Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə121/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   117   118   119   120   121   122   123   124   ...   138

258 
 
Xoş gəlir o kəsə dünyanın dəmi, 
Çox yığma başına hurü sənəmi, 
Qafil, özgələrə gedər, ağlarsan… 
 
…Çox bulanma bu dünyanın qanına, 
Vəfa yoxdur sultanına, xanına, 
Danasını bir gün qoymaz yanına 
Bizim inək kimi təpər, ağlarsan.
159
 
 
Siyasi  fəaliyyətinin  sonu  faciəli  olan  Vaqif  “ədəbi-bədii  təfəkkürün  (və 
ədəbi-bədii dilin)  milli əsasda inkişafını  mütləqləşdirdi,  onun xidməti  nəticəsində 
folklor  üslubu  klassik  üslubun  nüfuzunu  sındırıb  aparıcı  mövqeyə  çıxdı”.
160
 
Vaqifdən sonra Azərbaycan ədəbiyyatının inkişafını folklor üslubu müəyyən etdi. 
“Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şeir 
və qəzəl yazan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş ediblərsə də, 
onun  kimi  mühəssənatlı,  gözəl  və  açıq  kəlam  söyləməkdə  aciz  qalıblar.  Vaqif 
ziyadə zövqü səfa əhli olduğu üçün gözəl mədhində xeyli mərğub və nazik şeirlər 
yazmışdır”.
161
  Vaqifin  poetik  fəaliyyəti  əsasən  XVIII  əsrin  II  yarısına  təsadüf 
etmiş,  təqribən  50  il  ərzində  Azərbaycan  ədəbi  prosesinin  aparıcı  şəxslərindən 
olmuş,  qətlə  yetirildikdən  sonra  evi  Məhəmməd  bəy  Cavanşir  tərəfindən  talan 
olunmuş,  ədəbi  irsinin  müəyyən  qismi  bu  talan  zamanı  məhv  edilmişdir.  “XVIII 
əsr  Azərbaycan  mədəniyyəti  daha  çox  dil  mədəniyyətidir,  ona  görə  də  Vaqif 
rəssam  işini  də  görür;  rənglərin  nisbətini  professional  həssaslıqla  (intibah 
professionallığı  səviyyəsindən)  müəyyən  edir”.
162
  Molla  Pənah  Vaqif  zəngin, 
çoxcəhətli  yaradıcılığı sayəsində  nəinki XVIII  yüzilliyin,  habelə  bütövlükdə  milli 
ədəbiyyatımızın, mədəniyyətimizin böyük simalarından birinə çevrilmişdir. 
XVIII  əsr  Azərbaycan  ədəbiyyatının  ən  dəyərli  örnəklərindən  biri 
“Şəhriyar”  əsəridir.  Öncə  qeyd  olunmalıdır  ki,  “Şəhriyar”  nəsr  əsəridir.  Şeirə 
nisbətən Şərq aləmində (eləcə də Azərbaycanda) nəsrin inkişafı daha ağır və ləng 
olmuşdur.  Bu  isə  əsasən  Şərqdə  poeziyaya  meyl,  mənəvi  tələbatın  üstünlük 
qazanması,  Şərqin  özünəməxsus  bədii-estetik  görüşlərindən  doğmuş  fenomen  idi. 
XVIII  yüzillikdə  Azərbaycan  bədii  nəsri  formalaşaraq  yeni  təkamül  məcrasına 
düşməyə  başladı.  Bir sıra  şifahi ədəbiyyat  nümunələrinin  məhz  bu dövrdə  yazıda 
maddiləşməsi  və  geniş  yayılması  da  mənəvi  ehtiyacdan  doğmuşdu.  “Şəhriyar” 
dastanı  nəsrimizin  qanunauyğun  təkamülünün  nəticəsi  kimi  səciyyəvidir.  Klassik 
səciyyəli  nəsr  ilə  yeni  nəsr  arasında  körpü  rolunu  oynamış  əsərlərdən  biri  kimi 
“Şəhriyar”  əsəri  diqqətəlayiq  ədəbi  nümunədir.  Əsərdə  əski  dastan-epos  irsi  ilə 
XVIII  əsrin  ənənələri  üzvi  surətdə  birləşmişdir.  Əsərdə  olan  bu  şeir  parçasına 
əsasən  ədəbiyyatşünaslıqda  “Şəhriyar”  dastanının  Məhəmməd  adlı  şəxsə  məxsus 
olduğu qənaəti mövcuddur: 
Bağda bülbül həmrah ola güliylən


259 
 
Ona şeyda qıla sidqi-diliylən, 
Həsrət çəkə-çəkə uzun iliylən, 
Məhəmməd kuyində qalan yar hanı?!
163
 
Dastanın  başqa  bir  yerində  Məhəmməd  Əmirli  adlı  bir  şəxsin  adı  yad 
olunur  və  güman  edilir  ki,  adları  çəkilmiş  hər  iki  şəxs  eyni  simadır.  “Şəhriyar” 
dastanı şifahi deyil, yazılı ədəbiyyat nümunəsidir. Əsərin qəhrəmanı Şəhriyar tacir 
oğlu, onun sevgilisi Sənubər isə cəmiyyətin yuxarı təbəqəsindən çıxmış şəxsdir. Bu 
əsərdə  XVIII  yüzillikdə  bədbəxt  və  nakam  qəhrəman  deyil,  sevgilisinə  qovuşan, 
istəyinə  çatan  aşiq  daha  çox  sevilir,  məsnəvi  dastanların  qəhrəmanına  çevrilirdi. 
“Şəhriyar”  dastanında  söz  ilə  saz,  şeirlə  musiqi  birləşir,  əhvalat  bu  hadisələri, 
təhkiyəni  qoşma,  gəraylı,  qəzəl,  müxəmməs  və  təkbeytlər  müşayiyət  edir  və 
tamamlayır.  Dastanda  hadisələr  Azərbaycanda  –  Qazaxda,  Şəmşədilli  mahalında, 
Gəncədə,  Ozan  və  Bağban  məhəllələrində,  Ortaçalada,  Soğanlıda,  Qarayazı 
meşəsində,  Tiflisdə,  Kirmanda  və  s.  yerlərdə  cərəyan  edir.  Əsərdə  şah  Abbasın 
adının xatırlanması göstərir ki, əhvalat onun zamanında baş verir. Ehtimal olunur 
ki,  “Şəhriyar”  dastanı  Qazax  və  Borçalı  nahiyələrində  yaranmışdır.
164 
Bu  dastan 
“məcnunluq  təfəkkürünün  süqut  edib,  məhəbbətə  intibah  münasibətinin 
normalaşdığı  dövrün  məhsuludur  –  ehtiva  etdiyi  ictimai-tarixi  münasibətlərin  və 
coğrafiyasının  məzmunu  etibarilə  milli  təfəkkürün  faktıdır”.
165
  Şeirlə  deyişmələr 
əsər mətninin təxminən 40, dialoqlar 50, təhkiyə isə cəmisi 10 faizini təşkil edir.
166
 
Bu,  əsərin  güclü  dramaturji  potensiyaya  malik  olmasının  göstəricisidir. 
“Şəhriyar”ın  dilində  kobud  ifadələr  adətən  saray  mühitində  işlənilir.  Bu, 
gerçəkliyin  inikası  idi.  Səmimilik,  xoş  rəftar,  ülvi  insani  keyfiyyətlər  daha  çox 
saray  mühitinin  deyil,  xalq  həyatının  fərqləndirici  xüsusiyyətləridir.  Beləliklə, 
XVIII əsr ərzində ədəbiyyat Azərbaycan mədəniyyətinin aparıcı sahəsi kimi inkişaf 
etmiş, ədəbiyyat tariximizin əsaslı keyfiyyət mərhələsini keçirmişdir. 
XVIII  əsrdə  Azərbaycan  dilində  müxtəlif  elmi  bilik  sahələrinə  aid  olan 
ilk,  lakin  həcmcə  kiçik  əsərlər  meydana  çıxdı.  Məsələn,  hesaba  aid  olan  “Üsul 
asaba” (“Yeddiliklər üsulu”), astronomiyaya aid olan, ilin fəsillərinin və aylarının 
xarakteristikasını təqdim edən “Kitabi-ruznamə” əsərləri bu qəbildən idi.  Kitabda 
astronomik cədvəllər vardır və həmin cədvəllərə izahlar əsərin giriş hissəsindədir. 
“Kitabi-tibbi-mənafeül  nas”  (“Təbabətə  dair  faydalı  kitab”)  əsəri  təbabət  üzrə 
dəyərli əsərlərdən idi. Bu dövrdə tarix problemləri üzrə də Azərbaycan dilində bəzi 
əsərlər meydana gəlmişdi. Məsələn, 1711-ci ildə “Təvarixi-zamani Şah Abbas ibn 
Xudabəndə” sərlövhəsi ilə anonim əsər yazılmışdı. Əsər müəllifinin başlıca diqqət 
obyekti  Şah  I  Abbasın  müharibələridir.
167
  1733-cü  ildə  yazılmış  “Səfəviyyə 
padşahları”  adlı  əsərdə  Səfəvilər  sülaləsinin  tarixindən  bəhs  olunur.  Bu  tarixi 
əsərlərdə hərbi anlayışların Azərbaycan dilində təqdim olunması, “dilimizin qanun 
və  qaydalarının  pozulmaması”
168
  diqqəti  cəlb  edir.  1784-cü  ildə  ərəb  dilinin 
sintaksisinə  həsr  olunmuş  kitab  yazılmışdı.  Azərbaycan  dilində  yazılmış  bu  kitab 
mədrəsələrdə  təhsil  alanlar  üçün  nəzərdə  tutulmuşdu.  Həmin  dövrdə  üslubiyyata 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə