Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə106/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   102   103   104   105   106   107   108   109   ...   138

227 
 
Məsihinin  bu  əsəri  Şah  II  Abbasa  həsr  olunmuş  və  Şah  Səfiyə  təqdim  edilmişdi.   
Onun   yazdığı “Dane və dam” (“Dənə və tələ”), “Zənbur və əsəl” (“Arı və bal”) 
əsərləri isə aşkar olunmamışdır (həmin əsərlər haqqında yalnız mənbə məlumatları 
var).  Məsihinin  uzun  müddət  ərzində  fars  ədəbi  mühitində  yaşaması  onun 
nümunəvi Azərbaycan dilində əsərlər yaratmasına mane ola bilməmişdi. 
Qövsi  Təbrizi  XVII  əsrin  görkəmli  Azərbaycan  şairlərindən  idi.  Əlican 
İsmayıl  oğlu  (Qövsi  Təbrizi)  İsfahan  mühitində  təhsil  almışdı.  O,  klassik  Şərq 
poeziyasını mükəmməl surətdə öyrənmişdi. Ədib bir çox klassik şairlərin (xüsusilə 
Füzulinin)  əsərlərinə  nəzirələr  də  yazmışdı.  Füzuli  ədəbi  məktəbinin  tanınmış 
nümayəndəsi olan Qövsi Təbrizi də  Azərbaycan  və  fars dillərində  şeirlər  yazırdı. 
Onun şeirləri lirik səciyyəyə malikdir.
33
 
Səfəvi hökmdarı Şah I Abbas 1571-ci ildə Heratda anadan olmuş, 1587-ci 
ildə  taxta  çıxmış,  1629-cu  ildə  Mazandaranda  vəfat  etmiş  və  Nəcəfdə  dəfn 
edilmişdi.  Mənbələrə  əsasən  Şah  I  Abbas  da  şeirlər  yazırdı.
34
  Bu  hökmdar 
Azərbaycan folklor ədəbiyyatına  da  biganə  deyildi.  “Şah I Abbas sarayın  mənəvi 
ehtiyacını  nəzərə  alaraq,  Azərbaycan  xalq  məsəlləri  və  atalar  sözlərinin  toplanıb 
yazıya  alınması  barədə  xüsusi  göstəriş  vermişdi.  Bu  kitabın  bir  əlyazması  bizə 
qədər gəlib çatmışdır”.
35
  Eyni  zamanda  bir  sıra  Azərbaycan  şairlərinin  əsərləri  və 
folklor nümunələri fars dilinə tərcümə olunub yayılırdı. 
Digər  Səfəvi  hökmdarı  -  Şah  II  Abbas  da  (1642-1666-cı  illərdə  şahlıq 
etmişdir)  şeirlər  yazırdı.
36
  Bu,  təsadüfi  hal  deyildi:  Sarayda  yaşayan,  fəaliyyət 
göstərən şairlərin (xüsusilə Saib Təbrizinin) poetik təsirinin nəticəsi idi. Təbiidir ki, 
“Sani”  təxəllüsü  ilə  yazılmış  şeirlər  (Şah  II  Abbasa  məxsusdur)  yüksək  poetik 
nümunələr  deyildi.  Lakin  Səfəvi  hökmdarlarının  şeirlər  yazması  faktı  həmin 
dövrdə  poeziyaya,  ədəbiyyata  olan  marağın,  meylin  təzahürlərindən  biri  kimi 
diqqətəlayiqdir. 
Azərbaycan ədəbi dili: “İctimai birliyin milli  mərhələsinin amillərindən 
biri  olan  dil  ümumiliyi”
37 
XVII  əsrdə  Azərbaycan  xalqını  sıx  şəkildə  birləşdirən 
gerçəklik  olmuşdur.  Siyasi,  iqtisadi,  ictimai  ümumilik  xalqın  tarixi  təkamülü 
prosesində  daha  çox  qeyri-sabitliklə  səciyyələnmişsə,  dil  ümumiliyi  xalqı 
birləşdirən  ən  sabit  amil  idi.  Orta  əsrlərdə  Qərbdə  müxtəlif  xalqları  bir  mədəni 
sistemdə birləşdirən vasitə latın dili idi. İntibah dövründə həmin xalq və millətlərin 
dillərinin  (ingilis,  fransız  ispan,  italyan  və  s.)  rolu  aparıcı  oldu.  Bu  proses  Şərq 
regionunda da baş vermişdir. Orta əsrlərin İslam Şərqində region xalqlarının ərəb, 
sonralar isə fars və ərəb dili vahid mədəni sistemdə birləşdirmişdi. Bu sistemdə bir 
neçə əsr ərzində inkişaf etmiş Azərbaycanda doğma dilə keçid XVI əsrdən etibarən 
sürətlənmişdi.  XVII  əsr  Azərbaycan  dilinin  daha  demokratik  zəmində  inkişafı  və 
bu dilin əhəmiyyətinin artması ilə səciyyəvidir. Eyni zamanda Azərbaycan dilinin 
xüsusiləşməsi prosesi də bu əsrdən xeyli sürətləndi. 
XVII əsrdə Azərbaycan dili Səfəvilər dövlətinin həyatında ən layiqli yeri 
tuturdu.  1685-1694-cü  illərdə  İranda  və  Azərbaycanda  olmuş  alman  alimi  və 


228 
 
səyyahı  Engelbert  Kempfer  yazırdı:  “Səfəvilər  sülaləsinin  ana  dili  olan  türk 
danışığı  İran  sarayında  geniş  yayılmış  dildir.  Bu  dil  ölkə  əhalisinin  adi  danışıq 
dilindən  seçilir.  Türk  dili  saraydan  tutmuş  yüksək  rütbəli  və  mötəbər  şəxslərin 
evlərinə kimi yayılmışdır və  nəticədə elə olmuşdur ki,  şahın hörmətini qazanmaq 
istəyən hər kəs bu dildə danışır. İndi iş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli 
olan  hər  kəsə  türk  dilini  bilməmək  suç  (günah-red.)  sayılır.  Türk  dili  bütün  Şərq 
dillərindən asandır. Türkcənin danışıq tərzindəki vüqar və səslənmə əzəməti onun 
sarayda  və  səltənət  qəsrində  yeganə  danışıq  dili  olmasına  gətirib  çıxarmışdır”.
38
 
Türk (Azərbaycan) dilinin nəinki sarayda, habelə daha geniş ictimai mühitdə əsas 
ünsiyyət  vasitəsi  olması  Səfəvi  hökmdarlarının  şəxsi  istəyinin  deyil,  obyektiv 
prosesin nəticəsi idi.  Azərbaycan (türk) dilinin, “bütun Şərq dillərindən asanlığı”, 
bu dilin zənginliyi obyektiv surətdə onu başlıca ünsiyyət vasitəsinə çevirmişdi. İran 
tarixçisi  Nəsrulla  Fəlsəfi  göstərmişdir  ki,  Azərbaycan  (türk)  dili  Səfəvilər 
sülaləsinin hakimiyyətdən uzaqlaşmasından sonra da (XVIII əsrin 30-cu illərindən 
sonra) sarayın rəsmi dili olmuşdur.
39
 Bu da tamamilə təbiidir (Çünki  hakimiyyətə 
gəlmiş  Əfşarlar  da  azərbaycanlı  idilər).  Azərbaycan  dili  dövlətlərarası  yazışmalar 
vasitəsinə  çevrilmişdi.  Təqribən  son  54  ildə  aşkar  olunmuş,  Azərbaycan  dilində 
tərtib edilmiş sənədin əksəriyyəti XVII əsrə aiddir.
40 
Azərbaycan ədəbi dilinin ümumxalq dili əsasında təşəkkül taparaq inkişaf 
etməsi XI-XVIII əsrlərə təsadüf edir.
41
 XVII əsrdə Azərbaycan ədəbi dili Yaxın və 
Orta  Şərqin  ən  mükəmməl  mədəni  gerçəkliyi  idi.  Ədəbi  dil  ərəb  və  fars 
tərkiblərindən  getdikcə  təmizlənirdi.  Həmin  sadələşmə,  kamillləşmə  prosesinin 
başlıca  mənbəyi  xalq  yaradıcılığı  idi.  Klassik  üslub  köhnəlmişdi.  Onun 
zənginləşməsi prosesi folklor üslubunun hesabına gedirdi. XVII əsrdə Azərbaycan 
ədəbiyyatında  ədəbi  dilin  folklor  üslubu  aparıcı  mövqelərə  keçdi,  Azərbaycan 
ədəbi dilinin yeniləşməsi prosesi sürətləndi. “İlk baxışda belə görünə bilər ki, XVII 
əsr  ədəbi  dilində  durğunluq  vardır:  Bir  halda  ki,  Füzulidən  irəli  getmir,  deməli, 
tərəqqi yoxdur. Ancaq məsələ burasındadır ki, tərəqqi olmayan yerdə dil öz əvvəlki 
səviyyəsində də dayana bilməz, dilin yaşaması onun inkişafıdır, Deməli, irəliləyiş 
yoxsa, məhvə doğru gediş var. Bu zaman Azərbaycan dili ümumünsiyyət vasitəsi 
kimi yaşayırdı. Deməli, o, tərəqqi prosesi keçmişdir. Bəs tərəqqi nədə imiş? Ədəbi 
dilin  klassik  üslubu  tənəzzül  edir,  danışıq-floklor  üslubu  tərəqqisində  davam  edir 
və  XVII  əsrdən  bu  üslub  ədəbi  dilin  inkişaf  mahiyyətinə  çevrilməyə,  aparıcı 
təmayül hüququna düşməyə başlayır. Klassik janrların özündə xəlqiləşmə gedir”.
42
 
XVII  əsrdə  yazılı  ədəbi  dilin  bədii  üslub  qolunda  şifahi  ədəbi  dilin  vahidləri 
çoxalmış,  yazılı ədəbi dildə  sadələşmə  prosesi  güclənmişdir.
43 
XVII əsrin  məşhur 
Azərbaycan  şairləri  Fədai  Təbrizinin  və  Məsihinin  əsas  əsərlərinin 
(“Bəxtiyarnamə” və “Vərqa və Gülşa”) lüğət tərkibinə mənsub olan azərbaycanca 
sözlərin  təqribən  90  faizi  müasir  dilimizdə  də  canlı  və  funksional  (işlək) 
sözlərdir.
44
 Beləliklə, XVII əsrdə Azərbaycan dili və ədəbi dili özünün mükəmməl 
səviyyəsinə çatmışdı.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə