıxıldı. 

*** 

...Qazan dəsmalını əlinə alıb honkür-honkür ağlayırlı. Qarabudaq 

da, Dondar da. 

*** 

...Uca dağın başında Qaraca  Çoban başına daşları tökə-tökə 

ağlayırdı... 



 125 

Qazan durub öz otağına çəkilmişdi, kimsəni yanına buraxmırdı. 

Tural Qılbaşa yanaşdı: 

—Qılbaş, yeddi gündür atam otağından çıxmır, — dedi, — bir 

yanına girsənə. 

Qılbaş; 


—Sən oğlusan, sən get, — dedi. Nəhayət, ikisi bir yerdə Qazanın 

otağına girdilər. 

Tural: 

—Ata, — dedi, — bir igid aramızdan  əksildi. Başını bizim 



yolumuzda qoydu. Sənə ismarlamış ki, qanını yerdə qoymayasan, 

alasan. Ağlamaqdan nə  çıxar? Deyirəm ki, namərdləri haqlayaq, 

Beyrəyin qanını alaq.  

Qazan ağır-ağır başını qaldırıb: 

—Bəli, qana qan, — dedi, — Qılbaş, de ki, tez cəbbəxananı atlara 

yükləsinlər.  İgidlər hazır dursun. Cəmi igidlər yaraqlandı, 

yasaqlandı, atlandı. Çəkdilər Qonur atı Qazan mindi. Borular çalındı, 

sinç vuruldu. 

Gecə bilmədilər, gündüz demədilər, yortdular. Qazan yanında 

çapan oğluna döndü: 

—Oğul, Tural, — dedi, — bu döyüş sınaq döyüşüdür. Ya onlar bizi 

yenəcəklər, ya biz onları. Gərəkdir ki, sən bu doyüşdə hünər göstərəsən

mənə arxa olasan, Beyrəyin yerini tutasan. 

Tural çevrilib arxaya baxdı. Ağlar gözlü Günel Bayat obasının 

kənarına çıxdı, Turalın ardınca baxırdı. 

Aruz və onun adamlarına xəbər yetdi. Yaraqlanıb, yasaqlanıb, 

atlanıb Qazangilə qarşı  gəldilər. Savaş başlandı; koksü yaşıl ulu 

dağlar belə vuruşma gorməmişdi. Dibi dərin dar dərələr belə döyüş 

bilməmişdi. Bir təpənin başında dayanmış  Dədə Qorqud igidlərə 

yalvarırdı, bu qardaş qırğınına son qoymaqa çağırırdı. 

Ona məhəl  qoyan yox idi. Alp Aruz meydanda at təpdi, Qazanı 

görüb bağırdı. 

—Hey Qazan, gəl bəri, başını kəsim atım. 

Qazan qalxanını yapındı, süngüsünü əlinə aldı, başı üzərinə 

çevirdi: 

—Hey Aruz, — dedi, — müxənnətliklə ər öldürmək necə olur, mən 

sənə göstərərəm.  

Aruz Qazanın üzərinə at saldı. Qazanı  qılıncladı, zərrə  qədər kəsə 

bilmədi, otüb keçdi. Növbə Qazana çatdı.  İti süngüsünü Aruzun 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə