Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə113/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   109   110   111   112   113   114   115   116   ...   138

241 
 
beynəlxalq  səciyyəli  hadisələrin  təsiri  nəticəsində  İran  vilayətlərində  qərarlaşır, 
tədricən  Azərbaycana  yad  obyekt  kimi  yanaşırdılar.  Dövlət  ağır  maliyyə  böhranı 
keçirirdi. Mərkəzi hakimiyyət bütün dövlət ərazisində baş verən proseslərə nəzarət 
etmək iqtidarını itirmişdi. 1709-cu ildə əfqanlar Səfəvi hakimiyyətinə qarşı üsyan 
qaldırdılar.  Bu  üsyan  nəticəsində  Səfəvilər  sülaləsinin  varlığı  sual  altına  alındı. 
1722-ci ildə 20 minlik əfqan üsyançı ordusu dövlətin paytaxtı İsfahanı mühasirəyə 
aldı.  Şəhər  6  aydan  artıq  mühasirə  şəraitində  yaşamalı  oldu.  Əfqanların  İsfahanı 
işğal  etməsi,  Səfəvilər  dövlətinin  ağır  məğlubiyyəti  həmin  hadisələri  şəxsən 
müşahidə  etmiş  üç  müəllif  tərəfindən  təxminən  eyni  zamanda  qələmə  alınmışdır. 
Onların  biri  Jozef  Tiflisi,  ikincisi  Tadeuş  Kruşinski,  üçüncüsü  müsyö  de-Gardan 
olmuşdur.  Məsələn,  Jozef  Tiflisi  həmin  hadisələr  barədə  bu  qeydləri  etmişdir: 
“İsfahan şəhəri əhalisi çox və sıx, torpağı geniş əzəmətli bir şəhərdir. Uzun çəkən 
mühasirə  vaxtı  qıtlıq,  qəhətlik  atəşi  (əhalinin)  canına  düşdü,  neçə  nəfərin  bədən 
xırmanını yandırdı. Arpa alovunun şiddəti neçə min canı yandırdı, o biri dünyaya 
göndərdi.  Bu  qaçılmaz  hadisəyə  və  asiman  bəlasına  razılıqdan  başqa  çarə 
olmadığını görən (isfahanlılar) istər-istəməz İsfahan şəhərini uğanlara (əfqanlara –
red.)  təslim  etməyə  razılıq  verdilər”.
113 
1708-1726-cı  illərdə  İsfahanda  yaşamış 
polyak müəllifi Tadeuş Kruşinski də bu tarixi hadisənin, Səfəvilər sülaləsinin eniş 
anının  canlı  şahidlərindən  biri  olmuş,  həmin  hadisəyə  münasibətini  bildirmişdir. 
T.Kruşinskinin  “Xristian  səyyahın  tarixi”  (“Tarixi-səyyahi-məsihi”)  əsərində  bu 
qeydlər  dövlətin  maliyyə  həyatının  acınacaqlı  olduğuna  işarədir:  “O  (Mahmud),  
Səfəvilərin xəzinəsini zəbt etdi. Xəzinədə hər şey bol idi, lakin nəqd qızıl çox azdı. 
Mahmud qızılbaşlardan çoxlu qızıl və cavahirat tələb edərək onları bu məcburiyyət 
qarşısında qoydu və aldıqlarını xəzinəyə əlavə etdi. İsfahan və Culfa tacirlərindən, 
başqa  ticarətçilərdən,  hətta  xristian  məlikləri  və  Avropa  elçilərindən  də  müxtəlif 
bəhanələrlə  böyük  məbləğdə  pul  yığdı.  Öz  dövlət  başçılarından  da  bu  qayda  ilə 
çoxlu  qızıl  və  başqa  qiymətli  şeylər  aldı  (nəticədə)  əfqanlar  qızılbaş  tayfalarının 
verdikləri  qızıl-gümüş  sayəsində  çox  dövlətləndilər”.
114
  Qeyd  etmək  lazımdır  ki, 
həmişə olduğu kimi bu halda da qarət və talan olunan dövlət xəzinəsi, sərvət ölkə 
əhalisinin  yaradıcılıq,  əmək  fəaliyyətinin  nəticəsi  idi.  Əfqan  talanları  və  qarətləri 
də ölkənin iqtisadi potensialına ağır zərbə vurdu. 
Əfqan  müdaxiləsi  nəticəsində  əsir  düşmüş  Şah  Hüseyn  oğlu  Təhmasibin 
xeyrinə taxtdan imtina etdi. Uğurlu hərbi fəaliyyəti sayəsində siyasi nüfuzu artmış, 
əfşar  tayfasından  olan  Nadir  tezliklə  təşəbbüsü  ələ  keçirdi.  O,  II  Təhmasibi 
hakimiyyətdən uzaqlaşdırdı və taxta onun 4 aylıq oğlu III Abbası əyləşdirdi. Sülalə 
dəyişikliyi  üçün  əlverişli  zəmin  hazırlandı.  Lakin  Nadirə  ağır  iqtisadi  böhran 
şəraitində  olan  dövlət  aparatı  miras  qalmışdı.  “Nadir  şahın  hakimiyyət  başına 
gəldiyi  vaxt  dövlət  xəzinəsi  Şah  Sultan  Hüseyn  və  II  Təhmasibin  səhlənkarlığı 
nəticəsində demək olar ki, boşalmışdı. Nadir şah dövlətin gəlirini yalnız vergilərin 
miqdarının  və  sayının  çoxaldılması  sayəsində  müəyyən  qədər  bərpa  etməyə  nail 
olmuşdu”.
115
  Təbiidir  ki,  Nadir  şah  (1736-1747-ci  illər)  bütün  hallarda  zorakı 


242 
 
tədbirlərə  əl  atmırdı.  O,  hərbi  uğurlar  sayəsində  də  dövlətin  iqtisadi,  maliyyə 
sabitliyini  bərpa  etməyə  can  atırdı.  “1739-cu  ildə  Hindistana  uğurlu  yürüşündən 
sonra böyük qənimət ələ keçirən Nadir şah nüfuzunu qaldırmaq məqsədilə əhalini 
3  il  vergi  verməkdən  azad  etdi”.
116
  Lakin  müasirlərin  verdikləri  məlumata  görə, 
Nadir  şah  100  min  döyüşçüdən  ibarət  ordu  saxlayırdı.  Hərbiləşdirilmiş  dövlət 
aparatı  şahı  “özünə  qayıtmağa”  (yəni  sərt  tədbirlərə  əl  atmağa)  məcbur  edirdi. 
Məsələn, “XVIII əsrin 40-cı illərində Şimali Azərbaycanda və Cənubi Dağıstanda 
Əfşar zülmünə  qarşı üsyanlar baş verdikdə  Nadir şah çoxsaylı qoşunlarını şimala 
doğru  yeritdi.  Yürüş  zamanı  qoşunlar,  bir  qayda  olaraq,  yerli  əhalinin  hesabına 
dolanırdılar. Nadir şah yürüşdən qayıtdıqdan sonra  sərf olunmuş  xərcləri ödəmək 
üçün 1739-cu ildə xalqa “bağışladığı vergilərin” zorla toplanılması barədə fərman 
verdi. Beləliklə, əhalidən üç illik vergi toplanıldı. Vergi toplanılarkən özbaşınalıq 
və zorakılıq baş alıb gedirdi. Bu isə əhalinin narazılığının daha da artmasına gətirib 
çıxarırdı”.
117
  Nadir  şah  iqtisadi  həyat,  maliyyə  məsələlərinə  hərbi  xadim  nəzəri, 
mövqeyi  ilə  yanaşırdı.  Bu  cəhət  də  dövlətin,  bu  dövlətin  tərkibində  olmuş 
Azərbaycanın təsərrüfat həyatına mənfi təsirini göstərmişdi. 
XVIII  əsr  ərzində  ölkənin  başlıca  mədəni  inkişaf  ocaqları  olan  şəhərlər 
baş vermiş hərbi əməliyyatlar nəticəsində xeyli zərər çəkmişdilər. Bütün xalqların, 
ölkələrin  tarixi  sübut  edir  ki,  qarşıdurmalar  zamanı  müxtəlif,  rəqib  sərkərdələrin, 
hökmdarların başlıca zərbə obyekti ticarətin, sənətkarlığın, mədəni potensialın əsas 
mərkəzləri  olan  şəhərlər  olmuşdur.  XVIII  yüzillikdə  də  Azərbaycan  hakimləri 
şəhərlərin  müdafiə  qabiliyyətinin  möhkəmləndirilməsinə  daha  çox  fikir  verməli 
olurdular. Şəhərlərin memarlıq cəhətdən təkamülü xeyli dərəcədə onların müdafiə 
sisteminin  xarakterindən  asılı  idi.  “Qala  divarlarından  kənarda  ev  və  bina 
tikdirməkdən ehtiyatlanan şəhər zadəganları öz imarətlərini yalnız şəhər daxilində 
inşa  etdirməyi  daha  üstün  tuturdular.  Belə  hallarda  özlərinə  bina-mülk  tikdirən 
varlılar  nə  şəhərin  planlaşdırılmasına,  nə  də  xarici  görünüşün  pozulmasına 
əhəmiyyət  verirdilər.  Buna  görə  də  get-gedə  şəhərin  küçələri  daralır,  şəhər 
meydanları  tədricən  aradan  çıxırdı”.
118
  Bu  cəhətlərinə  görə  həmin  dövrün 
Azərbaycan  şəhərlərinin  əksəriyyəti  oxşar  idi.
119
  Azərbaycan  şəhərlərində 
sənətkarlığın müxtəlif sahələri-dərzilik, dəmirçilik, zərgərlik, dabbaqlıq, misgərlik, 
xalçaçılıq  və  s.  inkişaf  etmişdi.  Şəhərlərdə  sənətkarlığın  müəyyən  sahəsinin 
inkişafı  yaşayış  məntəqələrinin  coğrafi  mövqeyindən,  iqlimindən  və  ətraf 
mühitindən  asılı  idi.  Bu  dövrün  Azərbaycan  şəhərlərinin  vəziyyətini,  başlıca 
təkamül  yollarını  öyrənmək  üçün  XVIII  yüzillikdə  ölkənin  şəhərlərində  olmuş 
Avropa  və  rus  səyyahlarının,  hərbi-siyasi  xadimlərinin,  “elmi  məqsədlərlə” 
bölgəyə  göndərilmiş  elçilərin  məlumatları  ilə  tanış  olmaq  kifayətdir.
120
  “XVIII 
əsrin  birinci  yarısında  ölkənin  ümumi  iqtisadi  tənəzzülü  şəhər  təsərrüfatında  öz 
əksini  tapmışdı.  Bu,  sənətkarlar  tərəfindən  hazırlanan  malların  keyfiyyətcə  aşağı 
səviyyədə olmasına gətirib çıxarırdı. Məhz buna görə də Azərbaycan şəhərlərindən 
əksər hallarda xammal ixrac olunurdu”.
121
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə