231
Molla Əliqulu Xalxali, Mirzə Ordubadi müntəzəm olaraq Məşhəddə, İran
vilayətlərində, İsfahanda, Hindistanda müxtəlif mühazirələrlə çıxış edirdilər
55
.
Yusif Məhəmmədcan oğlu Qarabaği Osmanlı işğalı dövründə ölkəni tərk
etmiş, Orta (Mərkəzi) Asiyada məskən salmışdı. Filosof, hüquqşünas olan Yusif
Qarabaği Səmərqənd və Buxara şəhərlərində yaşamış, ərəb və fars dillərində bir
neçə mühüm əsər yazmışdı. Onun əsərlərindən bəziləri uzun müddət ərzində Orta
(Mərkəzi) Asiya mədrəsələrində vacib tədris vəsaiti kimi
istifadə edilirdi
56
.
Memarlıq: XVI əsrin sonu-XVII əsrin əvvəllərində daxili və xarici
əhəmiyyətli obyektiv amillərin təsiri altında Azərbaycan memarlığının inkişaf
zəmini dəyişdi. XVII əsrdə şəhərsalma tədbirləri ölkənin cənub vilayətlərində
xüsusi intensivliklə həyata keçirilirdi
57
. Eyni zamanda Azərbaycan şəhərlərinin
cənub istiqaməti əsasında memarlıq inkişafı XVII əsrin səciyyəvi cəhəti idi. “XVII
əsr bir sıra şəhərlərin xeyli inkişafı, bu şəhərlərdə iri mərkəzi komplekslərin
yaradılması ilə seçilir. Bu dövrdə şəhərin mərkəzi onun ticarət hissəsinə can atır.
Bir sıra hallarda hakimlərin qala və imarətləri öz əhəmiyyətini itirdi. Bir sıra
şəhərlərin baş küçələri məhz XVII əsrdə meydana gəldi. Bu baxımdan Bakı
səciyyəvi nümunə ola bilər. Əgər XV əsrdə şəhərin mərkəzi bilavasitə Şirvanşahlar
sarayının yanında idisə, XVII əsrdə karvansara və bazarların yerləşdiyi ərazi
şəhərin mərkəzinə çevrildi”.
58
Əgər Şimali Azərbaycan şəhərlərinin əksəriyyətinin
memarlıq baxımından tərəqqisi ölkənin cənub vilayətlərinə istiqamətli idisə, cənubi
Azərbaycan vilayətlərində olan şəhərlərin memarlıq inkişafı Səfəvilər dövləti
ərazisinin cənubuna (İran vilayətlərinə) istiqamətlənmişdi. Bu, dünya ticarət
yollarının dəyişməsi kimi bir obyektiv prosesin memarlığın inkişafına güclü
təsirinin təzahürü idi.
İslam Şərqinin memarlıq sistemində dini təyinatlı binalar xüsusi yer tutur.
XVII əsr Azərbaycanda dini funksiyaları həyata keçirən binaların xüsusi
intensivliklə inşası ilə səciyyəvidir. Bu cür tikinti işləri ölkənin cənubunda daha
geniş şəkildə aparılmışdır. Lakin Abşeron yarımadasında da XVII əsrdə bir çox
məscidlər inşa olunmuşdu.
59
Ərdəbildəki Şeyx Səfi kompleksi dini - xatirə
komplekslərinin nadir incilərindən idi və XVII əsrdə də bu kompleksin memarlıq
təkamülü davam edirdi. Osmanlı-Səfəvi müharibələrindən zərər çəkməməsi bu
abidənin inkişafının uğurlu davamını təmin etmişdir. Bütün XVII əsr ərzində
Ərdəbilin mədəni mərkəz kimi inkişaf dinamikası, onun əhalisinin sayının əsasən
sabit qalması (50 min nəfər) Səfəvi şahlarına Şeyx Səfi kompleksinə xüsusi fikir
vermək üçün əlverişli imkanlar yaratmışdı. Müxtəlif təyinatlı
binalardan ibarət olan
bu kompleks
60
müsəlman Şərqinin ən məşhur ibadət, maarif, xeyriyyə, ziyarət
obyekti idi.
Karvansara, ovdan, körpü, hamam və s. kimi ticarət, ictimai əhəmiyyətli
obyektlərin tikintisi XVII əsrdə də davam etdirilmişdir. Dövlətin cənub ərazilərinin
ictimai-iqtisadi imkanlarına istinad etməyə çalışan Səfəvi hökmdarları (xüsusilə
Şah I Abbas) anlamışdı ki, bu potensial kifayət deyildir. Buna görə də Şah I Abbas