Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə119/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   115   116   117   118   119   120   121   122   ...   138

253 
 
Ümumiyyətlə, XVIII əsri ədəbiyyatımızın təkamülü prosesində “keçid dövrü” kimi 
qiymətləndirmək  mümkündür.  Bu  dövrün  ədəbi  prosesinin  öyrənilməsində  əsas 
çətinliklərdən biri həmin  “dövr nümunələrinin bizim  günlərə  pərakəndə, səliqəsiz 
və  çox  natamam  gəlib  çatması  ilə  əlaqədardır.  Onu  demək  kifayətdir  ki,    XVIII 
əsrdə yaşamış şairlərdən heç birinin küll halında divanı hifz edilməmişdir…Bütün 
bunlar  əsrin  obyektiv  şəraitinin  meydana  çıxardığı  təbii  hallar  olsa  da,  ədəbi 
mənzərənin dolğun lövhəsini yaratmağı çətinləşdirir”.
147
 
XVIII  yüzilliyin  Azərbaycan  ədəbi  prosesində  Şakir  Şirvani,  Ağa  Məsih 
Şirvani,  Nəbi,  Aşıq  Şikəstə  Şirin,  Məhcur  Şirvani,  Xəstə  Qasım,  Baba  Şirvani, 
Nişat  Şirvani,  Arif  Təbrizi,  Arif  Şirvani,  Molla  Vəli  Vidadi,  Molla  Pənah  Vaqif 
nəzərəçarpacaq  mövqe  qazanmış,  milli  ədəbiyyatın  təkamülü  prosesində  mühüm 
rol oynamışlar. Şakir Şirvani Nadir şaha məktub şəklində yazdığı “Əhvali-Şirvan” 
adlı  müxəmməsində  şahidi  olduğu  viranedici  hadisələrdən  mütəəssir  olduğunu 
bildirirdi.  O,  mükəmməl  mədrəsə  təhsili  almış,  əruz  və  heca  vəznlərində  şeirlər 
yazmış,  müasirlərinin  bədii  əsərlərini  toplamağa  səy  göstərmişdir.  Şamaxının 
Dədəgünəş  kəndində  anadan  olmuş  Ağa  Məsih  Şirvanı  Füzuli  ədəbi  məktəbinin 
davamçılarından  idi,  dövrünün  görkəmli  şairi  Nişat  Şirvaninin  təsirilə  ədəbi 
yaradıcılığa  başlamış,  xalq  şeiri  ruhunda  əsərlər  yaratmışdır.  Onun  şeirləri  XVIII 
əsrdə  geniş  yayılmış,  hətta  yeni  (XIX)  əsrdə  də  Azərbaycan  şairləri  (Q.B.Zakir, 
M.Ə.Sabir  və  b.)  Ağa  Məsihə  bənzətmələr  yazmışlar.  Şair  klassik  ədəbi  üslubda 
qəzəllər, müxəmməslər yaratmışdır. O, bir çox qoşmaların müəllifidir. O, 1749-cu 
ildə  baş  vermiş  hadisələrin  gerçək  təsvirini  vermişdir.  Avantürist  Əhməd  xan 
Şahsevən bir neçə xanı Şamaxını zəbt etməyə, Azərbaycanın digər vilayətlərinə də 
öz  təsirini  yayamağa  çalışırdı.  Şamaxının  tanınmış  şəxsləri  bir  neçə  feodal 
hökmdardan yardım istədilər. Qarabağlı Pənahəli xan, şəkili Hacı Çələbi xan da bu 
çağırışa  biganə  qalmadılar.  Həlledici  döyüş  qəsbkarların  məğlubiyyəti  ilə  başa 
çatdı, Əhməd xan öldürüldü, talançı ordu darmadağın edildi. Şairin bu hadisələrə 
həsr  olunmuş  müxəmməsində  qaliblərə  dərin  rəğbət  hissi  vardır.
148
  Ağa  Məsih 
Şirvaninin  bu  əsərində  həlledici  döyüşün  gedişinin  ətraflı  təsviri  verilmişdir. 
Azərbaycan ədəbiyyatı tarixində Füzuli ənənələrini davam etdirən, milli poeziyada 
bənzərsiz  dəst-xətti  olan  görkəmli  sənətkarlardan  biri  də  Nişat  Şirvani  idi. 
Əsərlərindən məlum olur ki, o, Şamaxıda anadan olmuş, sonra isə Salyan şəhərinə 
köçmüşdü.  Nişat  Şirvani  XVIII  əsrin  I  yarısında  yaşayıb-yaratmış  ən  tanınmış 
Azərbaycan  şairlərindən  idi.  XVIII  əsrdə  Şəki  hakimi  Hüseyn  xan  Müştaqın 
sarayında  yaşamış  Nəbi  əruz  və  heca  vəznlərində  şeirlər  yazmışdır.  O,  tarixi 
mənzumələrində  dövrünün  hadisələri,  şəxsiyyətləri  haqqında  kifayət  dərəcədə 
dürüst təsəvvür yarada bilmişdir. İncəsənəti himayə etmiş Şəki hakimi Hüseyn xan 
Müştaq  Nəbidən  başqa  bir  neçə  şairin  (habelə  Molla  Vəli  Vidadi)  mədh  obyekti 
olmuşdur. Şəki  hakimi də  şeirlər yazmağa  aludəçiliyi ilə tanınmışdı.  XVIII əsrdə 
yaşamış Aşıq Şikəstə Şirinin əsəri Ağa Məhəmməd şahın Tiflisə soxulması (1795) 
ilə  baş  vermiş  fəlakətli  hadisələrə  həsr  edilmişdir.  Dövrün  tanınmış  şairlərindən 


254 
 
biri  də  Məhcur  Şirvani  idi.  Azərbaycan  ədəbiyyatşünaslığında  “Qisseyi-Şirzad” 
poemasının ona məxsus olduğu barədə qənaət vardır. Bu məsnəvini epik janra aid 
etmək olar, əsər xalq nağıllarının motivləri əsasında yazılmışdır. Şair çox uzaq olan 
tarixi  keçmişə  müraciət  etməklə  müasiri  olduğu  gerçəkliyin  başlıca  cəhətlərinə 
toxunur.  Əsərdə  Nadir  şahın  rejiminə  etiraz  ruhu  duyulmaqdadır.  XVIII  əsrin  II 
yarısında  Azərbaycan  şeirində  meydana  gəlmiş  realist  meyllər  Baba  Şirvaninin 
yaradıcılığında  bariz  şəkildə  aşkara  çıxmışdı.  Dünyəvi  mövzulara  daha  çox  meyl 
göstərmiş  şairin  “Can  ilə  cəsədin  bəhsi”  əsərində  dünyəvi  ədəbiyyatla  dini 
ədəbiyyat arasındakı mübarizə öz əksini tapmışdır.
149
 Arif Şirvani aşiqanə qəzəlləri 
və  həcvləri  ilə  tanınmışdı.  Şirvan  hakimi  Mustafa  xan  şairin  tənqid  obyektinə 
çevrilmiş  əsas  şəxsiyyətlərdən  birincisi  idi.  Arif  Şirvani  xanı  xeyirli  əməllərə 
səsləyir,  ona  müəyyən  məsləhətlər  verməyə  çalışırdı.  XVIII  yüzillik  aşıq 
poeziyasının  yüksəlişi  dövrü  idi.  Xəstə  Qasım,  Saleh,  Saimi,  Ürfani,  Məlali  bu 
zaman yaşayıb-yaratmışlar. Xəstə Qasım yüzilliyin aşıq poeziyasının ən görkəmli 
nümayəndəsi  idi.  Onun  bir  çox  ustadnamələrindən  müxtəlif  dastanların  giriş 
hissələrində istifadə olunmuşdur. Təbriz yaxınlığındakı Tikmədaş kəndində anadan 
olmuş  bu  şəxs  öz  yaradıcılığı  ilə  aşıq  şeirinin  inkişafına  ciddi  təsir  göstərmiş 
sənətkarlardan idi.
150
 
Molla Vəli Vidadi (1709-1809) və Molla Pənah Vaqif (1717-1797) XVIII 
yüzilliyin  Azərbaycan  ədəbi  prosesində  müstəsna  mövqeyi  olmuş  görkəmli 
şairlərdən  idilər.  Azərbaycan  dilinin  və  ədəbi  dilinin  kamilləşməsində  onların 
həlledici  rolu  olmuşdur.  “Yeni  realist  ədəbiyyatın  formalaşmasında,  Azərbaycan 
şeir  dilinin  inkişaf  edib,  zənginləşməsində  Vaqifin  bir  çox  müasirlərinin,  o 
cümlədən  onun  yaxın  dostu  Vidadinin  də  böyük  rolu  olmuşdur.  Bu  şairlərin 
yaradıcılığı Azərbaycan poeziyasının sonrakı inkişafına, onun ərəb-fars təsirindən 
qurtarmasına  və  daha  artıq  dərəcədə  milli  zəminə  əsaslanmasına,  demokratik  və 
realist istiqamətdə irəliləməsinə təkan vermişdir”.
151
 Azərbaycan ədəbiyyatında ilk 
dəfə olaraq sadə xalq üslubunun ədəbi prosesin ümumi simasını müəyyən edən bir 
istiqamətə  çevrilməsində  Vidadi  ilə  Vaqifin  rolu  müstəsna  əhəmiyyətə  malik  idi. 
Molla  Vəli  Vidadi  öncə  anadan  olduğu  Şəmkirdə,  sonra  isə  Qazaxın  Poylu 
kəndində  təhsil  almışdı.  O,  ərəb  və  fars  dillərini  mükəmməl  öyrənmişdi.  Vidadi 
Şıxlı kəndində mirzəlik və məktəbdarlıq etmiş, maarifin inkişafına çalışmışdır. O, 
əruz  və  heca  vəznlərində  şeirlər  yazırdı.  İctimai  zülm,  siyasi  pərakəndəlik 
dövrünün  hərc-mərcliyi  şairin  daxili  aləmində  kədər  və  ümidsizlik,  tənhalıq 
hisslərini  formalaşdırmışdı.  Mənəvi  tənhalıqdan  şikayət  Vidadi  yaradıcılığının 
başlıca  motivlərindən  biridir.  O,  Şəki  xanı,  şair  Məmmədhüseyn  xan  Müştaqın 
öldürülməsi  münasibətilə  “Müsibətnamə”  adlı  mənzumə  yazmış  (1780),  dövrün 
səciyyəvi  və  gerçək  lövhəsini  yaratmışdı.  Vidadinin  xalq  kədərindən  doğmuş 
bədbinlik  fəlsəfəsi  onun  Vaqiflə  müşairəsində  və  “Belə  qalmaz”  rədifli 
müsəddəsində qabarıq şəkildə aşkara çıxır. Şairin aşiqanə şeirləri də vardır. Onun 
lirikası  yüksək  bədii  sənətkarlıq  nümunəsidir.  Vidadinin  heca  vəznində  yazdığı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə