208
§ 8. Folklor və musiqi
Xalq yaradıcılığı (folklor) Azərbaycan xalqının mənəvi həyatının əsasını
təşkil edir. “Folklor” anlayışını ilk dəfə elmi dövriyyəyə 1845-ci ildə ingilis
tarixçisi Vilyam Toms daxil etmişdir.
215
Folklor abidələrinin uzun tarixi mərhələdə
sabit qalması onun əsas yaradıcısı olan xalqın dünyabaxışının, həyat tərzinin və
estetik zövqündəki dəyişiklikliyin ləng getməsindən irəli gəlir. Azərbaycan folklor
janrları məhsuldar və qeyri-məhsuldar dövrlər keçirməsi ilə də səciyyəvidir.
Azərbaycan folklorunun inkişafında XVI əsr ən məhsuldar dövr kimi səciyyəvi
olmuşdur. Azərbaycan xalqının folkloru mifologiya ilə sıx əlaqədardır.
216
Xalq
yaradıcılığının ən səciyyəvi xüsusiyyəti onun sinkretizmidir.
XVI əsrdə bir sıra dastanlar meydana gəldi. Bu əsrin II yarısında
“Qurbani” və “Şah İsmayıl” dastanları təşəkkül tapmağa başladı. İctimai-siyasi
ziddiyyətlərlə zəngin olan bir dövrdə dastanların artması təsadüfi hadisə deyildi.
“Epos həmişə beynəlxalq xarakterindəki əlamətinə görə seçilir: o bir qəbilənin
başqası ilə mübarizəsini tərənnüm edir, buna görə də həmin mübarizədən danışan
hekayə döyüşən hər iki tərəf üçün maraqlı olur. Buradan da belə məlum olur ki,
epos qəbilələrin toqquşmasından yaranır”.
217
Osmanlı-Səfəvi müharibələri, daxili
feodal çəkişmələri, sinfı mübarizə eposun zənginliyini təmin edirdi. “Dastanlar
millətlərin din, fəzilət və qəhrəmanlıq macəralarının hekayətləridir. Dastan kökü
tarixə dayanan və ilhamını tarixdən alan xalq ədəbiyyatı məhsuludur, xalq
xəyalında nağıl şəklini alan tarixlərdir. Hər millətin dastanı yoxdur. Bir millətin
dastanları ola bilməsi üçün, onun əski keçmişi və tarixində unudulmaz təbiət
hadisələri, böyük savaşlar, köçlər, istilalar və yeni məntəqələrdə vətən qurmalar
kimi xalq həyat və hafızəsini nəsillər boyu məşğul edən hadisələr olması
lazımdır”.
218
XVI əsrin ən məşhur aşıqları Sarı Aşıq və Qurbani idi. Aşıq Qurbani
bir müddət Şah I İsmayılın sarayında fəaliyyət göstərmiş və böyük hörmət sahibi
olmuşdur. Onun qoşma və bayatıları, xalq üslubunda yaratdığı poetik nümunələr
sonralar “Qurbani”" dastanının əsasını təşkil etmişdir. O dövrdə Sarı Aşığın
qoşduğu bayatılar da geniş yayılmışdı. Nəzmlə nəsrin növbələnməsi prinsipinə
əsaslanan dastanları, əsasən aşıq yaradıcılığının məhsulu hesab edirlər. “Dastan
janrı türk xalqlarının ədəbiyyatında da qədim və zəngin ənənələri ilə seçilir. Ancaq
türk xalqları folklorunda dastan XVI-XVIII əsrlərdə daha çox təşəkkül
tapmışdır”.
219
Yaranmış dastanların yayılması, təkmilləşməsi prosesində başlıca rol
aşıqlara məxsus idi. XV əsrədək aşıqlar “ozan” adı ilə məşhur idilərsə, XVI əsrdən
etibarən “aşıq” sözü daha çox işlənmişdir və bu da məhəbbət dastanlarının sayının
çoxalması ilə izan olunur.
220
Aşıqlar üç əsas qrupa bölünürdülər. “Ustad aşıqlar,
ifaçı aşıqlar və el aşıqları). Azərbaycan aşıqları sintetik sənətin səciyyəvi
nümayəndələri kimi - musiqiçi, rəqqas və şair-hekayəçi rollarını eyni səviyyədə ifa
edən sənətkarlar olmuşlar. Aşıqlar əsasən XVI əsrdə kənd mühitinin sevimlisi
209
idilər. “Xanəndələr isə əsasən fars dilində yazılmış qəzəllər və təsnifləri
oxuduqlarına görə kəndlilər xanəndələri öz məclislərinə dəvət etməzdi. Kənd
məclislərinin yaraşığı ya aşıqlar, ya da zurnaçılar dəstəsi olardı”.
221
Ümumiyyətlə,
XVI əsrdə Azərbaycan folklorunun bütün sahələrində yüksəliş nəzərə çarpırdı.
Yaradıcılıq, ifaçılıq və qavramadan ibarət olan musiqi fəaliyyəti milli
mədəniyyət sisteminin tərkib hissəsidir. Şərqdə (habelə Azərbaycanda) musiqi
mədəniyyəti şifahi ənənələrə istinad edir. Azərbaycan xalqının musiqi təfəkkürü
özünün sabitliyi ilə səciyyəvidir. Azərbaycan milli musiqisinin əsas inkişaf
istiqamətləri xalq yaradıcılığı, ifaçılıq sənəti və aşıq yaradıcılığından ibarətdir.
Lakin bu üç istiqamət daim bir-birini tamamlamış, biri digərinə təsir göstərmiş,
habelə vahid sistemdə olmasına baxmayaraq, hər bir istiqamət öz orijinallığını
saxlaya bilmişdir. XVI əsrdə də Azərbaycan musiqisi bu 3 istiqamətdə inkişaf
edirdi.
Azərbaycanın İslam mədəni sisteminə daxil olması onun musiqi
mədəniyyətini zənginləşdirmişdir. Milli musiqinin “təməl daşı, onun bünövrəsi,
onun dayaq sütunu”
222
olan muğamat XVI əsrdə geniş yayılmış sənət növü idi. XVI
əsrdə Azərbaycanın ən məşhur musiqi nəzəriyyəçisi Əbdüləziz Maraği (Əbdülqadir
Marağinin nəvəsi) idi. O, “Nəqavətül-ədvar” (“Mahnıların saflaşdırılması”) adlı
əsəri Osmanlı sultanı Süleymana (1520-1566) həsr etmişdi.
223
Əbdüləziz Maraği
bir sıra musiqi əsərləri yazmış, ud çalğı alətinə 2 sim artırıb onu təkmilləşdirmişdi.
Şah sarayında, iri feodalların təşkil etdikləri məclislərdə xanəndələr muğamları ifa
edirdilər. İfa zamanı klassik Şərq poeziyasından geniş istifadə olunurdu. “Lap
qədim zamanlardan muğam Şərq poeziyasının yol yoldaşı olmuşdur. Muğam ifa
olunarkən xanəndələr Nizami, Xaqani, Nəsimi, Füzuli kimi qüdrətli sənətkarların
qəzəllərini oxumuşlar.”
224
Xanəndələr yalnız ifaçı kimi deyil, habelə mütəfəkkir
şairlərin ictimai-siyasi, fəlsəfı ideyalarının təbliğatçısı kimi çıxış edirdilər. Faktlar
sübut edir ki, “Şərqdə fəlsəfə ən çox şeirlə deyilib, musiqidə çağrılıb və bu, Şərqin
əskikliyi deyil, üstünlüyüdür. Şərqdə fəlsəfə bədiiləşib, musiqiləşib. Qərbin cild-
cild fəlsəfi kitabları var. Şərq də fəlsəfi kilablardan məhrum deyil, ancaq Şərqin
traktatlardan fərqli fəlsəfi dünyası var ki, orada muğamlar hikmət çağırır, hikmətə
çağırır”.
225
XVI əsrdə muğam sənətinin fəaliyyət dairəsi məhdud idi və o, əsasən
hakim dairələrin estetik tələbatlarını ödəyirdi. Aşıq musiqisi isə geniş xalq
kütlələrinin yaradıcılıq məhsulu və onların esletik tələbatlarını ödəməyin qüdrətli
vasitəsi kimi çıxış edirdi.
Azərbaycan şəhərlərinin bir çoxunda musiqi alətləri istehsal olunurdu.
“Şərq musiqi alətlərinin hazırlanması materiallarına və texnoloji xüsusiyyətlərinə
əsasən qeyd etmək olar ki, bu sahədə əmək bölgüsü prosesi dərin olmuşdur. Bu
musiqi alətləri çoxlu sayda, demək olar ki, bütün iri şəhərlərdə hazırlanırdı.
Onlardan bəzilərinin istehsalı elə çox idi ki, bir hissəsi başqa ölkələrə ixrac
edilirdi”.
226
Azərbaycan XVI əsrdə də musiqi mədəniyyətinin inkişaf səviyyəsinə
görə Yaxın və Orta Şərqdə aparıcı mövqelərdə idi.
Dostları ilə paylaş: |