Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə103/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   99   100   101   102   103   104   105   106   ...   138

220 
 
207
Əfəndiyev R. Azərbaycan xalq sənəti, s. 43. 
208
 Абдуллаева Н. Ковровое искусство Азербайджана, с. 75. 
209
Əfəndiyev R. Azərbaycan bədii sənətkarlığı dünya muzeylərində, s.75. 
210
Onullahi S.M. XIII-XVII əsrlərdə Təbriz şəhəri, s. 107. 
211
Əfəndiyev R. Azərbaycan xalq sənəti, s. 39. 
212
 Расим Эфенди. Каменная пластика Азербайджана, с. 9. 
213
Yenə orada, s. 13. 
214
Yenə orada, s. 14. 
215
Vəliyev V. Azərbaycan folkloru, s. 5. 
216
Bax:  Seyidov  M.  Azərbaycan  mifik  təfəkkürünün  qaynaqları;  yenə  onun. 
Azərbaycan xalqının soykökünü düşünərkən. 
217
Веселовский А.H. Историческая поэтика, с. 476. 
218
Cavad Heyət. Azərbaycan şifahi xalq ədəbiyyatı, s. 238-239. 
219
Səfərli Ə. XVII-XVIII əsrlər Azərbaycan epik şeiri, s. 17. 
220
Vəliyev V. Göstərilən əsəri, s. 150. 
221
Şuşinski F. Azərbaycan xalq musiqiçiləri, s. 12. 
222
Yenə orada, s. 9. 
223
Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan, s. 97. 
224
Şuşinski F. Göstərilən əsəri, s. 6. 
225
Asif Ata (Əfəndiyev). Muğam fəlsəfəsi // Yeni fikir, № 13, 4 iyun, 1990. 
226
Гейдаров М.Х. Города и городское ремесло, с. 271. 
227
Ərəb və fars sözləri lüğəti. Bakı, 1985, s. 629. 
228
Sadiqoğlu  Ç.  Azərbaycan  təsəvvüfü  tarixində  “Səfəviyyə”  və  onun  Xətai 
yaradıcılığında yeri // Şah İsmayıl Xətai. Məqalələr toplusu, s. 63. 
229
Şah İsmayıl Xətai. Keçmə namərd körpüsündən, s. 179. 
230
 
Yenə orada, s. 301. 
231
 
Yenə orada, s. 221. 
232
 
Füzuli M. Əsərləri. 5 cilddə. V cild. s. 7. 
233
 
Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan, s. 168. 
234
 
Yenə orada, s. 167-168. 
235
 
Конрад Н.И. Запад и Восток, с. 210. 
236
 Гуревич А.Я. Категории средневековой культуры, с. 113. 
237
 Fərzəliyev Ş.F. Azərbaycan XV-XVI əsrlərdə, s. 5. 
238
 
Yenə orada, s. 13-14. 
239
 
Эфендисв О.А. Азербайджанское государство Сефевидов в XVI веке, с. 20. 
240
Yenə orada, s. 21. 
241 
Fərzəliyev Ş.F. Azərbaycan XV-XVI эsrlərdə, s. 15. 
242
 
Yenə orada, s. 127. 
243
 
Шапиро  А.Л.  Историография  с  древнейших  времен  по  XVIII  век.. 
(Курс лекций), с. 29-30. 
244
 
Рахмани А.А. Азербайджан в конце XVI века, с. 6. 


221 
 
245
 Эфендиев О.А. Азербайджанское государство Сефевидов в XVI вв., с. 15. 
246
 Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan, s. 415.  
247
 Yenə orada. s. 281. 
 
 
 
VI FƏSİL 
 
XVII-XVIII ƏSRLƏRDƏ 
AZƏRBAYCAN MƏDƏNİYYƏTİ 
 
§ 1. Azərbaycan mədəniyyəti XVII əsrdə 
 
Dövrün  ictimai-iqtisadi,  siyasi  mühitinə  baxış:  XVI  əsrin  sonundan 
etibarən  Azərbaycanın  Səfəvilər  dövlətinin  iqtisadi,  ictimai-siyasi  sistemindəki 
mövqeyi əsaslı şəkildə dəyişdi. Bu, ilk növbədə dünya miqyaslı proseslərin, Yaxın 
və Orta Şərq regionunda baş vermiş hərbi-siyasi səciyyəli hadisələrin nəticəsi idi. 
Lakin  Azərbaycanın  əlverişsiz  ictimai-iqtisadi  və  siyasi  şəraitə  düşməsinin  əsas 
mənbəyi Səfəvilər dövləti sistemindəki daxili ziddiyyətlər oldu. Azərbaycan 1639-
cu  ilədək  vaxtaşırı  surətdə  Osmanlı-Səfəvi  müharibələrinin  meydanı  olmuşdur. 
Səfəvilər dövlətinin idarəçilik sistemində və bu sistemə yaxın olan müxtəlif siyasi, 
etnik qruplaşmalar arasında daim gedən mübarizə də mənfı nəticələrini verirdi.
1
 İlk 
növbədə  qeyd  olunmalıdır  ki,  Səfəvilər  dövləti  Azərbaycanda  təşəkkül  tapmış, 
uğurla davam etmiş etnik konsolidasiya prosesini başa çatdıra bilmədi. Bu vəzifə, 
habelə  obyektiv  səbəblər  üzündən  qeyri-mümkün  idi.  Müxtəlif  etnosları,  ictimai-
iqtisadi  inkişaf  səviyyəsinə  görə  fərqlənən  ölkələrı,  vilayətləri  öz  hüdudlarında 
birləşdirmiş  Səfəvilər  dövlətinin  sabit  inkişafı  mümkün  deyildi.  Azərbaycan 
Səfəvilər dövləti  xalqın etnik konsolidasiyası, ictimai-iqtisadi və  siyasi baxımdan 
şimal,  cənub  vilayətlərinin  inteqrasiyası  prosesində  əsas  keyfiyyət  mərhələsi  idi. 
Lakin  XVII  əsrdə  hadisələrin  obyektiv  inkişafının  nəticələri  aşkara  çıxdı.  XVII 
əsrdə  dövlətin  siyasi  sərhədlərinin  tez-tez  dəyişməsi  (xüsusilə  Azərbaycan 
vilayətlərində)  sabit,  milli  baxımdan  bircinsli  cəmiyyətin  yaranmasına,  milli 
özünüdərk  elementlərinin  möhkəmlənməsinə  maneçilik  törədirdi.  1598-ci  ildə 
Səfəvilər  dövlətinin  paytaxtının  İrana-İsfahana  köçürülməsi
2
  Şah  I  Abbasın  şəxsi 
istəyinin  nəticəsi  deyildi.  Səfəvi  hökmdarlarını  doğma  zəmindən-Azərbaycandan 
müvəqqəti olaraq məhrum edən obyektiv hadisənin Osmanlı ekspansiyasının rolu 
bu  prosesdə  həlledici  olmuşdur:  1590-cı  ilin  İstanbul  müqaviləsinə  əsasən, 
Azərbaycanın başlıca vilayətləri Osmanlı dövləti sisteminə daxil edilmiş, Osmanlı 
idarə  üsulu  XVII  əsrin  əvvəllərinədək  davam  etmişdi.
3
  Azərbaycan  Səfəvilər 
dövlətinin İran zəmininə əsaslanan siyasi vahidə çevrilməsi prosesinin əsası məhz 
bu  dövrdə  qoyulmuşdur.  XVII  əsrin  əvvəllərində  Azərbaycan  vilayətlərində 


222 
 
Osmanlı hakimiyyəti xeyli zəiflədi. Yerli feodallar Osmanlı hakimiyyətindən xilas 
olmağın yolunu Səfəvilər dövlətinə arxalanmaqda görürdülər. XVI əsrin sonlarında 
güclənmiş cəlalilər hərəkatı da hakim sinfi narahat etməkdə idi. Bu dövrdə əsasən 
Azərbaycanda  baş  vermiş  cəlalilər  hərəkatı  qonşu  ölkələri  (xüsusilə  Osmanlı 
dövlətinin ərazisini) də əhatə etmişdi. Hərəkatın ilkin mənbəyi Osmanlı imperiyası 
zəmininə  gedib  çıxır  və  1518-1519-cu  illərdə  Toqatda  başlanmış  üsyanın  rəhbəri 
şeyx Cəlalinin adı ilə bağlıdır.
4
 Hərəkatda ən böyük üsyanlardan biri 1595-1609-cu 
illərdə  baş  vermiş  və  əsasən  Kiçik  Asiyanın  şərq  hissəsini  (Anadolunu), 
Azərbaycan  ərazisini  əhatə  etmişdi.  200  mindən  artıq  iştirakçısı  olan  üsyan 
Osmanlı  hakim  dairələrini  bərk  narahat  edirdi.  Səfəvi  hökmdarları  Azərbaycanı 
geri  qaytarmaq  və  Osmanlı  dövlətinin  şərq  hissəsini  ələ  keçirmək  üçün  bu 
üsyandan  istifadə  etməyə  çalışırdılar.  Üsyanın  Azərbaycanda  və  qonşu  olan 
ölkələrdə  geniş  yayılması  fikrini  ilk  dəfə  İ.P.Petruşevski  əsaslandırmış,  onun 
habelə  antifeodal  səciyyə  daşıdığını  qeyd  etmişdir.  Azərbaycan  və  kürd  feodal 
əyanlarını,  erməni  ali  ruhani  dairələrini  vahiməyə  salmış  bu  üsyan
5
  öz  əksini 
dövrün folklor abidəsində - “Koroğlu” dastanında da tapmışdır. Koroğlunun gerçək 
tarixi şəxsiyyət olduğunu ilk dəfə sübut etmiş tədqiqatçı İ.P.Petruşevski olmuşdur
6

Dövlətin  istinad  etdiyi  siyasi  mərkəzin  dəyişməsinə  baxmayaraq, 
Azərbaycan  Səfəvi  hökmdarlarının  daim  diqqət
 
mərkəzində  idi.  “Şah  I  Abbas 
Azərbaycanın  geri  qaytarılması  fikrindən  bir  an  da  olsa,  əl  çəkmirdi.  O,  qalan 
hissənin  bütün  bölgələrini  bir  inzibati  vahiddə  birləşdirərək  onu  “Azərbaycan” 
adlandırırdı”.
7
  Şah  I  Abbasın  hakimiyyəti  illərində  bu  vəzifəni  həyata  keçirmək 
mümkün  olmadı.  Lakin  1639-cu  ildə  həmin  problem  tam  surətdə  həll  edildi: 
Azərbaycan  ərazisi  Səfəvilər  dövləti  sisteminə  qaytarıldı.  Səfəvilər  dövlətinin 
hərbi-siyasi  üstünlüyünü  təsbit  etmiş  1612-ci  il  sülh  müqaviləsinin  əsas  şərtləri 
1639-cu  ilin  müqaviləsində  də  təsdiq  olundu.  Tarixi  ədəbiyyatda  mövcud  olan 
“Azərbaycanın İran hakimiyyəti altına düşməsi, şah İranı tərəfindən işğal edilməsi” 
fikri
8
  yanlış  hesab  olunmalıdır.  Səfəvi  hökmdarları  İran  zəmininə  arxalansalar  da 
(XVI əsrin sonlarından etibarən), mənşəcə azərbaycanlı (türk) idilər və Azərbaycan 
onlar  üçün  yad  zəmin  deyildi.  “Azərbaycan  qızılbaş  dövlətinin  İran  Səfəvi 
dövlətinə  çevrilməsi  prosesi  əsasən  başa  çatdıqdan  sonra  da  qızılbaşlar  Səfəvilər 
imperiyasının  idarə  olunmasında  mühüm  mövqeləri  mühafizə  etmişdilər. 
Azərbaycan imperiya tərkibində ən mühüm vilayət olaraq qalırdı. Ölkənin hakimi 
həm də bütün Səfəvi ordusunun baş komandanı idi. Azərbaycan dili isə orduda və 
şah  sarayında  aparıcı  mövqe  tuturdu.  Səfəvi  şahları  və  onların  əhatəsindəkilər 
sülalənin  hakimiyyətinin  sonunadək  Azərbaycan  dilində  danışırdılar.  Bir  sıra 
dövlət  və  diplomatik  sənədləri  hələ  XVII  əsrin  sonunda-XVIII  əsrin  əvvəllərində 
də  bu  dildə  tərtib  edilirdi”
9
.  Səfəvi  sülaləsinə  Azərbaycan  əhalisinin  doğma 
münasibətini  İ.P.Petruşevski  də  isbat  etmişdir.  O,  qeyd  edirdi  ki,  XVII  əsrin 
əvvəllərində  Şah  I  Abbasın  qoşunları  Azərbaycan  şəhərlərindən  osmanlıları 
qovarkən  şəhərlərin  əhalisi  bu  hadisəni  böyük  sevinclə  qarşılamışdı.
10
  Beləliklə, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə