Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə107/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   103   104   105   106   107   108   109   110   ...   138

229 
 
Maarif: Tipik  müsəlman  Şərqi  ölkəsi  kimi  XVII  əsrdə  də  Azərbaycanda 
maarifin  inkişafı  dini  mərkəzlərdə  (məscidlər,  mədrəsələr  və  s.)  təmin  edilirdi. 
Maarif  sistemi  əsasən  Azərbaycan  şəhərlərinin  əhalisini  əhatə  edirdi.  Təbriz, 
Ərdəbil,  Şamaxı,  Gəncə,  Bakı,  Marağa  kimi  çoxminli  əhalisi  olan  şəhərlərdə  hər 
məhəllənin bir neçə məscidi və buna müvafiq olaraq bir neçə məktəbi, mədrəsəsi) 
vardı.  Kənd  yerlərində  isə  bir  məktəb  adətən  bir  neçə  kəndin  maarifə  olan 
tələbatını ödəyirdi. 
Azərbaycanda  maarifin  maddi  əsası  dövrün  tələbləri  səviyyəsində  idi. 
Təqribən  bütün  məscidlərin  və  mədrəsələrin  kitabxanası,  əlyazmalar  məcmuəsi 
vardı.  XVII  əsrdə  Azərbaycanın  ən  iri  kitabxanası  Şeyx  Səfiəddinin  Ərdəbil 
məqrəbəsinə  məxsus  idi  və  bu  kitabxanada  ərəb,  fars,  türk  dillərində  kitablar, 
əlyazma  nüsxələri  toplanmışdı.
45
  1636-1638-ci  illərdə  Azərbaycanı  səyahət  etmiş 
Adam Oleari bu  kitabxanada  da  olmuş  və  öz  qeydlərində  yazmışdı:  “Biz abidəni 
gəzə-gəzə çox geniş tağ-tavanlı və qızıl suyu ilə bəzək vurulmuş məscidə oxşar bir 
salona  daxil  olduq…  Bu  salonda  kitabxana  yerləşirdi.  Kitablar  bağlı  şkaflarda 
(dolablarda-red.) idi, dikinə deyil, üst-üstə qoyulmuş vəziyyətdə idi. Bu kitabların 
çoxu  ərəb,  bəziləri  isə  fars  və  türk  dillərində  idi.  Onların  bir  hissəsi  perqament, 
digəri  isə  kağız  üzərində  çox  təmiz  xətlə  yazılmışdı.  Tarixi  kitabları  şəkillər 
bəzəyirdi.  Cildləri  qırmızı  dəridən  idi,  qızılı  rəngdə  gül  və  yarpaq  təsvirləri  ilə 
bəzədilmişdi”.
46
  Adam  Oleari  Ərdəbil  şəhərində  2  ay  qalmış  və  şəhərin  maarif 
potensialına  dair  daha  dəqiq  məlumatlar  vermişdir.  1670-1672-ci  illərdə 
Azərbaycanın  Dərbənd,  Şamaxı  və  Ərdəbil  şəhərlərində  yaşamış  holland  səyyahı 
Yan Streys (1630-1694) Ərdəbildəki Şah kitabxanasını belə təsvir etmişdir. “Sonra 
biz  kitabxanaya  getdik.  Bu,  bir  dənə  də  sütunu  olmayan  böyük  binadır.  Orada 
kitablar  rəflərdə  bir-birinin  üzərinə  qoyulmuşdu,  onların  bəzilərinin  üz  qabıqları 
qızılı  və  gümüşü  parçalara  tutulmuşdu…  Bu  kitabxana  zalından  Şah  Abbasın 
buyruğu ilə gümüşə tutulmuş qapı mətbəxə aparıb çıxarır. Burada hər şey bəzəkli 
və xoşagələndir…Bu mətbəxdə hər gün min nəfər: ruhani, rahib, dərviş və kasıblar 
üçün  xörək  bişirilir.  Bu,  gündə  üç  dəfə  təkrar  olunur”.
47
  Holland  səyyahının 
məlumatı  sübut  edir  ki,  Şeyx  Səfi  kompleksi  yalnız  xatirə  obyekti  deyil,  maarif,  
ibadət  və  xeyriyyə  təbdirlərinin  keçirildiyi  yer  olmuşdur.  XVII  əsrdə  maarifin 
inkişafı,  mədrəsələr  və  məktəblər  şəbəkəsinin  artması,  şiəliyin  rəsmi  dövlət 
məzhəbi elan edilməsindən sonra şiəliyə dair bir çox əsərlərin yazılması və onların 
təbliğinə  olan  tələbat  labüd  olaraq  kitab  işinin  tərəqqisinə  təkan  vermişdi. 
Kitabların  hazırlanması  ustalardan  xeyli  zəhmət  və  xüsusi  məharət  tələb  edirdi. 
Çətinliklə hazırlanmış müxtəlif məzmunlu kitablar nadir incəsənət nümunəsi hesab 
olunurdu.  Kitab  hazırlayan  ustalar  eyni  zamanda  xəttat,  katib,  cildçi,  miniatürçü 
rəssam  vəzifələrini  yerinə  yetirməli  olurdular.  Təbrizdə  xüsusi  kitab  mağazası 
vardı.
48
  Lakin  baha  qiymətə  olan  kitabları  almaq  əhalinin  əksəriyyəti  üçün  qeyri-
mümkün idi. Artan tələbatı ödəmək üçün Səfəvi hökmdarları da çarələr arayırdılar. 
Məsələn,  XVII  əsrin  II  yarısında  Şah  II  Abbasın  dövründə  Qərbi  Avropadan 


230 
 
mətbəə  avadanlığı  idxal  etmək  cəhdləri  oldu,  lakin  Şah  II  Abbasın  vəfatı  və 
avadanlıq üçün tələb olunan vəsaitin çatışmaması həmin niyyəti alt-üst etdi.
49
 
Azərbaycan  şəhərlərinin  maarif  imkanları  xarici  səyyahların  diqqətini 
xüsusilə cəlb edirdi. Osmanlı diplomatı və səyahətçisi Övliya Çələbi (1611-1682) 
1646-1648-ci  illərdə  Azərbaycanda  olmuş,  Təbriz  şəhərinin  maarif  potensialı 
haqqında  yazmışdır:  “Təbrizdə  47-yə  yaxın  mədrəsə  var.  Onlar  abad  tədris 
müəssisələridir.  Orada  müxtəlif  elmlər  öyrənilir  və  bir  çox  tanınmış  müəllimlər 
işləyir.  Ən  böyük  mədrəsə  Şahi-Cahan  mədrəsəsidir…Uşaqlar  üçün  məktəblər: 
şəhərdə  600-ə  qədər  belə  öyrətmə  evi  var.  Şeyx  Həqqi,  Həsən  Meymandi,  Nağı 
xan,  Sultan  Həsən,  Sultan  Yaqub  adını  daşıyan  məktəblərdə  müəllimlərə  xələt 
bağışlayırlar…  Heç  bir  ölkədə  burada  olduğu  qədər  gözəl  ustalar-naxış  vuranlar, 
rəssamlar, zərgərlər, dərzilər yoxdur”.
50
 Səyyah şəhərdə 320 məscidin olduğunu da 
qeyd  etmişdir.  Şamaxıda  olmuş  bu  Osmanlı  səyyahı  yazırdı:  “Özdəmirzadə 
məscidi  indi  mədrəsəyə  çevrilmişdir.  Burada  şəhər  müftisi  dərs  deyir.  Bundan 
başqa  daha  7  mədrəsə,  Şah  Xudabəndəyə  məxsus  olan  və  yanında  öz  ictimai 
yeməkxanası olan imarət, 40-a qədər məktəb və 7 gözəl hamam vardır”.
51 
Övliya 
Çələbinin məlumatına görə, Şamaxıda 70-dək məscid olmuşdur.
52
 Şəhərlərin tədris 
müəssisələrində astronomiya, riyaziyyat, dini-fəlsəfi təlimlər və s. dair biliklər də 
verilirdi. 1637-ci ilin fevralında Şamaxıda olmuş Adam Oleari tədris prosesini belə 
təsvir etmişdir: “Mən bizim bir neçə adamla birlikdə bazarın yaxınlığında yerləşən, 
quruluşca çox yaxşı tikilmiş və hər hansı fəlsəfə məktəbinə bənzəyən, çoxlu giriş 
və  hücrəsi  olan  bir  binanın  həyətindən  keçdik.  Burada  əllərində  kitab  tutmuş  bir 
çox gəzişən və ya oturmuş yaşlı və azyaşlı adamları gördükdə buranın nə olduğunu 
soruşub  öyrəndik  ki,  bu  mədrəsədir,  yəni  gimnaziya  və  ya  Akademiyadır…  Elə 
həmin günlərdəcə başqa bir yerə-yaşadığım mehmanxananın yaxınlığında olan bir 
məscidə və ya məbədə getdim ki, görüm onlar öz cavanlarını və uşaqlarını necə və 
hansı üsullarla oxudurlar. Uşaqlar divarın dibi ilə dövrə vurub oturmuşdular. Molla 
isə  bir  neçə  yaşlı  adamla  ortalıqda,  geniş  bir  yerdə  əyləşmişdi…  Molla  gözəl 
hərflərlə yazılmış Quranı əlində tutmuşdu. Orada həm də Xəlil Münəccim adlı 65 
yaşlı  qoca,    hicazlı  bir  ərəb  astronom  da  vardı.  O,  bəzi  şagirdlərə  ərəb  dilində 
Evklidi öyrədirdi”.
53
 Təbiidir ki, Azəbaycanın digər, daha iri şəhərlərində maarifin 
inkişafı daha vüsətli olmuşdur. Azərbaycan müsəlman maarif sistemini təqlid edən 
ölkə deyildi, bu sistemdə aparıcı mövqedə dururdu. Azərbaycanda məktəblərin və 
mədrəsələrin  fəaliyyət  təcrübəsi  hələ  XIV  əsrin  Azərbaycan  tarixçisi  Məhəmməd 
Hinduşah  Naxçıvaninin  “Dəstur  əl-katib”  (“Katib  üçün  rəhbərlik”)  adlı  əsərində 
ümumiləşdirilmişdi
54
.  Ərəb  və  fars  dillərinin  tədrisi,  Quranın  mükəmməl 
öyrədilməsi  məktəblərin  və  mədrəsələrin  öyrətmə  obyekti  kimi  XVII  əsrdə  də 
mərkəzi yeri tutmaqda idi. XVII əsrin Azərbaycan maarif xadimləri yalnız vətəndə 
fəaliyyət  göstərməklə  məhdudlaşmırdılar.  Mirzə  Məhəmməd  Məczub  Təbrizi, 
“İman”ləqəbli  Molla  Mömin,  Mirəli  Nağı  Ərdəbili,  Mövlana  Ələkbər  Şirvani, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə