Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə116/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   112   113   114   115   116   117   118   119   ...   138

247 
 
XVIII  yüzillikdə  Azərbaycan  nəinki  özünə  qonşu  olan  dövlətlərin,  habelə  uzaq 
İngiltərənin maraq (bir çox halllarda əməli fəaliyyət) obyekti olaraq qalırdı. 
XVIII  əsrin  I  yarısının  sonlarına  doğru  Nadir  şahın  qurduğu  dövlət  iflas 
etməkdə idi. 1747-ci ilin 19 iyununda (bəzi məlumatlara görə, mayın 9-da) Nadir 
şah sarayda baş vermiş sui-qəsd nəticəsində öldürüldü. İranda taxt uğrunda kəskin 
mübarizə  başlandı.  Mərkəzi  hakimiyyətin  iflası  Azərbaycanda  müstəqil  siyasi 
qurumların-xanlıqların  yaranması  prosesini  sürətləndirdi.  Azərbaycanda  yaranmış 
xanlıqlar  içərisində  Şəki,  Qarabağ  və  Quba  xanlıqları  daha  fəal  mövqelər 
tutmuşlar.  Şəki  xanlığının  yüksəlişi  Hacı  Çələbinin  siyasi  fəaliyyəti  ilə  bağlıdır. 
Hacı Çələbi yeni torpaqlar ələ keçirmək uğrunda Kartli-Kaxeti çarlığı ilə fasiləsiz 
müharibələr aparırdı. Şəki şəhəri ölkənin bənzərsiz  mədəni mərkəzlərindən birinə 
çevrilmişdi.  Şəhərdə  mədrəsələr  fəaliyyət  göstərirdi.  Burada  Azərbaycan  tətbiqi 
incəsənətinin  və  memarlığının  parlaq  nümunələri  yaradılmışdı.  Şəki  xanlarının 
sarayı, Şəkixanovların evi, Cümə məscidi bu nümunələr arasında xüsusilə seçilirdi. 
Qarabağ xanlığının əsasını Cavanşirlər tayfasından olan Pənahəli xan (1748-1763) 
qoymuşdur.  Pənahəli  xanın  Kəbirli  mahalında  ilk  iqamətgahı  Bayat  qalası  idi 
(1748-ci  il).  Pənahəli  xanın  dövründə  əsası  qoyulmuş  Şuşa  Azərbaycanın  ticarət, 
mədəniyyət  mərkəzlərindən  birinə  çevrilmişdi.  Burada  Qarabağın  hüdudlarından 
kənarda  da  dövriyyədə  olan  “pənahabadi”  adlanan  mis  sikkə  kəsilirdi.  Qarabağ 
xanlığı  Pənahəli  xanın  varisi  İbrahim  xanın  dövründə  (1763-1806)  daha  da 
gücləndi.  Quba  xanlığının  banisi  Hüseynəli  xan  (1726-1758)  rus  imperatoru 
tərəfindən  xan  vəzifəsinə  təyin  edilmişdi.  Bu,  Quba  xanlığının  Rusiyaya  meylli 
olmasını  şərtləndirmişdi.  Fətəli  xanın  dövründə  (1758-1789)  də  bu  meyl  özünü 
büruzə verirdi. Onun hakimiyyəti zamanında Quba xanlığı iqtisadi, hərbi və siyasi 
cəhətdən Azərbaycanın bir çox xanlıqlarından üstün idi və ölkənin siyasi həyatında 
mühüm  rol  oynamağa  başlamışdı.  Digər  Azərbaycan  xanlıqları  ölkənin  siyasi 
həyatında  aparıcı  rol  oynamaq  iqtidarında  deyildilər  və  əsasən  lokal  (yerli)  
əhəmiyyətli,  bir  çox  hallarda  bir-biri  ilə  çəkişən  siyasi  qurumlar  idilər.  Bəzi 
xanların (Urmiyə xanı Fətəli xan Əfşar, Qubalı Fətəli xan, Qarabağlı Pənahəli xan) 
Azərbaycan  vilayətlərini  öz  hakimiyyəti  altında  birləşdirərək  vahid  dövlət 
yaratmaq cəhdləri uğursuzluqla nəticələndi. 
XVIII  əsrin  80-ci  illərinin  sonlarında  Xorasan  istisna  olunmaqla  bütün 
hakimiyyəti  ələ  keçirmiş  Qacar  sülaləsinin  banisi  Ağa  Məhəmməd  xan  keçmiş 
Səfəvi  dövlətinin  sərhədlərini  bərpa  etdikdən  sonra  şahlıq  tacına  sahib  olmaq 
qərarına  gəldi.  Ağa  Məhəmməd  xan  vaxtilə  Səfəvi  dövlətinin  tərkibində  olmuş 
əraziləri (ilk növbədə Azərbaycanı) öz hakimiyyəti altında birləşdirməyə can atırdı. 
O,  hərbi  yürüş  ərəfəsində  “Cənubi  və  Şimali  Azərbaycan  xanlıqlarına,  habelə 
Kartli-Kaxeti çarlığına fərmanlar göndərdi və onlardan tabelik rəmzi kimi ən yaxın 
qohumlarından onun sarayına girov göndərməyi tələb etdi”.
134
 Lakin o, hakimlərin 
çoxusundan rədd cavabı aldı. 1793-cü ildə Ağa Məhəmməd xan yenidən bu tələblə 
çıxış  etdi,  lakin  “müstəqilliyin  faydalarından  bəhrələnmiş”  Azərbaycan  feodalları 


248 
 
tabe  olmaq  fikrində  deyildilər.  Qarabağ,  Talış,  İrəvan  xanlıqları,  Kartli-Kaxeti 
çarlığı  böyük  iddialarla  çıxış  edən  Ağa  Məhəmməd  xana  qarşı  müqavimətə 
hazırlaşdılar. Bəzi Azərbaycan xanları Rusiyanın hərbi yardım vədlərinə inandılar. 
Tabe  olmaqdan  imtina  etmiş  hökmdarların  Rusiyaya  müraciət  etməsi  Ağa 
Məhəmməd xanı fəallığa cəlb etdi: O, şimali Azərbaycana 3 istiqamətdə 100 min 
nəfərdən  ibarət  olan  ordu  göndərdi  (Muğan-İrəvan-Qarabağ).  1795-ci  ilin  iyun 
ayında Ağa Məhəmməd xanın qoşunları Şuşa qalasını mühasirəyə aldı. 33 günlük 
mühasirədən sonra uğursuzluğa düçar olmuş bu hərbi qüvvə Tiflisə doğru yönəldi. 
Şəhər  talan  və  qarət  edildi.  1795-ci  ilin  20  sentyabrında  Ağa  Məhəmməd  xanın 
qoşunları  xeyli  qənimətlə,  20  min  əsirlə  şəhəri  tərk  etdi.  Lakin  1797-ci  ildə  Ağa 
Məhəmməd şah Şuşanı ələ keçirə bildi. Tezliklə (1797-ci ilin 4 iyulunda) sui-qəsd 
nəticəsində  Ağa  Məhəmməd  şah  öldürüldü.  İran  qoşunları  Şimali  Azərbaycan 
hüdudlarını tərk etməli oldular. Öldürülmüş şahın qardaşı oğlu, “Baba xan” ləqəbli 
şəxs Fətəli şah adı altında  taxta  yiyələndi. O  da  Cənubi  Qafqaz  hakimlərinə  tabe 
olmaq  tələbləri  ilə  müraciət  etdi,  rədd  cavabı  almış  Fətəli  şah  öz  qoşunlarına 
Cənubi Qafqaz istiqamətində irəliləmək əmrini verdi. Rusiya imperatoru I Pavel də 
qoşunlarına  bu  regiona  daxil  olmaq  əmri  verdi.  Fətəli  şah  arzularını 
gerçəkləşdirmək  fikrindən  əl  çəkməli  oldu.  Əsrin  sonlarına  doğru  Azərbaycan 
xanlıqları  siyasi  varlıqlarını  qoruyub  saxlaya  bildilər.  Lakin  bu  xanlıqların 
varlığına  “himayəçi”  kimi  çıxış  edən  Rusiya  imperiyası  son  qoydu.  Yeni  –  XIX 
əsrin başlanğıcına doğru iqtisadi və siyasi pərakəndəlik mərhələsini başa vurmamış 
Azərbaycan cəmiyyəti Rusiya ekspansionizminin təcavüz, işğal obyektinə çevrildi. 
Ümumiyyətlə,  Azərbaycanın  XVIII  əsrdəki  ictimai-iqtisadi-siyasi  tarixinə  qısaca 
nəzər belə müddəa irəli sürməyə imkan verir ki, həmin əsrdə hərb, diplomatiya və 
siyasət ictimai  həyatın digər sahələrini üstələmişdi.  Lakin bu cür mürəkkəb tarixi 
mərhələdə  də  Azərbaycan  mədəniyyətinin  potensial  imkanları  özünü  büruzə 
vermişdi. 
XVIII 
yüzilliyin 
neqativ, 
ziddiyyətli 
hadisələri 
Azərbaycan 
mədəniyyətinin  təkamülü  məcrasına  əsaslı  surətdə  təsir  etmişdir.  Bu  mənfi  təsir 
maarif  sahəsində  özünü  xüsusilə  büruzə  verirdi.  Qarışıqlıqdan,  siyasi  qeyri-
sabitlikdən  istifadə  edən  məmurlar  və  yerli  feodallar  XVIII  əsrə  qədərki  tarixi 
dövrdə maarif müəssisələrinə bağışlanmış vəqf torpaqlarını zəbt etmişdilər. “1736-
cı  ildə  Muğanda  taxta  çıxdıqdan  sonra  Nadir  şah  maarif  müəssisələrinin  və  vəqf 
torpaqlarının  idarəsi  işləri  ilə  məşğul  olan  sədr  üs-suduru  (sədrlər  sədrini) 
vəzifəsindən  çıxarıb  edam  etdirərək,  vəqf  torpaqlarını  ələ  keçirdi  və  maarif 
müəssisələrini  əsas  gəlir  mənbələrindən  məhrum  etdi.  Beləliklə,  nizami  tədris 
müəssisələri  aradan  çıxdı  və  yalnız  bəzi  molla  müdərrislərin  öz  təşəbbüsləri  ilə 
yaratdıqları  az  əhəmiyyətli  məktəblər  və  mədrəsələr  fəaliyyət  göstərdi.  Xanlıqlar 
dövründə (1747-1800) bu sahədə elə bir nəzərəçarpan dəyişiklik baş vermədi”.
135
 
Siyasi  pərakəndəlik  dövründə  maarif  obyektlərinin  normal  fəaliyyətini  təmin  edə 
biləcək vəqf torpaqları xanların əlinə keçmiş, maarifin inkişafında maraqlı olmayan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə