Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə120/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   116   117   118   119   120   121   122   123   ...   138

255 
 
şeirləri xalq danışıq dilinə  yaxındır, bənzərsiz bədii təsvir vasitələri ilə zəngindir. 
Vidadinin qoşmalarından birində deyilir: 
Yaxşı gündə yarü yoldaş çox olur
Yaman gündə heç bulunmaz, yox olur. 
Yad ellərin tənə sözü ox olur, 
Bir gün olur vətən deyib ağlarsan.
152
 
Bir  çox  ziddiyyətli  hadisələrin  canlı  şahidi  olmuş  Molla  Vəli  Vidadi 
gerçəkliyə  müdrikliklə  yanaşır,  həmkarlarını  xülyalar  aləminə  qapılmamağa 
çağırırdı.  Bu  baxımdan  onun  nikbin  olan  Vaqiflə  həyat  və  sənət  mübahisələri 
ədəbiyyat  tariximizin  diqqəti  cəlb  edən  hadisələrindən  idi.  Şairin  kədər  fəlsəfəsi 
zəmanənin mənfiliklərinə etirazın nəticəsi kimi meydana çıxmışdı. 
Ümumiyyətlə,  Vidadi  ilə  Vaqif  XVIII  əsr  Azərbaycan  ədəbi  prosesinin 
başlıca nəhəngləri olmuşlar. “Hər ikisi bizim möhtərəm milli şairimizdir… Bu cür 
məşhur  şairlər  özgə  millətlərin  arasında  zühur  etmiş  olsa  idilər,  bişübhə,  indiyə 
kimi onların asarü əşarı dəfəat ilə çapdan çıxıb əbnayi-millət içində yayılmışdı”.
153
 
“Vidadi ədəbi-bədii dilinin keyfiyyəti etibarilə köhnə dövrün son, yeni dövrün ilk 
şairidir”.
154
 Vidadi ilə Vaqifin gerçəkliyə münasibəti müxtəlifdir: Vidadi pessimist 
(bədbin), Vaqif isə optimistdir (nikbindir). Lakin “məzmun və bir sıra ifadələr də 
yenidir;  həm  də  bu,  formal  deyil,  funksional  eynilikdir…  Məzmun  hər  iki 
sənətkarın  təqdimatında  eyni  ovqatın  (hətta  eyni  dünyagörüşün)  məhsuludur… 
Bununla  belə  mühüm  bir  stilistik  fərq  var;  Vidadi  “Gördüm”,  Vaqif  isə 
“Görmədim” deyir, – bu cür oppozitiv münasibət onların təfəkkür tərzindən gəlir… 
Vidadi gördüyünə qarşı çıxır, Vaqif  görmək istədiyini  görə  bilmədiyini deyir”.
155 
Molla  Pənah  Vaqifin  poetik  təfəkkürü  Vidadinin  poetik  təfəkkürünün  bilavasitə 
davamı kimi meydana çıxmışdır. Vaqif Qazax mahalının Salahlı kəndində anadan 
olmuş, 1797-ci ildə Ağa Məhəmməd şah Qacarın hökmü ilə Şuşada həbs olunmuş, 
şahın  öldürülməsindən  sonra  azad  olunmuş,  lakin  Qarabağda  hakimiyyəti  ələ 
keçirmiş Məhəmməd bəy Cavanşirin əmrilə qətlə yetirilmişdir. Şairlə birlikdə onun 
“Alim”təxəllüsü ilə  şeir  yazan oğlu Əliağa  da  öldürülmüşdür. Vaqif  şair olmaqla 
yanaşı dövrünün tanınmış dövlət xadimi idi. O, mədrəsədə təhsil almış, ərəb və fars 
dillərini  öyrənmişdi.  Şair  memarlıq  və  astronomiya  ilə  də  maraqlanırdı.  Vaqif 
XVIII əsrin ortalarında Qarabağa köçmüş, Şuşada məktəbdarlıq etmişdir. 1769-cu 
ildə o, Qarabağ hakimi İbrahim xanın sarayına dəvət olunmuş, eşikağası, sonra isə 
baş  vəzir  vəzifələrini  icra  etmişdir.  Vaqif  Qarabağ  xanlığının  xarici  siyasət 
məsələləri ilə məşğul olmuş, Azərbaycan xanlıqları, Rusiya və gürcü hakimləri ilə 
münasibətləri  inkişaf  etdirməyə  çalışmışdır.  Vaqifin  yaradıcılığı  Azərbaycan 
poeziyası  tarixində  mühüm  mərhələlərdən  biridir.  O,  klassik  şeir  formalarında 
əsərlər yazmış, lakin şifahi xalq ədəbiyyatı, aşıq şeiri ilə daha çox bağlı olmuşdur. 
Nikbinlik, həyat eşqi onun poeziyasının ümdə xüsusiyyətlərindəndir. Şairin əsərləri 
hələ  sağlığında  ikən  Cənubi  Qafqazda  geniş  yayılmışdı.  Vaqifin  Azərbaycan 
ədəbiyyatı tarixində ən böyük xidməti klassik üslubla şifahi xalq şeiri ənənələrini 


256 
 
üzvi şəkildə  birləşdirə  bilməsidir. İstedadı,  biliyi,  ali  mənəvi  keyfiyyətlərinə görə 
Azərbaycan  xalqı  onun  haqqında  “hər  oxuyan  Molla  Pənah  olmaz”  məsəlini 
yaratmışdır.  Vaqif  poeziyasında  acı  kinayə  ilə  xoş  zarafat,  çılğınlıqla  müdriklik, 
coşqun  sevinclə  narahatlıq  hissləri  üzvi  surətdə  birləşmişdir.  Orta  əsr  şairlərinin 
çoxundan  fərqli  olaraq  Vaqifin  divanı,  yaxud  şeir  toplusu  qalmamışdır.  Lakin 
Azərbaycan  poeziyası  ilə  maraqlanan  onlarla  ədəbiyyat  həvəskarı  böyük  söz 
ustasının  əsərlərini  toplamış,  həmin  əsərləri  müxtəlif  cüng  və  bəyazlara 
köçürmüşlər.  Vaqifin  əsərləri  məzmun  zənginliyi  ilə  seçilir.  Onun  başlıca  diqqət, 
tərənnüm,  məhəbbət  obyekti  gözəldir.  Məsələn,  şairin  qoşmalarından  birində 
deyilir: 
Sevdigim, ləblərin yaquta bənzər, 
Sərasər dişlərin dürdanədəndir, 
Sədəf dəhanından çıxan sözlərin, 
Hər biri bir qeybi-xəzanədəndir… 
…Xumar-xumar baxmaq göz qaydasıdır, 
Lalətək qızarmaq üz qaydasıdır, 
Pərişanlıq zülfün öz qaydasıdır, 
 
Nə badi-səbadən, nə şanədəndir… 
Müştaqdır üzünə gözü Vaqifin, 
Yolunda payəndaz üzü Vaqifin, 
Sənsən fikri, zikri, sözü Vaqifin, 
Qeyri söz yanında əfsanədəndir.
156
 
Lakin  gözəllik,  ülvi  insani  hisslər,  təbiət  aşiqi  olan  Vaqif  dövrünün 
ictimai-siyasi  problemlərini  də  nəzərdən  qaçırmamışdır.  XVIII  əsrin  tanınmış 
dövlət  xadimlərindən  olmuş  Vaqif  bir  çox  saray  fitnə-fəsadlarının  şahidi  olmuş, 
həmin  mənfi  hallara  fəal  münasibətini  şeirlərində  izhar  etmişdir.  Onun 
“Görmədim” rədifli müxəmməsində bu münasibət daha aydın surətdə aşkara çıxır: 
Mən cahan mülkündə mütləq doğru halət görmədim, 
Hər nə gördüm əyri gördüm, özgə babət görmədim. 
Aşinalar ixtilatında sədaqət görmədim, 
Biətü iqrarü imanü dəyanət görmədim. 
Bivəfadan lacərəm təhsili-hacət görmədim… 
 
…Hər sədavü səs ki, dünyaya dolub əksər əqəl, 
Cümlə məkrü alü fənnü, fitnədir, cəngü cədəl, 
Dirhəmü dinar üçündür hər şeyə yapışsa əl, 
Müqtədilərdə itaət, müqtədalərdə əməl, 
Bəndələrdə simü, bəylərdə ədalət görmədim… 
…Qədr bilməz həmdəm ilə eylədim ömrü təbah, 
Vaqifə, ya rəbbəna, öz lütfünü eylə pənah, 


257 
 
Səndən özgə kimsədə lütfü inayət görmədim.
157
 
Molla  Pənah  Vaqif  əsrlərlə  təcrübədən  keçmiş,  müxtəlif  ölkələrin, 
xalqların  tarixi  ərzində  özünü  doğrultmuş  obyektiv  bir  həqiqətin  (“üç  şeydə  vəfa 
yoxdur:  atda,  padşahda  və  tacirdə”)
158 
mütləqliyini  şəxsi  taleyində,  təcrübəsində 
anlamış  böyük  mütəfəkkirdir.  Şair  anlamışdı  ki,  mahir,  bilikli,  istedadlı,  xalqın 
hörmətini qazanmış şəxslər hökmdarlara onların məhdud (siyasi) məqsədləri üçün 
lazım  olurlar.  Həmin  məqsədlərinə  nail  olmuş  hökmdarlar  son  nəticədə  istifadə 
etdikləri  istedadlı  şəxsləri  taleyin  hökmünə  buraxır,  bəzi  hallarda  isə  qətlə 
yetirirlər.  “Görmədim”  rədifli  müxəmməsində  Vaqif  gerçək  həyatda  (xüsusilə 
saray  mühitində)  ülvi  insani  keyfiyyətlərin  olmadığını  göstərir,  yaradana,  tanrıya 
müraciət edir. Molla Pənah Vaqif də saray fitnə-fəsadlarının qurbanı olmuşdur: O, 
saray xadimlərinin təhriki ilə Qarabağ hakimi Məhəmməd bəy Cavanşirin əmri ilə 
qətlə  yetirilmişdir. Vaqifin poeziyaya  bağlı olan oğlu da  bu fitnələrin  nəticəsində 
dünyasını  dəyişmişdir.  Bu  məqamda  istər-istəməz  Vaqiflə  Vidadinin 
müşairəsindən bəzi epizodlar yada düşür (Vidadinin mülahizələri nəzərdə tutulur): 
Ağlamaq möminin əlamətidir, 
Nəbinin dininin xoş adətidir, 
Əgər bilsən, həqqin kəramətidir, 
Ta gedincə, nuri-bəsər ağlarsan!… 
 
…Billəm çox uşaqsan, ürəyin toxdur, 
Ləhvü ləəb ilə həvəsin çoxdur, 
Qocalıq əsəri könlündə yoxdur
Hələ sonra əqlin kəsər, ağlarsan!… 
 
…Oğlan, sən uşaqsan, cavansan hələ, 
Yenicə cisminə düşüb vəlvələ, 
Təzəcə dəyənək alıbsan ələ, 
Qaim tut ki, nagah düşər, ağlarsan… 
 
…Gəl danışma müxəmməsdən, qəzəldən 
Şeri-həqiqətdən, mədhi-gözəldən, 
Sənin ki, halını billəm əzəldən, 
Elə deyib canan, dilbər ağlarsan… 
 
…Dərdlərinə dərman olmaz heç kəsin, 
Əbubəkrə hərgiz yetişməz səsin, 
Mitilin altında qalır nəfəsin, 
Mürği-ruhin göyə uçar, ağlarsan… 
 
…Şeytan ki, dünyada aldadır kimi, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə