Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə114/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   110   111   112   113   114   115   116   117   ...   138

243 
 
XVII  əsrin  sonunda  –  XVIII  əsrin  əvvəllərində  ümumi  iqtisadi  böhran 
bütün Yaxın Şərqi bürüdü. Bu regional hadisə Azərbaycana da mənfi təsir göstərdi. 
“Ölkənin iqtisadi geriliyinə  XVIII əsrin 20-30-cu illərində  Azərbaycan ərazisində 
aparılan Osmanlı-Səfəvi müharibələri də az təsir etməmişdi. Müharibə nəticəsində 
Azərbaycanın Xəzərboyu əyalətlərində yerləşən şəhərlərindən başqa demək olar ki, 
bütün  şəhərləri  tranzit  əhəmiyyətini  itirmişdi”.
122
  Ticarət  vergilərinin  çoxluğu  və 
ağırlığı,  ölçü  və  çəki  sistemlərinin  müxtəlifliyi,  vahid  pul  sisteminin  olmaması, 
feodal  çəkişmələri,  hərbi əməliyyatlar ölkədə  ticarətin  məhdudlaşmasının  mühüm 
səbəblərindən  idi.  “Təsadüfi  deyildir  ki,  XVIII  əsrin  birinci  yarısında  baş  verən 
üsyanlarda şəhər əhalisi, xüsusilə ticarətlə məşğul olanlar və sənətkarlar yaxından 
iştirak edirdilər”.
123
 
XVIII  yüzilliyin  II  yarısına  doğru  Azərbaycan  ictimai-iqtisadi,  siyasi  və 
bunlara müvafiq olaraq mədəni təkamül prosesində yeni mərhələyə qədəm qoydu. 
“Azərbaycanın XVIII əsrin ikinci yarısındakı tarixi əslində müstəqil və yarımasılı 
dövlət  qurumlarının  tarixindən  ibarətdir…  Azərbaycan  ərazisində  ilk  müstəqil 
xanlıqların  yaranması  XVIII  əsrin  40-cı  illərinə  aiddir”.
124
  Şəki  xanlığı,  Qarabağ 
xanlığı,  Quba  xanlığı,  Lənkəran  (Talış)  xanlığı,  Bakı  xanlığı,  Gəncə  xanlığı, 
Dərbənd xanlığı, Şamaxı xanlığı, İrəvan xanlığı, Naxçıvan xanlığı, Təbriz, Ərdəbil, 
Urmiya, Xoy, Maku, Sərab xanlıqları, Cavad və Salyan xanlıqları yüzilliyin siyasi 
həyatında iz qoymuş qurumlar idilər. “Xanlıqlar dövrü Azərbaycan tarixində feodal 
dağınıqlığı və şiddətli ara çəkişmələri ilə səciyyələnir. Hakim feodallar-xanlar bir-
biri  ilə  mübarizə  apararaq  ərazilərini  genişləndirməyə,  vergi  verməyə  qadir  olan 
rəiyyətin  sayını  artırmağa  can  atırdılar.  Müəyyən  bir  həddən  sonra  bu,  obyektiv 
surətdə Azərbaycan torpaqlarının birləşdirilməsi prosesinə çevrilirdi. Bu baxımdan 
urmiyalı  Fətəli  xan  Əfşarın,  şəkili  Hacı  Çələbi  xanın,  qarabağlı  Pənahəli  xanın 
təşəbbüsləri  təqdirəlayiq  olsa  da,  heç  bir  müsbət  nəticə  verməmişdir”.
125
 
Azərbaycan  torpaqlarını  vahid  dövlət  hüdudlarında  birləşdirməyə  can  atmış 
hökmdarlardan biri də Quba xanı Fətəli (1736-1758-1789) olmuşdur. Onun hərbi-
siyasi,  diplomatik  tədbirləri  də  uğursuzluqla  nəticələndi.  Rusiya,  Osmanlı,  İran 
müdaxilələri,  Azərbaycan  vilayətlərinin  ictimai-iqtisadi  və  siyasi  inteqrasiya 
məqamına  hazır  olmaması  pərakəndəliyin  aradan  qaldırılmasına  mane  olmuş 
başlıca əngəllər idi. 
XVIII  yüzillikdə  Azərbaycanın  iqtisadi  həyatı  təsərrüfat  fəaliyyətinin 
əsasən xanlıqlar hüdudunda qapalılığı ilə fərqlənirdi. Əsrin II yarısında Azərbaycan 
şəhərləri  əsasən  qala  divarları  ilə  əhatə  olunmuşdu.  Düşmənin  qəfil  hücumunun 
qarşısının  alınması  məqsədilə  qalaların  ətrafında  xəndəklər  qazılır  və  həmin 
xəndəklər  su  ilə  doldurulurdu.  Hər  bir  paytaxt  şəhərdə  əsas,  bayır  və  sənətkarlıq 
məhəllələri  yerləşirdi.  XVIII  əsrin  II  yarısında  da  ən  çox  zərər  Şamaxı  şəhərinə 
dəydi.  Bu  şəhər  Azərbaycan  ərazisindən  Osmanlı  qoşunları  çıxarılarkən,  1734-cü 
ildə Nadir xan tərəfindən yerlə yeksan edilmiş, əhalisi isə yenicə salınmış “Ağsu” 
adlı yaşayış məntəqəsinə köçürülmüşdü. Lakin “Yeni Şamaxı” (Ağsu) da dəfələrlə 


244 
 
dağıntılara  məruz  qaldı.  XVIII  əsrin  40-cı  illərindən  başlayaraq  Şəki  ətrafında 
xanlıq  yarandıqdan  sonra  şəhər  xanlığın,  habelə  Azərbaycanın  siyasi,  mədəni 
həyatında  nəzərəçarpacaq  rol  oynamağa  başladı.  Şəki  yalnız  1765-ci  ildə  qala 
divarları  ilə  əhatə  olunmuşdur.  Burada  qala  ilk  Şəki  xanı  Hacı  Çələbinin 
hakimiyyəti dövründə (1743-1755) tikilmişdir. “Qala divarlarının xaricdən ümumi 
uzunluğu  1300  metr,  hündürlüyü  şimaldan  4  metrə,  cənubdan  8  metrə  yaxındır. 
Divarın  qalınlığı  2,2  metrdir.  Qalanın  cənub  və  şimaldan  iki  tağlı  darvazası,  21 
mühafizə bürcü vardır”.
126
  Bakı,  Gəncə,  Təbriz,  Naxçıvan  bu  dövrün  Azərbaycan 
şəhərləri  arasında  xüsusilə  seçilirdilər.  Bu  dövrdə  qədim  şəhərlərin  tənəzzülü  ilə 
yanaşı bir sıra yeni şəhərlər də meydana gəlmişdir. Şuşa, Yeni Şamaxı (Ağsu) və 
Quba bu cür mərkəzlərdən idilər. Şuşa şəhəri, qalası bu baxımdan diqqəti xüsusilə 
cəlb edir. Şuşa qalasını  Qarabağ xanlığının banisi Pənahəli xan (1748-1760) inşa 
etdirmişdir.  Qala-şəhər  dəniz  səviyyəsindən  1400  metr  ucalıqda  yerləşmiş, 
meşələrlə  örtülmüş,  bir  tərəfdən  uçurumla,  digər  tərəfdən  isə  sıldırım  qayalarla 
əhatə olunmuş bir mövqedə salınmışdı. Burada öncə qala divarları, daha sonra isə 
evlər  və  imarətlər  inşa  edilmişdi.  Qala-şəhər  xanlığın  banisinin  şərəfinə 
“Pənahabad”adlandırıldı.
127
  Tezliklə  qalaya  Qarabağdan  və  Azərbaycanın  başqa 
vilayətlərindən köçüb sakin olanların sayı artmağa başladı. Köçüb gələnlər şəhərdə 
məhəllə  prinsipi  əsasında  yerləşdirildilər.  Hər  bir  məhəllənin  məscidi,  hamamı, 
mədrəsəsi və digər ictimai təyinatlı obyekti vardı. Qala-şəhərdə xan sarayı da inşa 
edildi.  Şəhərdən  aralıda  daha  iki  istehkam  tikildi.  Mehrəli  xanın  hakimiyyəti 
dövründə  (təqribən  1758-1763)  Şuşadan  bir  qədər  aralıda  Əsgəran  qalası  inşa 
olundu.  XVIII  əsrin  II  yarısında  Şuşa  Azərbaycan  şəhərləri  içərisində  yüksək 
inkişaf  sürəti  ilə  fərqlənirdi.  Şuşa  qalası  inşa  olunduğu  gündən  1797-ci  ilədək 
buraya düşmən ordusu bircə dəfə də soxula bilməmişdi.
128
 
Azərbaycan  şəhərlərinin  əksəriyyətində  sənətkarlığın  tərəqqisi  üçün 
əlverişli  şərait  vardı.  Lakin  əsrin  II  yarısında  ölkənin  iqtisadi  və  siyasi 
pərakəndəliyi, aramsız feodal müharibələri onlarla şəhərin xarabalığa çevrilməsinə, 
xeyli  sənətkar  kütləsinin,  şəhər  əhalisinin  yaşayış  yerlərini  tərk  etməsinə  səbəb 
olmuşdur.  Yerli  hakimlər  doğma  zəmində  təsərrüfat  potensialını  üzə  çıxarmağa 
maraq  göstərmir,  başqa  vilayətlərdən  məhsuldar  qüvvələr  cəlb  olunmasına 
üstünlük  verirdilər.  Aramsız  müharibələr,  siyasi  qeyri-sabitlik  sənətkarlığın  da 
keyfiyyətcə geriləməsinə səbəb olmuşdu. Bir çox şəhərlərin həyatında yüksəliş və 
eniş  məqamları  bir-birini  əvəz  edirdi.  XVIII  əsrin  II  yarısında  Azərbaycan 
şəhərlərinin  əksəriyyəti  daxili  və  xarici  ticarət  əməliyyatlarında  iştirak  edirdi. 
Ticarətin vergi ilə əhatə olunmamış sahəsi qalmamışdı. Vergilərin sayı və miqdarı 
elə çox idi ki, xanın vergi yığanları öz vəzifələrini tələb olunan səviyyədə icra edə 
bilmirdilər. Buna görə də çox zaman vergi toplamaq hüququnu iltizama verirdilər. 
Əsrin  II  yarısında  Azərbaycanın  ictimai  quruluşu  iqtisadi  əsasları 
baxımından natural təsərrüfat hüdudlarını aşa bilməmişdi. Pul dövriyyəsi də həmin 
təsərrüfat  sisteminin  təsiri  ilə  aşağı  səviyyədə  idi.  Məsələn,  Qarabağ  xanlığında 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə