Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə87/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   83   84   85   86   87   88   89   90   ...   138

186 
 
məliküşşüəralıq  rütbəsinə  çatdırmışdı.  Onun  poetik  dili  folklor  üslubuna  çox 
yaxındır və şeirlərində ərəb, fars sözləri azdır.
93
 
İlahi Ərdəbili dövrünün məşhur alimi və şairi, maarif xadimi idi. Onun 12 
minə  yaxın  şeiri  var.  Alim  30-dan  artıq  əsərin,  risalənin,  qeydin,  əlavənin  və 
haşiyənin  fars,  ərəb,  türk  dillərində  müəllifidir.  O,  Quranı  fars  və  ərəb  dillərində 
təfsir  etmişdir.  İlahi  Ərdəbili  Mahmud  Şəbüstərinin  təsəvvüf  təriqətinə  aid 
“Gülşəni-raz”  əsərinə  də  şərh  yazmışdır.  O,  habelə  dövrünün  poetik  və  elmi 
məclislərində fəal iştirak edirdi.  
Şah I İsmayılın oğlu Sami Sam Mirzə (1517 – 1567) şair və alim idi. Sam 
Mirzə 1550-ci ildə “Töhfeyi-Sami” adlı təzkirə yazmış,
94
 orada XV əsrin sonunda - 
XVI əsrin ortalarında yaşamış 664 Azərbaycan və fars şairi haqqında qısa məlumat 
vermişdir. 
XVI  əsrdə  bir  sıra  klassik  poeziya  nümunələri  yaratmış  hökmdar 
şairlərdən biri Şah I Təhmasibin oğlu II İsmayıl idi. O, şeirlərini “Adil” təxəllüsü 
ilə  yazırdı.  1576-1577-ci  illərdə  şahlıq  etmiş  II  İsmayıl  qəddarlığı  ilə  şöhrət 
qazanmışdı.
95
  O,  hakimiyyətə  namizəd  olan  qardaşlarını  qətlə  yetirməkdən  də 
çəkinməmiş,  1577-ci  ilin  24  noyabrında  özü  saraydaxili  çəkişmələrin  qurbanı 
olmuşdur.
96
  Adil  (Şah  II  İsmayıl)  dövrünün  kəskin  siyasi  ziddiyyətlərini  əks 
etdirən tipik şair-hökmdar idi. 
Azərbaycanın  XVI  əsr  ədibləri  müxtəlif  poetik  məclislərdə  də 
məharətlərini  nümayiş  etdirirdilər.  O  dövrdə  şairlərin  yalnız  poeziyadan  xəbərdar 
olması, şairlik məharəti məclislərdə iştirak etmək üçün  kifayət  deyildi. “Mədrəsə 
görməyən,  məntiqə,  fəlsəfəyə,  tarixə,  həndəsəyə  və  cəbrə,  nücuma  və  müəmma 
qanunlarına  bələd  olmayan  şair  mürəkkəb  müəmma  deyə  bilməz  və  belə 
müəmmaları açmaqda da aciz qalardı. Şairin bir neçə dil (Azərbaycan, fars və ərəb 
dillərini)  bilməsi  tələb  olunurdu.  Məclislərdə  şairlər  müşavirə  edir,  deyişir  və 
yarışırdılar”.
97
  Şairlərin  ustalığı,  poetik  məharəti  saraylarda,  tacirlərin  və  bəzi  
hakimlərin  evlərində  keçirilən    şeir  məclislərində  artır,  onların  qarşılıqlı  surətdə 
zənginləşməsinə yardım edirdi. Ədəbiyyatın inkişaf etdirilməsində təşəbbüs Səfəvi 
hökmdarlarına  məxsus  idi.  “XV  əsrdə  Təbriz  Azərbaycan  mədəniyyətinin  iri 
mərkəzi  idi.  XVI  əsrin  əvvəllərindən,  Səfəvilər  dövlətinin  yaranması  ilə  əlaqədar 
olaraq, Təbrizin mədəni rolu daha da artdı. Şah I İsmayılın əzəmətli Lorentsonun 
Florensiyadakı  sarayını  xatırladan  sarayına  o  dövrün  ən  istedadlı  və  bilikli 
adamları,  bir  çox  ölkələrin  elm  və  mədəniyyət  xadimləri  can  atırdılar”.
98
  Sənətə,  
istedada dövlət himayəçiliyi  bu  dövrün səciyyəvi xüsusiyyətlərindən önəmlisidir.  
Saray şeir məclislərində “məliküşşüəra” rütbəsi müxtəlif vaxtlarda qeyri-adi poetik 
məharət  və  bilik  nümayiş  etdirmiş  şairlərə  verilirdi.  Azərbaycan  ədəbiyyatında 
klassik  üslubun  folklor  üsluba  yaxınlaşması  prosesi  XVI  əsrdən  etibarən  daha 
güclü  sürətdə  aşkarlanmışdı.  Qeyd  etmək  zəruridir  ki,  Səfəvilər  dövləti  ilkin 
mərhələdə (XVI əsrdə) demokratik səciyyəyə malik idi və xalqın mədəni  tələbatını  
ödəyirdi. XVI əsrin Azərbaycan ədəbiyyatının ən ali subyekti Azərbaycan xalqı idi. 


187 
 
İctimai  zülmə,  feodal  çəkişmələrinin,  dövlətlərarası  müharibələrin  ağırlığına 
baxmayaraq,  geniş  xalq  kütlələri  dövrün  mühüm  bədii  dəyərlərinin  yorulmaz 
yaradıcısı kimi çıxış edirdi. 
 
§ 3. Azərbaycan ədəbi dili 
 
Dil ümumiliyi hər hansı bir xalqın ən mühüm əlamətlərindəndir. “Biz dil 
ümumiliyini  ictimai  inteqrasiyanın  milli  mərhələsinin  amillərindən  biri  hesab 
edirik. İqtisadi, sosioloji, siyasi amillər də  vardır. Lakin sinifli cəmiyyətdə həmin 
amillərin köməyi ilə əldə olunan ümumilik dərəcəsi həqiqətən nisbidir, dildə isə bu 
ümumilik dərəcəsi həqiqətən tamdır.”
99 
Azərbaycan xalqının etnogenezi prosesində 
türk  elementinin  fəal,  həlledici  rolu  eramızın  əvvəllərindən  aşkar  şəkildə 
görünməkdədir. Dilin milli mədəniyyətin inkişafındakı müxtəlif tarixi mərhələləri 
birləşdirməsi faktı mühümdür. “Hər bir milli dil ümumxalqa, vahid  millətə  xidmət  
edən  ümumi  ünsiyyət  vasitəsi  və  milli  mədəniyyətin  forması  olaraq,  həm  köhnə 
mədəniyyətə,  həm  də  yeni  mədəniyyətə  xidmət  edə  bilər:  Çünki  mədəniyyət  hər 
yeni  inkişaf  dövründə  öz  məzmunu  etibarilə  dəyişir,  dil  isə  bu  neçə  dövr  əsasən 
eynilə qalır, məznumuna görə müxtəlifləşən  mədəniyyətlər  üçün və nisbətən sabit 
forma olaraq uzun müddət yaşayır və müxtəlif mədəniyyətlərə xidmət edir”.
100  
Dil  probleminin  aktuallığına  biganə  yanaşmaq  mümkün  deyildir. 
Mürəkkəb  olan  dil  problemi  ətrafında  mübahiisələr,  hətta  bir  sıra  Avropa 
ölkələrinin tarixşünaslığında uzun sürmüşdür. Məsələn, “dil haqqında  mübahisələr 
Dantedən  XIX  əsrin  sonlarınadək  İtaliyanın  bütün  tarixini  müşayiət  etmişdir”.
101
   
Dil  problemi  Azərbaycan    xalqının  həyatında  baş  vermiş  İntibah  baxımından 
diqqəti  cəlb  edir.  XVI  -  XVII  əsrlərdəki  Azərbaycan  İntibahının  mühüm 
xüsusiyyətlərindən  biri  türk  (Azərbaycan)  dilinin  əhəmiyyətinin  artması,  ictimai   
həyatın  başlıca  sahələrində    onun    güclü  mövqeyə  malik  olması  idi.  Avropanın 
tarixi  təcrübəsinə  nəzər  yetirsək,  orada  İntibahın  qabarıq,  bariz  təzahürlərindən 
ümdəsinin  milli  dilin  təşəkkülü  (daha  doğrusu,  “yada  düşməsi”)  və  inkişafından  
ibarət  olduğunu görərik. Məsələn, Dante Aligyeri, Françesko Petrarka, Yozef fon 
Hutten,  Uilyam  Şekspir,  Migel  Servantes  kimi  humanistlər  öz  əsərlərini  latın 
dilində  deyil,  özlərinin  milli-italyan,  alman,  ingilis  və  ispan  dillərində 
yaratmışdılar. Milli ədəbi dillərin  yaranıb təşəkkül tapması   mərhələsinə   qədərki  
dövrdə  “özgə  dilin yazılı-ədəbi dil kimi istifadə olunması isə feodalizm mərhələsi 
üçün  səciyyəvi  olan,  geniş  yayılmış  hadisə  idi”.
102
  XV  əsrin  sonunda  XVI  əsrin 
əvvəllərində  türk  dilinin  Yaxın  və  Orta  Şərq  regionunda  ön  mövqelərə  çıxması 
ümumtürk  İntibahı  prosesinin  əlamətlərindən  biri  idi.  Türk  dilinin  uzun  müddət 
potensiya  şəklində  qalmasını  B.  Çobanzadə  (1893-1938)  aşağıdakı  səbəblə  izah 
etmişdir: “Türk dilinin saraya, ədəbiyyata, cameyə, mədrəsəyə, təkyəyə və əlhasil 
İslam aləminin ictimai müəssisələrinə  girməməsinin başlıca səbəbi onun şəhərlərə 
girməməsidir...  Şəhər  dili  olmayan  türkcə,  eyni  zamanda  ədəbi  dildə  də  ola 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə