Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə94/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   90   91   92   93   94   95   96   97   ...   138

200 
 
İraqda tikilmiş  memarlıq kompleksləri Səfəvi abidələri ilə  zənginləşdi.  XVI əsrin 
ilk onilliklərində İraq ərazisi Səfəvilər dövlətinin   tərkibində  idi  və  məhz  həmin 
dövrdə  memarlıq  əlaqələri  bu  ölkədə  öz  nəticələrini  vermişdir.  “Böyük  ərazidə 
güclü  teokratik  dövlət  qurmuş  Səfəvi  sülaləsi  öz  dini  təriqətini  daha  geniş  təbliğ 
etmək üçün İraqda olan şiə müqəddəslərinin qəbirləri  üstündə  monumental türbə-
məscid  kompleksləri  tikdirirdi.  Beləliklə,  XVI  yüzildə  Bağdad,  Samarra,  Kərbəla 
və  Nəcəfdə  Azərbaycan  Səfəvi  dövlətinin  saray  memarlarınmın  başçılığı  ilə  bir-
birindən  təntənəli  binalar  ucaldılır.  Bu  işdə  I  Şah  İsmayıl  xüsusilə 
fərqlənmişdir”
169
.  Şah  İsmayılın  göstərişi  ilə  Bağdad  yaxınlığında  Kazımiyyə 
kompleksi  ucaldılmışdı.  Əsası  XIV  əsrin  II  yarısında  qoyulmuş,  2  günbəzli  və  1 
minarəli  türbənin  yenidən  qurulması  əsasında  1519-cu  ildə  gözəl  bir  kompleks 
əmələ gətirilmişdi. Səfəvi hökmdarının və Azərbaycan memarlarının rəhbərliyi ilə 
İraqda  tikilmiş  dini-xatirə  komplekslərindən  ən  gözəli  Kərbəla  şəhərindəki  İmam 
Hüseyn  türbəsidir.  Abidə  5  günbəzli,  2  minarəlidir.  Kazımiyyə  kompleksi  istisna 
olunmaqla,  İraqda  tikilmiş  türbələrin  hamısı  iki  minarəlidir  Ümumiyyətlə,  İraq 
uzun  müddət  ərzində  mərkəzi  vilayəti  Azərbaycan  olan  müxtəlif  iri  dövlətlərin 
(Elxanilər-Hülakülər, Cəlairilər, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin) 
tərkibində  olmuşdur.  Buna  görə  də  İraq  memarlığında  Azərbaycan  memarlıq 
ənənələrinin təsiri güclü idi. XVI əsrdə Osmanlı-Azərbaycan memarlıq əlaqələrini 
gücləndirən  başlıca  amil  Osmanlı-Səfəvi  qarşıdurması  idi.  “Türk  hökmdarları 
sultanlığın  nəhəng  ərazisində  apardıqları  böyük  tikinti  işlərinə  çox  vaxt,  xüsusilə 
XVI  əsrədək  qonşu  müsəlman  ölkələrinin  bədii  qüvvələrini  cəlb  edirdilər.  Bu 
prosesdə  Azərbaycan  Osmanlı  sultanlığı  üçün  hər  cəhətdən  əlverişli  memarlıq-
bədii baza idi”.
l70
 Əlavə etmək lazımdır ki, XVI əsrdən etibarən Azərbaycan bədii 
potensialı Osmanlı-Səfəvi müharibələri prosesində, zorla mənimsənilirdi. 
Məsələn,  1514-cü  ildə  baş  vermiş  Çaldıran  döyüşündən  sonra  Sultan 
Səlim Yavuzun Osmanlı qoşunları Təbrizi işğal etdilər və geri qayıdarkən minlərlə 
sənətkarı  Osmanlı  Türkiyəsinə  apardılar.  Bu  dəstənin  içərisində  yaradıcılığı 
Azərbaycan-Osmanlı memarlıq əlaqələri tarixində tam bir mərhələ olan memar Əli 
Təbrizi də vardı. “Memarlıq tarixinə Əcəm Əlisi, Əsir Əli, Sünni Əli adı ilə düşən 
bu sənətkarı Sultan Səlim Yavuz sultanlığın memarbaşısı qoyur. Nəhəng Osmanlı 
Sultanlığı  ərazisində  22  ildən  çox  məhsuldar  yaradıcılıq  fəaliyyəti  göstərən  Əsir 
Əli türk memarlığında böyük iz qoymuşdur”.
171
 Türkiyə tədqiqatçıları İstanbuldakı 
Topqapı  sarayının  II  baştağmı,  sultan  II  Səlim  kompleksini,  Yazarı,  Bala  Paşa, 
Mahmud  Paşa  məscidlərini,  Əskişəhərdəki  Çoban  Mustafa,  Çorludakı  Süleyman, 
Təkirdağdakı  Ayaz  Paşa,  Sofiyadakı  Səfiəddin  Qazi,  Manisadakı  Sultan, 
Qəbzədəkı  Çoban  Mustafa,  Trabzondakı  Xatuniyyə,  Konyadakı  Səlim, 
Bozayukdakı  Qasım  Paşa  məscidlərini,  Halıcılardakı  mədrəsəni,  yeməkxananı  və 
məktəbi, Sarayevodakı (Bosniya) məscidi, sarayı və Gənclər binasını, kitabxananı 
Azərbaycan memarı Əli Təbrizinin başlıca memarlıq əsərləri hesab edirlər. Yalnız 
bir  sənətkarın  Memar  Əli  Təbrizinin  timsalında  Azərbaycan  memarlarının 


201 
 
yaradıcılığının  məhsuldarlığı,  bu  fəaliyyətin  miqyasının  genişliyi,  tikilmiş 
abidələrin funksional  zənginliyi aydın şəkildə  nəzərə  çarpır. Əsir Əli Azərbaycan 
memarlıq  tarixində  bizə  bəlli  olan  ən  məhsuldar  memardır.
172
  Azərbaycan-İran 
memarlıq  əlaqələrinin  tarixi  çox  qədimdir.  Tarixin  qədim  dövrlərindən  etibarən 
Azərbaycanın və İranın vahid dövlət tərkibində olmaları memarlığın üzvi inkişafı 
prosesinə  də  güclü  təsir  etmişdir.  XVI  əsrin  sonlarında  Səfəvilər  dövləti 
paytaxtının  Qəzvindən  İsfahana  köçürülməsi  Azərbaycan  memarlıq  ənənələrinin 
İran  zəminində  yeni  təsirini  də  artırdı.  İsfahan  memarlığının  əsasında  Təbriz 
memarlıq  məktəbinin  arxitektura  ənənələri  dayanırdı.  Məsələn,  İsfahanda  inşa 
olunmuş Şah meydanı adlı şəhər mərkəzi Təbrizin Sahibabad kompleksi üslubunda 
idi. Molla Abdulla Təbrizi, Əbdüllətif Təbrizi və Əlirza Abbasi İsfahanda fəaliyyət 
göstərmiş  ən  məşhur  və  mahir  kalliqraf,  nəqqaş  idilər.  Memarlıq  abidələrinin 
üzərindəki yazı və bəzəkləri bu sənətkarlar yerinə yetirmişdilər. 
XVI  əsrdə  mahir  və  məşhur  memarlar,  rəssamlar  “ustad”  adını 
daşıyırdılar. Fars mənşəli olan bu anlayışa XVI əsrin yazılarında daha çox təsadüf 
olunur.
173
  XVI  əsrin  Azərbaycan  memarları  içərisində  ən  məşhurları  Şəmsəddin 
Təbrizi, Şəmsəddin Şamaxılı, Əsir Əli Təbrizi, Şeyx Bəhaəddin, Mövlana Əlibəy 
Təbrizi,  Mustafa,  Hüseynbəy  Müzəffərəli  Təbrizi,  Mirseyid  Əli  Təbrizi  xüsusilə 
fərqlənirdilər.
174 
Beləliklə,  XVI  əsrdə  Azərbaycan  memarlarının  fəaliyyəti  yalnız 
ölkə  ərazisi  ilə  məhdudlaşmırdı.  İstanbul,  Bağdad,  Herat,  Dehli,  Aqra,  Qahirə, 
Sarayevo, Manisa, Şəhrisəbz, Sivas, Səmərqənd, İsfahan, Məşhəd, Kərbəla, Sofıya 
şəhərləri  Azərbaycan  memarlarınm  mühüm  fəaliyyət  obyektləri  idi.  Müsəlman 
Şərqində Azərbaycan memarlıq məktəbi yüksək qiymətləndirilirdi. “Azərbaycanın 
beynəlxalq  memarlıq  əlaqələrində  fəal  mövqe  tutduğunu  belə  bir  fakt  da  təsdiq 
edir.  Azərbaycan  ərazisindəki  memarlıq  abidələrinin  heç  birində  gəlmə 
sənətkarların,  yadelli  memarın  adı  aşkar  edilməmişdir.
 
Çoxlu  azərbaycanlı 
memarın, xəttatın və nəqqaşın adları isə Şərqin müxtəlif şəhərlərinin monumental 
abidələrində indiyəcən qalmaqdadır”.
175
 
 
§ 6. Təsviri incəsənət və xəttatlıq 
 
Tarixi  inkişaf  prosesinin  spesifikliyi  ona  gətirib  çıxarmışdır  ki,  Şərq 
ölkələrində  (eləcə  də  Azərbaycanda)  məhz  miniatür  rəssamlığı  güclü  şəkildə 
inkişaf  etmişdir.  XVI  əsrin  Azərbaycan  miniatür  rəssamlığı  çoxəsrlik  ənənə 
əsasında tərəqqi etmişdir. Eyni zamanda rəssamlığın Şərq ölkələri üçün səciyyəvi 
olan bu tipi yalnız Azərbaycan mühiti ilə məhdudlaşdırıla bilməz. 
İncəsənətin mühüm növlərindən olan “rəssamlıq elmdir və təbiətin qanuni 
qız  övladıdır”.
176
  Hər  hansı  bir  mədəniyyət  sistemini  rəssamlıq  olmadan  təsəvvür 
etmək  mümkün  deyildir.  İslam  dininin  güclü  təsirə  malik  olduğu  İslam  Şərqində 
(eləcə də Azərbaycanda) də rəssamlıq mühüm incəsənət sahəsi kimi özünün inkişaf 
imkanlarını  gerçəkləşdirə  bilmişdi.  “Müsəlmanlar  yəhudilərlə  bir  sıra  ümumi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə