229
Maarif: Tipik müsəlman Şərqi ölkəsi kimi XVII əsrdə də Azərbaycanda
maarifin inkişafı dini mərkəzlərdə (məscidlər, mədrəsələr və s.) təmin edilirdi.
Maarif sistemi əsasən Azərbaycan şəhərlərinin əhalisini əhatə edirdi. Təbriz,
Ərdəbil, Şamaxı, Gəncə, Bakı, Marağa kimi çoxminli əhalisi olan şəhərlərdə hər
məhəllənin bir neçə məscidi və buna müvafiq olaraq bir neçə məktəbi, mədrəsəsi)
vardı. Kənd yerlərində isə bir məktəb adətən bir neçə kəndin maarifə olan
tələbatını ödəyirdi.
Azərbaycanda maarifin maddi əsası dövrün tələbləri səviyyəsində idi.
Təqribən bütün məscidlərin və mədrəsələrin kitabxanası, əlyazmalar məcmuəsi
vardı. XVII əsrdə Azərbaycanın ən iri kitabxanası Şeyx Səfiəddinin Ərdəbil
məqrəbəsinə məxsus idi və bu kitabxanada ərəb, fars, türk dillərində kitablar,
əlyazma nüsxələri toplanmışdı.
45
1636-1638-ci illərdə Azərbaycanı səyahət etmiş
Adam Oleari bu kitabxanada da olmuş və öz qeydlərində yazmışdı: “Biz abidəni
gəzə-gəzə çox geniş tağ-tavanlı və qızıl suyu ilə bəzək vurulmuş məscidə oxşar bir
salona daxil olduq… Bu salonda kitabxana yerləşirdi. Kitablar bağlı şkaflarda
(dolablarda-red.) idi, dikinə deyil, üst-üstə qoyulmuş vəziyyətdə idi. Bu kitabların
çoxu ərəb, bəziləri isə fars və türk dillərində idi. Onların bir hissəsi perqament,
digəri isə kağız üzərində çox təmiz xətlə yazılmışdı. Tarixi kitabları şəkillər
bəzəyirdi. Cildləri qırmızı dəridən idi, qızılı rəngdə gül və yarpaq təsvirləri ilə
bəzədilmişdi”.
46
Adam Oleari Ərdəbil şəhərində 2 ay qalmış və şəhərin maarif
potensialına dair daha dəqiq məlumatlar vermişdir. 1670-1672-ci illərdə
Azərbaycanın Dərbənd, Şamaxı və Ərdəbil şəhərlərində yaşamış holland səyyahı
Yan Streys (1630-1694) Ərdəbildəki Şah kitabxanasını belə təsvir etmişdir. “Sonra
biz kitabxanaya getdik. Bu, bir dənə də sütunu olmayan böyük binadır. Orada
kitablar rəflərdə bir-birinin üzərinə qoyulmuşdu, onların bəzilərinin üz qabıqları
qızılı və gümüşü parçalara tutulmuşdu… Bu kitabxana zalından Şah Abbasın
buyruğu ilə gümüşə tutulmuş qapı mətbəxə aparıb çıxarır. Burada hər şey bəzəkli
və xoşagələndir…Bu mətbəxdə hər gün min nəfər: ruhani, rahib, dərviş və kasıblar
üçün xörək bişirilir. Bu, gündə üç dəfə təkrar olunur”.
47
Holland səyyahının
məlumatı sübut edir ki, Şeyx Səfi kompleksi yalnız xatirə obyekti deyil, maarif,
ibadət və xeyriyyə təbdirlərinin keçirildiyi yer olmuşdur. XVII əsrdə maarifin
inkişafı, mədrəsələr və məktəblər şəbəkəsinin artması, şiəliyin rəsmi dövlət
məzhəbi elan edilməsindən sonra şiəliyə dair bir çox əsərlərin yazılması və onların
təbliğinə olan tələbat labüd olaraq kitab işinin tərəqqisinə təkan vermişdi.
Kitabların hazırlanması ustalardan xeyli zəhmət və xüsusi məharət tələb edirdi.
Çətinliklə hazırlanmış müxtəlif məzmunlu kitablar nadir incəsənət nümunəsi hesab
olunurdu. Kitab hazırlayan ustalar eyni zamanda xəttat, katib, cildçi, miniatürçü
rəssam vəzifələrini yerinə yetirməli olurdular. Təbrizdə xüsusi kitab mağazası
vardı.
48
Lakin baha qiymətə olan kitabları almaq əhalinin əksəriyyəti üçün qeyri-
mümkün idi. Artan tələbatı ödəmək üçün Səfəvi hökmdarları da çarələr arayırdılar.
Məsələn, XVII əsrin II yarısında Şah II Abbasın dövründə Qərbi Avropadan
230
mətbəə avadanlığı idxal etmək cəhdləri oldu, lakin Şah II Abbasın vəfatı və
avadanlıq üçün tələb olunan vəsaitin çatışmaması həmin niyyəti alt-üst etdi.
49
Azərbaycan şəhərlərinin maarif imkanları xarici səyyahların diqqətini
xüsusilə cəlb edirdi. Osmanlı diplomatı və səyahətçisi Övliya Çələbi (1611-1682)
1646-1648-ci illərdə Azərbaycanda olmuş, Təbriz şəhərinin maarif potensialı
haqqında yazmışdır: “Təbrizdə 47-yə yaxın mədrəsə var. Onlar abad tədris
müəssisələridir. Orada müxtəlif elmlər öyrənilir və bir çox tanınmış müəllimlər
işləyir. Ən böyük mədrəsə Şahi-Cahan mədrəsəsidir…Uşaqlar üçün məktəblər:
şəhərdə 600-ə qədər belə öyrətmə evi var. Şeyx Həqqi, Həsən Meymandi, Nağı
xan, Sultan Həsən, Sultan Yaqub adını daşıyan məktəblərdə müəllimlərə xələt
bağışlayırlar… Heç bir ölkədə burada olduğu qədər gözəl ustalar-naxış vuranlar,
rəssamlar, zərgərlər, dərzilər yoxdur”.
50
Səyyah şəhərdə 320 məscidin olduğunu da
qeyd etmişdir. Şamaxıda olmuş bu Osmanlı səyyahı yazırdı: “Özdəmirzadə
məscidi indi mədrəsəyə çevrilmişdir. Burada şəhər müftisi dərs deyir. Bundan
başqa daha 7 mədrəsə, Şah Xudabəndəyə məxsus olan və yanında öz ictimai
yeməkxanası olan imarət, 40-a qədər məktəb və 7 gözəl hamam vardır”.
51
Övliya
Çələbinin məlumatına görə, Şamaxıda 70-dək məscid olmuşdur.
52
Şəhərlərin tədris
müəssisələrində astronomiya, riyaziyyat, dini-fəlsəfi təlimlər və s. dair biliklər də
verilirdi. 1637-ci ilin fevralında Şamaxıda olmuş Adam Oleari tədris prosesini belə
təsvir etmişdir: “Mən bizim bir neçə adamla birlikdə bazarın yaxınlığında yerləşən,
quruluşca çox yaxşı tikilmiş və hər hansı fəlsəfə məktəbinə bənzəyən, çoxlu giriş
və hücrəsi olan bir binanın həyətindən keçdik. Burada əllərində kitab tutmuş bir
çox gəzişən və ya oturmuş yaşlı və azyaşlı adamları gördükdə buranın nə olduğunu
soruşub öyrəndik ki, bu mədrəsədir, yəni gimnaziya və ya Akademiyadır… Elə
həmin günlərdəcə başqa bir yerə-yaşadığım mehmanxananın yaxınlığında olan bir
məscidə və ya məbədə getdim ki, görüm onlar öz cavanlarını və uşaqlarını necə və
hansı üsullarla oxudurlar. Uşaqlar divarın dibi ilə dövrə vurub oturmuşdular. Molla
isə bir neçə yaşlı adamla ortalıqda, geniş bir yerdə əyləşmişdi… Molla gözəl
hərflərlə yazılmış Quranı əlində tutmuşdu. Orada həm də Xəlil Münəccim adlı 65
yaşlı qoca, hicazlı bir ərəb astronom da vardı. O, bəzi şagirdlərə ərəb dilində
Evklidi öyrədirdi”.
53
Təbiidir ki, Azəbaycanın digər, daha iri şəhərlərində maarifin
inkişafı daha vüsətli olmuşdur. Azərbaycan müsəlman maarif sistemini təqlid edən
ölkə deyildi, bu sistemdə aparıcı mövqedə dururdu. Azərbaycanda məktəblərin və
mədrəsələrin fəaliyyət təcrübəsi hələ XIV əsrin Azərbaycan tarixçisi Məhəmməd
Hinduşah Naxçıvaninin “Dəstur əl-katib” (“Katib üçün rəhbərlik”) adlı əsərində
ümumiləşdirilmişdi
54
. Ərəb və fars dillərinin tədrisi, Quranın mükəmməl
öyrədilməsi məktəblərin və mədrəsələrin öyrətmə obyekti kimi XVII əsrdə də
mərkəzi yeri tutmaqda idi. XVII əsrin Azərbaycan maarif xadimləri yalnız vətəndə
fəaliyyət göstərməklə məhdudlaşmırdılar. Mirzə Məhəmməd Məczub Təbrizi,
“İman”ləqəbli Molla Mömin, Mirəli Nağı Ərdəbili, Mövlana Ələkbər Şirvani,
Dostları ilə paylaş: |