Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə311/340
tarix26.08.2018
ölçüsü4,41 Mb.
#64733
1   ...   307   308   309   310   311   312   313   314   ...   340

907 

 

həmişə  imaməl-cin  və-n-nasın  (İmam  Rzanın  -  Ş.F.)  müqəddəs 



ruhundan  kömək  istəyirdi.  Nəticədə,  onun  sidq-niyyəti  və  mətləbi 

hasil oldu, türki it ilinin əvvəlindən başlayaraq fəth və zəfər qapıları 

aman  və  amal  çöhrəsinin  üzünə  açıldı,  qələbə  küləkləri  əsməyə 

başladı.  Bu  dastanın  şərhi  gələn  il  hadisələrinin  bəyanı  zamanı  

yazılacaqdır, qoy Allahdan kömək və hidayət olsun.

622


 

 

HİCRİ TARİXLƏ MİN YEDDİNCİ (MİLADİ 1598/99) İLƏ 

BƏRABƏR OLAN TÜRKİCƏ MÜBARƏK İT İLİNDƏ, 

[YƏNİ] HÜMAYUN CÜLUSUN ON İKİNCİ İLİNDƏ BAŞ 

VERƏN SƏADƏTBƏXŞ HADİSƏLƏRİN ZİKRİ 

 

Məclislər bəzədi yenə dəfələk,  



Növbəti novruz da yetişdi gerçək.  

Şöhrəti ərşəcən şahın ucaldı,  

Mavi asimana gurultu saldı.  

Çəmənin sinəsi behiştə döndü,  

Ordibehişt ayı yenə göründü.  

Qoşunu gül qədər sonsuz olan şah,  

Yaşıl ot üstündə qurdu barigah.

623


 

 

Səadətlə  başlayan  bu  ilin  dövləti  işıqlandıran  novruzunun 



gəlişi əzəmətli şəban (şəbanül-müəzzəm) ayının on birinə (9 mart), 

düşənbə  gününə  düşdü.  Əlahəzrət  zilləllah  şah  İsfahan 

darüssəltənəsində işrət [məclisi] qurdu. Ruzigarın köksü ənbər ətirli 

nəsimlərdən  ənbər  qoxulu  güllərlə  doldu,  [o  həzrət]  böyük 

şadyanalıqla seyr və söhbətlə məşğul oldu. 

Bu ilin əvvəllərində, özbəklərin yanına elçi kimi göndərilən 

və  Heratda  Abdulla  xanla  görüşən  Məhəmmədqulu  bəy  Eşikağası 

Ərəbgirli  geri  qayıtdı,  onunla  birlikdə  Abdulla  xanın  göndərdiyi 

                                                           

622


 İfadənin ərəbcəsi: "minhu-l ianə va-t-tavfiq". 

623


  Beytlərin farscası: 

Baz fələk əncomənəfruz şod,  

Novbətiye xosrove-novruz şod.  

Kovkəbeye-xosrove-gərdunsəmənd 

Qolğole dər gonbəde-mina fekənd.  

Səhne-çəmən baz ço səhne-beheşt,  

Taze şod əz məqdəme-ordibeheşt.  

Xosrove-gol gəst-rəyahinsepah,  

Zəd besəd ayin beçəmən bargah. 



908 

 

Tatlıq bahadır da gəlib ülfət və tanışlıq qapılarını açdı, Mir Qulbaba 



Kukəltaşın  şaha  yazdığı  sədaqət  ayinli  məktubunu  gətirdi.  O, 

Heratda  kədxuda  təyin  etdiyi  oğlunun  ulus  toyu  hədiyyəsini  də 

göndərmişdi.  Mavərənnəhrin  böyük  nəqiblərindən  olan  Mirzə  bəy, 

həmçinin  nəqşbəndiyyə*  təbəqəsindən  oaln  xacələr  Kasğər 

sultanlarının  möhtərəm  qadınlarından  ibarət  öz  xanəköçləri  ilə 

birlikdə islamın dini mərasimini (höccətül-islam) icra etməkdən ötrü 

Məhəmmədqulu  bəy  və  Tatlıq  bahadırla  birlikdə  bu  vilayətə 

gəldilər.  Əlahəzrət  zilləllah  şah  çoxlu  izzət  və  ehtiram  göstərdi  və 

onlar  öz  məramlarının  icrası  üçün  faydalı  (xeyrəsər)  Beytullahül-

hərama  rəvan  oldular,  amma  yolda  ikən  (Mirzə  bəy)  təbii  əcəllə 

vəfat  etdi,  öz  məqsədinə  çata  bilmədi.  Zamanın  istəyi  ilə  söz 

ustadlarının  vətəni  olan  Xorasan  özbəklərin  əlinə  keçmişdisə  də, 

əlahəzrət  daim  oranın  geri  alınması  barədə  düşünür,  heç  vaxt  bu 

fikir  və  əndişədən  əl  çəkə  bilmirdi,  çünki  İran  məmləkətlərinin 

ziynətini  artıran  və  bu  dudman  hökmranlığının  bəzəyi  olan 

müqəddəs Məşhəddə imaməl-cin  və-n-nasın  mələk aşiyanlı məzarı, 

həmçinin o həzrətin (Şah Abbasın - Ş.F.) doğulub boya-başa çatdığı 

Herat darüssəltənəsi də vardı. 

Amma, "zəmanənin istəyinə müvafiq olaraq"

624


 əlahəzrətin 

istəyinin  sirrli  (xəfa)  qapısı  [hələ]  bağlı  idi.  Ümumiyyətlə,  zəruri 

işlərin  yerinə  yetirildiyi  və  məmləkətlərin  tüğyançıların  tör-

töküntülərindən təmizləndiyi bu  vaxtlarda Əbdülmömin xanla  atası 

arasında  daim  küdurət  və  dava-dalaş  olması  barədə  xəbərlər 

gəlməkdəydi.  Qeybdən  gələn  bir  səda  şaha  xatırlatdı:  "Abdulla 

xanın  tərbiyətləndirdiyi  və  dövlətin  etimadlı  adamı  olan  Herat 

hakimi Mir Qulbaba  Kukəltaş Əbdülmömin xanın qorxusundan bir 

gün  cahanpənah  dərgaha  gələcək,  öz  sədaqətini  göstərmək 

istəyəcəkdir.  Abdulla  xanla  onun  ülfət  və  dostluğu  pozulduğuna 

görə də o, məhz öz məhəbbət və dostluğunun izharı üçün ali saraya 

elçi göndərmişdir. Abdulla xan ilə oğlu arasındakı vəziyyət qorxulu 

hal aldığı  və aralarında dava-dalaş olduğu bir  vaxtda biz də  gərək, 

ruzigarın məsləhəti ilə, bu tərəfdən Abdulla xanla dostluğa başlayaq, 

onun elçisi ilə elçi[mizi] göndərək və naxələf oğlunun atasına qarşı 

etdiyi  cürət  və  cəsarətini  pisləyək,  Əbdülmömin  xanın  zəbtindəki 

müqəddəs  Məşhədi  və  başqa  yerləri  almaqdan  ötrü  Xorasana  üz 

tutaq.  Ata  və  oğulun  bir-biriləri  ilə  məşğul  olduqları  bu  əyyamda, 

                                                           

624


 İfadənin ərəbcəsi: "Əmmə bi-muqtədayi-l-umur mərhumətun bi ovqatinə". 


909 

 

[təbii  ki,]  üsyan  etdiyinə  görə  oğlunun  şövkət  və  qüdrətinin 



azalmasına  çalışan  Abdulla  xan  [hücuma  keçdiyimiz  vaxt]  oğluna 

kömək etməyəcəkdir. Nəticədə, Allahın köməyi ilə, o vilayətin fəthi 

asanlıqla  baş  verər.  [Buna  görə  də,  hal-hazırda]  Abdulla  xana  elçi 

göndərməyimizin  bizim  dövlət  qəsrimiz  üçün  heç  bir  qüsuru 

yoxdur". Əlahəzrət, dilli-dilavər bir adam olan Məhəmmədqulu bəyi 

bu niyyət ilə elçi təyin etdi, töhfə və hədiyyələr tədarük edərək, bəyi 

bu  səfərə  hazırladı,  Xorasana  aparılacaq  şeyləri  müəyyənləşdirdi. 

Qərara  aldı  ki,  məhrusə  məmləkətlərdən  on  min  nəfər  tüfəngçi 

toplanıb hümayun orduya gətirilsin. Şahın belə bir qərarı vardı ki, bu 

elçi gedəndən sonra Mir Qulbaba  Kukəltaşa hümayun  yürüş haqda 

xəbər yollasın və müqəddəs Məşhədə tərəf yola düşsün. 

Elə bu əsnada, Xorasanın hər tərəfindən gələn qasidlər belə 

xəbər  gətirdilər  ki,  Abdulla  xan  bu  fani  aləmlə  vidalaşıb  üqba 

aləminə yollanmış, xanın divanbəyisi və dövlətinin ən ümdə adamı 

(ümdətülməmalük)  olan  Məhəmməd  Baqi  bəy  və  əksər  özbək 

əmirləri  istər-istəməz  Əbdülmömin  xanın  səltənət  və  padşahlığı 

xüsusunda onunla ittifaq etmiş, dövlətin ipini onun ixtiyar və iqtidar 

əlinə vermişlər. 

Amma,  Abdulla  xanın  Səmərqənd  və  Daşkənddə  olan 

qardaşı oğlu Hezarə Sultan, həmçinin Dostum Sultan, Özbək Sultan 

və  xanın  başqa  qohum-qardaşları,  ya  Əbdülmömin  xana  etibar 

etmədiklərindən,  yaxud  özlərinin  istiqlalından  ötrü  bu  məsələ  ilə 

razılaşmayaraq,  ona  qarşı  müxalifətə  qərar  verdilər,  Əbdülmömin 

xandan  qorxan  hər  özbək  əmir  və  əyam  həmin  dəstənin  ətrafında 

toplaşdılar, xan da onların fitnəsini dəf etməkdən ötrü yola düşdü və 

indi özbəklər arasındakı çaxnaşma davam etməkdədir. Bu xəbərləri 

öyrəndikdən sonra şah yubanmadan Xorasana getməyi qərara aldı və 

bu yürüşə hazırlaşmağa başladı. 

Birinci  səhifədə  göstərilmişdi  ki,  İranın  vəziyyəti  və 

kambəxş  şəhriyarın,  yəni  əlahəzrət  zilləllah  şahın  səltənəti 

əyyamında baş verən hadisələr zamanı, kəlamın və məqamın yerinə 

görə,  özbəklərin  və  rumilərin  bəzi  məsələlərinə  də  toxunulacaqdır. 

Gərək  Abdulla  xan  və  Əbdülmömin  xanın  vəziyyətləri,  eləcə  də 

onların  arasında  tədricən  başlayan  vəhşət  və  savaş,  həmçinin 

Abdulla xanın vəfatı qəziyyəsi, oğlunun taxta cülusu, şahın Xorasan 

səfəri  zamanı  Əbdülmömin  xanın  əhvalatı  zirək  qələm  (kelke 

noktəpərdaz) vasitəsilə icmal şəklində yazılsın. Buna görə də gözəl 

yerişli qələm baş verən bu hadisələr meydanında cövlana gəldi. 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   307   308   309   310   311   312   313   314   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə