Bu dövrdə mətbuat (V.Məmmədov), Azərbaycan burjuaziyasının
xeyriyyəçiliyi (M.Ə.İsmayılov), Azərbaycan tarixşünaslığı (Ə.S.Sumbatzadə)
məsələlərinə dair də əsərlər nəşr olunmuşdur.
Cilddə, müəyyən fəsillərdə dövrünə görə, Cənubi Azərbaycan tarixinin
sosial-iqtisadi, siyasi və mədəniyyət problemləri haqqında məlumatlar verilir.
Cildin mətni aşağıdakı müəlliflər tərəfindən yazılmışdır:
Giriş: M.Ə.İsmayılov.
I fəsil: Azərb. EA müxbir üzvü M.Ə.İsmayılov,
II fəsil: Akad Ə.S.Sumbatzadə, M.Ə.İsmayılov, tarixm elmləri doktoru
Ə.A.Umayev, t.e.d., prof. T.T.Vəliyev, t.e.d., prof. İ.M.Həsənov, iqtisad elmlər
doktoru M.Ə.Musayev, t.e.d M.İbrahimov, t.e.d. P.Ş.Milman, t.e.n. İ.A.Talıbzadə.
III fəsil: hüquq elmləri doktoru Ə.M.Əhmədov, t.e.n. N.A.Tahirzadə, t.e.n.
N.Məmmədov.
IV fəsil: M.Ə.İsmayılov, P.Ş.Milman.
V fəsil: Ə.S.Sumbatzadə, M.Ə.İsmayılov, T.T.Vəliyev, M.C.İbrahimov,
Ə.A.Umayev, İ.V.Striqunov, M.Ə.Musayev, t.e.n. R.Bağırov.
IV fəsil: M.Ə.İsmayılov, İ.M.Həsənov, Ə.A.Umayev, İ.A.Talıbzadə.
VII
fəsil:
M.Ə.İsmayılov, M.C.İbrahimov, İ.V.Striqunov, t.e.d.
D.B.Seyidzadə.
VIII fəsil: İ.V.Striqunov.
IX fəsil: Azərb. EA həqiqi üzvü Ə.Salamzadə, N.Tahirzadə, t.e.n.
L.Əliyeva, t.e.n. H.N.Həsənov,
***
Tarix İnstitutu hələ 70-ci illərin əvvəllərindən çoxcildli ―Azərbaycan
tarixi‖ni hazırlamağa başlamışdı və bir neçə cildlərin mətnləri hətta müzakirədən
keçmişdi. Lakin çoxcildlik üzrə görülən işlər tamamlanmamışdı.
Təqdim olunmuş cildin siyahıda göstərilmiş müəlliflərinin bir çoxu artıq
dünyasını dəyişmiş (Ə.S.Sumbatzadə, İ.M.Həsənov, M.Ə.Musayev, İ.A.Talıbzadə,
İ.V.Striqunov, Ə.Salamzadə, L.Əliyeva), yaxud da İnstitutun elmi fəaliyyətində
iştirak etmirlər. Təqdim olunmuş mətnlər müasir dövrün tələbləri əsasında
redaksiya və müəlliflər heyəti tərəfindən işlənmişdir. İnstitutun IV cildin məsul
redaktoru Azərb. EA müxbir üzvü M.Ə.İsmayılovun başçılıq etdiyi yeni tarix
şöbəsinin işçiləri bu mətnlər üzərində əsaslı surətdə işləməli olmuşlar. Onlardan
tarix elmləri doktorları mərhum D.S.Hüseynovanı, D.B.Seyidzadəni, tarix elmləri
namizədləri H.N.Həsənov, S.M.Mustafeyava, N.R.Məmmədov, Z.A.Qafarova,
İ.S.Bağırova, K.R.Ocaqova, E.S.Əliyev, G.N.İsmayılovanı göstərmək olar. Əslində
onlar həm müəllif kimi cildə yeni elmi əlavələr, həm də son illərdə araşdırmalar
nəticəsində əldə edilmiş məlumatlar daxil etmişlər. Onların əməkləri
minnətdarlıqla qeyd olunur.
I FƏSĠL
ġĠMALĠ AZƏRBAYCANIN
RUSĠYA TƏRƏFĠNDƏN ĠSTĠLASI
§ 1. AZƏRBAYCANIN ĠSTĠLASININ BAġLANMASI
XVIII-XIX əsrin hüdudlarında Azərbaycanın daxili və beynəlxalq
vəziyyəti çox mürəkkəb idi. Azərbaycan ərazisi xırda feodal dövlətlərə
parçalanmışdı. Qonşu xalqların ərazilərini ələ keçirmək uğrunda xanlar arasında
ardı-arası kəsilməyən ara müharibələri, feodallarla ölkə ərazisinin böyük
əksəriyyətini təşkil edən kəndlilər arasında sinfi ziddiyətlərin güclənməsi, iqtisadi
tənəzzül Azərbaycanın daxili vəziyyəti üçün səciyəvi hal idi. Rusiyanın Cənubi
Qafqaz barəsindəki işğalçı niyyətləri, İran işğalçılarının viraneidici türüşləri
vəziyyəti daha da gərginləşdirirdi.
Göstərilən dövrdə Rusiyanın xarici siyasətinin əsas istiqamətlərindən biri
Cənubi Qafqazın istilasından ibarət idi. Çarizm Cənubi Qafqazı əlavə gəlir
mənbəyinə çevirməyə, Xəzər dənizi hövzəsi üzərində Rusiya ağalığına nail
olmağa, Xəzəri Rusiyanın daxili dənizinə çevirməyə can atırdı. Azərbaycanın təbii
sərvətləri, xüsusən də faydalı qazıntı yataqları artıq rus elminə məlum idi və
təsadüfi deyildir ki, II Yekaterina hökuməti bu ölkənin sərvətlərinin
mənimsənilməsini onun istilası ilə bağlayırdı. Qızılboya, yun, ipək, pambıq, tütün,
yanacaq və s. Rusiya sənayesinin xammal və yanacaqla təmin edə bilərdi.
Zaqafqaziyanın siyasi və hərbi-strateji əhəmiyyəti xüssusilə böyük idi. Bu
diyarın işğalı ənənəvi rus-türk rəqabətində qüvvələr nisbətini Rusiyanın xeyrinə
həll edə bilərdi. Rusiya Mərkəzi Qafqazı hələ fəth edə bilməmişdi. Cənubi
Qafqazın istilası dağlıların ərazilərini şimaldan və cənubdan mühasirəyə almaqdan
ötrü əlverişli şərait yarada bilərdi. Nəhayət, rus-ingilis rəqabəti Cənubi Qafqazın, o
cümlədən Azərbaycanın əhəmiyyətini artırırdı.
Rusiyanın bu yerləri işğal etməsi Böyük Britaniyanın Şərqdə təsirinə, Ost-
hind kompaniyasının inhisarına ağır zərbə endirə bilərdi.
Cənubi Qafqazdakı mürəkkəb vəziyyət Rusiyanın işğalçı planlarının bu
diyarda həyata keçirilməsini obyektiv olaraq asanlaşdırırdı. Feodal ara
müharibələri və xarici işğalçıların basqınları Cənubi Qafqazı var-yoxdan çıxarırdı.
Zəruri ilkin sosial-iqtisadi şərtlərin, yetkin siyasi qüvvələrin olmaması üzündən
ayrı-ayrı xanların Azərbaycanı öz başçılıqları altında birləşdirmək cəhdləri
müvəffəqiyyətsizliyə uğrayırdı.
Qərbi Avropa dövlətlərinin də, xüsusən İngiltərə və Fransanın Cənubi
Qafqaz barədə işğalçı planları var idi. Onlar Rusiyanın bu ərazidə zəifləməyən
hərəkətlərini diqqətlə izləyir və çarizmin planlarına mane olmağa çalışırdılar.