Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə110/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   106   107   108   109   110   111   112   113   ...   138

235 
 
sənətə  heç  bir  təsir  göstərə  bilməmişdir”.
81
  Bu  isə  onunla  əlaqədardır  ki, 
Azərbaycan  İslam-ərəb  mədəniyyəti  sisteminə  islamaqədərki  mədəni  dəyərləri  ilə 
daxil olmuşdu və bu dəyərlər xalqın mədəni təkamül prosesində mütərəqqi, zəruri 
element  kimi  mühafizə  edilirdi.  ABŞ  tədqiqatçısı  B.Roulend  haqlı  olaraq  qeyd 
edirdi:  “Şərqin  və  habelə  Qərbin  incəsənətini  ifadə  tipinə  görə  iki  növə  ayırmaq 
olar:  Ənənə  ilə  bağlı  olan  və  onunla  bağlı  olmayan  incəsənət”.
82 
XVII  əsrdə 
feodalizm  üçün  səciyyəvi  olan  cəhət-sənətlə  incəsənətin  sıx  əlaqəsi  özünü  xüsüsi 
vüsətlə büruzə vermişdir. “Azərbaycan dekorativ-tətbiqi sənəti tarixində bu dövrdə 
ilk  dəfə  olaraq  insan  təsviri  qabarıq  bir  şəkildə  ön  plana  çıxır”.
83 
Geniş  xalq 
kütlələri  arasında  tanınmış  klassik  Şərq  şairlərinin  (Firdovsinin,  Hafizin,  Sədi 
Şirazinin,  Nizaminin,  Xaqaninin,  Nəsiminin,  Xətainin  və  Füzulinin)  əsərlərindən 
əxz  edilmiş  süjetlər,  gerçək  məişət  səhnələri  hazırlanan  sənət  məmulatının  üzvi 
bəzəyinə  çevrilmişdi.  Keramika  məmulatı,  toxunan  xalça  və  parçalar  artıq  yalnız 
məişət obyekti deyildi, onlar incəsənət əsəri nümunələri hesab edilirdi. 
Kaşıkarlıq  XVII  əsrdə  uğurla  inkişaf  edən  sənət  sahələrindən  biri 
olmuşdur.  Kaşı  məmulatının  üzərində  qabarıq  və  batıq  surətdə  nəbati  və  qrafik 
naxışlar  həkk  edilirdi.  Kaşılar  mavi,  yaşıl,  ağ,  firuzəyi  rənglərlə  boyanırdı.  Həkk 
edilmiş  yazılar  isə  Qurandan  və  klassik  poeziyadan  əxz  edilmiş  dini  mahiyyətli 
sözlər  idi.  “Kaşılarda  təsadüf  olunan  şeirlərin  əksəriyyəti  Xaqani  Şirvaniyə  və 
Cəlaləddin Rumiyə məxsusdur”.
84
 Kaşılar başlıca olaraq dördkünc, səkkizbucaqlı, 
xaçvari və s. formalarda hazırlanırdı. 
Dekorativ, süjetli parçalar hazırlanması işi XVII əsrdə  ən yüksək inkişaf 
mərhələsini  yaşayırdı.  Parçaların  üzəri  insan,  heyvan,  quş  təsvirləri,  yazılarla 
bəzədilirdi.  Həndəsi  və  nəbati  naxışlar  da  həmin  parçaların  mühüm  elementini 
təşkil  edirdi.  Azərbaycan  xalq  sənətinin  bu  növündə  süjetli  təsvirlərin,  canlı 
obyektlərin zənginliyi bu dövrün ictimai,  siyasi,  hərbi,  ideoloji,  mədəni həyatının 
ziddiyyətli mahiyyətindən, zənginliyindən irəli gəlirdi. Parçalar üzərindəki yazılar 
əsasən  dini  mahiyyət  daşıyırdı.  “Yazılar  adətən  parçadan  hazırlanmış  geyimlərin, 
məişət əşyalarının elə yerlərində verilirdi ki, o tez gözə çarpsın. XV əsrdən etibarən 
parça  üzərində  verilən  yazılarda  Qurandan  götürülmüş  sözlər  get-gedə  öz 
əhəmiyyətini  itirərək,  daha  çox  Şərq  şairlərinin  şeirləri  ilə  əvəz  olunmağa 
başlayırdı.  Şeirlər  içərisində  ən  görkəmli  yeri  Hafizin,  Sədinin  və  Nizaminin 
əsərləri  tuturdu”.
85
  Lakin  R.Əfəndiyevin  aşağıdakı  fikri  ilə  tam  razılaşmaq 
mümkün  deyildir.  “Parça  da  həyat  və  məişətdə  sırf  əməli  əhəmiyyətə  malik 
olmaqla bərabər, həm də üzərindəki söz və rəsmləri ilə dini təbliğ edərək, ideoloji 
rol oynamışdır”.
86 
Qeyd etmək zəruridir ki, orta əsrlərdə dini məna daşıyan yazılara 
və  rəsmlərə  yalnız  “yuxarıdan”  yeridilən  ideoloji  təbliğat  vasitəsi  kimi  qiymət 
vermək mümkün deyildir. Bu sənət əsərlərinin əsas istehsalçısı geniş xalq kütlələri 
idi.  Xalq  isə  həmin  dövrün  əsas  dünyagörüşünü  (dini  dünyagörüşünü)  labüd 
surətdə  sənət  əsərlərində  yaşadırdı,  maddiləşdirirdi.  Bədii  parça  məmulatında 


236 
 
görkəmli,  klassik  Şərq  şairlərinin  şeirlərindən  istifadə  edilməsi  isə  dövrün 
dünyagörüşünün tədricən dünyəviləşməsi prosesinin təzahürü hesab oluna bilər. 
Zərgərlik  Azərbaycan  dekorativ-tətbiqi  sənətinin  ən  qədim  və  geniş 
yayılmış  növlərindən  biridir.  Azərbaycan  ərazisində  aşkar  edilmiş  ən  qədim 
zərgərlik  nümunələri  e.ə.  II  minilliyə  aiddir.
87
  Qiymətli  metallardan  bəzək 
məmulatı,  müxtəlif  əşyalar  hazırlanması  işinə  qızıl  və  gümüş  sikkələrin  ticarət 
dövriyyəsində  artmasının  da  güclü  təsiri  olmuşdur.  Döymə,  basma,  minasazlıq, 
oyma, həkketmə, hörmə, şəbəkə, qara savad, pardaxlama, hatəmkarlıq zərgərliyin 
ən  mühüm  texniki  üsullarıdır  və  XVII  əsrdə  də  Azərbaycanın  sənətkarlıq 
mərkəzlərində  bu  üsullardan  geniş  istifadə  edilirdi.  XVII  əsrdə  yaşamış  Təbriz 
zərgərlərindən Mirzə Əli, onun oğlu Mirzə Muqim, usta Məstəli, habelə “misilsiz 
zərgər  Rəşidan”
88 
Azərbaycan  zərgərlik  ənənələrini  inkişaf  etdirən  sənətkarlar 
olmuşlar. 
XVII  əsrdə  Azərbaycanda  plastika  sənəti  özünün  yüksəliş  mərhələsini 
keçirirdi.  Qəbirüstü  daşlar,  qoyun  və  at  fiqurları  daşyonma,  daşoyma  sənətinin 
klassik  nümunələridir.  XVII  əsrə  aid  olan  bu  nümunələrin  üzərində  süjetli, 
ornamental  bəzəklər  üstünlük  təşkil  edir  və  islamaqədərki,  əski  türk  mənəvi 
dəyərlərinin dirçəldilməsi prosesinin gücləndiyini sübut edir.89 
Azərbaycan dekorativ – tətbiqi sənətinin aparıcı növü xalçaçılıq idi. XVI-
XVII  əsrlərdə  xüsusi  sifarişlə  toxunmuş  bir  çox  Azərbaycan  xalçaları  sırf  xalq 
yaradıcılığından daha  çox peşəkar saray  incəsənəti nümunəsini xatırladır.
90
  Xalça 
məmulatına  olan  daxili  və  xarici  tələbatı  ödəmək  üçün  Təbrizdə  və  bir  sıra 
Azərbaycan  şəhərlərində  xüsusi  karxanalar  fəaliyyət  göstərirdi.  Karxanalarda 
hazırlanmış məmulat Yaxın və Orta Şərq ölkələrinə, İtaliya dövlətlərinə, Fransaya, 
İngiltərəyə  və xüsusilə Moskva dövlətinə də ixrac edilirdi. Süjetli xalçalar əsasən 
Təbrizdə  istehsal  olunurdu.  Xalçaların  əsas  hissəsi  isə  ornamental  tərtibatlı  idi. 
Səfəvi  şahları  xalça  istehsalından  və  satışından  külli  miqdarda  mənfəət  hasil 
edirdilər. 
Folklor  musiqi: XVII əsrin Azərbaycan mədəni həyatının ən səciyyəvi 
cəhətlərindən biri folklorla musiqinin sıx əlaqədə inkişafı olmuşdur. Bu əsr folklor 
janrlarının (xüsusilə  dastanların) inkişafında  “məhsuldar”  dövr idi.  “Şah İsmayıl” 
dastanı  bitkin  bir  əsər  kimi  XVII  əsrdə  tam  təşəkkül  tapdı.  “Abbas  və  Gülgəz”, 
“Əsli və Kərəm”, “Aşıq Qərib”, “Koroğlu” dastanları həmin əsrdə meydana gəlmiş 
folklor  nümunələridir.
91
  Bu,  habelə  XVII  əsrə  qədərki  dastanlar  yeni  folklor 
nümunələri  ilə  daim  zənginləşirdi.  Çox  dinamik  janr  olan  dastanların 
zənginləşməsini aşıqlar təmin edirdilər. “Aşıq” -  ərəb sözü olub “aşiq” deməkdir. 
Əsil  aşıqlar  indiki  aşıqlardan  fərqlənmişlər.  Onlar  məhəbbətin  təsiri  ilə  şeir  və 
musiqi qoşmaq istedadına malik əfsanəvi şəxslər olmuşlar. Sonralar “aşıq” adı əsil 
aşıqlar  haqqında  dastanlar  danışan,  həm  də  öz  hekayətini  sazın  müşayiəti  altında 
mahnılarla  izah  edən  şəxslərə  verilmişdir.  Hökmdarlar,  xanlar  və  başqa  tax-tac 
sahibləri  ən  yaxşı  aşıqları  saraya  cəlb  etməyə  çalışmış  və  onları  saray  musiqiçisi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə