Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə91/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   87   88   89   90   91   92   93   94   ...   138

194 
 
tədris  sistemi  mövcud  idi  (İslam  dininin  bu  və  ya  digər  təriqətinə  mənsub  olan 
ilahiyyatçı  öz  tərəfdarlarını  təlimatlandırır  və  öz  təlimini  təbliğ  etmək  üçün 
şagirdlərı  müxtəlif  ölkələrə  göndərirdi).  Məktəblərdən,  mədrəsələrdən  və 
xanəgahlardan  ibarət  olan  müsəlman  maarif  sistemi  Azərbaycanda  əsasən  XII 
əsrdə formalaşmışdı.
136
 Ali ruhani təhsili obyektləri olan mədrəsələr XII əsrdə artıq 
Naxçıvan,  Xəbriz,  Həmədan,  Şamaxı  və  Gəncə  şəhərlərində  fəaliyyət  göstərirdi. 
Bütün  bu  faktlar  orta  əsr  Azərbaycanında  təhsil  sistemlərinin  müxtəlifliyini 
göstərir. Müxtəlif ictimai,  hərbi-siyasi  hadisələr təhsil  müəssisələrinin azalmasına 
səbəb olmurdu. Bəzən mədrəsələr dini, xeyriyyə və elmi müəssisələrin mürəkkəb 
məcmusu kimi yaranıb təşəkkül tapırdı.
137 
Bu dövrdə Təbrizdə və bəzi Azərbaycan 
şəhərlərində  bədii  kalliqrafiyanın  (xəttatlığın)  tədris  edildiyi  xüsusi  məktəblər  də 
təşkil  edilmişdi.  Bu  məktəblərdə  qiymətli  elmi  və  bədii  əsərlərin  əlyazmalarını 
hazırlayacaq xəttatlar təhsil alırdılar. 
XVI  əsrdə  məscidlərdə  və  mədrəsələrdə  təhsil  prosesinin  uğurlu  gedişi 
üçün  zəruri  maddi  zəmin  vardı.  “Demək  olar  ki,  bütün  məscidlərdə  və 
mədrəsələrdə  kitabxanalar  və  yaxud  əlyazma  məcmuələri  var  idi.  XVI-XVII 
əsrlərdə  Azərbaycanda  ən  iri  kitabxana  Ərdəbildəki  Şeyx  Səfiəddinin 
məqbərəsində idi. Burada kitabların əksəriyyəti ərəb dilində, bir hissəsi isə fars və 
türk  dillərində  idi”.
138
  Maarifin  inkişafı  prosesinə  kalliqrafiyanın  mühüm  təsiri 
olmuşdur.  Təbriz,  Ərdəbil,  Marağa  və  Şamaxı  kitabxanaları  xəttatların  toplandığı 
əsas mədəniyyət mərkəzləri idi. XVI əsrin əvvəllərindən etibarən Təbriz Yaxın və 
Orta  Şərqin  ən  iri  kalliqrafiya  mərkəzinə  çevrilmişdi.  Saray  kitabxanasında, 
məscidlərdə  və  mədrəsələrdə  çalışan  xəttatlar  elmi,  bədii  əsərlərin  üzünü 
köçürməklə maarifin inkişafına güclü təsir göstərirdilər. 
XVI əsrdə  şəhərlərin inkişafı,  ticarət  fəaliyyətinin intensivləşməsi  maarif 
sisteminin  genişlənməsinə,  tədris  prosesində  aparıcı  mövqedə  olan  ruhanilərin 
funksiyalarının  artmasına  səbəb  oldu.  Artıq  XVI  əsrin  sonlarına  doğru  yalnız 
Təbrizdə  47  mədrəsə,  600-ə  qədər  məktəb  fəaliyyət  göstərirdi.
139
  Bu  tədris 
müəssisələrində  təhsilin  müddəti  xeyli  dərəcədə  şagirdlərin  qabiliyyətindən  və 
müəllimlərin hazırlığından asılı idi. Məktəblərdə təhsil 6-8, mədrəsələrdə isə 15-20 
il  davam  edirdi.
140
  Şagirdlərin  və  tələbələrin  qəbulu,  buraxılışı  işində  qəti  qayda 
yox idi. Tədris proqramının mənimsənilməsi başlıca meyar kimi çıxış edirdi. Ona 
görə də qəbul və buraxılış bütün il ərzində həyata keçirilirdi. Təbiidir ki, maddi və 
mənəvi dəyərləri öz əllərində cəmləşdirmiş dünyəvi və ruhani feodalların, tacirlərin 
və  müəyyən sərvətə  malik olan sənətkarların övladları məktəblərdə, mədrəsələrdə 
tam  təhsil  almaq  imkanına  malik  idilər.  Qayğılarla  əhatə  olunmuş,  ehtiyac 
içərisində  olan  geniş  xalq  kütlələri  isə  bu  təhsil  sisteminin  bəhrələrindən  çox  az 
faydalanırdılar.  Ərəb  dilinin,  Quranın  və  fars  dilinin  öyrənilməsi  bütün  təhsil 
müəssisələrində məcburi idi. Hər müdərris 10-15 şagirdin təlimi ilə məşğul olurdu. 
XI-XIII  əsrlərdən  etibarən  məktəblərdə  və  mədrəsələrdə  fars  dilinin  öyrənilməsi 
proqramın zəruri elementinə  çevrilmişdi.  Tədris prosesində  fars dili tədricən ərəb 


195 
 
dilini  sıxışdırmağa  başladı.
141
  Rəsmi  dövlət  sənədlərinin,  poeziya  nümunələrinin 
fars  dilində  yazılması  ənənəsi  qərarlaşdı  və  bu  təmayül  təhsil  proqramına  da  öz 
təsirini  göstərirdi.  XVI  əsrdə  məktəblərin  və  mədrəsələrin  proqramında  fars  şairi 
Sədi  Şirazinin  (1292-ci  ildə  vəfat  etmişdir)  “Gülüstan”  (1258)  və  “Bustan”  adlı 
ibrətamiz  səciyyəli  əsərləri  əsas  yerlərdən  birini  tuturdu.  Məhəmməd  Füzulinin 
“Leyli  və  Məcnun”  əsəri  əlavə  tədris  vəsaiti  kimi  şəxsi  məktəblərin  proqramında 
mövcud idi. Orta əsr incilərindən hesab olunan “Kəlilə və Dimnə” (Hindistan) əsəri 
də tədris obyektinə çevrilmişdi. XVI əsrin alimləri ərəb, fars dilləri vasitəsilə Şərq 
və  qədim  yunan  mədəniyyəti  ilə tanış olur, əldə  olunmuş bilikləri şagirdlərinə  və 
tələbələrinə  ötürürdülər.  Təbriz  və  Şamaxı  mədrəsələrinin  əksəriyyətində  fəlsəfi 
əsərlərin  öyrənilməsinə  xüsusi  diqqət  yetirilirdi.
142
  Mədrəsələrdə  məşğələlər  bir 
neçə  yüz  tələbənin  yerləşdiyi  bir  zalda  keçirilirdi.  Tələbələr  müəllimlərə  sual 
vermək  hüququna  malik  idilər.
143
  Müsəlman  ölkələrinin  əksəriyyətində  (habelə 
Azərbaycanda)  tədrisin  bu  qaydası  qərarlaşmışdı.  Mədrəsənin  tələbələri,  adətən 
müstəqil məşğul olur və mədrəsənin nəzdində olan xüsusi binalarda yaşayırdılar.
144
 
Beləliklə,  XVI  əsrdə  Azərbaycanda  maarif  müsəlman  maarif  sisteminin  tipik 
nümunəsi idi və dövrün tələbləri səviyyəsində inkişaf edirdi. 
 
§ 5. Memarlıq 
 
Müsəlman mədəniyyəti sistemində memarlıq aparıcı incəsənət sahəsi kimi 
təşəkkül  tapmışdır.  “Müsəlman  memarlıq  ansamblının  xarakteri  qalan  incəsənət 
növlərinin təşkili xarakterini  də  xeyli dərəcədə  müəyyənləşdirmişdi”.
145
  İlkin  orta 
əsrlər  dövründə  müsəlman  memarlığı  sisteminə  daxil  olmuş  Azərbaycan 
memarlığının  qədim  ənənələri  vardır.  Yerli  memarlıq  ənənələri  və  müsəlman 
memarlığının  başlıca  xüsusiyyətləri  əsasında  XII-XV  əsrlərdə  yüksək  inkişaf 
dövrünü  keçirmiş  Azərbaycan  arxitekturası  özünün  milliliyi  ilə  seçilir. 
Azərbaycanda  yerli  memarlıq  məktəbinin inkişaf dərəcəsini və nüfuzunu belə  bir 
fakt  sübut  edir  ki,  hələ  İslamın  yayıldığı  ilk  illərdə  xəlifə  Ömər  Kufədə  ilk 
müsəlman  məscidinin  tikintisini  Azərbaycandan  dəvət  etdiyi  memara 
tapşırmışdı.
146 
Memarlıq incilərinin əksəriyyəti Təbriz, Naxçıvan, Bakı, Ərdəbil, Gəncə, 
Şamaxı, Qəzvin və s. kimi şəhərlərdə cəmləşmişdi. Orta əsr şəhərləri müəyyən bir 
sistemi  təşkil  edən  ictimai-iqtisadi,  siyasi  və  mədəni  gerçəklik  idi.  “Şəhər  və 
kəndlərin  xarici  görkəmində  də  rəngarənglik,  müxtəliflik  üstünlük  təşkil  edirdi. 
Orta  əsr  şəhərləri  müasir  şəhərlər  kimi  səliqəsiz  şəhərətrafına  çıxmırdı.  Onlar 
divarlarla  əhatə  olunmuş  vahid  tam  kimi  çıxış  edirdiər”.
147
  Şərq  şəhərlərinin 
əksəriyyətinin  inkişaf  planı  əsaslı  şəkildə  müdafiə  sistemindən  asılı  idi.  Bu 
baxımdan Azərbaycan şəhərləri də istisnalıq təşkil etmirdi. Bu səciyyəvilik Şərqdə 
hərbi-siyasi proseslərin xüsusi dinamikliyə  malik olmasının nəticəsi idi.  Məhz  bu 
səciyyəvilik 
orta 
əsrlər 
Azərbaycanında 
şəhərsalma 
işlərini 
xeyli 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə