Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə124/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   120   121   122   123   124   125   126   127   ...   138

264 
 
növləri  arasında  təkəldüz,  saya,  güləbətin,  pilək,  cülmə,  muncuqlu,  qurama  və 
oturtma (qondarma) xalq arasında daha çox yayılmışdı. Bu tikmə növləri arasında 
yalnız biri (pilək) XVIII əsrin məhsulu hesab olunur. Pilək əsasən müxtəlif ölçülü 
taxta  və pəncərələr üçün hazırlanmış pərdələrin üzərində işlənirdi (dəmir, gümüş, 
bürünc,  qızıl  parçalarından).  XVIII  əsrdə  Azərbaycanda  müxtəlif  metallardan 
məişət  avadanlığı,  bəzək  əşyaları  hazırlamaq  işi  geniş  yayılmışdı.  Mənbələrdən 
məlum  olur  ki,  həmin  əsrdə  ölkədə  misgərlik  daha  çox  inkişaf  etmişdir.  Əcnəbi 
səyyahların  əksəriyyəti  Azərbaycan  şəhərlərində  misgər  məhəllələrinin  olduğunu 
xüsusilə qeyd etmişdir. Şamaxı xanlığı tərkibində olmuş Lahıc  yaşayış məntəqəsi 
əhalisinin əksəriyyəti misgərliklə məşğul olurdu. Lahıc ustaları ən gözəl işlərini bir 
çox  hallarda  Şamaxıya  gətirir,  burada  çalışan  qravürçülərlə  birlikdə  başa 
çatdırırdılar.  Qravürçülər  hazır  qab-qacaqların  üzərində  bəzəklər  açırdılar.  Bu 
zaman  Şəki  şəhəri  də  metalişləmə  sənətinin  mərkəzlərindən  idi.  Zərgərlik  bu 
yüzillikdə  xalqın  sənətkarlıq  fəaliyyətinin  başlıca  sahələrindən  olmuşdur.  Qadın 
bəzəkləri  gəzdirilməsinə  və  taxılmasına  görə  4  qismə  bölünürdü:  boyun,  qol, 
barmaq, baş libaslarına  bənd  olunan bəzəklər. Boyun bəzəkləri ən geniş  yayılmış 
zərgərlik  məmulatı  idi  (sinəbənd,  boğazaltı,  çiçək,  qarabatdaq  və  s.).  Zərgərlik 
nümunələrinin  keçmiş  irslə  üzvi  bağlılığını  bu  əsrdə  hazırlanmış  qadın  və  kişi 
kəmərləri  xüsusilə  əyani  surətdə  təsdiqləyir.  Tədqiqatlar  göstərir  ki  əski 
zamanlarda  kəmərlə  onu  gəzdirən  şəxsin  vəzifəsini,  var-dövlətini,  dini  əqidəsini, 
milliyyətini  və  hətta  yaşını  müəyyənləşdirmək  mümkün  idi.  XVIII  əsrdə  kəmər 
daha çox əməli səciyyə daşımışdır. İlk növbədə sənət əsəri olan kəməri bu dövrdə 
həm kişilər, həm də qadınlar taxırdılar. Adətə əsasən qadınlar enli, kişilər isə nazik 
kəmərlər  qurşayırdılar.  Kəmərlər  fiqurlu  və  bəzəkli,  bürünc,  gümüş  və  ya  qızıl 
hissələrdən  hazırlanırdı.  Bu  əsrdə  Azərbaycanda  ən  geniş  yayılmış  kəmərlərdən 
biri “çərkəzi kəmər” idi. Bu kişi kəmərləri nazik meşindən hazırlanır, yanlarından 
ətəyə sallanan qotazları olurdu. XVIII əsrdə Azərbaycanda daşoyma sənəti xüsusi 
vüsətlə inkişaf etmişdi. Daşoyma sənətinin ən bariz nümunələrinə məzar daşlarında 
təsadüf  edilir.
182
  Bu  cür  nümunələr  bütün  Azərbaycan  ərazisində  yayılmışdır. 
XVIII əsrin məzar daşlarının bəzəklərində süjet səciyyəli kompozisiyalara təsadüf 
olunmur. XVIII əsrdən etibarən Azərbaycanın daş plastikası tədricən sənət forması 
kəsb etməyə başlamışdı. “Bu isə abidələrin həm texniki, həm də bədii səviyyəsinin 
kəskin  surətdə  aşağı  düşməsinə  gətirib  çıxarmışdı”.
183
  XVIII  yüzillikdə  ustalar 
daşdan at və qoç fiqurları hazırlayır, həmin fiqurların üzərində  müxtəlif bəzəklər, 
yazılar həkk edirdilər. Ölkənin qərb, dağlıq bölgələrində bu cür fiqurlar daha çox 
hazırlanırdı.  Bu  əsrdə  təsviri  sənət  sahəsində  müəyyən  uğurlar  qazanılmışdı. 
Əvvəlki əsrlərdən memarlıq abidələrinin dekorativ bəzəyinin əsasını polixrom kaşı 
təşkil  edirdisə,  bu  əsrdə  onu  daha  ucuz  və  asanlıqla  başa  gələn  boyakarlıq  sənəti 
əvəz etməyə başladı. Boyakarlıq əsərlərində çox zaman müharibə və ov səhnələri, 
kef  və  musiqi  məclisləri,  klassik  irsdən  və  folklordan  qaynaqlanan  süjetlər  və 
obrazlar,  konkret  tarixi  şəxsiyyətlərin  portretləri  əks  olunurdu.  Bu  zaman 


265 
 
Azərbaycanda  divar  rəssamlığı  geniş  yayılmışdı,  özünün  məzmun  və  forma 
müxtəlifliyi ilə fərqlənirdi. Azərbaycan xanları, dövrün imkanlı şəxsləri sarayların, 
imarətlərinin  bədii  tərtibatı  gedişində  boyakar  rəssamların  sənətindən 
faydalanmışdılar.  Azərbaycan  divar  rəsmlərinin  əsasını  xalq  yaradıcılığının  ən 
geniş  yayılmış  və  mükəmməl  növü  olan  ornamental  kompozisiyalar  təşkil  edir. 
Şəki  xan  sarayının  divar  rəsmləri  XVIII  yüzilliyin  təsviri  sənətinin  mükəmməl 
örnəklərindən biridir.
184
 
XVIII  əsrdə  Azərbaycan  şəhərlərinin  iqtisadi  və  mədəni  baxımdan 
tənəzzülü, ölkənin ictimai-siyasi həyatında sənətkarların rolunun zəifləməsi dövrün 
dünyagörüşünün təkamül sürətinə, səviyyəsinə  mənfi təsir göstərmişdir. Lakin bu 
hal  dövrün  istedadlı,  arif,  müdrik,  bilikli  şəxslərinin  keçmişlə,  müasir  zamanla 
maraqlanmasının  qarşısını  ala  bilməzdi.  XVIII  əsrin  fəlsəfi  fikir  tarixində  klassik 
mədəni  irsin  araşdırılması  və  təbliği  davam  etməkdə  idi.  Öncə  onu  qeyd  etmək 
lazımdır  ki,  fəlsəfi  görüşlərin,  biliklərin  başlıca  daşıyıcıları,  təbliğatçıları  həmin 
dövrdə də Azərbaycanda və vətəndən kənarda yaşayıb-yaradan ədiblər idilər. 1751-
ci ildə anadan olmuş, vəfatı tarixi bəlli olmayan Mirzə Əbutalib xanın yaradıcılığı 
diqqəti  cəlb  edən  faktlardandır.  O,  Nadir  şahın  dövründə  Hindistana  mühacirət 
etmiş azərbaycanlı ailəsində dünyaya göz açmışdır. Onun tarixə həsr olunmuş, orta 
əsr  Şərq  poeziyasına  aid  olan  əsərləri  vardır.  Alim  1791-ci  ildə  orta  əsr  şairləri 
haqqında  “Xülasət  ül-əfxar”  adlı  təzkirə  yazmışdır.  Sufilik  bu  əsrdə  də 
Azərbaycanda  mövqeyi  olmuş  təlim  idi.  Dövrün  panteist  fəlsəfəsi  sufizmin 
ideoloqu  Mirzə  Həsən  Zünuzinin  (1758-ci  ildə  Xoy  şəhərində  anadan  olmuşdur) 
yaradıcılıq  fəaliyyəti  ilə  təmsil  olunur.  O,  “Bəhr  əl-ümum”  və  “Riyaz  ül-cənnət” 
əsərlərinin  müəllifidir.  Əbdürrəzzaq  bəy  Dünbulinin  (1762-1828)  fəaliyyəti  də 
əsasən  XVIII  əsrə  təsadüf  etmişdir.  O,  Təbriz  bəylərbəyisi  Nəcəfqulu  xan 
Dünbulinin  oğlu  idi.  Bu  şəxsin  mənşəcə  kürd  olduğu  məlumdur.  O,  müəyyən 
müddət  ərzində  Abbas  Mirzənin  xidmətində  olmuş,  Fətəli  şahın  (1797-1834) 
göstərişilə  farsca  “Məasiri-sultaniyyə”  (“Sultan  abidələri”)  əsərini  yazmışdır. 
Əsərdə  XVIII  əsrin  sonunda-XIX  əsrin  əvvəllərində  İranda,  Azərbaycanda  baş 
vermiş hadisələr təsvir edilmişdir. Qacarların hakimiyyət uğrunda mübarizəsi, Ağa 
Məhəmməd  şah  Qacarın  həyatı,  Fətəli  şahın  hakimiyyəti,  Abbas  Mirzənin  hərbi 
islahatları,  Qarabağ,  Şəki,  Gəncə,  Quba,  Bakı,  Talış  xanlıqları  haqqında 
məlumatlar  da  bu  əsərdə  vardır.  Onun  kürd  tayfası  olan  dünbulilərin  tarixinə  aid 
əsəri  də  mövcuddur.  Tarixçi  “Məftun”təxəllüsü  ilə  şeirlər  yazmışdır.
185
  O, 
ensiklopedik  biliyə  malik  idi,  antik  və  Şərq  fəlsəfəsinin  dərin  bilicisi,  tarixə  və 
fəlsəfəyə,  etnoqrafiyaya  və  ədəbiyyata  dair  bir  sıra  əsərlərin  müəllifi  kimi 
tanınmışdı.  “Hümayunnamə”,    “Həqaiq  əl-ənvar”,  “Həqaiq  əl-üdəba”,  “Məsnəvi” 
əsərləri  Əbdürrəzzaq  bəy  Dünbulinin  yaradıcılığının  məhsuludur.  Mirzə  Mehdi 
İlahi Təbrizi ictimai və fəlsəfi fikir tarixində skeptisizmi ilə tanınmışdı, dövrünün 
görkəmli şairi və alimi idi. Molla Vəli Vidadi ilə Molla Pənah Vaqif XVIII əsrin 
fəlsəfi fikir tarixində dərin izlər qoymuş mütəfəkkirlər olmuşlar. Vaqiflə Vidadinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə