Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə109/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   105   106   107   108   109   110   111   112   ...   138

233 
 
ölkədə  hərbi-siyasi,  ictimai-ideoloji  şəraitin  qeyri-qənaətbəxş  olması  və  Moğol 
imperiyasında  incəsənətin  inkişafı  üçün  əlverişli  şəraitin  mövcudluğu  olmuşdu. 
“Hindistanda  özündə  hind  amallarını  və  İran  motivlərini  birləşdirən  yeni 
memarlığın  yaranması”
70
  xeyli  mənada  Moğol-Səfəvi  mədəni  münasibətlərinin 
nəticəsi idi. 1630-1652-ci illər ərzində Aqrada inşa edilmiş Tac-Mahal məqbərəsi
71
 
Azərbaycan  və  Hindistan  memarlarının  əməkdaşlığının  nadir  incisidir.  Şah 
Cahanın  həyat  yoldaşı  Mümtaz  Mahal  üçün  nəzərdə  tutulmuş  bu  məqbərənin 
tikintisində 20 min adam iştirak etmişdi. Ağ mərmərdən inşa olunmuş Tac-Mahal 
məqbərəsi  “dünyanın  səkkizinci  möcürəsi”  hesab  edilir.  Tac-Mahal  məqbərəsinin 
baş  memarı  türk  Məhəmməd  İsa  Əfəndi  olmuşdur.  “Tac-Mahalın  memarı  İsa 
Əfəndi  bu  şah  əsərində  Ağa  Mirəyin  Hindistana  gətirdiyi  Səfəvi,  eləcə  də  yerli 
Hind  –  Racputan  və  özünün  elçisi  olduğu  Osmanlı  türk  memarlığı  ənənələrini 
gözəl bir ahəngdə birləşdirmişdir. Belə bir qeyri-adi sintezdən dünya incəsənətinin 
ən nadir incilərindən biri – Tac-Mahal yaranmışdır”.
72
 XVII əsrdə Dehlidə tikilmiş 
Cümə  məscidinin,  Lahordakı  Badşahi  məscidinin  bir  çox  elementlərində  də 
Azərbaycan memarlıq ənənələrinin təsiri vardır. Daha bir Azərbaycan memarı Əbu 
Məhəmməd Təbrizi XVII əsrdə Hindistanın Malva adasında məscid inşa etmişdi və 
memarın türbəsi indiyədək məscidin yanındadır.
73
 
Beləliklə,  XVII  əsrdə  də  Azərbaycan  memarlığı  İslam  Şərqinin  aparıcı 
memarlıq  mərkəzlərindən  olmuşdur.  Azərbaycan  memarlığı  nəinki  milli  tələbatı 
dəyirdi, habelə regional (İslam Şərqi) tələbatın ödənilməsi vəzifəsini uğurla yerinə 
yetirirdi. 
Təsviri incəsənət və xəttatlıq: XVII əsr Azərbaycanda miniatür sənətinin 
inkişafı  üçün  əlverişli  olmayan  şəraitlə  səciyyəvidir.  “Bu  vaxtdan  etibarən  yerli 
sənət məktəblərinin fəaliyyətlərində durğunluq yaranır, qüdrətli Təbriz məktəbinin 
qiymətli  bədii  ənənələrinin  uzun  sürən  unudulma  prosesi  başlanır.  XVIII  əsrdə 
tamamilə tənəzzül edən boyakarlıq sənəti XIX əsrin II yarısından etibarən yenidən 
dirçəlməyə  başlayır”.
74
  Ölkə  daxilində  miniatür  rəssamlığının  inkişafına  əngəl 
törədən  hərbi-siyasi,  ideoloji  amillər  XVI  əsrdə  də  mövcud  idi.  Məsələn, 
“hakimiyyətinin ilk dövründə rəssamlığa maraq göstərmiş Şah I Təhmasib 1557-ci 
ildə tövbə fərmanı verdi və bu fərmana əsasən rəssamlıq emalatxanaları sənətinin 
inkişafı üçün əlverişli dağıdıldı”.
75
 Emalatxanalarda çalışan rəssamlar öz işlərindən 
kənar edildilər, miniatürçü rəssamların əksəriyyəti Hindistana qaçmalı oldu. Lakin 
Şah I Təhmasibin bu subyektiv tədbiri zəngin ənənələri olan miniatür rəssamlığının 
Azərbaycanda  və  İranda  inkişafının  qarşısını  ala  bilmədi.  XVI  əsrin  sonunda  – 
XVII  əsrin  əvvəllərində  işğal  altında  olmuş  Təbrizdən  rəssamların  əksəriyyətinin 
Osmanlı  paytaxtına  –  İstambula  aparılması  Azərbaycanda  miniatür  sənətinin 
inkişaf potensialını azaltdı. 
XVII  əsrdə  Azərbaycan  miniatür  sənəti  Yaxın  və  Orta  Şərqdə  şöhrət 
tapmış  Təbriz  məktəbinin  ənənələri  əsasında  inkişaf  etmişdir.  Lakin  qeyd  etmək 
lazımdır ki, bu dövrdə Azərbaycan rəssamlarının çoxusu Osmanlı, Moğol, Mərkəzi 


234 
 
Asiya, İran ərazilərində yaranmış miniatür məktəbi İranda, Türkiyədə, Hindistanda 
və  Mərkəzi  Asiyada  milli  miniatür  mərkəzlərində  çalışırdı.  Təbriz  İranda, 
Türkiyədə,  Hindistanda  və  Mərkəzi  Asiyada  milli  miniatür  mərkəzlərinin 
yaranmasında  həlledici  rol  oynamaqla
76
  yanaşı,  həmin  mərkəzlərin  təşəkkülü  və 
inkişafı  prosesini  də  təmin  etmişdir.  Şərq  “təsviri  incəsənətində,  xüsusilə 
miniatürdə  dünyanın  bədii  baxımdan  qavranılmasının  yeni,  ali  mərhələsinə  keçid 
təmayülü  vardı.  Bu  təmayül  XVI-XVII  əsrlərin  Qərbi  Avropa  incəsənətində  baş 
vermiş  təmayüllə  səsləşirdi”.
77
  Azərbaycan  rəssamları  İntibah  təmayüllü 
yaradıcılıqlarını XVII əsrdə İsfahanda davam etdirmişlər. 
Təbriz  rəssamlıq  məktəbinin  nümayəndələri  Səfəvi  sarayı  nəzdindəki 
kitabxanada cəmləşmişdilər. Onlar İsfahan miniatür məktəbinin əsasını qoymuş və 
Azərbaycan  rəssamlığının  yeni  formada  inkişafını  təmin  etmişlər.  Azərbaycan 
rəssamları Qəzvin, Şiraz, Məşhəd və Moğol miniatür məktəblərinin aparıcı qüvvəsi 
idilər. Moğol hökmdarlarının saray kitabxanası bu cəhətdən daha əhəmiyyətli idi. 
Burada  Əmir  Həmzə  dastanına  360  miniatür  çəkmək  üçün  Kəmaləddin  Behzad 
məktəbinin  50  rəssamı  cəlb  olunmuşdu.
78
  XVII  əsrin  əvvəllərində  Moğol  saray 
kitabxanasında  çalışan  145  miniatürçü  rəssamın  əksəriyyəti  türk  (azərbaycanlı), 
fars və  Orta  (Mərkəzi)  Asiyalı idi.  Əmir Seyidəli Təbrizi (Cüdai) dövrün  məşhur 
miniatürçü  rəssamı  idi  və  XVII  əsrin  əvvəllərində  Hindistana  mühacirət  etmişdi. 
Moğol  sarayında  güclü  nüfuza  sahib  olan  Seyidəli  Təbrizi  “Nadirülmülk”  ləqəbi 
almış,  əmir  vəzifəsinədək  yüksəldilmişdi.  O,  Əmir  Həmzə  dastanına  16  məşhur 
miniatür  həsr  etmişdir.  Lakin  onun  hər  miniatürü  məcmuə  səciyyəsi  daşıyırdı. 
Cüdai  çəkdiyi  rəsmlərin  hər  cildini  bir  sandığa  yığmışdı.  Hər  bir  miniatür  iri 
ölçülərə  malik  olması  ilə  seçilirdi  (təxminən  I  metr  uzunluğunda).  “Cüdainin 
miniatürləri  Maninin  və  Kəmaləddin  Behzadın  əsərlərini  xatırladır”.
79
  Əmir 
Seyidəli Təbrizi (Cüdai)  portret rəssamlığında da mahir idi. Sadiq bəy Əfşar XVII 
əsrin əvvəllərində də miniatürçü rəssam, kalliqraf, alim kimi fəaliyyət göstərmişdir. 
O, Şah I Abbasın dövründə saray kitabxanasının müdiri idi. Onun əsəri
80
 rəssamlıq 
qanunları haqqındadır və XVII əsrdə tədris vəsaiti kimi əhəmiyyətli idi. 
Xəttatlığın  bir  çox  incəsənət  sahələrinə  güclü  təsiri  XVII  əsrdə  də  aydın 
nəzərə  çarpırdı.  Mir  Abdulbaqi  Danişmənd,  Əli  Rza  Təbrizi  (Abbasi),  Mir  İmad 
Qəzvini və Məhəmməd Mömin Təbrizi bu dövrün ən məşhur xəttatları olmuşlar. 
Dekorativ və tətbiqi sənət sahələri: İslam regionuna daxil olan bir ölkə 
kimi  Azərbaycanda  da  nəbati,  qrafik,  həndəsi  ornamentlərə  əsaslanan  dekorativ-
tətbiqi  sənətlər  sistemi  təşəkkül  tapmışdı.  Lakin  İslamın  dekorativ-tətbiqi  sənətə 
təsir  prosesi  xeyli  uzanmış,  bəzi  sahələrə  isə  heç  bir  təsir  göstərə  bilməmişdi. 
“Azərbaycanda islamiyyətlə bağlı olan, dini xarakter daşıyan adət-ənənələr sənətdə 
çox sonralar, yəni bir neçə əsrdən sonra özünü az-çox büruzə verməyə başlamışdır. 
Araşdırmalar  göstərir  ki,  Azərbaycan  sənətkarlığına,  onun  bədii  xüsusiyyət  və 
məzmununa  İslam  dininin  təsiri  də  hər  yerdə  bir  olmamışdır.  Bu  təsir  şəhər 
yerlərində  nisbətən  güclü  olmuşdur.  Ucqar,  dağlıq  olan  yerlərdə  isə  İslam  dini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə