Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə99/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   95   96   97   98   99   100   101   102   ...   138

210 
 
 
§ 9Fəlsəfə və elm 
 
Orta əsrlərdə fəlsəfi ideyalar başlıca olaraq dini dünyagörüşü çərçivəsində 
yaranır,  təşəkkül  tapır,  inkişaf  edir  və  təbliğ  olunurdu.  Bu  baxımdan  Azərbaycan 
fəlsəfəsinin orta  əsrlər (feodalizm)  mərhələsi də  istisnalıq təşkil etmir. XVI əsrdə 
Şərqdə  (habelə  Azərbaycanda)  ən  geniş  yayılmış  fəlsəfi  təlim  təsəvvüf  idi.  Bu 
anlayış  “Teosofiya”nın  (yunan  sözünün)  ərəb  dilinə  uyğunlaşdırılmış  şəklidir.
227
 
Dinin  aparıcı  ictimai  şüur  forması  olduğu  bir  mühitdə  insanın  kamilliyə
 
doğru 
meyli, dünyanın mənfiliklərindən təmizlənmə yolu yalnız din məcrasında baş verə 
bilərdi.  Təsəvvüf  (sufilik)  dini-ictimai-fəlsəfi  cərəyanı  insana  özünütərbiyənin, 
təkmilləşmənin,  “Allahın  dərk  olunmasının”  subyekti  və  obyekti  kimi  yanaşırdı. 
Panteist  ruhda  olan  sufılik  rəsmi  dini  ehkamlara  nisbətən  insana  fəal  varlıq  kimi 
yanaşırdı.  Sufilər  bəzən  xristianlıqdan,  bütpərəstlikdən,  zərdüştilikdən, 
buddizmdən və İslam Şərqində yayılmış müxtəlif dini-fəlsəfi cərəyanlardan da bir 
sıra  ideyaları  mənimsəmişdilər.  Sufilik  dünyagörüşü  üçün  din  sisteminə  qapılıb 
qalmamaq,  dünyəviliyə  meyil  etmək  səciyyəvi  idi.  Beləliklə,  sufilik  heç  bir  dini 
sistemə  sığmayan  dünyagörüşü  kimi  anlaşıla  bilər.  Şah  I  İsmayılın  dövründə 
sufiliyin  ən  güclü  təlimlorindən  biri  olan  hürufılik  də  ikinci  dirçəliş  dövrü 
keçirirdi.
228
  Şərq  təsəvvüfü  tarixində  ən  ifrat  və  mübariz  təriqətlərdən  biri  olan 
hürufılik  şiə  ideologiyası  ilə  ittifaqa  daxil  oldu  və  Səfəvilər  dövrünün  ən  çox 
himayə  görən  təliminə  çevrildi.  Hürufilər  üçün  səcdə  obyekti  qeyri-müəyyən 
obyekt  deyil,  konkret,  gerçək,  gözəl,  kamilləşmə  yolu  sonsuz  olan  İnsan  idi. 
Mülləq  ideya  (Allah)  İnsanın  daxili  aləmindən  hasil  edilirdi.  İdeyalar  haqqındakı 
bütün  mübahisələr  İnsanın  ətrafında  cərəyan  edirdi.  Azərbaycanda  fəlsəfi 
ideyaların başlıca mənbəyi klassik ədəbiyyatdır. Bu baxımdan Şah İsmayıl Xətai, 
Məhəmməd Füzuli, Məhəmməd Əmani və s. şairlər də istisna deyildilər. Məsələn, 
Şah İsmayıl Xətainin şeirlərindən birində deyilir: 
Əgər dərviş, əgər mirü səlatin, 
Bu beş gün dünyada mehman degilmi? 
 
Cəhanə eşq ilən üryan gələnlər,  
Gedəndə həm yenə üryan degilmi?
229
 
 
Şair-hökmdar digər şeirində yazmışdır: 
 
Bu fani ömür cahanda qalmaz,  
Bəxş et bizə ömri-cavidani.
230
 
 
Dünyəvi  nemətləri  tərənnüm  edən  Şah  I  İsmayıl  təbii  olaraq  dini 
dünyagörüşünə malik olan tipik orta əsr insanıdır: 


211 
 
Allah kərimü ləmyəzəldir,  
Zati əbəd oldu, həm əzəldir,  
Var etdi cahani yox ikən ol,  
Kimsə bulamaz bu sirrə heç yol.
231
 
Məhəmməd  Füzulinin  poetik  yaradıcılığı  da  dərin  fəlsəfı  ideyalar 
mənbəyidir.  O,  yüksək  elmi  səviyyədə  yazılmış  “Mətləül-etiqad”  əsərinin    (ərəb 
dilində)  müəllifidir.  Əsərdə  Aristotelin,  Platonun,  Empedoklun,  Demokritin  və 
başqa  yunan  filosoflarının,  Ən-Nizamın  fikirlərindən  geniş  şəkildə  istifadə 
edilmişdir.  Füzuli,  həmçinin  fars  və  Azərbaycan  dillərində  müəmmalar  da  tərtib 
etmişdir.  O,  fars  dilində  “Müəmmiyəti-farsi”  risaləsi  yazmış,  əsərdə  müəmmanın 
xüsusiyyətləri, onun yazılma qaydaları, növləri və açılma sirləri barədə məlumatlar 
vermişdir.
232
 
XVI  əsrdə  fəlsəfədə,  ilahiyyatda  və  digər  ənənəvi  elmlərdə  ən  peşəkar 
alim İlahi Ərdəbili olmuşdur.
233
 O, XV əsrin Azərbaycan ilahiyyatçı-filosofu Seyid 
Yəhya Bakuvinin layiqli davamçısı idi. Digər Azərbaycan alimi İbrahim Şəbüstəri 
həm  mahir  ilahiyyatçı,  təsəvvüf  təliminin  tədqiqatçısı,  həm  də  ərəb  dilinin  gözəl 
bilicisi  kimi  şöhrət  tapmışdır.  O,  Quranın  bir  hissəsinə  təfsir  də  yazmışdır.
234
 
Təbabət  sahəsində  Əlaəddin  Həkim  Təbrizi,  riyaziyyat  sahəsində  Abdulla  Şeyx 
Şəbüstəri, şeirşünaslıq, əruz və qafiyə sahəsində Vəhidi Təbrizi dövrünün görkəmli 
şəxsləri idilər. 
XVI  əsr  Azərbaycanda  tarix  elminin  canlanması  ilə  səciyyəvidir.  “Tarix 
bir elm sahəsi kimi Qərbə  nisbətən Şərqdə  daha  erkən  meydana  gəlmişdir. Lakin 
praqmatik bir elm kimi o, Qərbdə Şərqə nisbətən daha  erkən və daha tam şəkildə 
inkişaf etmişdir”.
235
  Şərq  ölkələrinin  (habelə  Azərbaycanın)  tarix  elminin  inkişafı 
üçün  əsasən  təsvirçilik,  hadisələrin  mahiyyətinə  dərindən  varmamaq,  hərbi  və 
siyasi tarix problemlərinə aludəlik səciyyəvi olmuşdur. Tarix elminin inkişafı üçün 
bu  səciyyəviliyi  Şərqdə  hərbi-siyasi  proseslərin  daha  fəal  olması  ilə  izah  etmək 
olar. Azərbaycanda da tarix elmi sarayın himayəsi altında inkişaf edirdi ki, bu da 
onun  tədqiqat  təmayülünə  güclü  surətdə  təsir  göstərməyə  bilməzdi.  Bu  baxımdan 
XVI əsrin Azərbaycan tarix elmi də istisnalıq təşkil etmirdi. 
Orta  əsr  şüuru  keçmişə,  tarixə  meyilli  idi.
236
  XVI  əsrin  Azərbaycan 
tarixçilərini də keçmiş, tarixi hadisələr daim məşğul edirdi. Müasiri olduğu dövrün 
təsvirini  verən  tarixçilər  onu  keçmişlə  əlaqələndirməyə  can  atırdılar.  Onlar  öz 
əsərlərində konkret bir ölkə ilə (Azərbaycanla, Səfəvilər dövləti ilə) məhdudlaşmır, 
təsvir  zamanı  Yaxın  və  Orta  Şərq  regionunu  əhatə  etməyə  çalışırdılar.  Səfəvi 
hökmdarları  tarixçilərə  qayğı  göstərir  və  şəxsi  xidmətlərinin  əsərlərdə  geniş  əks 
etdirilməsinə,  qiymətləndirilməsinə  can  atırdılar.  Həsənbəy  Rumlu  XVI  əsrin 
görkəmli  tarixçisi  olmuşdur.  Həsənbəy  Rumlu  uşaq  ikən  atasını  itirmişdi.  O, 
Rumlu  tayfasından  idi  və  Şah  I  Təhmasibin  mötəbər  əmirlərindən  olan  babası 
Sultan  Rumlunun  himayəsində  boyümüş,  Səfəvilər  sarayının  mükəmməl  təhsil, 
tərbiyə  sistemində  yetişmişdi.  O,  Şah  I  Təhmasibin  Gürcüstana  (1546-1547), 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə