Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə111/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   107   108   109   110   111   112   113   114   ...   138

237 
 
kimi öz yanlarında saxlamışlar. Saraylarda aşıqlar yarışa girərmişlər”.
92
 XVII əsrin 
ustad  aşıqları  arasında  xüsusilə  fərqlənən,  daim  xalq  kütlələrinin  içərisində  olan, 
sarayların  cazibəsinə  uymayan  Abbas  Tufarqanlı  “Abbas  və  Gülgəz”  adlı 
məhəbbət dastanının müəllifidir. 
XVII əsrdə meydana gəlmiş dastanlar arasında “Koroğlu” diqqəti xüsusilə 
cəlb  edir.  Folklorşünasların  qənaətinə  görə,  “Koroğlu”  dastanının  qoşmaları, 
Koroğlu  və  onun  dəliləri  haqqında  ilk  məlumatı  XVII  əsr  salnaməçisi  Təbrizli 
Arakel  vermişdir.
93
  O,  erməni  əlifbası  ilə,  Azərbaycan  dilində  tərtib  etdiyi  şeir 
dəftərlərində  Azərbaycanda  və  Kiçik  Asiyanın  Şərq  hissəsində  geniş  yayılmış 
üsyan,  üsyanın  görkəmli  iştirakçıları  haqqında  məlumat  vermişdir.  1599-cu  ildə 
baş  vermiş  Cəlali  üsyanlarından  biri  “Koroğlu”  dastanının  mənbəyini  təşkil  edir. 
“Koroğlu”  dastanının  müxtəlif  variantları  mövcuddur.  Dastanın  müxtəlif 
variantlarında  qolların  sayı  17-dən  28-ə  qədərdir.  Türk  xalqları  arasında  geniş 
yayılmış  “Koroğlu”  dastanının  əsasən  Azərbaycan  zəmininə  bağlılığı  və 
Koroğlunun  tarixi  şəxsiyyət  olduğu  fikrini  tarixşünaslıqda  ilk  dəfə  əsaslandıran 
İ.P.Petruşevski  olmuşdur.
94
 
“Koroğlu”  dastanında  dövrün  ictimai-siyasi 
ziddiyyətlərinin  təsviri  ilə  yanaşı,  qədim  türk  mifologiyasının  bir  çox  elementləri 
də vardır.
95
 
Azərbaycan milli musiqisinin əsas istiqamətləri arasında aşıq yaradıcılığı 
XVII əsrdə aparıcı mövqedə idi. Musiqiçi, rəqqas, söz ustası kimi cəhətləri özündə 
birləşdirən  aşıqlar  saray  məclislərində,  xalq  tədbirlərində  ən  fəal  iştirakçı  idilər. 
“Azərbaycan  türkləri  istedadi-musiqicə  nə  Osmanlı  türklərindən,  nə  də  qonşuları 
iranlılardan  heç  də  geri  deyildirlər.  Qafqaz  millətləri  içində  isə  musiqiyə  ən 
müstəid  olanları  Azərbaycan  türkləridir  desək,  zərrəcə  mübaliğə  olmaz”.
96
  XVII 
əsrdə  saray  nəzdində  inkişaf  edən  musiqinin  səciyyəvi  cəhəti  onun  hərbi-siyasi 
məqsədlərə, feodal ali dairələrinin estetik tələbatını ödəməyə təmayüllü olması idi. 
Alman səyyahı Adam Oleari öz qeydlərində bu cəhətə xüsusi fikir vermişdir: “Biz 
burada  yad  ölkənin  döyüş  musiqisini  də  eşitdik.  Bizim  qabağımızca  at  üstündə 
dörd musiqiçi gedirdi. Onlar növbə ilə, zahiri görünüşcə tütəyə bənzəyən, uzunluğu 
4  qulaca  yaxın,  uc  tərəfi  isə  enli  mis  alətdə  çalırdılar.  Bu  alət  qaraney  adlanırdı, 
onu çalanda ucunu göyə tuturlar. Bundan başqa sadə tütəkçilər, həmçinin bir neçə 
təbilçi  də  vardı.  Onlar  küvəçə  bənzəyən  təbillərini  yəhərdən  asmışdılar.  Bundan 
başqa  bir  neçə  uzun,  əyri  buynuzlara  bənzəyən  alətləri,  qavalları  və  s.  olan 
musiqiçilər də vardı. Şəhər camaatı bizi əl çala-çala, papaqlarını yellədə-yellədə və 
atıb-tuta, sevinc sədaları ilə böyük şənliklə qarşıladı. Bu gün biz elə bir nəşə aldıq 
ki, sanki bu dünyanın cənnətinə düşmüşdük”.
97 
Muğamın Azərbaycan musiqisinin 
əsas  janrlarından  biri  kimi  inkişafı  əsasən  saray  mühitində  təmin  edilirdi. 
Azərbaycan  muğamları  İran  muğam  sistemi  ilə  sıx  qarşılıqlı  təsir  prosesində 
tərəqqi  edirdi.  Muğam  musiqisi  7  əsas  avazatdan  ibarət  idi.  Muğam  adlarının  bir 
çoxu  onların  Azərbaycan  zəmininə,  etnik  mənşəyinə  bağlılığını  təsdiq  edir.
98
 
Azərbaycan musiqisinə hind musiqisinin də müəyyən təsiri olmuşdur ki, bu da öz 


238 
 
ifadəsini  “Mahur-Hindi”  muğamında  tapmışdır.
99
  Artıq  XVII  əsrdə  Azərbaycan 
muğamları sistemi özünün kamilliyi ilə seçilirdi. 
Elm:  XVII  əsrin  I  yarısında  Azərbaycanda  müxtəlif  elm  sahələrinin 
inkişafı prosesi ləng gedirdi. Lakin əsrin II yarısından etibarən Azərbaycan alimləri 
Səfəvilər  dövlətində  elmin  bir  çox  sahələrində  yenidən  fərqlənməyə  başladılar. 
Mirzə  Məhəmməd  Təbrizi,  Molla  Mömin  İman,  Molla  Əliqulu  Xalxali,  uzun 
müddət  ərzində  Təbrizin  şeyxülislamı  olmuş  Nəcibəddin  Rza  Təbrizi,  Mövlana 
Mirzə Məhəmməd bin Həsən Şirvani bu dövrün görkəmli alimlərindən idilər. Orta 
əsrlərin  bir  çox  elm  xadimi  kimi  onların  əksəriyyəti  ensiklopedik  biliklərə  malik 
olmaları ilə məşhurlaşmışdı. 
Mövlana 
Mirzə 
Məhəmməd 
“Maalimül-üsul” 
(“Başlanğıcların 
təzahürləri”), “Hikmətül-eyn” (“Mahiyyətin hikməti”), “Mətləül-ənvar” (“Şüaların 
çıxması yeri”), “İşarətin şərhi” əsərlərinə əlavələr, izahlar və şərhlər yazmışdır. O, 
riyaziyyat  və  astronomiyaya  dair  traktatların  müəllifi  idi.  XII  əsrin  görkəmli 
Azərbaycan  filosofu  Şihabəddin  Yəhya  Sührəvərdinin  (1154-1191)  yaratdığı 
işraqilik  fəlsəfəsi  və  onun  mühüm  əsərləri  XVII  əsr  alimlərini  də  məşğul  edirdi. 
Yusif  Qarabaği  (1645-ci  ildə  vəfat  etmişdir)  həmin  filosofun  “Həyakil  ən  nur” 
(“İşıq  heykəlləri”)    əsərinə  şərhlər  və  haşiyələr  yazmışdı.  Zərdüştiliyin  
(atəşpərəstliyin)  güclü  təsiri  hiss  edilən  işraqilik  fəlsəfəsi  Azərbaycan 
mədrəsələrində tədris obyekti olmuşdur. 
Mirzə Abdulla Əfəndi Təbrizi məşhur alim idi. 1717-ci ildə vəfat etmiş bu 
alim  10  cildlik  “Riyazül-üləma”  əsərinin  müəllifidir.
100
  Əsər  müxtəlif  alimlərin 
tərcümeyi  –  halını  və  əsərlərinin  siyahısını  ehtiva  edən  ensiklopedik  məcmuə 
səciyyəsinə malikdir. 
Hüseyn  Xələfoğlu  Bürhan  Təbrizi  Osmanlı  işğalından  sonra  Hindistana 
getmişdi.  Dilçi,  filosof  və  tarixçi  olan  bu  alim  Heydərabad  şəhərinin  hakimi 
Abdulla  Qütbşaha  həsr  etdiyi  “Bürhane-qate”  adlı  məşhur  farsdili  lüğətini  tərtib 
etmişdir.
101 
Həmin lüğət İranda, Hindistanda və digər Şərq ölkələrində tədris vəsaiti 
kimi istifadə olunurdu. 
Dövrün  tanınmış  filosofu,  məntiqşünası  Yusif  Məhəmmədcan  oğlu 
Qarabaği  ilk  təhsilini  Qarabağda  almış,  Yaxın  və  Orta  Şərqdə  “Böyük  axund” 
təxəllüsü ilə tanınmışdı. Onun fars və ərəb dillərində fəlsəfəyə, məntiqə aid əsərləri 
vardır. Yusif Qarabaği də Osmanlı işğalı zamanı ölkəni tərk etmişdi. O, Buxara və 
Səmərqənd şəhərlərində yaşamış, elmi fəaliyyət göstərməklə yanaşı mahir müəllim 
kimi  də  məhşurlaşmışdı.
102
  Bu  alimin  bəzi  əsərləri  Orta  (Mərkəzi)  Asiya 
mədrəsələrində dərs vəsaiti kimi uzun müddət ərzində istifadə edilmişdir. 
Tarix elminin inkişafı saray mühitində təmin edilirdi və həmin dövrün ən 
məşhur tarixçisi İsgəndərbəy Münşi (Türkman) idi. İsgəndərbəy Münşi (Türkman) 
“Tarixe-aləmaraye-Abbasi” (“Aləmi bəzəyən Abbasın tarixi”) əsərini 1630-cu ildə 
bitirmişdir. Əsər müqəddimədən, girişdən və iki cilddən ibarətdir.
103
 İsgəndərbəyin 
əsərinin I cildində hadisələrin təsviri 1616-cı ilədək aparılmışdır. II cilddə 1629-cu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə