Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə100/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   96   97   98   99   100   101   102   103   ...   138

212 
 
Kürdüstana  (1550-1551)  təşkil  edilmiş  hərbi  yürüşlərinin  iştirakçısı  olmuşdur.
237 
Həsənbəy  Rumlu  1576-cı  ilədək  sarayda  yaşamış,  Şah  II  İsmayılın  hakimiyyəti 
zamanı (1576-1577) isə Qum şəhərinə köçmüşdü. 1578-ci ildə hakimiyyətə çıxmış 
Məhəmməd  Xudabəndə  onu  saraya  qaytarmışdı.  Həsənbəy  Rumlu  12  cildlik 
“Əhsənüt-təvarix”  (“Tarixlərin  ən  yaxşısı”)    əsərinin  müəllifidir.  Fars  dilində 
yazılmış  bu  ümumtarix  əsərində  Teymurilər,  Qaraqoyunlular,  Ağqoyunlular, 
Şirvanşahlar  dövləti,  Səfəvilərin  hakimiyyətə  gəlməsi,  ilk  Səfəvilərin  fəaliyyəti, 
dövrün  hərbi-siyasi  çəkişmələri,  1571-1573-cü  illərin  Təbriz  üsyanı  haqqında 
ətraflı  məlumat  vardır.  İ.P.Petruşevski  ilk  dəfə  həmin  əsərin  12  cilddən  ibarət 
olduğunu  qeyd  etmiş,  lakin  bu  fikrini  əsaslandırmamışdır.  Ş.Fərzəliyev  isə  isbat 
etmişdir  ki,  “Əhsənüt-təvarix”  əsərinin  son  2  cildi  (IX-X  cildləri)  bizə  gəlib 
çatmışdır  və  əsər  10  cilddən  ibarətdir.
238 
Ş.  Fərzəliyev  belə  hesab  edir  ki,  əsərin 
yalnız  10-cu  cildi  dövrün  ilkin  mənbəyi  sayıla  bilər.  Həmin  cilddə  hadisələrin 
1578-ci ilə qədərki təsviri verilmişdir.
239
 Əsər Azərbaycan tarixinə aid olan yeganə 
XVI  əsr  mənbəsidir  ki,  orada  Şah  I  Təhmasibin  yarıməsrlik  fəaliyyəti,  dövrün 
hadisələri ətraflı surətdə təsvir edilir.
240
 Ş. Fərzəliyev qeyd edir ki, əsərin ilk səkkiz 
cildinin  dövrümüzə  qədər  gəlib  çatmamasının  əsas  əbəbi  həmin  cildlərdə  qələmə 
alınmış  hadisələrin  başqa
 
əsərlərdən  əxz  olunmasındadır.
241
  Lakin  məlumdur  ki, 
hər  bir  elmi  fakt  kimi  Həsənbəy  Rumlunun  əsəri  də  digər  tarixçilərin  əsərlərinə 
istinad etməli idi. Bu, hər bir elmin inkişafının qanunauyğunluğudur. Hər bir elmi 
əsər, hər bir kəşf hər bir ixtira ümumi əməyin məhsuludur. O, əsasən müasirlərin 
əməkdaşlığına  və  özündən  əvvəlki  əsərlərin  istifadəsinə  istinadlanır.  “Əhsənüt-
təvarix” əsərinin son iki cildində Şirvanın, Şəkinin və Cənubi Azərbaycanın tarixi 
təsvir edilmişdir. Natamam qalmış bu əsərdə siyasi sistem, iqtisadi vəziyyət, feodal 
münasibətləri,  ordu  haqqında  ətraflı  məlumatlar  verilmişdir.  “Həsənbəy  Rumlu 
şərh etdiyi müəyyən məsələyə və siyasi hadisələrə həmişə biganə qalmamış, onları 
orta əsr tarixçilərinə xas olan seyrçi gözü ilə nəzərdən keçirməmiş, bəzən öz fikir, 
münasibətini  də  bildirmişdir...  Həsənbəy  Rumluda  hadisələrə  analitik  yanaşma 
qabiliyyəti  vardır”.
242 
Bu  hal  Həsənbəy  Rumlu  kimi  tarixçi  üçün  təbii  idi.  Təhlil 
elementinin  olması  tarix  elmi  üçün  zəruri  şərtlərdən  biridir.  “Əgər  tarixdən  baş 
vermiş hadisənin izahı, təhlili çıxarılarsa, ondan ibrətamizlikdən məhrum olunmuş 
əyləncə  qalar”.
243 
Həsənbəy  Rumlu  saray  tarixçisi  kimi  təbii  olaraq  hakim  sinfin 
mənafeyini müdafiə edir, hadisələrə bu sinfin mənafeyi baxımından yanaşırdı. 
Azərbaycan tarixçisi İsgəndərbəy Münşi (Türkman) 1560-1634-cü illərdə 
yaşamışdır.
244
 O, 1578-1587-ci illərdə Səfəvi hökmdarı Məhəmməd Xudabəndinin 
dövlət  katibı  (münşisi)  olmuşdur.  O,  Şah  I  Abbasın  dövründə  də  “Böyük 
katiblərdən” biri, saray tarixçisi olmuş, sarayda maliyyə işlərinə də nəzarət etmişdi. 
İsgəndər Münşi hərbi yürüşlərin və səfərlərin iştirakçısı olmuşdur. Tarixçi təqribən 
1630-cu  ildə  fars  dilində  “Tarixe-aləmaraye-Abbasi”  əsərini  bitirmişdır.  Əsərdə 
qızılbaş tayfalarının, Səfəvilərin hakimiyyətə gəlməsi, Cəlalilər hərəkatı, Şirvanda, 
Təbrizdə,  Qəzvində,  Talışda,  Urmiyədə,  Səlmasda  və  Gürcüstanda  baş  vermiş 


213 
 
üsyanlar,  Şah  I  Abbasın  hərbi  islahatları,  dövlətin  daxili  və  xarici  siyasəti, 
Azərbaycanın  iqtisadi-siyasi  vəziyyəti,  Osmanlı-Səfəvi  müharibələri,  Azərbaycan 
şəhərlərindən  əhalinin  İran  vilayətlərinə  köçürülməsi  və  s.  haqqında  ətraflı 
məlumatlar verilir. Müəllif XVI əsrə aid olan hadisələri hakim sinfin mövqeyindən 
təsvir etmişdir. 
XVI əsrin tarix elminin mühüm faktlarından biri naməlum müəllifın fars 
dilində  yazdığı  “Tarixe-şahe-İsmaile-Səfəvi”  əsəridir.  Əsərdə  Şah  I  İsmayılın 
bütün  həyatı,  fəaliyyəti,  həmin  dövrün  mürəkkəb  ictimai-siyasi  hadisələri  təsvir 
edilmişdir.  Əsərin  adı  şərti  səciyyə  daşıyır.  Şah  I  İsmayılın  əcdadları  barədə 
məlumat  əsərin  giriş  hissəsini  təşkil  edir.  Anonim  əsər  də  hakim  sinfin  mənafeyi 
baxımından yazılmışdır. Lakin hadisələrə obyektiv münasibət vardır.
245
 
XVI  əsrin  məşhur  alimlərindən  biri  Şahqasım  idi.  O,  habelə  dövrünün 
mahir kalliqraflarından olmuşdur. Şahqasım Çaldıran döyüşündən (1514) sonra üç 
min  elm,  hünər,  sənət  və  peşə  sahibləri  ilə  birlikdə  zorla  İstanbula  aparılmışdır. 
Şahqasım  İstanbulda  Osmanlı  dövlətinin  tarixini  yazmağa  başlamış,  lakin  əsəri 
bitirmədən 1541-ci ildə vəfat etmişdi.
246
 
Dövrün  məşhur  alimləri  arasında  Sadiqbəy  Əfşar  (1533-1610)  seçilirdi. 
Rəssamlıqla, qrafıka ilə məşğul olmuş Sadiqbəy Əfşar “Məcməül-xəvas” əsəri ilə 
şöhrət tapmışdı. Əsər Şah I İsmayıl dövründən Şah 1 Abbas dövrünədək 480 söz 
ustasının tərcümeyi-halına həsr edilmişdir və cığatay türkcəsində yazılmışdır.
247
 O, 
eyni  zamanda  “Qanunüs-süvari  nəqqaşi”  (“Rəssamlıq  qanunları”)  adlı,  nəzmlə 
yazılmış  əsərin  müəllifıdir.  Mühüm  bir  cəhəti  qeyd  etmək  zəruridir  ki,  dövrün 
Azərbaycan  alimləri,  mütəfəkkirləri  konkret  bir  sahənin  deyil,  müxtəlif  elm  və 
sənət  sahələrinin  biliciləri  idilər.  Bu,  orta  əsr  mədəni  sisteminin  səciyyəvi 
xüsusiyyətlərindən biri idi. 
XVI  əsrdə  Azərbaycan  mədəni  sistemi  əsaslı  şəkildə  yeniləşdi.  Mədəni 
sahədə  baş  verən  İntibah  prosesi  özünü  xüsusilə  ədəbiyyatda,  incəsənətin  digər 
sahələrində  (miniatür  rəssamlığ,  memarlıq,  dekorativ-tətbiqi  sənət  sahələri  və  s.), 
Azərbaycan  dilinin  və  ədəbi  dilinin  sürətli  inkişafında  büruzə  verirdi.  Bu  dövrdə 
Azərbaycan  mədəniyyəti  regional  (Yaxın  və  Orta  Şərq)  miqyasda  baş  vermiş 
mədəni proseslərdə də fəal mövqelərdə idi. 
 
1
Махмудов  Я.М.  К  вопросу  о  взаимоотношениях  государств  Аккоюнлу  и 
Сефевидов  с  европейскими  странами  (II  половина  XV-  начало  XVI  века). 
Статья 1 // Известия АН Азерб.ССР. Серия истории, философии права, 1987, 
№3, с. 37; уеnə onun. Взаимоотношения государств Аккоюнлу и Сефевидов... 
Баку, 1991; yenə onun. Azərbaycan diplomatiyası. Bakı, 1996.  
2Ашурбейли  С.Б.  Экономические  и  культурные  связи  Азербайджана  с 
Индией в средние века, с. 32-33. 
3
Конрад Н.И. Запад и Восток, с. 101. 
4
Заходер Б. Н. Государство Сефевидов, с. 558. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə