Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə112/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   108   109   110   111   112   113   114   115   ...   138

239 
 
ilə  qədərki  hadisələr  işıqlandırılmışdır.  İsgəndərbəy  Münşinin  “Zeyle-tarixe 
aləmaraye-Abbasi”  adlı  əsəri  də  vardır.  Əsərdə  Şah  Səfinin  hakimiyyətinin  ilk  5 
ilinin  hadisələri  təsvir  olunmuşdur.  Tarixçinin  bu  əsəri  natamam  qalmışdır.
104
 
Mənşəcə  azərbaycanlı  olan  bu  tarixçi  əsərlərində  vətən  tarixinə,  Azərbaycana 
xüsusi fikir vermişdir. 
Şah II Abbasın hakimiyyətinin (1642-1666) 1664-cü ilədək olan dövrünü 
saray  tarixçisi  Məhəmməd  Tahir  Vahid  təsvir  etmişdir.  Məhəmməd  Tahir  Vahid 
Şah Süleymanın dövründə (1666-1694) dövlətin baş vəziri vəzifəsini icra edirdi. O, 
“Abbasnamə” adlı əsərin müəllifidir. Bu tarixçi 1699-cu ildə vəfat etmişdir.
105
 
Məhəmməd  Yusif  Qəzvini  Müvərrix  XVII  əsrin  sonlarında  vəfat  etmiş 
saray  tarixçisi  idi.  Məhəmməd  Yusif  “Xulde-barin”  (“Əbədi  cənnət”)  adlı 
ümumtarix  əsərinin  müəllifidir.  8  hissədən  ibarət  olan  bu  əsərin  son  hissəsi 
Səfəvilər  hakimiyyəti  tarixinə  həsr  edilmiş,  hadisələrin  təsviri  1694-cü  ilədək 
aparılmışdır.  Şeyx  Hüseyn  ibn  Şeyx  Abdal  Zahidi  isə  Səfəvilər  sülaləsinin 
genealogiyasına həsr olunmuş “Silsilət  ən nəsəbi Səfəiyyə” əsərinin müəllifi idi.
106
 
XVII  əsrin  əvvəllərində  Şeyx  Hüseyn  Səfəvilərin  Ərdəbil  kompleksinin  vəqf 
mülklərinin  himayəçisi  vəzifəsini  icra  etmişdi  və  buna  görə  də  Səfəvi  sülaləsinin 
mənşəyi probleminə yaxından bələd olmuşdu. 
Şərəfəddin  Hüseyni  Təbrizi-Laləvi  1640-cı  ildə  İstambulda  vəfat  etmiş 
tarixçi  idi.
107
  Onun  1617-ci  ildə  yazdığı  “Ənfəsül-əxbar”  (“Ən  dəyərli  xəbərlər”) 
adlı  əsəri  elm  aləmində  məhşurlaşmışdı.  Əsərdə  Sasani  İranı,  Ərəb  Xilafəti, 
Teymuri və Osmanlı dövlətlərinin hərbi-siyasi inkişafı məsələləri təsvir edilmişdi. 
Azərbaycan  şamlu  tayfasından  olan  Vəliqulubəy  1625/26-cı  illərdə 
anadan olmuşdur. O, “Qisasül-xaqani” (“Şahların hekayətləri”) əsərini 1662-1666-
cı  illərdə  yazmışdır.
108
  3  hissədən  ibarət  olan  bu  əsərdə  Səfəvilər  sülaləsinin 
mənşəyindən Şah II Abbasadək olan tarixi dövrün təsviri verilmişdir. 
Gəncəli  Hacı  Məhəmmədqulu  xan  Qacar  XVII  əsrin  Azərbaycan 
tarixçilərindəndir. Bu tarixçi 23 fəsildən ibarət olan “Lübbül-lübab” (“Gövhərlərin 
xalisi”–  seçilmişi”)  əsərinin  müəllifidir.  Həmin  tarixçinin  əsərinin  iki  əlyazma 
nüsxəsi vardır.
109
 
XVII əsrin Azərbaycan tarixçiləri arasında özünün peşəkarlığı ilə ən çox 
seçiləni İsgəndərbəy Münşi olmuşdur. “İsgəndərbəy Münşi Səfəvi dövrünün digər 
tarixçilərindən  o  dövrün  tarixçiləri  üçün  nadir  olan  keyfiyyətlə  fərqlənirdi.  O,  öz 
sələflərinin  əsərlərindən  məlumatları  sadəcə  olaraq  əxz  etmirdi.  Bu  məlumatları 
təhlil  etməyə,  təsnifatını  verməyə  və  çox  zaman  hadisələrə  öz  münasibətini  irəli 
sürməyə  can  atırdı.  O,  çox  zaman  hadisələrin  zahiri  tərəfini  nəzərə  almır,  əsas 
diqqətini  bu  hadisələrin  məzmununu  açmağa  yönəldirdi.  Bu  baxımdan  o,  yalnız 
faktları  qeyd  etməklə  kifayətlənən  tarixçilərdən  daha  yüksəkdə  dururdu”.
110
 
Ümumiyyətlə,  orta  əsrlərin  (habelə  XVII  əsrin)  Azərbaycan  tarix  elmi  salnamə 
səciyyəsinə  malik  idi.    Lakin  hətta  gerçək  hadisələrin  sadəcə  qeydə  alınması  da 


240 
 
xalqın tarixi təfəkkürünün inkişafına, varislik əlaqəsinin təmin olunmasına xidmət 
edirdi. 
Xalq yaradıcılığının geniş vüsət alması, mədəni potensialın Yaxın və Orta 
Şərq  regionuna  səpələnməsi  XVII  əsrdə  Azərbaycan  mədəniyyətinin  inkişaf 
xüsusiyyətlərindən  idi.  Əlverişli  olmayan  ictimai-iqtisadi,  siyasi  proseslər  ölkədə 
mədəniyyətin inkişafına mənfi təsir göstərmişdi. 
 
§ 2. Azərbaycanın mədəni həyatı XVIII yüzillikdə 
 
Azərbaycan  mədəniyyətinin  XVIII  yüzillikdəki  təkamülü  xeyli  dərəcədə 
ölkədə baş verən ictimai, siyasi, iqtisadi, ideoloji səciyyəli hadisələrin gedişindən 
asılı  idi.  Öncə  onu  qeyd  etmək  lazımdır  ki,  həmin  əsrdə  mədəni  həyatın  bütün 
sahələri  qeyri  –  qənaətbəxş  inkişaf  zəminində  olmuşdur.  Bu  tarixi  gerçəkliyi 
anlamaq üçün Azərbaycanın XVIII əsr tarixinin bir sıra başlıca hadisələrinə qısaca 
nəzər yetirmək zəruridir. 
XVIII  yüzilliyin  əvvəllərində  ölkə  təsərrüfatı  gerilik,  tənəzzül 
mərhələsində  olmuşdur.  Dövrün  neqativ  hərbi-siyasi  prosesləri  Azərbaycanın 
zəngin  iqtisadi  potensialının  gerçəkləşdirilməsinə  əngəllər  törədirdi.  “Azərbaycan 
ərazisində  Osmanlı  əsgərləri  ilə  İran  sərbazlarının  apardıqları  müharibə,  habelə 
Nadir  şahın  hərbi  yürüşləri  nəticəsində  ölkənin  təsərrüfat  həyatına  ciddi  ziyan 
vurulmuşdu. Yadelli işğalçılar yerli əhalinin ərzağı hesabına dolanır, mal-qarasını 
mənimsəyərək,  nəqliyyat  vasitəsi  kimi  istifadə  edirdilər”.
111
  Xarici  hərbi-siyasi 
yardımın sayəsində Azərbaycanda baş vermiş bir sıra çıxışlar (Hacı Davud, Surxay 
xan  və  b.),  yüzillik  ərzində  davam  etmiş  rus  müdaxilələri  də  ölkənin  iqtisadi 
həyatının  sabit  inkişafına  maneçilik  törətmişdir.  Azərbaycanda  təsərrüfatın 
müxtəlif  sahələrinin  sabit  inkişafına  dövlətin  ağır  vergi  siyasəti  də  əngəllər 
yaratmışdır.  “Ağır  vergilər  kənd  zəhmətkeşlərini  dilənçi  vəziyyətinə 
salmışdı…Vergilər  dövlət  xəzinəsini  dolduran  yeganə  maddi  mənbə  idi.  Vergi 
verməkdən  boyun  qaçırmasınlar  deyə,  şah  hökuməti  15  yaşına  çatmış  bütün  kişi 
cinsindən  olanları  siyahıya  alırdı.  Müasirlərin  yazdığına  görə,  hər  üç  ildən  bir 
siyahılar təzələnir və vergi verənlərin sayı artırılırdı. Siyahıyaalmadan sonra dövlət 
məmurları-vergi  toplayanlar  çəyirtkə  kimi  kəndlərə  daraşır,  vəzifələrini  yerinə 
yetirərkən  həm  öz  ciblərini  unutmur,  həm  də  zorakılığa  yol  verirdilər”.
112 
Nəzərə 
almaq  lazımdır  ki,  dövlətlərarası  gərgin  hərbi-siyasi  çəkişmələri,  müharibələri  ilə 
fərqlənən  XVIII  əsr  ərzində  Şimali  Azərbaycan  əhalisi  nəinki  İranın  mərkəzi 
vilayətlərində qərarlaşmış türk (Azərbaycan) siyasi xadimlərinin (Səfəvilər, Nadir 
şah Əfşar, Qacarlar), habelə vaxtaşırı ölkəni öz hakimiyyətinə tabe etməyə can atan 
Osmanlı  hərbi-siyasi  dairələrinin,  rus  ekspansionistlərinin  basqın,  qarət  və  talan 
obyektinə  çevrilmişdi.  Əhalisi  dilənçi  vəziyyətinə  düşmüş  Səfəvilər  dövlətinin 
iqtisadi əsasları sarsılmaqda idi. XVI-XVII əsrlərdə az və ya çox dərəcədə doğma 
zəminə-Azərbaycan  vilayətlərinə  arxalanmış  Səfəvi  şahları  yeni  əsrdə  daha  çox 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə