Hər bir mənzilin öz torpaq sahəsi olan mənzilyanı sahələri olan evlər



Yüklə 14,57 Kb.
tarix14.03.2023
ölçüsü14,57 Kb.
#102473
ömər


Tikintinin xarakterindən asılı olaraq mənzilli yaşayış evləri iki tipə bölünür:

  • - hər bir mənzilin öz torpaq sahəsi olan mənzilyanı sahələri olan evlər;

  • - ümumi istifadə üçün nəzərdə tutulmuş ümumi yaşıllıq ərazisi olan binalar (şəhər tipli).

Mənzilyanı sahələri olan evlər 1-2 mərtəbəli tikilir və əsasən kənd və qəsəbə tikintisində tətbiq edilir.
Mənzilyanı sahələri olmayan binalar tikintidə daha qənaətlidir. Hal hazırda çoxmənzilli, çox mərtəbəli yaşayış binaları şəhər tikintisinin əsas növüdür. Belə binalar öz memarlıq-planlaşdırma quruluşuna görə bir neçə növə bölünür:
- seksiyalı binalar – planlaşdırma təşkili hər mərtəbədə pilləkən meydançasında bir neçə mənzilin planlaşdırılmasını nəzərdə tutur. Seksiyaların sayı binalarda müxtəlif ola bilər (orta hesabla 3-dən 8-10-a qədər);
- birseksiyalı və ya «qülləvari» binalar;
- koridor tipli binalar planlaşdırma quruluşu onunla müəyyənləşir ki, hər mərtəbədəki mənzillər bir ümumi koridora çıxır;
- qalereya tipli binalar – mənzillər hər mərtəbədəki açıq qalereyalara çıxır.
Bu tiplərdən hər birinin üstün cəhətləri və nöqsanları var. Seksiya quruluşlu binalarda mənzillərin yığcamlığı və yaxşı izolyasiyası təmin edilir. Qülləvari binaların yığcamlığı isə sahələrin tikintisi üçün rahatdır. Bundan əlavə yüksək kompozisiya ifadəli tikinti silueti yaradılmasına təsir göstərir. Koridor sistemli planlaşdırma mənzillərin yaxşı izolyasiyasını təmin etmir, amma o kiçik mənzillərin və ayrı-ayrı otaqların qənaətli yerləşdirilməsini təmin edir. Qalereya tipli binaların tikintisi başlıca olaraq cənub rayonları üçün məqsədəuyğundur.
Yüklə 14,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə