Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə98/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   94   95   96   97   98   99   100   101   ...   138

208 
 
 
§ 8.  Folklor və musiqi 
 
Xalq  yaradıcılığı  (folklor)  Azərbaycan  xalqının  mənəvi  həyatının  əsasını 
təşkil  edir.  “Folklor”  anlayışını  ilk  dəfə  elmi  dövriyyəyə  1845-ci  ildə  ingilis 
tarixçisi Vilyam Toms daxil etmişdir.
215
 Folklor abidələrinin uzun tarixi mərhələdə 
sabit  qalması  onun  əsas  yaradıcısı  olan  xalqın  dünyabaxışının,  həyat  tərzinin  və 
estetik zövqündəki dəyişiklikliyin ləng getməsindən irəli gəlir. Azərbaycan folklor 
janrları  məhsuldar  və  qeyri-məhsuldar  dövrlər  keçirməsi  ilə  də  səciyyəvidir. 
Azərbaycan  folklorunun  inkişafında  XVI  əsr  ən  məhsuldar  dövr  kimi  səciyyəvi 
olmuşdur.  Azərbaycan  xalqının  folkloru  mifologiya  ilə  sıx  əlaqədardır.
216
  Xalq 
yaradıcılığının ən səciyyəvi xüsusiyyəti onun sinkretizmidir. 
XVI  əsrdə  bir  sıra  dastanlar  meydana  gəldi.  Bu  əsrin  II  yarısında 
“Qurbani”  və  “Şah  İsmayıl”  dastanları  təşəkkül  tapmağa  başladı.  İctimai-siyasi 
ziddiyyətlərlə  zəngin  olan  bir  dövrdə  dastanların  artması  təsadüfi  hadisə  deyildi. 
“Epos  həmişə  beynəlxalq  xarakterindəki  əlamətinə  görə  seçilir:  o  bir  qəbilənin 
başqası ilə mübarizəsini tərənnüm edir, buna görə də həmin mübarizədən danışan 
hekayə  döyüşən  hər  iki  tərəf  üçün  maraqlı  olur.  Buradan  da  belə  məlum  olur  ki, 
epos  qəbilələrin  toqquşmasından  yaranır”.
217
  Osmanlı-Səfəvi  müharibələri,  daxili 
feodal  çəkişmələri,  sinfı  mübarizə  eposun  zənginliyini  təmin  edirdi.  “Dastanlar 
millətlərin  din,  fəzilət  və  qəhrəmanlıq  macəralarının  hekayətləridir.  Dastan  kökü 
tarixə  dayanan  və  ilhamını  tarixdən  alan  xalq  ədəbiyyatı  məhsuludur,  xalq 
xəyalında  nağıl  şəklini  alan  tarixlərdir.  Hər  millətin  dastanı  yoxdur.  Bir  millətin 
dastanları  ola  bilməsi  üçün,  onun  əski  keçmişi  və  tarixində  unudulmaz  təbiət 
hadisələri,  böyük  savaşlar,  köçlər,  istilalar  və  yeni  məntəqələrdə  vətən  qurmalar 
kimi  xalq  həyat  və  hafızəsini  nəsillər  boyu  məşğul  edən  hadisələr  olması 
lazımdır”.
218
 XVI əsrin ən məşhur aşıqları Sarı Aşıq və Qurbani idi. Aşıq Qurbani 
bir müddət Şah I İsmayılın sarayında  fəaliyyət göstərmiş və böyük hörmət  sahibi 
olmuşdur.  Onun  qoşma  və  bayatıları,  xalq  üslubunda  yaratdığı  poetik  nümunələr 
sonralar  “Qurbani”"  dastanının  əsasını  təşkil  etmişdir.  O  dövrdə  Sarı  Aşığın 
qoşduğu  bayatılar  da  geniş  yayılmışdı.  Nəzmlə  nəsrin  növbələnməsi  prinsipinə 
əsaslanan  dastanları,  əsasən  aşıq  yaradıcılığının  məhsulu  hesab  edirlər.  “Dastan 
janrı türk xalqlarının ədəbiyyatında da qədim və zəngin ənənələri ilə seçilir. Ancaq 
türk  xalqları  folklorunda  dastan  XVI-XVIII  əsrlərdə  daha  çox  təşəkkül 
tapmışdır”.
219
 Yaranmış dastanların yayılması, təkmilləşməsi prosesində başlıca rol 
aşıqlara məxsus idi. XV əsrədək aşıqlar “ozan” adı ilə məşhur idilərsə, XVI əsrdən 
etibarən “aşıq” sözü daha çox işlənmişdir və bu da məhəbbət dastanlarının sayının 
çoxalması  ilə  izan  olunur.
220
  Aşıqlar  üç  əsas  qrupa  bölünürdülər.  “Ustad  aşıqlar, 
ifaçı  aşıqlar  və  el  aşıqları).  Azərbaycan  aşıqları  sintetik  sənətin  səciyyəvi 
nümayəndələri kimi - musiqiçi, rəqqas və şair-hekayəçi rollarını eyni səviyyədə ifa 
edən  sənətkarlar  olmuşlar.  Aşıqlar  əsasən  XVI  əsrdə  kənd  mühitinin  sevimlisi 


209 
 
idilər.  “Xanəndələr  isə  əsasən  fars  dilində  yazılmış  qəzəllər  və  təsnifləri 
oxuduqlarına  görə  kəndlilər  xanəndələri  öz  məclislərinə  dəvət  etməzdi.  Kənd 
məclislərinin yaraşığı ya aşıqlar, ya da zurnaçılar dəstəsi olardı”.
221
 Ümumiyyətlə, 
XVI əsrdə Azərbaycan folklorunun bütün sahələrində yüksəliş nəzərə çarpırdı. 
Yaradıcılıq,  ifaçılıq  və  qavramadan  ibarət  olan  musiqi  fəaliyyəti  milli 
mədəniyyət  sisteminin  tərkib  hissəsidir.  Şərqdə  (habelə  Azərbaycanda)  musiqi 
mədəniyyəti  şifahi  ənənələrə  istinad  edir.  Azərbaycan  xalqının  musiqi  təfəkkürü 
özünün  sabitliyi  ilə  səciyyəvidir.  Azərbaycan  milli  musiqisinin  əsas  inkişaf 
istiqamətləri  xalq  yaradıcılığı,  ifaçılıq  sənəti  və  aşıq  yaradıcılığından  ibarətdir. 
Lakin  bu  üç  istiqamət  daim  bir-birini  tamamlamış,  biri  digərinə  təsir  göstərmiş, 
habelə  vahid  sistemdə  olmasına  baxmayaraq,  hər  bir  istiqamət  öz  orijinallığını 
saxlaya  bilmişdir.  XVI  əsrdə  də  Azərbaycan  musiqisi  bu  3  istiqamətdə  inkişaf 
edirdi. 
Azərbaycanın  İslam  mədəni  sisteminə  daxil  olması  onun  musiqi 
mədəniyyətini  zənginləşdirmişdir.  Milli  musiqinin  “təməl  daşı,  onun  bünövrəsi, 
onun dayaq sütunu”
222 
olan muğamat XVI əsrdə geniş yayılmış sənət növü idi. XVI 
əsrdə Azərbaycanın ən məşhur musiqi nəzəriyyəçisi Əbdüləziz Maraği (Əbdülqadir 
Marağinin  nəvəsi)  idi.  O,  “Nəqavətül-ədvar”  (“Mahnıların  saflaşdırılması”)  adlı 
əsəri  Osmanlı  sultanı  Süleymana  (1520-1566)  həsr  etmişdi.
223
  Əbdüləziz  Maraği 
bir sıra musiqi əsərləri yazmış, ud çalğı alətinə 2 sim artırıb onu təkmilləşdirmişdi. 
Şah sarayında, iri feodalların təşkil etdikləri məclislərdə xanəndələr muğamları ifa 
edirdilər.  İfa  zamanı  klassik  Şərq  poeziyasından  geniş  istifadə  olunurdu.  “Lap 
qədim  zamanlardan  muğam  Şərq  poeziyasının  yol  yoldaşı  olmuşdur.  Muğam  ifa 
olunarkən xanəndələr Nizami, Xaqani,  Nəsimi,  Füzuli  kimi qüdrətli  sənətkarların 
qəzəllərini  oxumuşlar.”
224
  Xanəndələr  yalnız  ifaçı  kimi  deyil,  habelə  mütəfəkkir 
şairlərin ictimai-siyasi, fəlsəfı ideyalarının təbliğatçısı kimi çıxış edirdilər. Faktlar 
sübut edir ki, “Şərqdə fəlsəfə ən çox şeirlə deyilib, musiqidə çağrılıb və bu, Şərqin 
əskikliyi  deyil,  üstünlüyüdür.  Şərqdə  fəlsəfə  bədiiləşib,  musiqiləşib.  Qərbin  cild-
cild  fəlsəfi  kitabları  var.  Şərq  də  fəlsəfi  kilablardan  məhrum  deyil,  ancaq  Şərqin 
traktatlardan fərqli fəlsəfi dünyası var ki, orada muğamlar hikmət çağırır, hikmətə 
çağırır”.
225
  XVI  əsrdə  muğam  sənətinin  fəaliyyət  dairəsi  məhdud  idi  və  o,  əsasən 
hakim  dairələrin  estetik  tələbatlarını  ödəyirdi.  Aşıq  musiqisi  isə  geniş  xalq 
kütlələrinin  yaradıcılıq  məhsulu  və  onların  esletik  tələbatlarını  ödəməyin  qüdrətli 
vasitəsi kimi çıxış edirdi. 
Azərbaycan  şəhərlərinin  bir  çoxunda  musiqi  alətləri  istehsal  olunurdu. 
“Şərq  musiqi  alətlərinin  hazırlanması  materiallarına  və  texnoloji  xüsusiyyətlərinə 
əsasən  qeyd  etmək  olar  ki,  bu  sahədə  əmək  bölgüsü  prosesi  dərin  olmuşdur.  Bu 
musiqi  alətləri  çoxlu  sayda,  demək  olar  ki,  bütün  iri  şəhərlərdə  hazırlanırdı. 
Onlardan  bəzilərinin  istehsalı  elə  çox  idi  ki,  bir  hissəsi  başqa  ölkələrə  ixrac 
edilirdi”.
226
  Azərbaycan  XVI  əsrdə  də  musiqi  mədəniyyətinin  inkişaf  səviyyəsinə 
görə Yaxın və Orta Şərqdə aparıcı mövqelərdə idi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə