Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə115/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   111   112   113   114   115   116   117   118   ...   138

245 
 
zərb olunmuş pul vahidi Quba xanlığı ərazisində öz dəyərini xeyli dərəcədə itirirdi. 
Bu  dövrdə  Azərbaycan  xanlıqlarında  çəki  və  ölçü  vahidləri  də  müxtəlif  idi.  Bu 
cəhət  yerli  tacirlərin  xarici  ticarətə  cəlb  olunması,  əcnəbi  tacirlərlə  işgüzar 
münasibətlərin  davam  etdirilməsi  işini  çətinləşdirirdi.  Beləliklə,  XVIII  əsrin 
sonlarına  doğru  Azərbaycanın  iqtisadi  həyatının  beynəlxalq  aləmə  “qayıdışı” 
zərurəti meydana çıxmışdı. Bu “qayıdış” isə iqtisadi, siyasi birlik olmadan, əsasən 
qapalı  olan  təsərrüfat  sistemi  ləğv  olunmadan  qeyri-mümkün  idi.  XVIII  əsrin 
Azərbaycan gerçəkliyində  meydanda olan bircə, lakin mühüm fakt xalqın mədəni 
birliyi  olmuşdur.  Bu  tamlıq,  birlik  xalqın  siyasi,  iqtisadi  vəhdətinin  mənəvi  əsası 
idi. 
Azərbaycanın  XVIII  əsr  həyatı  siyasiliyi,  hərbi  hadisələrin  zənginliyi  ilə 
fərqlənir. Əsrin 30-cu illərinin II yarısına doğru güclü siyasi qurumundan-Səfəvilər 
dövlətindən  (1501-1736)  uzaqlaşmış  Azərbaycan  xalqı,  onun  doğma  torpaqları 
müxtəlif  hərbi-siyasi  qüvvələrin  təzyiqinə  məruz  qalmışdı.  Osmanlı  və  rus 
müdaxilələri,  Azərbaycanı  “geri  qaytarmaq”  şüarları  ilə  çıxış  edən,  İran 
vilayətlərinə arxalanan hökmdarların aramsız hərbi yürüşləri, bu və ya digər xarici 
siyasi  gücə  güvənərək  ölkədə  hərbi-siyasi  fəallıq  nümayiş  etdirən  şəxslərin 
çıxışları, vaxtaşırı baş verən feodal ara müharibələri XVIII əsrin başlıca hadisələri 
olmuşdur. Bütün bunlar ölkənin ictimai-iqtisadi, siyasi, mədəni təkamülü prosesinə 
müəyyən  təsir  göstərməyə  bilməzdi.  1722-1735-ci  illər  ərzində  Səfəvilər  dövləti 
daxilində  baş  verən  üsyanlardan,  daxili  çəkişmələrdən  istifadə  edən  ruslar 
Azərbaycanın  Xəzərboyu  əyalətlərini  işğal  etdilər.  Rusiya  ilə  Osmanlı  Türkiyəsi 
arasında  bağlanmış  İstanbul  müqaviləsinə  (1724-cü  ilin  12  iyulu)  əsasən  “Səfəvi 
irsini bölüşdürmək” haqqında razılıq əldə edildi. Azərbaycan ərazisinin xeyli qismi 
Osmanlı hakimiyyəti altına keçdi. Osmanlı sultanı bu müddət ərzində Şirvanda öz 
planlarını  gerçəkləşdirmək  üçün  öncə  Hacı  Davuddan,  sonra  isə  Qazıqumuxlu 
Surxay  xandan  istifadə  etdi.  XVIII  əsrin  30-cu  illərində  Azərbaycanda  vəziyyət 
kəskin  şəkildə  dəyişdi.  Əfşar  qəbiləsindən  olan  Nadirin  (Təhmasibqulunun) 
siyasətə  qarışması  sayəsində  İranda  mərkəzi  hakimiyyət  dirçəlməyə  başladı. 
Rusiya  imperatoru  regionda  daha  güclü  rəqib  hesab  etdiyi  Osmanlı  dövlətini 
sıxışdırmaq naminə son illərini yaşayan Səfəvi rejimi ilə danışıqlara girişdi. 1732-
ci ilin 21 yanvarında iki dövlət arasında Rəştdə 8 maddədən ibarət olan müqavilə 
imzalandı.
129
  Kür  çayının  mənsəbindən  şimalda  olan  Xəzərboyu  əyalətlər 
Rusiyanın  ixtiyarında  qaldı.  1730-1734-cü  illər  ərzində  Nadir  xan  osmanlıları 
Azərbaycanın  bir  çox  vilayətlərindən  sıxışdırıb  çıxarmağa  nail  oldu.  “1735-ci  il 
martın 21-də Gəncə ətrafında Rusiya və İran dövlətlərinin nümayəndələri arasında 
müqavilə  imzalandı.  Bu  müqavilənin  şərtlərinə  əsasən  rus  qoşunları  Xəzərsahili 
vilayətləri  tamamilə  tərk  edir,  burada  əvvəlki  inzibati  idarə  bərpa  olunurdu”.
130
 
Tezliklə  Osmanlı  dövlətinin  hərbi  hissələri  Cənubi  Qafqazı  tamamilə  tərk  etməli 
oldular.    Rusiyanın  hakim  dairələri  Azərbaycanın  genişmiqyaslı  işğalı  planını 
“əlverişli tarixi məqam”yarananadək təxirə salmalı oldular. 


246 
 
1736-cı  ilin  martında  Nadir  xan  Muğanda  (Cavad  adlanan  məntəqədə) 
Səfəvi  şahı  III  Abbasın  ölümündən  istifadə  edərək  özünü  şah  elan  etdi.  Səfəvilər 
sülaləsinin  varlığına  son  qoyuldu.  Bəzi  Azərbaycan  feodalları  Nadirin  taxta 
çıxmasından  fəal  şəkildə  narazılıq  edirdilər.  Nadir  taxta  çıxdıqdan  sonra  onun 
namizədliyinə  qarşı  çıxmış,  Ziyadoğlu  nəslindən  olan  “Gəncə  xanlarını 
cəzalandırdı,  hüquqlarını  məhdudlaşdırdı  və  həmin  xanları  Qazax,  Borçalı 
elatlarının  hakimləri  ilə  birlikdə  Gürcüstan  çarlarına  tabe  etdi.  Yeni  şahın 
namizədliyinə  qarşı  çıxmış  Otuzikilər  və  Kəbirli  kimi  Azərbaycan  tayfalarının 
başçıları  da  cəzalandırıldılar.  Nadir  şah  onlardan  bir  çoxunu  ailəsi  ilə  birlikdə 
Xorasana  köçürdü”.
131
  Şirvan,  Cənubi  Dağıstan,  bir  sıra  Şimali  Azərbaycan 
vilayətləri  Nadir  şahın  rejimi  ilə  barışmır,  onun  hakimiyyəti  əleyhinə  çıxırdılar. 
Nadir  şahın  Şəki  hakimi  Hacı  Çələbi  ilə  münasibətləri  xüsusilə  gərgin  idi. 
Barışmaz mövqe tutan Hacı Çələbi şahın tələblərinə etinasız yanaşdı, 1743-cü ildə 
isə Şəki vilayətini müstəqil xanlıq, özünü isə xan elan etdi. Nadir şah 1744-cü ilin 
payızında  15  minlik  qoşunla  Hacı  Çələbi  başda  olmaqla  Şəki  əhalisinin  sığındığı 
“Gələrsən-görərsən”  qalasına  hücum  etdi.  Bu,  Nadirin  Şimali  Azərbaycana 
dördüncü  yürüşü  idi.  Ətraf  ərazilərin  əhalisi  də  Nadir  şaha  amansız  müqavimət 
göstərdi.  Şah  qoşunu  geri  çəkilməli  oldu,  lakin  1745-ci  ilin  əvvəllərində  yenidən 
qala  üzərinə  yeridi.  Qalanı  ələ  keçirə  bilməmiş  şah  Şəkiyə  od  vurdurdu.  Qala 
üzərinə  5  ay  davam  etmiş  həmlələrdən  sonra  Nadir  şah  qala  qarşısında  3  min 
döyüşçü  qoyaraq  vilayəti  tərk  etdi.  Yalnız  1746-cı  ilin  martında  ərzaq  qıtlığı 
nəticəsində Hacı Çələbi şah hakimiyyətini tanıdığını elan etdi. Nadir şah da güzəştə 
gedərək Hacı Çələbini Şəkiyə vəkil təyin etdiyini bildirdi. 
Azərbaycanın  Xəzərsahili  əyalətlərindən  Rusiyanın  imtina  etməsi, 
Osmanlı  dövlətinin  Cənubi  Qafqazdan  öz  hərbi  hissələrini  çıxarması  İngiltərənin 
Xəzər hövzəsində fəaliyyətinin genişlənməsi üçün əlverişli şərait yaratdı. İngilislər 
Xəzər dənizi vasitəsilə aparılan ticarətdə hakim mövqeyi ələ keçirməyə çalışdılar. 
1734-cü  ildə  bağlanmış  rus-ingilis  ticarət  müqaviləsinə  əsasən  (8-ci  maddəsinə 
uyğun  olaraq)  İngiltərə  Volqa-Xəzər  yolu  ilə  İranda  ticarət  etmək  hüququ 
qazanmışdı.
132 
İngiltərə  bu  planı  gerçəkləşdirə  bilsə  idi,  Hindistana  və  digər  Şərq 
ölkələrinə  dənizlər  və  okeanlar  vasitəsilə  uzanan  ticarət  yollarını  xeyli  qısalda 
bilərdi.  XVIII  əsrin  əvvəllərindən  etibarən  ictimai  həyatın  bütün  sahələrində 
avropalaşma  xəttini  qəbul  etmiş,  tədricən  iqtisadi,  siyasi,  mədəni  yüksəliş  yoluna 
qədəm  qoyan,  hərbiləşməkdə  olan,  ərazilərini  genişləndirməyə  çalışan, 
ekspansionist siyasəti ilə qonşularını narahat edən  Rusiyai imperiyası İngiltərənin 
bu  cəhdlərinə  biganə  qala  bilməzdi.  Rusiya  nəinki  Xəzərsahili  əyalətləri,  hətta 
bütün  Qafqazı  öz  təsiri,  işğalı  altına  salmağa  çalışırdı.  “Rus  tacirlərinin  ingilis 
tacirləri  ilə  rəqabət  iqtidarında  olmadığını  görən,  ingilislərin  Xəzər  dənizindəki 
fəaliyyətindən  qorxuya  düşən  rus  hökuməti  1746-cı  ildə  onları  Rusiya  vasitəsilə 
İran  və  digər  Şərq  ölkələrinə  getmək  hüququndan  məhrum  etdi”.
133
  Beləliklə,  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə