243
XVII əsrin sonunda – XVIII əsrin əvvəllərində ümumi iqtisadi böhran
bütün Yaxın Şərqi bürüdü. Bu regional hadisə Azərbaycana da mənfi təsir göstərdi.
“Ölkənin iqtisadi geriliyinə XVIII əsrin 20-30-cu illərində Azərbaycan ərazisində
aparılan Osmanlı-Səfəvi müharibələri də az təsir etməmişdi. Müharibə nəticəsində
Azərbaycanın Xəzərboyu əyalətlərində yerləşən şəhərlərindən başqa demək olar ki,
bütün şəhərləri tranzit əhəmiyyətini itirmişdi”.
122
Ticarət vergilərinin çoxluğu və
ağırlığı, ölçü və çəki sistemlərinin müxtəlifliyi, vahid pul sisteminin olmaması,
feodal çəkişmələri, hərbi əməliyyatlar ölkədə ticarətin məhdudlaşmasının mühüm
səbəblərindən idi. “Təsadüfi deyildir ki, XVIII əsrin birinci yarısında baş verən
üsyanlarda şəhər əhalisi, xüsusilə ticarətlə məşğul olanlar və sənətkarlar yaxından
iştirak edirdilər”.
123
XVIII yüzilliyin II yarısına doğru Azərbaycan ictimai-iqtisadi, siyasi və
bunlara müvafiq olaraq mədəni təkamül prosesində yeni mərhələyə qədəm qoydu.
“Azərbaycanın XVIII əsrin ikinci yarısındakı tarixi əslində müstəqil və yarımasılı
dövlət qurumlarının tarixindən ibarətdir… Azərbaycan ərazisində ilk müstəqil
xanlıqların yaranması XVIII əsrin 40-cı illərinə aiddir”.
124
Şəki xanlığı, Qarabağ
xanlığı, Quba xanlığı, Lənkəran (Talış) xanlığı, Bakı xanlığı, Gəncə xanlığı,
Dərbənd xanlığı, Şamaxı xanlığı, İrəvan xanlığı, Naxçıvan xanlığı, Təbriz, Ərdəbil,
Urmiya, Xoy, Maku, Sərab xanlıqları, Cavad və Salyan xanlıqları yüzilliyin siyasi
həyatında iz qoymuş qurumlar idilər. “Xanlıqlar dövrü Azərbaycan tarixində feodal
dağınıqlığı və şiddətli ara çəkişmələri ilə səciyyələnir. Hakim feodallar-xanlar bir-
biri ilə mübarizə apararaq ərazilərini genişləndirməyə, vergi verməyə qadir olan
rəiyyətin sayını artırmağa can atırdılar. Müəyyən bir həddən sonra bu, obyektiv
surətdə Azərbaycan torpaqlarının birləşdirilməsi prosesinə çevrilirdi. Bu baxımdan
urmiyalı Fətəli xan Əfşarın, şəkili Hacı Çələbi xanın, qarabağlı Pənahəli xanın
təşəbbüsləri təqdirəlayiq olsa da, heç bir müsbət nəticə verməmişdir”.
125
Azərbaycan torpaqlarını vahid dövlət hüdudlarında birləşdirməyə can atmış
hökmdarlardan biri də Quba xanı Fətəli (1736-1758-1789) olmuşdur. Onun hərbi-
siyasi, diplomatik tədbirləri də uğursuzluqla nəticələndi. Rusiya, Osmanlı, İran
müdaxilələri, Azərbaycan vilayətlərinin ictimai-iqtisadi və siyasi inteqrasiya
məqamına hazır olmaması pərakəndəliyin aradan qaldırılmasına mane olmuş
başlıca əngəllər idi.
XVIII yüzillikdə Azərbaycanın iqtisadi həyatı təsərrüfat fəaliyyətinin
əsasən xanlıqlar hüdudunda qapalılığı ilə fərqlənirdi. Əsrin II yarısında Azərbaycan
şəhərləri əsasən qala divarları ilə əhatə olunmuşdu. Düşmənin qəfil hücumunun
qarşısının alınması məqsədilə qalaların ətrafında xəndəklər qazılır və həmin
xəndəklər su ilə doldurulurdu. Hər bir paytaxt şəhərdə əsas, bayır və sənətkarlıq
məhəllələri yerləşirdi. XVIII əsrin II yarısında da ən çox zərər Şamaxı şəhərinə
dəydi. Bu şəhər Azərbaycan ərazisindən Osmanlı qoşunları çıxarılarkən, 1734-cü
ildə Nadir xan tərəfindən yerlə yeksan edilmiş, əhalisi isə yenicə salınmış “Ağsu”
adlı yaşayış məntəqəsinə köçürülmüşdü. Lakin “Yeni Şamaxı” (Ağsu) da dəfələrlə
244
dağıntılara məruz qaldı. XVIII əsrin 40-cı illərindən başlayaraq Şəki ətrafında
xanlıq yarandıqdan sonra şəhər xanlığın, habelə Azərbaycanın siyasi, mədəni
həyatında nəzərəçarpacaq rol oynamağa başladı. Şəki yalnız 1765-ci ildə qala
divarları ilə əhatə olunmuşdur. Burada qala ilk Şəki xanı Hacı Çələbinin
hakimiyyəti dövründə (1743-1755) tikilmişdir. “Qala divarlarının xaricdən ümumi
uzunluğu 1300 metr, hündürlüyü şimaldan 4 metrə, cənubdan 8 metrə yaxındır.
Divarın qalınlığı 2,2 metrdir. Qalanın cənub və şimaldan iki tağlı darvazası, 21
mühafizə bürcü vardır”.
126
Bakı, Gəncə, Təbriz, Naxçıvan bu dövrün Azərbaycan
şəhərləri arasında xüsusilə seçilirdilər. Bu dövrdə qədim şəhərlərin tənəzzülü ilə
yanaşı bir sıra yeni şəhərlər də meydana gəlmişdir. Şuşa, Yeni Şamaxı (Ağsu) və
Quba bu cür mərkəzlərdən idilər. Şuşa şəhəri, qalası bu baxımdan diqqəti xüsusilə
cəlb edir. Şuşa qalasını Qarabağ xanlığının banisi Pənahəli xan (1748-1760) inşa
etdirmişdir. Qala-şəhər dəniz səviyyəsindən 1400 metr ucalıqda yerləşmiş,
meşələrlə örtülmüş, bir tərəfdən uçurumla, digər tərəfdən isə sıldırım qayalarla
əhatə olunmuş bir mövqedə salınmışdı. Burada öncə qala divarları, daha sonra isə
evlər və imarətlər inşa edilmişdi. Qala-şəhər xanlığın banisinin şərəfinə
“Pənahabad”adlandırıldı.
127
Tezliklə qalaya Qarabağdan və Azərbaycanın başqa
vilayətlərindən köçüb sakin olanların sayı artmağa başladı. Köçüb gələnlər şəhərdə
məhəllə prinsipi əsasında yerləşdirildilər. Hər bir məhəllənin məscidi, hamamı,
mədrəsəsi və digər ictimai təyinatlı obyekti vardı. Qala-şəhərdə xan sarayı da inşa
edildi. Şəhərdən aralıda daha iki istehkam tikildi. Mehrəli xanın hakimiyyəti
dövründə (təqribən 1758-1763) Şuşadan bir qədər aralıda Əsgəran qalası inşa
olundu. XVIII əsrin II yarısında Şuşa Azərbaycan şəhərləri içərisində yüksək
inkişaf sürəti ilə fərqlənirdi. Şuşa qalası inşa olunduğu gündən 1797-ci ilədək
buraya düşmən ordusu bircə dəfə də soxula bilməmişdi.
128
Azərbaycan şəhərlərinin əksəriyyətində sənətkarlığın tərəqqisi üçün
əlverişli şərait vardı. Lakin əsrin II yarısında ölkənin iqtisadi və siyasi
pərakəndəliyi, aramsız feodal müharibələri onlarla şəhərin xarabalığa çevrilməsinə,
xeyli sənətkar kütləsinin, şəhər əhalisinin yaşayış yerlərini tərk etməsinə səbəb
olmuşdur. Yerli hakimlər doğma zəmində təsərrüfat potensialını üzə çıxarmağa
maraq göstərmir, başqa vilayətlərdən məhsuldar qüvvələr cəlb olunmasına
üstünlük verirdilər. Aramsız müharibələr, siyasi qeyri-sabitlik sənətkarlığın da
keyfiyyətcə geriləməsinə səbəb olmuşdu. Bir çox şəhərlərin həyatında yüksəliş və
eniş məqamları bir-birini əvəz edirdi. XVIII əsrin II yarısında Azərbaycan
şəhərlərinin əksəriyyəti daxili və xarici ticarət əməliyyatlarında iştirak edirdi.
Ticarətin vergi ilə əhatə olunmamış sahəsi qalmamışdı. Vergilərin sayı və miqdarı
elə çox idi ki, xanın vergi yığanları öz vəzifələrini tələb olunan səviyyədə icra edə
bilmirdilər. Buna görə də çox zaman vergi toplamaq hüququnu iltizama verirdilər.
Əsrin II yarısında Azərbaycanın ictimai quruluşu iqtisadi əsasları
baxımından natural təsərrüfat hüdudlarını aşa bilməmişdi. Pul dövriyyəsi də həmin
təsərrüfat sisteminin təsiri ilə aşağı səviyyədə idi. Məsələn, Qarabağ xanlığında
Dostları ilə paylaş: |