Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə104/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   100   101   102   103   104   105   106   107   ...   138

223 
 
ictimai-siyasi  ziddiyyətlərin  mürəkkəb  məcmusuna  baxmayaraq,  Azərbaycanı 
Səfəvilər dövləti sistemindən ayırmaq, Səfəvilər dövlətini Azərbaycan üçün yad bir 
siyasi birlik (İran) kimi
 
təqdim etmək cəhdləri əsassızdır. 
XVII əsrdə Azərbaycanın iqtisadi həyatı Səfəvilər dövləti sisteminə bağlı 
idi. Əsrin əvvəllərində Səfəvilər dövləti Avropa ölkələri ilə iqtisadi münasibətləri 
inkişaf  etdirməyə  can  atırdı.  Bu  cəhdlərin  başlıca  səbəbləri  Böyük  coğrafi 
kəşflərdən  sonra  Yaxın  və  Orta  Şərq  regionunun  (eləcə  də  Azərbaycanın)  dünya 
iqtisadi münasibətlər sistemindəki əhəmiyyətinin əsaslı şəkildə azalması, Osmanlı-
Səfəvi  qarşıdurması  idi.  Həmin  səbəblər  nəticəsində  Səfəvilər  dövlətinin  iqtisadi 
vəziyyəti  də  pisləşmişdi.  Dövlətin  iqtisadi  sisteminin  ziddiyyətli  inkişafı  XVII 
əsrdə daha aydın surətdə nəzərə çarpırdı. 
Kənd  təsərrüfatı,  sənərkarlıq  və  ticarət  ölkənin  iqtisadi  həyatının  əsasını 
təşkil  etməkdə  idi.  Azərbaycanın  iqtisadi  potensialı  zəngin  olduğuna  görə  XVII 
əsrin  əvvəllərində  ölkənin  iqtisadiyyatında  canlanma  meydana  gəldi.  Müharibə 
nəticəsində  dağıntılara  məruz  qalmış  Azərbaycan  şəhərlərinə  xüsusi  diqqət 
yetirildi.  1639-cu  ilin  Osmanlı-Səfəvi  sülh  müqaviləsi  Azərbaycanda  siyasi 
sabitliyin  başlanğıcı  idi  və  məhz  bu  müqavilədən  sonra  ölkənin  iqtisadi  inkişafı 
xüsusilə intensivləşdi. Azərbaycanın Təbriz, Ərdəbil, Şamaxı, Bakı, Xoy, Marağa, 
Gəncə  və  Urmiyə  kimi  iqtisadi  mərkəzləri  yenidən  dirçəldi.  Ordubad,  Təbriz 
şəhərlərinə  dövlət  tərəfindən  vergilər  sahəsində  bir  sıra  güzəştlər  edildi.
11
  XVII 
əsrin  ortalarına  doğru  Səfəvilər  dövlətinin  ərazisində  iqtisadi  yüksəliş  başlandı.
12
 
Strateji  liman  şəhəri  olan  Bakıya,  Osmanlı-Səfəvi  müharibələri  zamanı  güclü 
surətdə dağıntılara məruz qalmış Gəncəyə xüsusi qayğı göstərildi. XVII əsrin 60-cı 
illərinə  doğru  Azərbaycan  yenidən  Yaxın  və  Orta  Şərqin  ticarət,  sənətkarlıq 
mərkəzlərindən  birinə  çevrildi.  Artıq  XVII  əsrin  40-cı  illərinin  II  yarısında 
Təbrizdə  olmuş  Osmanlı  səyyahı  və  diplomatı  Övliya  Çələbi  öz  qeydlərində 
göstərirdi ki, bu dövrdə Təbrizdə bütün elmlərin tədris olunduğu 47 mədrəsə, 600 
ibtidai  məktəb,  320  məscid,  200-dək  karvansara,  müxtəlif  sənətkarlıq  məmulatı 
satılan  7000  dükan  olmuşdur.
13
  O,  qeyd  edirdi  ki,  şəhərdə  300  min,  əyalətdə  isə 
500 min adam yaşayır.
14
 Mərkəzi hökumət planauyğun, intensiv  köçürmə siyasəti 
yeridirdi.  Bu  siyasət  Azərbaycanın  iqtisadi,  mədəni  potensialına  mənfi  təsir 
göstərirdi.  Lakin  buna  baxmayaraq  ölkənin  iqtisadi  inkişaf  imkanları 
tükənməmişdi.  Azərbaycanda  ticarət  fəaliyyətinin canlanmasında  hind tacirlərinin 
mühüm  rolu  olmuşdur.  Məsələn,  Adam  Olearinin  və  Jan
 
Batist  Tavernyenin 
məlumatlarına  görə,  Səfəvi  dövlətinin  ərazisində  10-12  min,  Jan  Batist  Şardenin 
məlumatına  görə  isə  20  mindən  artıq  hind  taciri  fəaliyyət  göstərirdi.
15
  Təbrizdə, 
Ərəşdə,  Şamaxıda,  Bakıda  və  Salyanda  xeyli  hind  taciri  vardı.  XVII  əsrin  II 
yarısından  etibarən  hind  tacirləri  Azərbaycan  və  İran  bazarlarında  aparıcı  rol 
oynamağa  başladılar.
16
  İqtisadi-ticarət  münasibətləri  labüd  olaraq  Azərbaycan-
Hindistan  mədəni  əlaqələrinə,  qarşılıqlı  mədəni  təsir  prosesinə  geniş  imkanlar 
açmışdı.  XVII  əsrin  70-ci  illərinə  doğru  Azərbaycanda  iqtisadi  durğunluq  və 


224 
 
tənəzzül  prosesi  başlandı.
17
  Bu  proseslərin  nəticəsində  Azərbaycan  şəhərlərinin 
əhalisi  azalmaq  təmayülündə  idi.  Ölkənin  ictimai-iqtisadi  tənəzzülündə  daxili 
səbəblər  ilə  yanaşı,  ümumdünya  əhəmiyyətli  hadisənin  -  Böyük  coğrafı  kəşflər 
nəticəsində  dünya  ticarət  yollarının  istiqamətinin  dəyişməsinin  də  mühüm  rolu 
vardı. 
XVII əsrdə Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatı əsasən əlverişsiz 
olan  şəraitdə  inkişaf  etmişdir.  Bu  isə  öz  təsirini  mədəni  proseslərə  göstərməyə 
bilməzdi.  Həmin  əsrdə  Azərbaycanın  mədəni  potensialına  təsirli  zərər  dəymişdir. 
Bir  çox  şair,  rəssam,  xəttat,  alim,  dekorativ  sənət  xadimləri  əlverişli  olmayan 
ictimai-siyasi və ideoloji şərait ucbatından İrana, Osmanlı Türkiyəsinə, Hindistana, 
Orta  (Mərkəzi)  Asiyaya  mühacirət  etmiş,  həmin  ölkələrdə  fəaliyyət  göstərmişlər. 
Lakin  mədəni  dəyərlərin  əsas  yaradıcısı,  subyekti  olan  Azərbaycan  xalqı  XVII 
əsrdə  də  öz  mədəni-mənəvi  imkanlarını  gerçəkləşdirə  bilmişdi.  Belə  bir  cəhəti 
qeyd etmək lazımdır kı, mədəniyyətin, xüsusilə incəsənətin inkişaf səviyyəsi, onun 
keyfiyyəti  mütləq  dərəcədə  bir  ölkənin  iqtisadi  və  siyasi  səviyyəsindən  asılı 
deyildir.  “Ədəbiyyat,  rəssamlıq  və  incəsənətin  digər  növləri,  hatta  iqtisadi 
baxımdan geridə qalmış ölkədə də yüksək səviyyəyə çata bilər. Lakin təbiət elmləri 
bu şəraitdə ləng inkişaf edir. Çünki sənayenin və texniki tərəqqinin ləng inkişafı bu 
elmləri  inkişaf  imkanlarından  məhrum  edir”.
18
  XVII  əsrin  mədəniyyəti  xeyli 
mənada XVI əsrdə yaradılmış zəngin mədəni zəmin əsasında təkmilləşmək imkanı 
qazanmışdı.  XVII  əsrin  Azərbaycan  mədəniyyətinin  səciyyəvi  cəhəti  bütün 
sahələrdə  xalq  yaradıcılığının  geniş  vüsəti,  mədəni  inkişafın  ictimai  əsasının 
genişliyi idi. 
Azərbaycan  ədəbiyyatı:  XVII  əsrdə  Azərbaycan  ədəbiyyatı,  əsasən 
aşağıdakı istiqamətlərdə inkişaf edirdi: 
1.   Saray çərçivəsində, hakim sinfin himayəsi şəraitində inkişaf edən ədəbi mühit; 
2.
 
Saraydan kənarda, tacir və əsnaf mühitində tərəqqi edən ədəbi istiqamət
3.
 
Ədəbi məclislər məcrasında inkişaf edən istiqamət; 
4.
 
İctimai  zəmini  geniş  olan,  demokratik  istiqamətdə  inkişaf  edən  xalq 
yaradıcılığı; 
5.
 
Saib  Təbrizi,  Rüknəddin  Məsihi  timsallı  ədiblər.  Əsasən  fərdi  fəaliyyət 
göstərmiş həmin şairlər digər məcralarda inkişaf edən ədəbi mühitləri əlaqələndirir. 
Azərbaycan ədəbiyyatının sistem kimi tərəqqisini təmin edirdilər. Qövsi Təbrizi də 
bu  qəbildən  olan  ədib  idi.  “Bu  mərhələnin  əsas  inkişaf  meyli  normanın 
dcmokratikləşməsidir.  Xalq  danışıq  dilinə  meyil  şifahi  ədəbiyyatın  tarixi  vəzifəsi 
ilə  bağlıdır.  Xətai  həm  klassik  poeziya,  həm  də  xalq  şeiri  janrlarında  yazırdı. 
Əsrin  sonlarında  bu  meyil  xeyli  güclənir.  Əmani  klassik  janrlarla  yanaşı,  bayatı 
janrlarında da nümunələr yaradır. Klassik janrların özündə xəlqiləşmə gedir”.
19
 
XVII  əsrdə  Azərbaycan  ədəbiyyatının  ən  güclü  inkişaf  edən  qolu  şifahi 
xalq  ədəbiyyatı  olmuşdur.  Tükənməz  inkişaf  imkanları  olan  bu  ədəbiyyat  digər 
istiqamətlərə də güclü təsir göstərirdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə