Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə123/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   119   120   121   122   123   124   125   126   ...   138

262 
 
şəhərə  tərəfdir.    Sarayın  bütün  otaqları  divar  rəsmləri  ilə  bəzədilmişdir.  “Saray 
naxışları  əsasən  dörd  qrupa  bölünür:  həndəsi  və  bitki  naxışlar,  süjetli  və  quşların 
təsviri  həkk  olunmuş  naxışlar”.
174
  Şəki  xanları  sarayının  naxışları  koloritinin 
zənginliyi,  qızılı  rəngin  geniş  surətdə  tətbiqi  ilə  səciyyəvidir.  Bu  saraya  müxtəlif 
vaxtlarda naxış vurmuş rəssamlardan beşinin adı bizə məlumdur. Ustad Abbasqulu 
Şəki xan sarayındakı təsvir və naxışların yaradıcısı hesab olunur. Usta Qarabaği (II 
mərtəbə),  Usta  Mirzəcəfər  (I  mərtəbə),  Usta  Qurbanəli  (yan  otaqlar)  burada 
fəaliyyət  göstərmiş  rəssamlar  olmuşlar.  “Şəki  xanları  sarayı  Azərbaycanda  tikinti 
işinin aşağı səviyyədə olduğu dövrdə tikilmişdir, ancaq Şəki xanları sarayı bir daha 
göstərir  ki,  keçmişin  ənənələrini  qoruyub  saxlayan  ustalar  hələ  bu  dövrdə  də 
yüksək  sənətkarlıq  nümunəsi  yaratmağa  qadir  idilər”.
175
  Bu  saray  həm 
rəngarənglik,  həm də  dekorativ  –  tətbiqi sənətin  sintezinin nümunəsidir.
176
  XVIII 
yüzillikdə  Bakıda,  İçəri  şəhər  qala  divarları  daxilində,  Şamaxı  darvazası 
yaxınlığında  böyük  xan  sarayı  kompleksi  tikilmişdi.  Həmin  kompleks  xan  ailəsi 
üçün nəzərdə tutulmuşdu. Bu kompleksdən “Bakıxanovlar evi” adı ilə məlum olan 
böyük  fraqmentlər  qalmışdır.  Bu  dövr  memarlığının  diqqəti  cəlb  edən 
nümunələrindən  biri  Şuşa  şəhər  qalasıdır.  Qala  salınarkən  təbii-coğrafi  şəraitdən 
məharətlə  istifadə  olunmuşdur.  Şəhərin  yerləşdiyi  əraziyə  yalnız  şimal 
istiqamətindən  yaxınlaşmaq  mümkün  idi.  Ona  görə  də  məhz  burada  güclü  qala 
divarları ucaldılmışdı.  Şuşa  istehkamları,  güclü  müdafiə  qurğuları,  təbii  –  coğrafi 
mövqeyi  sayəsində  XVIII  əsrin  97-ci  ilinədək  ələ  keçirməmişdir.  Şamaxı  şəhəri 
dağıldıqdan  sonra  Şamaxı  xanı  Mustafa  öz  iqamətgahını  Fitdağ  adlanan  yeni, 
alınmaz  bir  əraziyə  köçürmüşdü.  Bu  ərazidə  geniş  saray  kompleksi  təşəkkül 
tapmış, inkişaf etmişdi. Azərbaycan xanları inşa etdirdikləri şəhər-qalalardan əlavə 
müxtəlif  qəsrlər  də  tikdirmişdilər.  Pənahəli  xanın  ilk  iqamətgahı  olmuş 
“Şahbulağı”  qəsri  bu  baxımdan  xüsusilə  seçilirdi.  Qəsrlər  şəhər  daxilində  də 
tikilirdi. Şuşadakı “Qara Böyükxanım” qəsri bu cür tikililərdən idi. Əsgəran qalası 
da  dövrün  mühüm  müdafiə  qurğuları,  memarlıq  obyektləri  sırasındadır.  Dini 
təyinatlı  və  memorial  tikililər  XVIII  yüzillikdə  də  inşa  edilmiş,  əhalinin  mənəvi-
ideoloji  tələbatlarını  ödəmişdir.  Məhəllə  məscidləri  bu  əsrin  başlıca  dini  tikililəri 
idi.  Bu  əsrdə  tikilmiş  cümə  məscidləri  içərisində  Şuşadakı  “Gövhər  ağa”  və 
İrəvandakı “Göy məscid”  seçilirdilər. XVIII yüzillikdə Şamaxı, Şuşa və Qazaxda 
səkkizbucaqlı  türbələr  inşa  edilmişdi.  Maraqlı  dini  tikililər  arasında  Bakının 
Suraxanı  kəndindəki  “Atəşgah”  xüsusilə  fərqlənir.  Abidənin  əsası  XVII  əsrdə 
Hindistandan  gəlmiş  mühacirlər  tərəfindən  qoyulmuşdur.  Ümumiyyətlə, 
“Atəşgah”ın  meydana  gələrək  təşəkkül  tapması,  inkişafı  prosesi  XVII-XIX 
yüzilliklərdə baş vermişdir. Atəşpərəstlik məbədini və onun ətrafında olan müxtəlif 
tikililəri Şimali Hindistandan gəlmiş, Bakıda  məskunlaşmış hind sikx icması inşa 
etdirmişdi.  Kompleksdə  olan  hücrələr  XVIII  əsrin  sonlarında  ümumi  divarla 
əhatələnmişdir. Qapalı beşgüşə şəklində olan, karvansaranı xatırladan kompleksdə 
ziyarətçilərin  yerləşməsi  üçün  24  hücrə  və  otaq  vardır.
177
  Hücrələrdən, 


263 
 
karvansaralardan  və  mehrabdan  ibarət  olan  “Atəşgah”  kompleksi  imkanlı  hind 
tacirlərinin  vəsaiti  sayəsində  XVIII  əsr  ərzində  tikilmiş,  həmin  əsrdə  inkişafının 
çiçəklənmə  mərhələsini  keçirmişdir.
178
  Kompleksdə  olan  daş  kitabələrdən  biri 
əsasında  bu  kompleksin  hindlilərə  qədər  atəşpərəstlik  məbədi  olduğu  qənaəti 
mövcuddur.  Şübhəsizdir  ki,  “mərkəzi  məbəd  tikilisi,  daha  doğrusu,  Atəşgahın 
mehrabı  Azərbaycanda  hələ  Midiya  dövründə  geniş  yayılmış  bu  cür  mehrabların 
qədim inşası ənənəsini bir növ özündə əks etdirir”.
179
 Beləliklə, XVIII əsrin hərbi-
siyasi  hadisələri  ölkədə  memarlığın  inkişafını  müəyyən  dərəcədə  məhdudlaşdırsa 
da,  onun  təkamülünün  yeni  istiqamətlərini,  cəhətlərini  müəyyənləşdirdi  (yeni 
şəhərlərin yaranması və s.). Lakin Azərbaycan memarlığının inkişaf potensialı tam 
şəkildə gerçəkləşmədi. 
Dekorativ-tətbiqi  sənət  sahələri  Azərbaycan  mədəniyyətinin  çoxəsrlik 
təkamülü prosesində  özünəməxsus  yer tutur. XVIII  yüzillikdə  də  milli dekorativ-
tətbiqi sənətin inkişafının başlıca ocaqları şəhərlər idi. Bu əsrdə hazırlanmış sənət 
nümunələri  qədimlərdən  gələn  irslə  üzvi  surətdə  bağlı  olmuşdur.  Xalçaçılıq  bu 
zamanın da  ən geniş  yayılmış sənət  sahəsi  idi.  Azərbaycan  xalçaları bu əsrdə  bir 
çox  Şərq  ölkələri  xalçalarından  davamlılığı,  rəngi  və  toxunma  texnikası  ilə 
seçilirdi.  Quba  xalçaları  daxili  və  xarici  bazarda  xüsusilə  şöhrət  qazanmışdı. 
Xalçalar həm  əhalinin  maddi tələbatını ödəyir,  həm də  onun estetik ehtiyaclarına 
xidmət edirdi. Xalçalara ornamental (naxış) və süjet səciyyəli bəzəklər vurulurdu. 
Bu  dövrdə  süjet  səciyyəli  xalçalar  nisbətən  az  olmuş,  “həm  də  xeyli  qaba  və 
sxematik  bir  səpgidə  toxunmuşdur”.
180
  Qarabağ,  Quba,  Gəncə,  Şamaxı,  Qazax, 
Təbriz,  Bakı  XVIII  əsrdə  Azərbaycan  xalçaçılıq  sənətinin  başlıca  mərkəzləri  idi. 
Mənbələr göstərir ki, XVIII yüzillikdə Azərbaycanda xovlu xalçalarla yanaşı xeyli 
miqdarda,  yüksək  keyfiyyətli,  həyat  və  məişətdə  geniş  surətdə  istifadə  olunan 
xovsuz xalça (kilim, palaz, vərni, şəddə, sumax, zili) də hazırlanırdı.
181
 Azərbaycan 
xalqının  sənət  tarixində  bədii  parça  istehsalı  önəmli  yer  tutur.  XVIII  əsrdə 
Azərbaycan  şəhərlərində  toxunan  parçaların  keyfiyyəti  Səfəvi  dövrünə  nisbətən 
xeyli  aşağı  səviyyədə  idi,  lakin  onlar  dünya  ticarətində  hələ  də  mühüm  alış-veriş 
obyekti olaraq qalırdı. Təbriz, Şamaxı, Naxçıvan, Şəki, Gəncə şəhərləri bədii parça 
məmulatının  hazırlandığı  əsas  mərkəzlər  idi.  İpəkçilik  yerli  hakimlərə  xeyli  gəlir 
verdiyinə  görə  onlar  bu  sənətin  inkişafına  himayəçilik  edirdilər.  Səyyah 
S.Qmelinin  verdiyi  məmulata  görə,  yalnız  Məhəmməd  Seyid  xan  Şamaxıda 
ipəkçiliyi bərpa etmək məqsədilə Təbrizdən 100 nəfərə yaxın ustanı dəvət etmişdi. 
Lakin  qeyd  olunmalıdır  ki,  XVIII  əsrdə  toxunan  müxtəlif  parça  növlərinin  bəzək 
ünsürləri artıq əvvəlki dövrlərlə müqayisədə incəliyini və şairanəliyini itirmişdi. Bu 
əsrdən  başlayaraq  ölkədə  toxunan  parçalarda  Qərbi  Avropa  naxış  ünsürlərinə 
təsadüf  olunur.  Həmin  yüzillikdə  müxtəlif  məzmuna  malik  olan  sujetli  parça 
naxışları  tamamilə  sıradan  çıxır,  nəbati  və  həndəsi  naxışlarla  əvəz  olunurdu. 
Parçalar  üzərində  təsadüf  olunan  bəzəklər  əsasən  basma  və  tikmə  üsulu  ilə  icra 
edilirdi. Bədii tikmə sənəti bu əsrdə də xalq yaradıcılığının tərkib hissəsi idi. Tikmə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə