Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə122/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   118   119   120   121   122   123   124   125   ...   138

260 
 
dair  əsər  ərəb  dilindən  Azərbaycan  dilinə  tərcümə  edilmişdi.  XVIII  əsrin  II 
yarısında əsasən əlifba prinsipi əsasında Azərbaycan dilində bir sıra lüğətlər tərtib 
olunmuşdur.  Beləliklə,  ədəbiyyatda  aparıcı  olan  Azərbaycan  dili  biliklərin  geniş 
kütlələr arasında yayılması üçün əlverişli zəmin hazırlamışdı. 
Dövrün  epiqrafik  abidələri  eyni  zamanda  xalq  sənəti  nümunələridir.  Bu 
abidələr  sayəsində  tarixçilər  həmin  dövrün  ictimai-siyasi,  dini-ideoloji,  mədəni 
həyatının  epizodlarını,  sənətşünaslar  isə  xalq  sənətinin  bədii-estetik 
xüsusiyyətlərini araşdırırlar. Memarlıq abidələri, məzar daşları, saxsı, metal, taxta 
və s. əşyaların üzərindəki müxtəlif formalı sənduqələr, başdaşı, sinədaşı, qoç və at 
fiqurlu məzar daşları, məscid, hamam, ovdan, karvansara, mədrəsə, qala divarları, 
istehkamlar  və  ictimai  binalar  üzərində  qoyulmuş  yazılı  lövhələr  (daş  kitabələr) 
epiqrafikanın  tədqiqat  obyektidir.  Həmin  abidələrin  özləri,  onların  bədii 
keyfiyyətləri  isə  sənətşünasların  araşdırma  predmetidir.  Mətnlərin  məzmununa 
görə XVIII yüzilliyin kitabələrini beş qrupa bölmək mümkündür: İnşaat xarakterli 
(yəni  tikinti  tarixindən  bəhs  edən)  kitabələr  (1);  mətni  nisbətən  geniş,  lakin  sayı 
çox  az  olan  sənədlərin  lapidar  nüsxələri  (2);  epitafiyalar  məzar  daşlarına  qısaca 
həkk  olunmuş  yazılar  (3);  dini  mətnlər  (4);  adətən  məzar  daşları  üzərinə  həkk 
olunmuş  mənzum  parçalar  (5).
169
  Əhəngdaşı  üzərində  həkk  edilmiş  kitabələr 
əsasən Bakı, Şamaxı, Qarabağ, Dərbənd, Quba xanlıqlarının ərazisində, Qəbələdə 
tapılmışdır.  Şimal-qərb  bölgələrində  yaşayıb  yaratmış  xəttat  –  həkkaklar  çay 
daşları  üzərində  işləmişlər.  Yerli  material  ustaların  iş  üslubuna  ciddi  təsir 
göstərmişdir.  Epiqrafik  araşdırmalar  sübut  edir  ki,  Nadir  şahın  apardığı  amansız 
müharibələr,  Nadirə  qədərki  zaman  ərzində  baş  vermiş  hərbi-siyasi  çəkişmələr 
nəticəsində “XVIII əsrin I yarısında Azərbaycanda tikinti işləri əsasən aparılmamış 
və  bununla  əlaqədar  kitabələr  də  yazılmamışdır”.
170
  Epiqrafik  materiallar  təsdiq 
edir ki, əsrin II yarısında tikinti fəaliyyəti canlanmış, Şəki, Şuşa və Naxçıvanda xan 
sarayları,  Ağdamda  imarətlər,  Pənahəli  xana  və  onun  nəslinə  aid  olan  günbəzlər 
tikilmiş, Bayat  və  Şahbulaq, Pənahabad (Şuşa) qalaları  salınmış,  həmin qalalarda 
bazar, karvansara, hamam, məscid və s. ictimai təyinatlı obyektlər tikilmişdir. Bu 
dövrdə  Ordubad,  Şamaxı,  Dərbənd,  Quba,  Bakı  şəhərlərində  hərbi  istehkamlar, 
ictimai-mülki  binalar  inşa  olunmuşdur.  Kitabələrdə  memarlıq  obyektlərinin  inşası 
tarixinə,  onların  bərpa  və  təmir  olunması  zamanına,  həmin  obyektlərin  inşasında 
rolu olmuş sənətkarlara, bir çox ictimai-iqtisadi və siyasi, inzibati məsələlərə dair 
materiallar mövcuddur. 
Azərbaycanda  nisbi  siyasi  sabitlik  (xanlıqların  meydana  gəlməsi  və 
təşəkkülü)  bərqərar  olunanadək  memarlıqda  canlanma  müşahidə  olunmamışdır. 
Aramsız  müharibələr,  xarici  qoşunların  müdaxilələri,  feodal  ara  çəkişmələri 
memarlığı inkişaf stimulundan  məhrum edirdi.  XVIII əsrin II yarısında  memarlıq 
üçün  müəyyən  əlverişli  şərait  yarandı.  Azərbaycanın  şimal-qərb  bölgəsində  və 
Şamaxıda  bir  çox  sufi  mürşidlərinin,  ruhani  alimlərin,  müqəddəs  hesab  olunan 
şəxslərin  məzar  daşlarının  aşkar  olunması  təsdiq  edir  ki,  XVIII  yüzillikdə 


261 
 
ölkəmizdə “Nəqşbəndiyə”, “Ələviyyə” təriqətləri geniş yayılmışdı. Bu dövrdə xalq 
memarlıq  ənənələri  memarlıq  fəaliyyətinin  başlıca  ünsürü  idi,  lakin  əski 
zamanların  monumental  memarlıq  ənənələri  yenə  də  mühüm  təsirini  qoruyub 
saxlamışdı. Azərbaycanda xanlıqlar dövrünün əsas cəhətlərindən biri iqamətgah və 
onun müvafiq istehkamı kimi saray komplekslərinin yaradılması zərurəti olmuşdur. 
Azərbaycan  xanları  başlıca  şəhərlərin  ətrafında  və  xanlıqların  ərazilərində  güclü 
müdafiə qurğuları sisteminin inşasına xüsusi diqqət yetirirdilər. Məhəllə məscidləri 
bu  dövrün  mühüm  ibadət  və  tədris  ocaqları  idi.  XVIII  əsrin  Azərbaycan 
memarlığında  aparıcı  yeri  kiçik  həcmli,  səkkizguşəli  türbələr  tuturdu.  Əsrin 
şəhərsalma işində iki başlıca  meyl nəzərə çarpırdı. Birinci  meyl xanlar tərəfindən 
paytaxt  kimi  Azərbaycanın  qədim  şəhərlərinin  seçilməsi  idi.  Bakı,  Naxçıvan  və 
Gəncə  bunlara  misal  ola  bilər.  1734-cü  ildə  Nadir  xan  tərəfindən  dağıdılmasına 
baxmayaraq,  Şamaxını  bu  tip  şəhərlərə  aid  etmək  mümkündür.  Lakin  XVIII 
yüzillikdə  bir  sıra  xanlıqların  mərkəzləri  də  meydana  çıxdı,  bununla  bağlı 
şəhərsalmada mühüm tədbirlərin aparılması müşahidə edildi. Quba və Şuşa bu tipli 
şəhərlərdən  idi.  1772-ci  ildə  baş  vermiş  güclü  sel  nəticəsində  qədim  Şəki  əsaslı 
surətdə  dağıldı
171
  və  şəhər  yeni  ərazidə  salındı.  Şuşa  və  Şəki  XVIII  əsrin 
şəhərsalma  fəaliyyəti  üçün  ən  səciyyəvi  olan  memarlıq  obyektlərinin  məskənləri 
idi.  Azərbaycan  şəhərlərində  memarlığın  təkamülü  bu  zaman  ərzində  saray 
komplekslərinin  inkişafından,  yaşayış  məntəqəsinin  təbii-coğrafi  mövqeyindən, 
müdafiə  qurğularının  tikilməsindən  başlanmış,  həmin  amillərdən  asılı  olmuşdur. 
Şəki öz dövrü üçün yüksək dərəcədə abad olan bir şəhər idi. Şəhərin küçələrinə daş 
döşənmişdi, saxsı borularla çəkilmiş su kəməri əhalinin tələbatını ödəyirdi. 1765-ci 
ilədək  digər  orta  əsr  şəhərlərindən  fərqli  olaraq  Şəki  qala  divarları  ilə  əhatə 
olunmamışdır.  Ona  görə  də  düşmən  hücumu  zamanı  şəhər  əhalisi  “Gələrsən-
görərsən”  qalasına  sığınırdı.  1765-ci  ildə  Şəki  qala  divarları  ilə  əhatə  olundu. 
Qalanın  iki  darvazası  vardı.  Lakin  hərbi-siyasi  təhlükənin  qarşısını  ala  biləcək 
müdafiə qurğuları sistemi təbii fəlakət qarşısında aciz idi (1772-ci ilin seli nəzərdə 
tutulur).  Şəki  qalasının  daxilində  tikilmiş  Xan  sarayı  XVIII  əsr  Azərbaycan 
memarlığının  incilərindəndir.  1763-cü  ildə  inşa  olunmuş  bu  saray  geniş  saray 
kompleksinin  hissəsidir.  Sarayı  “Müştaq”  təxəllüsü  ilə  şeirlər  yazmış  Şəki  xanı 
Hüseyn  xan  tikdirmişdir.  Sarayda  şəbəkə  sənətinin  bənzərsiz  nümunələri  vardır. 
Yalnız  onu  göstərmək  kifayətdir  ki,  “hər  kvadratmetr  şəbəkə  beş  min  bir-birinə 
geydirilən hissələrdən ibarətdir”
172
.  Saray qala içərisindədir, lakin əlavə divarlarla 
əhatələnmişdir. Şəki xanları sarayının ön fasadı cənuba baxan ikimərtəbəli binadan 
ibarətdir.  Mərtəbələrin  planı  eynidir.  Bir  cərgədə  yerləşən  üç  ev  bir-birindən 
dəhlizlə  ayrılır.  Mərtəbələr  arasında  daxili  əlaqə  olmamışdır.  Birinci  və  ikinci 
mərtəbələr  arasında  daxili  yolun  olmaması  sarayın  iki  hissəyə  –  rəsmi  qonaq  və 
şəxsi,  xüsusi  hissəyə  ayrılması  ilə  aydınlaşdırılır.  Sarayın  birinci  mərtəbəsinə 
yalnız kənar şəxslər daxil ola bilərdilər, “yuxarı mərtəbəyə isə xan ailəsinin üzvləri 
və  ya  onlara  qulluq  edən  adamlar  buraxılırdılar”.
173
  Sarayın  baş-cənub  fasadı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə