Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə118/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   114   115   116   117   118   119   120   121   ...   138

251 
 
Alimi daha çox ictimai-fəlsəfi məsələlər maraqlandırırdı. O, təqribən 30 il ərzində 
Yaxın  və  Orta  Şərq  ölkələrini,  Hindistanı  və  Orta  (Mərkəzi)  Asiyanı  səyahət 
etmişdir.  Elm  aləminə  onun  4  başlıca  əsəri  məlumdur.  Alimin  əsərləri  XIX  əsrin 
20-30-cu  illərinə  aid  olsa  da  XVIII  yüzilliyin  mühüm  tarixi,  fəlsəfi,  elmi,  əxlaqi, 
dini,  etnoqrafik,  ədəbi,  estetik  gerçəkliklərinin  inikasından  ibarətdir.  “Həqiqət  əl-
həqaiq”  (“Həqiqətlərin  həqiqəti”,  1836-1837)  adlı  əsərində  alimin  səyahət 
təəssüratları  öz  əksini  tapmışdır.
141
  Hacı  Məhəmmədəlinin  təbabətə  dair  dəyərli 
əsərləri də vardır. 
Tanınmış  tarixçi  və  şair  Əbdürrəzzaq  bəy  XVIII  əsrin  II  yarısında-XIX 
əsrin  əvvəllərində  yaşamışdır.  O,  Təbriz  hakimi  Nəcəfqulu  xanın  oğlu  idi,  10 
yaşından etibarən 16 il müddətində Kərim xan Zəndin yanında girov saxlanılmış və 
yalnız  Kərim  xanın  ölümündən  sonra  Təbrizə  qayıda  bilmişdi.  Əbdürrəzzaq  bəy 
uzun müddət ərzində Təbriz-Xoy xanlığında vəzir vəzifəsini icra etmişdir. Tarixçi 
“Məasir-i  Sultaniyyə”  (“Sultan  abidələri”),  “Tarixi-Dənabilə”  (“Dünbulilərin 
tarixi”),  “Təcrübat  əl-əhr  və  təsəliyyət  əl  əbrar”  (“Azadələrin  təcrübəsi  və 
müqəddəslərin  təsəllisi”),  “Nigaristani-Dara”  (“Dara  gülüstanı”)  və  s.  əsərlərin 
müəllifidir.  Həmin  əsərlər  Azərbaycan  tarixinin  bəzi  məsələlərinin  araşdırılması 
üçün dəyərli  mənbə  hesab olunur. Nəzərə  almaq lazımdır ki,  XVIII yüzillikdə  də 
ərəb  və  fars  dilləri  Yaxın  və  Orta  Şərqdə  başlıca  elmi  dil  funksiyalarını 
itirməmişdilər. Yuxarıda adları sadalanmış elm xadimləri öz əsərlərini ərəb və fars 
dillərində yazmışlar. 
XVIII yüzillikdə də Azərbaycan xalqının bədii, fəlsəfi, elmi, etik, estetik, 
ictimai-siyasi  baxışları,  bütün  yaradıcılıq  potensialı  ədəbiyyatda  gerçəkləşirdi.  Bu 
zaman ərzində də  Azərbaycan mədəni həyatında aparıcı rol və  mövqe ədəbiyyata 
məxsus  idi.  Aramsız  ictimai-siyasi,  iqtisadi  böhranlar,  hərbi  çəkişmələr 
ədəbiyyatda  konkret  tənqidi  meylləri  gücləndirmişdi.  Ədiblər  gerçəkliyin 
mənfiliklərinə daha çox diqqət yetirirdilər, müqəssirləri tənqid etməyə çalışırdılar. 
Azərbaycan  ədibləri  istər-istəməz  tarixçi,  filosof,  təbliğatçı  kimi  çıxış  edirdilər. 
“Orta  əsrlər  poeziyasının  müəyyən  etdiyi  qanun-qaydalardan  uzaqlaşma,  xalq 
yaradıcılığına  məxsus  poetik  xüsusiyyətlərin  yazılı  ədəbiyyatda  geniş  tətbiqinə 
meyl bu dövrün ədəbiyyatı üçün daha səciyyəvi haldır… Orta əsrlər poeziyasının, 
onun  əsrlər  boyu  dəyişilməz  sayılan  qayda-qanunlarının  el  ədəbiyyatının  güclü 
təsiri ilə  sarsılması dövrün başlıca  ədəbi prosesinə  çevrilir”.
142
  Bu  dövrdə  klassik 
poeziyaya  məxsus  olan  normativlik  prinsiplərinin  istər  ideya-məzmun,  istərsə  də 
vəzn sistemi, kompozisiya quruluşu və digər baxımdan pozulması prosesi gedirdi. 
Yeni  poetik  xüsusiyyətlərin  yaranması  nəticəsində  əski  və  yeni  prinsiplərin 
kəmiyyət  nisbəti  tədricən  keyfiyyət  dəyişikliyinə  çevrilməyə  başladı.  Geniş 
kütlələrin anladığı, xalqın istəklərini ifadə və təmin edən, onun estetik görüşlərinə 
və fəlsəfi düşüncə tərzinə çox yaxınlaşmış bu ədəbiyyat “baş verən gündəlik siyasi 
hadisələri”  də  əks  etdirmək  iqtidarında  idi.
143
  XVIII  yüzillikdə  mütərəqqi 
ziyalıların çoxusu el ədəbiyyatı örnəklərini toplamağa, şifahi xalq şeiri üslubunda 


252 
 
əsərlər  yazmağa  meyl  göstərirdi.  Azərbaycan  xanlarının  çoxu  mənşəcə  el 
ədəbiyyatına  bağlı  olan  köçəri  tayfalara  mənsub  olduğu  üçün  aşıqlar,  aşıq  şeiri 
saray  məclislərinin  üzvi,  tərkib,  ayrılmaz  iştirakçılarına,  hissəsinə  çevrilmişdilər. 
Ədəbiyyatda klassik şeir ənənələrini davam etdirən ədiblər də aşıq şeiri üslubunda 
qoşmalar  yazmağa  çalışırdılar.  Azərbaycan  şairləri  artıq  daha  çox  heca  vəznində 
şeirlər  yazmağa  mail  idilər.  Şifahi  xalq  ədəbiyyatına  olan  bu  meyl  tədricən 
güclənir,  ədəbi  dil  sadələşir  (yəni  xalq  üçün  anlaşıqlı  hala  düşür,  ərəb  və  fars 
ifadələri  və  tərkiblərindən  azad  olur),  şifahi  xalq  şeirinin  forma  və  janr 
xüsusiyyətləri  dövrün  ədəbi  prosesində  qərarlaşırdı.
144
  Bu  dövrdə  əruz  vəznində 
yazan şairlərin xeyli hissəsi bu vəzni xalq danışıq dilinin xüsusiyyətlərinə daha çox 
uyğunlaşdırmağa  çalışırdı.  Şeir  dili  canlı  xalq  dilindən  gələn  sözlər  və  ifadələr 
hesabına  zənginləşmişdi.  XVIII  əsrin  II  yarısında  Azərbaycan  şeirində  janrların 
işlənmə  dairəsi  baxımından  da  bir  sıra  yeniliklər  meydana  gəldi.  Qəsidə  janrı 
əvvəlki  mövqeyini  itirməyə  başladı.  Əruz  vəznində  yazan  şairlər  qəzəl  janrını  da 
vam  etdirirdilər,  lakin  artıq  qəzəldən  çox  müxəmməs  yazılmasına  əhəmiyyət 
verilirdi.  Tarixi  mənzumələr,  həcvlər,  mədhiyyələr  və  mərsiyələr  müxəmməs 
şəklində  yazılırdı.  Poema  və  mənzum  hekayələrdə  isə  məsnəvi  formasından 
istifadə  edilirdi.  Yeni  janrlar  da  yaranırdı.  Bu  cəhət  dövrün  yeni  yaranan  nəsr 
əsərlərində  daha  aydın  surətdə  nəzərə  çarpırdı.
145
  Bu  dəyişikliklər  ədəbiyyatın 
məzmunca  yeniləşməsindən  və  daha  geniş  oxucu  kütlələrinin  tələblərini  ödəmək 
ehtiyacından irəli gəlirdi. XVIII yüzillikdə baş vermiş tarixi hadisələr Azərbaycan 
ədəbiyyatı qarşısında yeni və mühüm vəzifələr qoymuşdu. Təbiidir ki, həmin tarixi 
hadisələr  ədəbiyyatın  əzəli  və  əbədi  mövzusu  olan  məhəbbəti  arxa  plana  keçirə 
bilməmişdi.  Azərbaycan  ədəbiyyatında  məhəbbət  mövzusu  yenə  də  aparıcı 
mövqedə  idi.  XVIII  əsrdə  yazılmış,  klassik  üsluba  bağlı  olan  lirik  əsərlərdə 
“ümumən orta  əsr poeziyası  üçün  səciyyəvi olan bəzi  motivlər axtarmaq əbəsdir. 
Məsələn, elmi bilik və təsəvvürlərə aid fikirlər, xüsusi fəlsəfi-ideoloji, dini-təbliği 
ruh  XVIII  əsr  şeiri  üçün  yabançı  idi.  Sufi  simvollar  və  obrazlar,  əsasən  zahiri, 
ənənəvi  bədii  vasitə  kimi  işlənirdi.  Bu  dövrdə  xüsusilə  xalq  aşıq  tərzinin  təsirilə 
konkret  həyati  hadisələrin  təsvirinə  meyl  güclənirdi”.
146
  XVIII  əsrin  I  yarısında 
Azərbaycan poeziyasında  aşkarlıqla  nəzərə  çarpan  yeni  meyllər əsrin II  yarısında 
daha  da  gücləndi  və  yeni  ədəbi  cərəyan  halını  aldı.  Ümumiyyətlə,  bütövlükdə 
dövrün  ədəbiyyatı  barədə  bəhs  olunarkən  əsasən  poeziyadan  danışılması  təsadüfi 
deyildir:  XVIII  əsrdə  də  Azərbaycan  ədəbiyyatının  aparıcı  sahəsi  poeziya 
olmuşdur,  ədiblərdən  hər  şeydən  öncə  poetik  qabiliyyət,  məharət,  poetik  əsərlər 
tələb olunurdu. Nəsr əsərləri dövrün ədəbi prosesində kütləviləşməmişdi, az nəzərə 
çarpırdı.  Azərbaycan  poeziyasının  mövzu  dairəsi  daha  geniş  və  çoxcəhətli  idi. 
Dövrün  Azərbaycan  poeziyası  əsasən  orta  əsrlər  ədəbiyyatı  xarakteri  daşısa  da, 
onda baş verən yeni keyfiyyət dəyişiklikləri artaraq orta əsrlər ədəbiyyatından yeni 
tipli  ədəbi  sistemə  çevrilməyə  başlamışdı.  Bu  keçid  klassik  poeziyanın  mütərəqqi 
ənənələri  ilə  xalq  yaradıcılığı  amillərinin  birləşməsi  şəklində  təzahür  etmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə