225
XVII əsrin ədibləri (əsasən şairlər) öz təşəbbüsləri ilə keçirilən xüsusi
ədəbi məclislərdə toplaşır, ədəbi mübahisələr aparırdılar. Bəzən bu cür məclislər iri
əyanların, varlı şəhər
tacirlərinin evlərində təşkil edilirdi. XVII əsrə qədərki dövrdə
yaşamış klassik şairlərin (Firdovsi, Hafiz Şirazi, Sədi Şirazi, Xaqani Şirvani,
Nizami, Nəsimi, Xətai, Füzuli və s.) əsərlərindən nümunələri araşdırmaq, onların
əsərlərinə nəzirələr yazmaq bu məclislərin ən vacib cəhətlərinə çevrilmişdi. Ədəbi
məclislərdə aparılan müzakirələr “əsərin mənasının üzərində deyil, əsasən şəkli
xüsusiyyətləri ətrafında gedirdi”.
20
Ədəbi məclislər peşəkar şairlərin qapalı,
məhdud yığnağı deyildi. Şairlərdən dövrün bütün elmlərindən xəbərdar olmaq, bir
neçə dili bilmək tələb olunurdu. Təbriz, Ərdəbil, Marağa, Şamaxı, Qəzvin
şəhərlərində bu cür məclislər vaxtaşırı keçirilirdi. Azərbaycan ədibləri İranın
başlıca şəhərlərində keçirilən şeir məclislərində də iştirak edirdilər. XVI əsrdən
etibarən Azərbaycan ədəbiyyatı öz milli hüdudlarından kənara çıxmağa və artıq
Yaxın Şərq xalqlarının şeir sənətinə yenidən təsir göstərməyə başlamışdı.
21
Tipoloji baxımdan İntibah mədəniyyətinin başlıca cəhətlərini özündə əks etdirən
Azərbaycan ədəbiyyatı mənşəcə türk xalqlarının şifahi xalq yaradıcılığı ilə, rabitə
əlaqəsi baxımından Şərq regionu xalqlarının ədəbiyyatı ilə bağlı idi.
XVII əsrdə farsdilli ədəbiyyat dərin tənəzzül prosesini keçirməkdə idi.
XVI əsrə qədərki dövrdə farsdilli ədəbiyyatın inkişafının başlıca mərkəzi İran-
Azərbaycan ərazisi olmuşdur. Lakin XVI əsrin əvvəllərindən başlayaraq bu
ədəbiyyat tənəzzül mərhələsinə daxil oldu, türkdilli ədəbiyyatın yüksəlişi prosesi
başlandı. Bu prosesləri Səfəvilər dövrünün dövlət siyasəti ilə izah etmək mümkün
deyildir. Fars dilində yazan ədiblərin çoxusunun XVI-XVII əsrlərdə Moğollar
dövlətinın ərazisində cəmləşməsi obyektiv səciyyə daşıyan bu prosesin labüd
nəticəsi idi. Moğol hökmdarları farsdilli ədəbiyyatın inkişafına himayəçilik
edirdilər.
22
Rüknəddin Məsihi, Saib Təbrizi, İbrahim Ordubadi, Səttar Məhəmməd,
Sadiq Təbrizi, Şərəfəddin Təbrizi, Mirzə Sahib Ordubadi, Mahmudbəy Füsuni,
Qasımxan Kəlbəli Təbrizi, Lütfi Təbrizi, Əbdüləli Məhvi, Hacı Müzəffər Təbrizi,
Məhəmməd Hüseynbəy, Nəzmi, Söhrab Hümai müxtəlif vaxtlarda (XVII əsr
ərzində) Hindistanda yaşamış, poetik fəaliyyət göstərmiş Azərbaycan şairləri
olmuşlar.
23
Təbiidir ki, fars dilində yazmış həmin Azərbaycan şairləri hind
poeziyasına özünəməxsus çalarlar bəxş etmişdilər.
XVII əsrin Azərbaycan ədəbiyyatında digər bir yenilik tarixi-epik
poemaların yaranması idi. Saib Təbrizinin “Qəndəharnamə”, Sadiqbəy Əfşarın
“Fəthnameyi-Abbase-namedar”, (“Adlı-sanlı Abbasın fəthnaməsi”) poemaları bu
qəbildən olmuşdur. “Sadiq bəyin “Fəthnamə”si tarixi-epik əsərlər içərisində xüsusi
yer tutur... Həcmi üç min misradır... Bu əsərdə Şah Abbasın döyüş səfərlərindən
danışılır”.
24
Sadiq bəyin əsərində tarixi faktlar son dərəcədə dəqiq göstərilmişdir.
“Fəthnamə” məsnəvi şəklində və şahın (Şah I Abbasın - red.) əmri ilə Əbülqasim
Firdovsinin “Şahnamə”si üslubunda yazılmışdır.
25
Saib Təbrizinin (1601-1676)
226
“Qəndəharnamə” adlanan epik poeması da məsnəvi şəklində yazılmış əsərdir.
Əsərdə Şah II Abbasın müharibələri poetik üslubda təsvir edilmişdir.
Mirzə Məhəmmədəli Saib Təbrizi dövrün ən məşhur şairlərindən biri
olmuşdur. Y.E.Bertels Saib Təbrizini “XVII əsrin Hafizi” adlandırmışdır. Saibin
atası Mirzə Əbdürrəhim tacir idi vo oğluna mükəmməl təhsil verə bilmişdi. Saib
Təbrizinin ailəsi Şah I Abbas tərəfindən zorla İsfahana köçürülmüşdü. Saib Təbrizi
Ərəbistan, İran, Hindistan və Osmanlı ərazilərini gəzmişdi. O, Şah II Abbasın
dövründə (1642-1666) məliküş-şüəra ləqəbini almışdı.
26
Saib Təbrizi saray
daxilindəki ziddiyyətlər üzündən bir müddət Hindistanda yaşamışdır. Onun 200
min beytdən ibarət olan yeddi divanı mövcuddur. Azərbaycan və fars dillərində
yazmış Saib Təbrizinin “İsfahan səbkinin” (“İsfahan üslubunun”) ədəbi üslub kimi
təşəkkülündə və inkişaf etməsində böyük xidmətləri olmuşdur.
27
Şairin poetikaya
dair bir neçə nəsr əsəri də vardır. Saib Təbrizinin bir sıra hikmətli sözləri xalq
arasında geniş yayılmışdı. Onun şeir nümunələri dövlətlərarası münasibətlərdə
qiymətli hədiyyə kimi istifadə edilirdi (Osmanlı sultanı və Moğol hökmdarları belə
hədiyyələr almışdılar). Saib Təbrizi 25 min beytlik “Bəyaz” əsərinin müəllifidir.
Əsərdə müxtəlif tarixi dövrlərin 800 şairinin ədəbi yaradıcılıq nümunələri,
adları vardır.
28
Bu əsər “Səfineyi-Saib” adı ilə də məşhur idi. Uzun müddət ərzində
mühacirətdə yaşamış şair
yazmışdı:
Qürbətə bağlama bel, tərk eləmə tez vətəni,
Hər quşun öz yuvası, hər kişinin öz vətəni.
29
Lakin Saib Təbrizinin bu arzusunun gerçəkləşməsinə XVII əsrin
ziddiyyətli hadisələri əngəllər törətmişdir. Şair İsfahanda vəfat etmişdir. Saib
Təbrizi ədəbiyyatda “Səbki-Hindi”nin (“Hind üslubu”nun) ən böyük nümayəndəsi
hesab edilir. Forma gözəlliyi xatirinə poetik əsərin mənasını çətin anlaşılan bir hala
salan “Hind üslubu” türkdilli poeziyaya o qədər də təsir göstərə bilməmişdir.
Poeziyanın xalq üslubu bu təsirin qarşısını almış mühüm amil idi. Farsdilli
poeziyada bir sıra yeniliklər etmiş Saib Təbrizi dərin anlama malik olan şeirlər
yazmışdır. Şair şeirlərindən birində yazırdı:
Arif insan hara getsə, qayıdar tez vətənə,
Şam da bir yerdə yanar, şöləsi ətrafa uçar.
30
Rüknəddin Məsud Məsihi 1580-ci ildə Kaşan şəhərində, azərbaycanlı
(türk) ailəsində anadan olmuşdur. O, 1656-cı ilədək yaşamışdır. Onun atası Şah I
Təhmasibin və Şah I Abbasın sarayında həkim və şair kimi fəaliyyət göstərmişdi.
Məsihi “Zabitət ül-əlac” (“Müalicə qaydaları”) adlı tibbi əsərin müəllifidir. O da
şair və həkim kimi Şah I Abbasın sarayına dəvət olunmuşdu. Məsihi XVII əsrin
əvvəllərindən Hindistana mühacirət etmiş, Moğol hökmdarının sarayında
yaşamışdır. Sənətkar Hindistanda 20 il fəaliyyət göstərmişdir. O, ömrünün
sonlarına yaxın vətənə qayıtmışdır. Şairin Azərbaycan və fars dillərində yazdığı
əsərlərinin ümumi həcmi 100 min beytə yaxındır.
31
Onun Azərbaycan dilində üç
əsəri vardır: 1655-ci ildə bitirdiyi “Vərqa və Gülşa” əsəri 5000 beytdən ibarətdir.
32
Dostları ilə paylaş: |