Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə309/340
tarix26.08.2018
ölçüsü4,41 Mb.
#64733
1   ...   305   306   307   308   309   310   311   312   ...   340

901 

 

nemətharamlıqla dünya  və axirətdə bədnam  etmirlər, amma  təəssüf 



ki, 

 

Misra 

 

Söz eşidən qulaq varmı, etibarlı göz hanı?



617

 

 



CAHANIN MƏŞHUR QALALARINDAN OLAN 

MAZANDARANDAKI ÖVLAD QALASININ FƏTH 

OLUNMASININ ZİKRİ 

 

İqbal hadisələrdən biri də, Mazandaran qalalarının məşhuru 



olan  Övlad  qalası  fəthinin  uğurla  baş  tutmasıdur.  Məsələ  belə 

olmuşdur:  Fərhad  xanın  Mazandarana  getdiyi  keçən  il  o, 

Mazandaran  mahallarının  əksəriyyətini  tutmuş  və  qardaşı  Əlvənd 

Sultanı orada saxlamışdı. Qədim fars (fors) padşahlarından  yadigar 

qalan  və  Təbəristanın  ən  möhkəm  qalalarından  olan  Övlad  qalası 

Əlvənd  Divin  əlindəydi  ki,  o  da  itaətə  gəlmirdi.  Bəzi  divə  bənzər 

mazandaranlılar  [Fərhad  xanın  qardaşı]  Əlvənd  tərəfindən  üsyana 

təhrik  olunurdular.  Başlarında  hakimlik  xülyası  olan  o  vilayət 

fitnəkarları  onunla  əlbir  idilər,  Əlvənd  Sultana  düşmən  çıxıb  ona 

lazımi  kimi  itaət  təqdim  etmirdilər.  Zəmanənin  məsləhətinə  uyğun 

olaraq  Əlvənd  Sultan,  Əlvənd  Div  və  o  adamlarla  barışıq  yolunu 

tutmuşdu.  Buna  görə  də  bəzi  qərəzkar  adamlar  onu  qardaşına 

müxalif  və  Mazandaran  düşmənləri  ilə  müvafiq  olmaqda  iddiham 

edirdilər.  Baxmayaraq  ki,  Əlvənd  Sultanda  bir  azacıq  divanəlik 

(conun)  vardı  və  əməlləri  əql  qanunlarından  uzaqdı,  amma  tam 

divanəlik xisləti ondan kənar idi. 

Xülasə,  əzəmətli  ordu  Luristan  səfərindən  qayıdaraq, 

səltənət paytaxtında olarkən şah Əlvənd Divi  və Övlad qalasını ələ 

gətirib 

vilayəti 



üsyankarların 

müqavimət 

tikanından 

təmizləməkdən  ötrü  Fərhad  xana  Mazandarana  getmək  izni  verdi. 

Xan  da  şahın  zavalsız  iqbalına  arxalanıb  o  tərəfə  rəvan  oldu. 

Əvvəlcə,  satqınlıqda  ittiham  olunan  qardaşı  [Əlvənd  Sultanı]  ali 

saraya  göndərdi.  Şaha  aydın  idi  ki,  danışılan  sözlər  [Fərhad  xanın 

qardaşına  qarşı]  töhmət  və  iftiradır,  ondan  baş  verən  bəzi  müxalif 

                                                           

617


 Misranın farscası: 

Guşe-soxənşenov koca, dideye-etibar ku? 




902 

 

işlər isə onun səfehliyi, ağılsızlığı  və divanəliyindən baş  vermişdir, 



həmçinin  elə  də  ola  bilər  ki,  məcburiyyət  üzündən  düşmənlə  bir 

neçə  günlüyə  barışmışdır.  Bunları  nəzərə  alıb  onu  azad  (motləqül-

ənan) etdi. 

Fərhad xan isə şövkət və iqtidarla bütün Təbəristan işlərini 

tənzimləməyə  yollandı  və  onunla  Əlvənd  Div  arasında  əvvəlcə 

yazışma başladı. Əlvənd Div Məlik Bəhmənin düşdüyü vəziyyəti öz 

vəziyyəti  ilə  müqayisə  edərək,  Fərhad  xanla  qətiyyən  görüşmək 

istəmirdi. 

Əlvənd  Divin  itaətsizliyindən  məyus  olan  Fərhad  xan 

Övlad  qalasının  mühasirəsinə  yollandı.  Div  isə  onu  qızılbaşların 

mühasirəsindən xilas edə biləcək köməkçi (moin) və xilaskar (naser) 

görmədiyi  üçün  özünü  mühasirədən  çıxardı,  övlad,  yar-yoldaş  və 

fərzəndlərini qalada qoyub, bir neçə adamı ilə cəngəlistana üz tutdu. 

Qalanın  mühasirəsinə  başlayan  Fərhad  xan  qətiyyətli  işi  və  tədbiri 

ilə  mühasirədə  qalan  adamların  vəziyyətlərini  pisləşdirdi,  bir  dəstə 

qala  əhlinə  ənam  və  ehsan  verməklə  özünə  ram  etdi,  başqaları  isə 

çölə  çıxıb  qalanı  təhvil  verməkdən  başqa  çarə  tapmadılar.  Şahın 

zavalsız  iqbalı  ilə  qalanın  fəthi  müyəssər  oldu,  Əlvənd  Divin, 

övladının və təbəələrinin bütün var-yoxları ələ keçdi. Xan bu aşkar 

(mobin)  fəthin  təfsilatını  şaha  ərz  etdi.  Əzəmətli  ordu  Qəzvindən 

çıxıb  seyr  və  söhbət  edə-edə  İsfahana  gedərkən,  Kaşana  çatdığı 

zaman  Övlad  qalasının  fəthi  xəbəri  gəlib  yetişdi,  Fərhad  xan  faxir 

xələtlər, hədiyyələr və çoxlu mükafatlarla sərəfraz oldu. Əlvənd Div 

isə  cəngəllik  və  meşələrdə  avara  sərgərdan  gəzib-dolaşır,  hər  gecə 

bir yerdə, hər  gündüz bir  məkanda narahatlıqla gün keçiridi. Onun 

vəziyyətinin sonrasını qələm gələn il bəyan edəcəkdir, inşaallah. 

 

Dəyişkən fələyin tələbi ilə bu il 

 baş verən müxtəlif hadisələrin zikri 

 

Bu  ilin  əvvəllərində  Rum  [ölkəsinə]  elçiliyə  getmiş 



Zülfüqarxan  məramına  yetərək  geri  qayıtdı,  həzrət  xandgardan 

sülhün  möhkəmləndirilməsi  xüsusunda  məhəbbətamiz  bir  məktub 

gətirdi. 

Yenə  də  bu  il,  Hindistan  hökmdarı  həzrət  Cəlaləddin 

Məhəmməd Əkbərin elçiləri Mirzə Ziyaəddin Qəzvini və Xacə Əbu 

Nəsr  Xafi  geri  qayıtmaq  izni  alaraq  faxir  xələtlər  və  bol  ənamlar 

almaqla da sərəfraz oldular. 



903 

 

Xasseyi-şərifənin  qulamı  Mənuçöhr  bəy  Eşikağasıbaşı 



Hindistan  elçiliyinə  təyin  edildi  və  Mirzə  Ziyaəddinlə birlikdə 

oraya rəvan oldu, şah onunla layiqli töhfə  və hədiyyələr, həmçinin 

ən yaxşı tənsuqat* göndərdi. O cümlədən yüz baş əhilləşmiş və pak 

cinsli  at  yola  salındı  ki,  onlar  məşhur  Ərəbistan,  Gürcüstan  və 

bəyati"  atları,  həmçinin  hər  biri  bir  aləmə  bərabər  tazi  cinsli 

madyanlar idilər. Habelə İranın müqayisə olunmaz başqa nəfis töfhə 

və  hədiyyələri  yola  salındı,  o  həzrətin  məktubuna  cavab  olaraq, 

məhəbbətamiz  bir  məktub  da  yazıldı.  Həmin  namədə  sədaqət 

tərzində  belə  yazılmışdı:  "Bizim  uca  himmətimiz  Xorasanı  və  irsi 

mülkümüzü geri qaytarmaqdır. Bu ildə İran hökmdarlığı və səltənəti 

taxtına  cülus  baş  verdi  və  biz  daxili  düşmənlərin  dəf  olunması  ilə 

yanaşı  biganələrin  dəfinə  də  başladıq.  Xorasana  etdiyimiz  bir-iki 

səfər  zamanı  ruzigarın  işi  elə  gətirirdi  ki,  istəyimizə  rəğmən  o 

vilayəti  özbəklərin  əlindən  ala  bilmədik.  İndi    isə    bu    işlərdən   

arxayın   olmuşuq.  Rum  hökmdarı məhəbbət və dostluq məqamına 

gəlmiş  və  tərəflər  arasında  razılıq  yaranmışdır,  gərək  düşmənlərə 

qarşı  belimizə  himmət  kəməri  bağlayıb,  özbək  müxaliflərinin  dəf 

olunması  üçün  yollanaq,    rəbbani    qəzavü-qədərdən    qorxmadan  

müzəffər  qızılbaş  döyüşçüləriylə  və  bir  neçə  ildə  topladığımız 

yaraq-yasaqla o vilayətə rəvan olaq, bəxtin gücü, iqbalın köməyi ilə 

öz irsi mülkümüzü ala bilməsək, səltənət paytaxtımıza qayıtmayaq. 

[Siz də], arzu edirəm ki, öz padşahanə himmətinizi, atalıq imdad və 

şəffəqqətinizi  əsirgəməyəsiniz,  yar  himməti  və  batini  mədədkar 

(Allah - Ş.F.) diqqəti altında olasınız". 

 

Misra 

 

Himməte-mərdan bacarar hər şeyi.

618

 

 



[Əlahəzrət] elçiləri izzət və ehtiramla Kirman, Kəbəç (?) və 

Mokran  yoluyla  rəvan  etdi.  İndiyəcən  Qəzvin  darüssəltənəsi  bu 

əbədi dövlətin paytaxtı olduğundan, şah bəzən dincəlmək, seyr, nişat 

və şikar etməkdən ötrü dünya səyyahlarının elm, şöhrət (təməyyəz) 

və gözəllikdə "Nisfi-cahan" adlandırdıqları İsfahan darüssəltənəsinə 

gedər, həmin ürəkaçan yerdə dincələrdi. 

                                                           

618


  Misranın farscası: 

Hər çe konəd hemməte-mərdan konəd. 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   305   306   307   308   309   310   311   312   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə