Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə308/340
tarix26.08.2018
ölçüsü4,41 Mb.
#64733
1   ...   304   305   306   307   308   309   310   311   ...   340

898 

 

etdi. Rumilərin  mirsəncəqi  və bu qalanın hakimi olan  yuxarıda  adı 



çəkilən  Şahrux  cəng  zamanı  ağır  yara  aldığından,  onu  orduya 

gətirdilər  ki,  cərrahlar  müalicəsinə  başlasınlar.  Orduya  gəlib 

çatdıqda vəfat etdi, Şahverdi xanla həmin qalaya gələn adamların bir 

hissəsi isə cəngdə öldürüldü. 

Allahverdi Xan Şahverdi xanı qardaşları, yaxın adamları və 

əsirlərlə birlikdə özü ilə orduya gətirdi. Sədmərə çayının kənarında 

Şahverdi  xanın  boynuna  zəncir  saldılar,  Allahverdi  xan  zəncirin 

ucunu əlinə götürüb hümayun dövlətxananın qapısına gətirdi, iqbal 

münhilərinin vəziyyətlərinin təsviri bu sözlərlə tərənnüm olundu: 

 

Şer 



 

Ayrılıq səmtinə cəhd eləyən kəs  

Başını zəncirdən qurtara bilməz

615


 

Şahverdi xan xoş simalı  və  gözəl görkəmli bir adamdı. O, 



əgər  bu  vaxtlar  dəbdə  olan  kimi,  azacıq  belə  yaltaqlıq  edib 

(təməlloq)  yalvanşa  başlasaydı,  cəzalandırılmazdı,  amma,  xan 

müqəddəs  padşahlar  tərəfindən  məzəmmətlənən  qürur  və 

təəkəbbürlə  hərəkət  etdi.  Onun  hərəkətlərində  [hələ  də]  nifaq 

əlaməti  görünürdü.  Tərəzidə  yoxluq  çəkisi  varlıq  çəkisindən  ağır 

gəldi  və o bir neçə tərəfdarı ilə birlikdə elə oradaca  cəzalandırıldı. 

Qənbər  həy  Ustaclunun  sərkərdəliyi  ilə  Şahverdi  xanın  axtarışına 

gedən müzəffər əsgərlərin bir dəstəsi isə Badray tərəfə gedib orada 

Bağdad  ülkasının  rəiyyətinə  qarşı  əliuzunluq  etmiş,  oradan  çoxlu 

heyvan  və  qənimət  götürmüşdülər.  Onlar  geri  qayıdıb  orduya 

gəldikləri  vaxt  bu  qarətkarlıq  şahın  məzacına  uyğun  gəlmədi.  O, 

həmin  malları  bir  yerə  yığıb  əzəmətli  bir  qorçiyə  verərək, 

sahiblərinə  qaytarmaqdan  ötrü  Bağdad  hakiminə  göndardi, 

Sədmərədən çıxıb Xürrəmabada  gəldi,  Mənsur bəy Səlvizinin oğlu 

Hüseynxanın adına sənəd hazırlayıb, Təhmasibqulu Sultan İnanlıya 

tapşırılan Sədmərə, Həndəməs (?) və Bağdada yaxın yerlərdən başqa 

bütün  Luristan  hakimliyini  ona  verdi.  [O  vaxtlarda]  Xaməbidel 

                                                           

615

 Beytin farscası:  



Səri k-əz tovge-su cuyəd cedayi,  

Məbad əz bənde bidadəş rəhayi. 

 



899 

 

camaatı      səlvizilərlə  yola    getmirdilər.      Şahverdi    xanın    və 



Şücaəddinin  övladları  səlvizilərə  itaət  etməyib  Hüseynxanın 

hakimliyinə  qarşı  çıxdılar.  [Buna  görə  də,]  həmin  tayfa  şahanə 

qəzəbə  gəldi,  fitnə  mayası  olan  o  təbəqənin  və  başqa  lurların 

fitnəkarları Xürrəmabadda öz cəzalarına çatdılar, Sücaəddinin bayat 

tayfası içərisindəki Cahangir adlı oğlu kor edildi, Şahverdi xanın iki 

oğlunu  isə  Ələmut  qalasına  göndərdilər,  lakin  onların  hər  ikisi 

unudulmuşlar (fəramuşan) zindanına  gəldilər  və xəbər  gəldi ki, bir 

daha onlardan xəbər gəlmədi (söz oyunudur - Ş.F.). 

Xülasə,  məcazi  Abbasilərin  Luristan  hakimiyyəti  bitdi, 

həqiqi  Abbasilərin,  yəni  əlahəzrət  zilləllah  şaha  tabe  olanların 

müstəqil  hakimiyyəti  yarandı,  başqa  lurlar  Hüseyn  xanm 

mülazimliyinə  göndərildilər,  cah-cəlal  ordusu  zəfərlə  səltənət 

paytaxtına qayıtdı. 

Şahanə təlimə uyğun hərəkət edən  Hüseynxan o  vilayətdə 

müstəqil  oldu,  onun  qədir-qiyməti  gün-gündən  çoxaldı.  Bu 

"Aləmara" kitabının yazmaqda olduğu hicri tarix indi min on birinci 

(miladi 1602/03) ildir. Hüseynxan böyük şövkət və iqtidarla lurların 

hakimidir  və  heç  vaxt  Şücaəddin  övladı  nəsilbənəsil  belə  qüdrətə 

sahib olmamışdı. 

 

ƏLİXAN GƏRAYLININ TUTULMASI VƏ ONUN ÖZ 



VƏLİNEMƏTİNİN NEMƏTİNİ UNUTDUĞU ÜÇÜN 

CƏZALANDIRILMASININ  ZİKRİ 

 

Qələm  əvvəllər  belə  bəyan  etmişdi  ki,  Əlixan  Gəraylı 



sədaqət  və  birlik  yolundan  yayınıb  üsyan  və  tüğyan  yolunu  tutdu. 

Əlahəzrət  onun  ülkasından  Cacərmi  və  bəzi  malları  Təvəkkül  xan 

Gəraylıya,  Qəleyi-Payhesar,  Ruğd  və  başqa  mahalları    isə  Dərviş 

Xəlifəyə  verdi, Hüseyn xan Şamlı  şahın əmri ilə Əlixanın yaşadığı 

Qəleyi-Payhesarı  tutub  Dərviş  Əli  Xəlifəni  orada  yerləşdirdi, 

əzəmətli  adamlarının  və  ağsaqqallarının  əksəriyyəti  Əlixandan 

dönüb şaha tərəf meylləndilər, Dərviş Əli xanın və Təvəkkül xanın 

xidmətinə  gəldilər. Əlixan  isə  yasa qərq olaraq həmin hüdudlarda 

sərgərdan  dolaşmaqdaydı.  O,  bir  dəfə  özbəklərin  yanına  getmiş, 

lakin  Əbdülmömin  xandan  vahiməyə  düşüb  qaçmış  və  şahın 

xidmətinə gəlmişdi. Onun özbəklərə heç bir etibarı yox idi və daha 

onların  yanına  gedə  bilməzdi.  [Buna  görə  də,]  qohumu  olan 

Mənsurxan bəy  Gəraylının  yanına bir  adam  göndərdi,  görüş xahişi 



900 

 

etdi.  O  şahsevənlərdəndi  və  onlar  bir-biriləriylə  inad  məqamında 



durmuşdularsa  da,  Mənsurxan  bəy  görüşə  razılıq  verdi.  Əlixan 

Gəraylı bir neçə mülazim və xidmətçiylə birlikdə Mənsurxan bəyin 

evninə  gələrək,  onu  hiyləgərliklə  özünə  müttofiq  etmək  istədi  ki, 

fitnə-fəsad  yoluyla  o  vilayətdə  öz  hakimiyyətlərini  davam 

etdirsinlər. Həmişə fitnəkarlıqdan qaçan Mənsurxan bəy onun fitnəli 

sözlərinə  əhəmiyyət  və  razılıq  vermədi.  O  özünün  aqibətini, 

həmçinin  gəraylı  el   və   əşirətinin  gələcəyini  düşünərək şahanə 

qəzəb  və  cəzadan  qorxdu  və  buna  görə  də  Əlixanı  həbs  etdi, 

məsələni  ali  saraya  bildirdi.  Əlahəzrət  Əlixanı  saraya  gətirməkdən 

ötrü Hüseyn bəy Əmakeşi göndərdi və o gəraylıların yanına gələrək 

Əlixanı  onlardan  qopardı,  qələbə  ayətli  ordu  Luristan  səfərindən 

zəfərlə qayıdıb Bərucərbə çatdığı vaxt onu şahın nəzərinə yetirdi. 

 

Əlixan Gəraylının qətli: 

      


 

Əlixana  qarşı  şahanə  qəzəb  atəşi  artıq  alovlanmışdı. 

Həqiqətən  də  xan,  ona  olan  şəfəqqətlərin  qədrini  bilməmiş,  on  pis 

hal sayılan nəməkharamlıq etmiş və o cəzaya məruz qalmışdı. Buna 

görə  də  cəza  şəhnəsi  onu  cəzalandırmağa  başladı,  bəsirət  gözünü 

şahın  iltifatından  bağladığı  üçün  gözlərini  çıxardı,  onu  görmək 

nemətindən  məhrum  etdi,  bəzi  başqa  bədən  üzvlərini  də  kəsdi, 

başqalarına  da  ibrət  dərsi  olmaqdan  ötrü  həmin  biyabanda  Əlixanı 

nümayiş  etdirdilər  və  ordu  oradan  çıxdı.  Bundan  sonra  padşahın 

qəzəbindən  qorxan  rəiyyət  və  əskərlərdən  bir  nəfər  belə,  axirətin 

savabını qazanmaqdan ötrü, öz cızığından çıxmadı. 

 

Şer 



 

Çörəyi tapdayıb çəkdi cəzanı,  

Çıxdı əziyyətlə bədəndən canı.

616


 

 

Padşaha  yaxın  olan  adamların  hal-əhvalları  xoş  olsun  ki, 



ibrət  görən  gözlərini  açıb  öz  hallarının  axırına  və  əhvallarının 

aqibətinə  nəzər  salırlar,  afiyətin  qədrini  bilərək  özlərini 

                                                           

616


 Şerin farscası: 

Bekafərne'məti gərdid məşhur,  

Besəxti kərd can əz kalbod dur 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   304   305   306   307   308   309   310   311   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə