Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə105/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   101   102   103   104   105   106   107   108   ...   138

225 
 
XVII  əsrin  ədibləri  (əsasən  şairlər)  öz  təşəbbüsləri  ilə  keçirilən  xüsusi 
ədəbi məclislərdə toplaşır, ədəbi mübahisələr aparırdılar. Bəzən bu cür məclislər iri 
əyanların, varlı şəhər
 
tacirlərinin evlərində təşkil edilirdi. XVII əsrə qədərki dövrdə 
yaşamış  klassik  şairlərin  (Firdovsi,  Hafiz  Şirazi,  Sədi  Şirazi,  Xaqani  Şirvani, 
Nizami,  Nəsimi,  Xətai,  Füzuli və  s.) əsərlərindən nümunələri araşdırmaq, onların 
əsərlərinə nəzirələr yazmaq bu məclislərin ən vacib cəhətlərinə çevrilmişdi. Ədəbi 
məclislərdə  aparılan  müzakirələr  “əsərin  mənasının  üzərində  deyil,  əsasən  şəkli 
xüsusiyyətləri  ətrafında  gedirdi”.
20
  Ədəbi  məclislər  peşəkar  şairlərin  qapalı, 
məhdud yığnağı deyildi. Şairlərdən dövrün bütün elmlərindən xəbərdar olmaq, bir 
neçə  dili  bilmək  tələb  olunurdu.  Təbriz,  Ərdəbil,  Marağa,  Şamaxı,  Qəzvin 
şəhərlərində  bu  cür  məclislər  vaxtaşırı  keçirilirdi.  Azərbaycan  ədibləri  İranın 
başlıca  şəhərlərində  keçirilən  şeir  məclislərində  də  iştirak  edirdilər.  XVI  əsrdən 
etibarən  Azərbaycan  ədəbiyyatı  öz  milli  hüdudlarından  kənara  çıxmağa  və  artıq 
Yaxın  Şərq  xalqlarının  şeir  sənətinə  yenidən  təsir  göstərməyə  başlamışdı.
21
 
Tipoloji  baxımdan  İntibah  mədəniyyətinin  başlıca  cəhətlərini  özündə  əks  etdirən 
Azərbaycan ədəbiyyatı mənşəcə türk xalqlarının şifahi xalq yaradıcılığı ilə, rabitə 
əlaqəsi baxımından Şərq regionu xalqlarının ədəbiyyatı ilə bağlı idi. 
XVII  əsrdə  farsdilli  ədəbiyyat  dərin  tənəzzül  prosesini  keçirməkdə  idi. 
XVI  əsrə  qədərki  dövrdə  farsdilli  ədəbiyyatın  inkişafının  başlıca  mərkəzi  İran-
Azərbaycan  ərazisi  olmuşdur.  Lakin  XVI  əsrin  əvvəllərindən  başlayaraq  bu 
ədəbiyyat  tənəzzül  mərhələsinə  daxil  oldu,  türkdilli  ədəbiyyatın  yüksəlişi  prosesi 
başlandı. Bu prosesləri Səfəvilər dövrünün dövlət siyasəti ilə izah etmək mümkün 
deyildir.  Fars  dilində  yazan  ədiblərin  çoxusunun  XVI-XVII  əsrlərdə  Moğollar 
dövlətinın  ərazisində  cəmləşməsi  obyektiv  səciyyə  daşıyan  bu  prosesin  labüd 
nəticəsi  idi.  Moğol  hökmdarları  farsdilli  ədəbiyyatın  inkişafına  himayəçilik 
edirdilər.
22
 Rüknəddin Məsihi, Saib Təbrizi, İbrahim Ordubadi, Səttar Məhəmməd, 
Sadiq  Təbrizi,  Şərəfəddin  Təbrizi,  Mirzə  Sahib  Ordubadi,  Mahmudbəy  Füsuni, 
Qasımxan Kəlbəli Təbrizi, Lütfi Təbrizi, Əbdüləli Məhvi, Hacı Müzəffər Təbrizi, 
Məhəmməd  Hüseynbəy,  Nəzmi,  Söhrab  Hümai  müxtəlif  vaxtlarda  (XVII  əsr 
ərzində)  Hindistanda  yaşamış,  poetik  fəaliyyət  göstərmiş  Azərbaycan  şairləri 
olmuşlar.
23
  Təbiidir  ki,  fars  dilində  yazmış  həmin  Azərbaycan  şairləri  hind 
poeziyasına özünəməxsus çalarlar bəxş etmişdilər. 
XVII  əsrin  Azərbaycan  ədəbiyyatında  digər  bir  yenilik  tarixi-epik 
poemaların  yaranması  idi.  Saib  Təbrizinin  “Qəndəharnamə”,  Sadiqbəy  Əfşarın 
“Fəthnameyi-Abbase-namedar”,  (“Adlı-sanlı  Abbasın  fəthnaməsi”)  poemaları  bu 
qəbildən olmuşdur. “Sadiq bəyin “Fəthnamə”si tarixi-epik əsərlər içərisində xüsusi 
yer  tutur...  Həcmi  üç  min  misradır...  Bu  əsərdə  Şah  Abbasın  döyüş  səfərlərindən 
danışılır”.
24
  Sadiq  bəyin  əsərində  tarixi  faktlar  son  dərəcədə  dəqiq  göstərilmişdir. 
“Fəthnamə” məsnəvi şəklində və şahın (Şah I Abbasın  - red.) əmri ilə Əbülqasim 
Firdovsinin  “Şahnamə”si  üslubunda  yazılmışdır.
25
  Saib  Təbrizinin  (1601-1676) 


226 
 
“Qəndəharnamə”  adlanan  epik  poeması  da  məsnəvi  şəklində  yazılmış  əsərdir. 
Əsərdə Şah II Abbasın müharibələri poetik üslubda təsvir edilmişdir. 
Mirzə  Məhəmmədəli  Saib  Təbrizi  dövrün  ən  məşhur  şairlərindən  biri 
olmuşdur.  Y.E.Bertels  Saib  Təbrizini  “XVII  əsrin  Hafizi”  adlandırmışdır.  Saibin 
atası  Mirzə  Əbdürrəhim  tacir  idi  vo  oğluna  mükəmməl  təhsil  verə  bilmişdi.  Saib 
Təbrizinin ailəsi Şah I Abbas tərəfindən zorla İsfahana köçürülmüşdü. Saib Təbrizi 
Ərəbistan,  İran,  Hindistan  və  Osmanlı  ərazilərini  gəzmişdi.  O,  Şah  II  Abbasın 
dövründə  (1642-1666)  məliküş-şüəra  ləqəbini  almışdı.
26
  Saib  Təbrizi  saray 
daxilindəki  ziddiyyətlər  üzündən  bir  müddət  Hindistanda  yaşamışdır.  Onun  200 
min  beytdən  ibarət  olan  yeddi  divanı  mövcuddur.  Azərbaycan  və  fars  dillərində 
yazmış Saib Təbrizinin “İsfahan səbkinin” (“İsfahan üslubunun”) ədəbi üslub kimi 
təşəkkülündə  və inkişaf etməsində  böyük  xidmətləri olmuşdur.
27
  Şairin  poetikaya 
dair  bir  neçə  nəsr  əsəri  də  vardır.  Saib  Təbrizinin  bir  sıra  hikmətli  sözləri  xalq 
arasında  geniş  yayılmışdı.  Onun  şeir  nümunələri  dövlətlərarası  münasibətlərdə 
qiymətli hədiyyə kimi istifadə edilirdi (Osmanlı sultanı və Moğol hökmdarları belə 
hədiyyələr almışdılar). Saib Təbrizi 25 min beytlik “Bəyaz” əsərinin müəllifidir. 
Əsərdə müxtəlif tarixi dövrlərin 800 şairinin ədəbi yaradıcılıq nümunələri, 
adları vardır.
28
 Bu əsər “Səfineyi-Saib” adı ilə də məşhur idi. Uzun müddət ərzində 
mühacirətdə yaşamış şair
 
yazmışdı: 
Qürbətə bağlama bel, tərk eləmə tez vətəni,  
Hər quşun öz yuvası, hər kişinin öz vətəni.
29
 
Lakin  Saib  Təbrizinin  bu  arzusunun  gerçəkləşməsinə  XVII  əsrin 
ziddiyyətli  hadisələri  əngəllər  törətmişdir.  Şair  İsfahanda  vəfat  etmişdir.  Saib 
Təbrizi ədəbiyyatda “Səbki-Hindi”nin (“Hind üslubu”nun) ən böyük nümayəndəsi 
hesab edilir. Forma gözəlliyi xatirinə poetik əsərin mənasını çətin anlaşılan bir hala 
salan  “Hind  üslubu”  türkdilli  poeziyaya  o  qədər  də  təsir  göstərə  bilməmişdir. 
Poeziyanın  xalq  üslubu  bu  təsirin  qarşısını  almış  mühüm  amil  idi.  Farsdilli 
poeziyada  bir  sıra  yeniliklər  etmiş  Saib  Təbrizi  dərin  anlama  malik  olan  şeirlər 
yazmışdır. Şair şeirlərindən birində yazırdı: 
Arif insan hara getsə, qayıdar tez vətənə,  
Şam da bir yerdə yanar, şöləsi ətrafa uçar.
30
 
Rüknəddin  Məsud  Məsihi  1580-ci  ildə  Kaşan  şəhərində,  azərbaycanlı 
(türk) ailəsində anadan olmuşdur. O, 1656-cı ilədək yaşamışdır. Onun atası Şah I 
Təhmasibin və Şah I Abbasın sarayında həkim və şair kimi fəaliyyət göstərmişdi. 
Məsihi  “Zabitət  ül-əlac”  (“Müalicə  qaydaları”)  adlı  tibbi  əsərin  müəllifidir.  O  da 
şair  və  həkim  kimi  Şah  I  Abbasın  sarayına  dəvət  olunmuşdu.  Məsihi  XVII  əsrin 
əvvəllərindən  Hindistana  mühacirət  etmiş,  Moğol  hökmdarının  sarayında 
yaşamışdır.  Sənətkar  Hindistanda  20  il  fəaliyyət  göstərmişdir.  O,  ömrünün 
sonlarına  yaxın  vətənə  qayıtmışdır.  Şairin  Azərbaycan  və  fars  dillərində  yazdığı 
əsərlərinin  ümumi  həcmi  100  min  beytə  yaxındır.
31
  Onun  Azərbaycan  dilində  üç 
əsəri vardır: 1655-ci ildə bitirdiyi “Vərqa və Gülşa” əsəri 5000 beytdən ibarətdir.
32
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə