Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə128/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   124   125   126   127   128   129   130   131   ...   138

274 
 
mədəniyyətin inkişaf etdirilməsi qayğısına qalmağa başladılar və bu hal Elxanilər 
dövlətinin  süqutu  zamanınadək  davam  etdi.  Təbriz  şəhərinin  yeni  mədəni,  siyasi, 
iqtisadi  yüksəlişi,  onun  İslam  Şərqinin  aparıcı  mərkəzlərindən  birinə  çevrilməsi, 
memarlıqda,  şəhərsalma  sahəsində,  miniatür  rəssamlığında,  tarixçilik  və 
salnaməçilik  sahəsində,  ədəbiyyatda  böyük  canlanma  Elxanilər  hakimiyyəti 
dövrünün  mühüm  üğurları  olmuşdur.  Nəsirəddin  Tusinin  elmi  fəaliyyəti,  Marağa 
rəsədxanasının Şərq elminin başlıca ocaqlarından birinə  çevrilməsi həmin dövrün 
diqqəti cəlb edən faktlarından idi. Hülakülər (Elxanilər) dövləti Azərbaycanda bir 
əsr  (1357-ci  ilədək)  fəaliyyət  göstərdi.  Bu  dövlətin  yaranması  və  yüz  il  ərzində 
mövcud  olması  tədricən  Azərbaycanın  ictimai-iqtisadi,  siyasi  və  mədəni  həyatına 
təsir  etdi,  onun  hüdudlarında,  əhalisinin  etnik  tərkibində,  dini  görüşlərində, 
mədəni-mənəvi həyatında, dilində, ədəbiyyatında nəzərəçarpacaq dəyişikliklər baş 
verdi. Lakin qeyd olunmalıdır ki, bu dövlətin varlığının son 20 ili ərzində Çobani 
əmirlərinin  siyasi  idarəçilikdə  aparıcı  yer  tutması,  elxanların  hakimiyyətinin 
zəifləməsi,  Qızıl  Orda  xanlarının  Azərbaycana  vaxtaşırı  hərbi  yürüşləri  mədəni 
həyatın  axarına  müəyyən  mənfi  təsirini  göstərdi.  Əməli  olaraq  hakimiyyəti  ələ 
keçirmiş  Çobaniləri  qonşu  dövlətlər  müstəqil,  tamhüquqlu  dövlətin  hökmdarları 
kimi  tanımadılar  və  1359-cu  ildə  Azərbaycan  ərazisi  Şeyx  Üveys  (1360-1374) 
tərəfindən  Cəlairidər  dövlətinin  tərkibinə  daxil  olundu.  Bu  hökmdarın  dövründə 
Azərbaycanın  mədəni  həyatında  nəzərəçarpacaq  canlanma  baş  verdi.  Cəlairilərin 
Azərbaycanda  hökmranlığı  1410-cu  ilədək  davam  etdi.  Cəlairilər  dövlətinin  də 
başlıca  mərkəzi  Azərbaycan  olmuş,  bu  isə  ölkənin  sabit  mədəni  tərəqqisini  təmin 
etmişdir.  XIII-XIV  əsrlərdə  də  Şirvanşahlar  dövləti  regionda  bir-biri  ilə  amansız 
çəkişmələrdə olan dövlətlərdən asılı olmamaq uğrunda mübarizə aparmış, ölkənin 
şimal  vilayətlərinin  qismən  sabit  mədəni  inkişafına  müəyyən  şərait  yaratmışdır. 
Azərbaycan mədəniyyət xadimləri bu yüzilliklər ərzində də Yaxın və Orta Şərqin 
elmi,  mədəni həyatında konkret zaman və  məkan hədlərinə sığmayan əməlləri ilə 
aparıcı mövqelər, şöhrət qazanmışdılar. 
XIV  əsrin  sonlarına  doğru  Yaxın  və  Orta  Şərqdə  hərbi-siyasi  vəziyyət 
yenidən  əsaslı  surətdə  dəyişdi  və  bu  dəyişmə  regionun  (xüsusilə  Azərbaycanın) 
mədəni  həyatına  təsirini  göstərdi.  Qızıl  Orda  xanlarının,  Əmir  Teymurun 
hökmranlıq  iddialarının  toqquşduğu  başlıca  məkan  Azərbaycan  olmuşdur.  Hərbi 
yürüşlərin,  feodal  çəkişmələrinin,  qarət  və  talanların  əsas  obyektinə  çevrilmiş 
Azərbaycan  elmdə,  ədəbiyyatda,  fəlsəfədə  rəsmi,  mühafizəkar  baxışlara  əks  olan 
müxalif təlimlərin, dahi şəxslərin vətəni,  fəaliyyət  məkanı kimi tanındı. XV əsrin 
Azərbaycan  mədəni  mühiti  hürufiliklə,  Fəzlullah  Nəiminin  və  İmadəddin 
Nəsiminin  ədəbi-fəlsəfi  fəaliyyəti,  Qaraqoyunlu  və  Ağqoyunlu  dövrünün  mədəni 
yüksəlişi, Şirvanşahların əzəmətli saray kompleksi və bir çox mədəni dəyərləri  ilə 
diqqəti cəlb edir. Bu yüzillikdə Azərbaycan torpaqları Qaraqoyunlu, Ağqoyunlu və 
Şirvanşahlar dövlətlərinin tərkibində olmuş, həmin dövlətlərin hərbi-siyasi qüdrəti 
Azərbaycanın  potensialına  əsaslanmışdır.  Azərbaycanın  bu  dövlətlərin  mərkəzi, 


275 
 
aparıcı qismi olması mədəniyyətimizin müxtəlif sahələrinin (xüsusilə ədəbiyyatın, 
memarlığın, təsviri sənətin) inkişafını təmin etmişdir. XV əsr Azərbaycan tarixində 
siyasi  sabitliyə  doğru  güclənməkdə  olan  meyllə  əlamətdardır.  Bu  yüzillik 
Azərbaycanın siyasi-iqtisadi, mədəni həyatında yeni yüksəliş dövrüdür. Əbdülqadir 
Marağayı,  Cahanşah  Həqiqi,  İmadəddin  Nəsimi,  Təbriz  miniatür  məktəbi,  bu 
şəhərdə  inşa  olunmuş  “Həşt-behişt”  saray  kompleksi,  qızılbaş ideologiyası,  İslam 
Şərqinin  mədəniyyət  mərkəzlərindən  biri  kimi  Təbriz  şəhərinin  yenidən  ön 
mövqeyə  keçməsi,  Seyid  Yəhya  Bakuvi  bu  tarixi  dövrün  mühüm  Azərbaycan 
mədəniyyət  faktları idi.  XV  əsrdə  də  Azərbaycan qonşu ölkələrin  hökmdarlarının 
(əsasən Teymurilərin) hərbi yürüşlərinin obyekti olmuş və bu yürüşlər nəticəsində 
Azərbaycan mədəniyyət xadimlərinin müəyyən qismi Herata aparılmış, bu dövlətin 
paytaxtında  yaradıcılıq  imkanlarını  gerçəkləşdirmişdir.  Əsrin  sonlarına  doğru 
bölgədə  yeni  hərbi-siyasi  situasiya  yarandı.  Qərbdən  (Osmanlı  dövləti 
istiqamətindən)  və  Şərqdən  (Teymuri  müdaxilələri)  aramsız  təzyiqlərdən  hərbi-
siyasi  potensialı  tükənmiş,  daxili  çəkişmələr  nəticəsində  zəifləmiş  Ağqoyunlu 
hakimiyyəti  şiə-qızılbaş  hərəkatının,  Səfəvi  xanədanının  getdikcə  güclənən  və 
geniş ictimai dəstəyə əsaslanan təzyiqləri qarşısında ideoloji, hərbi siyasi cəhətdən 
tərksilah olundu. Azərbaycan yeni - Səfəvilər dövlətinin mərkəzi oldu. Azərbaycan 
Səfəvilər dövləti Şərq, İslam və xüsusilə türk mədəni irsinin qorunması və inkişaf 
etdirilməsi prosesinin mühüm təminatçısına çevrildi. 
XVI-XVII  əsrlər  Azərbaycan  xalqının,  onun  mədəniyyətinin  təkamülü 
prosesində  əsaslı  keyfiyyət  mərhələsi  kimi  qiymətləndirilə  bilər.  Azərbaycan 
mədəniyyətinin  həmin  yüzilliklərdəki  ziddiyyətli  inkişafı,  bu  inkişafın  səciyyəvi 
xüsusiyyətləri  XVI  əsrə  qədərki  çox  əsrlik  mədəni-tarixi  inkişaf  prosesi  ilə 
şərtlənmişdi.  Bu  dövrün  mədəniyyəti  habelə  XVII  əsrdən  sonrakı  mədəni-tarixi 
tərəqqi üçün möhkəm zəmin idi. 
Şərq,  türk  və  İslam  mədəni  dəyərlərinin  daşıyıcısı  olan,  özünəməxsus 
təkamül  yolu  keçmiş  Azərbaycan  xalqının  özgünləşməsi  və  yeniləşməsi  prosesi 
XV  əsrin  sonlarından  başlanmışdır.  Bu  mədəni-tarixi  proses  XVI-XVII  əsrlərdə 
daha da güclənmiş və mədəniyyət faktlarında /ədəbiyyat və incəsənət, dil və ədəbi 
dil, folklor, fəlsəfə və elm, maarif/ bariz surətdə aşkara çıxmışdır. 
Azərbaycan  xalqının  etnogenetik  təkamülündə  yeniləşmə  prosesinin 
uğurlu  gedişini  XVI  əsrdə  Səfəvilər  dövləti  təmin  etmişdir.  Bu  yüzillikdə  bütün 
Azərbaycan  torpaqlarının  nisbətən  vahid,  mərkəzləşdirilmiş  siyasi  qurumda 
birləşməsi mədəniyyətin uğurlu inkişafına, xalqın etnik konsolidasiyasına həlledici 
təsir göstərmişdir. 
Mədəniyyətin  tərəqqisi  xeyli  mənada  ölkə  daxilində  baş  vermiş  ictimai-
iqtisadi,  siyasi  proseslərdən,  ideoloji  amillərin  təsir  dairəsindən  asılı  idi. 
Ümumdünya  əhəmiyyətinə  malik  olan  Böyük  coğrafi  kəşflər  və  XVI  əsrin 
əvvəllərindən XVII əsrin 40-cı illərinədək baş vermiş Osmanlı-Səfəvi müharibələri 
(bu müharibə Nadir şah Əfşarın hakimiyyəti zamanında  - 1746-cı ildə başa çatdı) 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə