Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə117/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   113   114   115   116   117   118   119   120   ...   138

249 
 
ruhanilər tərəfindən  mənimsənilmişdi.  Məktəblər adətən  məscidlərin  müəyyən bir 
guşəsində, müxtəlif şəxslərə məxsus olan dükanlarda, şəxsi evlərdə təşkil olunurdu 
və  məktəb  banilərinin  adını  daşıyırdı.  Məktəbdar  həm  müəllim,  həm  də  rəis 
vəzifələrini  icra  edirdi.  Təbiidir  ki,  tədris  prosesinin  maddi  və  mənəvi 
problemlərini  həll  edən  məktəbdarlar  təhsil  alanların  valideynlərindən  pul  və 
peşkəş, bayramlıq formasında “həftəlik” haqq alırdılar. Müəllimlər müəyyən haqq 
müqabilində  digər  işləri  də  (məktub,  dua  yazmaq  və  s.)  yerinə  yetirir,  tədris 
prosesinin  fasiləsizliyini,  yüksək  keyfiyyətini  təmin  etməyə  çalışırdılar.  Uşaqlar 
tədris prosesinə adətən 6 yaşından cəlb olunurdular. Məktəblərdə dərslər əsasən 6-
8 saat davam edirdi. Tədris prosesində ənənəvi dərs vəsaitindən istifadə olunurdu 
(Əlifba, Quran, Sədi Şirazinin “Bustan” və “Gülüstan” əsərləri, “Kəlilə və Dimnə”, 
bəzi  hallarda  Nizami,  Füzuli  və  başqa  klassik  Şərq  şairlərinin  əsərlərindən 
nümunələr).
136
 Məktəblərdə mexaniki əzbərçilik üstünlük təşkil edirdi. Təbiidir ki, 
xeyli  vəsait  tələb  edən  təhsil  ölkə  əhalisinin  yoxsul  qismi  üçün  əlçatmaz  idi. 
Yoxsullar  öz  uşaqlarına  zəruri  əmək  vərdişlərini,  sənətləri  öyrətməklə 
kifayətlənməli olurdular. 
Ali tədris müəssisələri hesab olunan mədrəsələrdə ruhanilər yetişdirilirdi. 
Mədrəsələr  adətən  cümə  məscidlərinin  nəzdində  təşkil  olunurdu.  Müdərrislər  və 
tələbələr  mədrəsədə  başlıca  tərəf-müqabil  idilər.  Əlifba,  Quran,  İslam  fəlsəfəsi, 
fiqh  (İslam  qanunları),  ərəb  və  fars  dilləri  mədrəsələrin  tədris  proqramında  olan 
başlıca  fənlər  idi.  Dövrün  tələblərinə  uyğun  olaraq  burada  riyaziyyat,  nücum 
(astronomiya) elmləri, ədəbiyyat da tədris edilirdi. Sadalanmış fənlərin hamısı bir 
müdərris  tərəfindən  tədris  olunurdu.  Mədrəsələrdə  təhsil  alan  tələbələr  yaşca  bir-
birilərindən  fərqlənsələr  də  bir  yerdə  məşğul  olurdular.  Dərs  vəsaiti  az  olduğuna 
görə  tələbələrin  əksəriyyətində  gözəl  xətlə  yazmaq  qabiliyyətinin  artırılmasına 
daha çox diqqət yetirilirdi. Mədrəsə məzunlarının əksəriyyəti gözəl xəttə, lakin zəif 
biliyə  malik  idi.  İstedadlı  tələbələr  müəyyən  müddət  ərzində  baş  ruhaninin-
müctəhidin  rəhbərliyi  ilə  çalışırdı.  Vəqf  torpaqları  mədrəsələrin  fəaliyyətinin 
maddi  zəminini  təşkil  edirdi.  Məktəb  və  mədrəsələrdə  təhsil  müddəti  qeyri-
müəyyən  idi.  Tədris  proqramının  mənimsənilməsi  burada  başlıca  meyar  hesab 
edilirdi.  Məktəb  və  mədrəsələrdə  şagird  və  tələbələrə  qarşı  ağır  cəza  növündən-
ayaqların falaqqaya salınıb döyülməsindən geniş istifadə olunurdu. Həmin dövrdə 
fərdi tədris növü də (“Sərxana müəllimi”) mövcud idi. 
XVIII  yüzillikdə  Azərbaycan  elmində  nəzərəçarpacaq  irəliləyiş  baş 
verməmişdir. Coğrafiyaşünaslar – Hacı Zeynalabdin Şirvani və onun kiçik qardaşı 
Hacı  Məhəmmədəli  Şirvani,  tarixçi  Əbdürrəzzaq  bəy  bu  yüzilliyin  görkəmli  elm 
xadimləri  olmuşlar.  Hacı  Zeynalabdin  Şirvani  (1780-1837  və  ya  1838)  yalnız 
coğrafiyaşünas deyildi. O, habelə səyyah, tarixçi, etnoqraf, filosof, ədəbiyyatşünas 
və  şair  kimi  tanınmışdı.  Hacı  Zeynalabdin  “Təmkin”  təxəllüsü  ilə  şeirlər  yazırdı, 
“Məstəli şah” ləqəbi ilə təriqət təbliğatı aparırdı. Şamaxı şəhərində anadan olmuş 
Hacı  Zeynalabdin  səyahətlərə  o  dərəcədə  aludə  olmuşdu  ki,  vətənindən  uzaqda-


250 
 
gəmidə  vəfat  etmiş  (Qırmızı  dənizdə),  Ərəbistanın  Ciddə  şəhərində  dəfn 
olunmuşdu.  O,  ömrünün  təqribən  40  ilini  Avropa,  Asiya  və  Afrika  ölkələrini 
səyahətə  həsr  etmişdir. Qeyd  etmək lazımdır  ki,  onun alim kimi təşəkkülü İraqın 
Kərbəla  şəhərində  baş  vermişdir  (o,  1785-ci  ildə  valideynləri  ilə  bu  şəhərə 
köçmüşdü). Yaxın və Orta Şərq ölkələri, Orta (Mərkəzi) və Cənubi Asiya əraziləri, 
Balkan  yarımadası,  Mərmərə  və  Egey  dənizindəki  adalar,  Kiçik  Asiya,  İran 
vilayətləri, Orta və Mərkəzi Ərəbistan, Seylon (Şri-Lanka) və Hindistan, Hind-Çin 
meşələri,  Nil  çayı  vadiləri,  Hindiquş,  Tyanşan,  Himalay,  Pamir  dağ  silsilələri, 
Sudan  cəngəllikləri  Hacı  Zeynalabdin  Şirvaninin  səyahət  obyektləri  olmuşdur.  
“Alim  müxtəlif  ölkələri  səyahət  etməyə  üç  dəfə  çıxmışdır”.
137 
Səyahətlər  zamanı 
Hacı  Zeynalabdin  Şirvani  coğrafi,  tarixi,  etnoqrafik  materiallar  toplayır,  müxtəlif 
ölkələrin  ədəbiyyatını  və  fəlsəfi  irsini  öyrənməyə  çalışırdı.  O,  müxtəlif  xalqların 
nümayəndələri ilə görüşmüşdü, şeyxlərlə, müxtəlif dövlətlərin siyasi xadimləri ilə 
tanış  olmuşdu.  Alim  səyahətlər  zamanı  müşahidə  etdiklərini  “Riyaz  üs-səyahə” 
(“Səyahət  bağçaları”)  “Bustan  üs-səyahə”  (“Səyahət  bostanı”),  “Kəşfül-maarif” 
(“Mərifətlərin  kəşfi”)  və  bir  çox  əsərlərində  izhar  etmişdir.  O,  təqribən  15  il 
ərzində  Nemətullahi  dini  təriqətinə  başçılıq  etmiş,  bu  təriqətin  regionda 
yayılmasına  can  atmışdır.  Alim  əsərlərinin  başlıca  kütləsini  XIX  əsrin  20-ci 
illərində farsca yazmışdır. Lakin təbiidir ki, onun qələmə aldığı faktlar, materiallar 
XVIII  əsrin  gerçəklikləridir.  “Həmin  əsərlərdə  müşahidə  olunmuş  ölkələrin 
tarixini,  etnoqrafiyasını  öyrənmək  üçün  qiymətli  məlumatlar  vardır”.
138
  12  il 
Kərbəlada mükəmməl təhsil almış Hacı Zeynalabdin Şirvani elmi bilikləri yüksək 
qiymətləndirirdi,  lakin  bu  biliklərin  təcrübədə,  əməldə  yoxlanılmasına  can  atırdı. 
O, narazılıqla yazmışdır: “Təhsil (mənəvi təhsil-red.) vaxtı keçirməkdən başqa heç 
bir  nəticə  vermirdi;  qiymətli  həyat  mənasız  və  lazımsız  məcrada  davam  edirdi; 
dünyanın əzəli, kainatın sonu haqqında  heç nə aydınlaşdırılmamışdı və mən artıq 
on  yeddi  yaşıma  yetmişdim”.
139
  Bu  mülahizələrində  alim  elmi  biliklərlə  əməlin, 
təcrübənin,  həyatın  üzvi  əlaqəsini,  vəhdətini  anladığını,  hərəkətə  mail  olduğunu 
(səyahətlərə  can  atdığını)  nəzərə  çatdırır.  Hacı  Zeynalabdin  Şirvani  dövrünün 
tanınmış  alimləri  ilə  mübahisələrə  cəsarətlə  girişir,  onları  əksər  hallarda  böyük 
elmi-fəlsəfi suallar qarşısında aciz qoyurdu. O, belə qənaətə gəlmişdi ki, dövrün bir 
çox  alimləri  gerçək  həyatdan  çox  uzaqdırlar.  Hacı  Zeynalabdin  Şirvani  elmə  və 
səyahətlərə elə aludə olmuşdu ki, yalnız 42 yaşında ailə həyatı qurmuşdu. Özünün 
dediyi  kimi,  o,  “37  il  yeddi  iqlim  üzrə  səyahətlər  etmiş,  müxtəlif  çətinliklərlə, 
ağlasığmaz  əziyyətlərlə  üzləşmiş”
140
  alim  elmi  fəaliyyətə  bağlanmış  şəxslər  üçün 
parlaq  örnəkdir.  Hacı  Məhəmmədəli  Şirvani  (təqribən  1783-cü  ildə  Şamaxıda 
anadan  olmuşdur,  ölüm  tarixi  məlum  deyildir)  də  XVIII  əsrin  tanınmış 
alimlərindən olmuşdur. Hacı Zeynalabdin Şirvaninin qardaşı olan bu şəxs səyyah, 
mütəfəkkir, tarixçi, maarifçi, ədib və şair kimi tanınmışdı. O, “Fani” təxəllüsü ilə 
şeirlər yazmışdır. Hacı Məhəmmədəli də Kərbəla mühitində formalaşmış alim idi. 
O,  həyatının  təqribən  20  ilini  təhsilə,  elmi  biliklərə  yiyələnməyə  sərf  etmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə