Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə85/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   81   82   83   84   85   86   87   88   ...   138

182 
 
Sufı isən, alıb satma,  
Halalına haram qatma.  
Yolun əyrisinə getmə,  
Doğru yola nəzər eylə.
67
 
Sah  İsmayıl  Xətai  dahi  Məhəmməd  Füzulinin  də  dərin  rəğbətini 
qazanmışdı.  Siyasi  xadim,  şair,  mütəfəkkir,  elm  və  sənət  himayəçisinin  Bağdadı 
fəth  etməsi  Füzulinin  sonsuz  sevincinə  səbəb  olmuşdu.  “Məhəmməd  Füzuli 
qiymətli əsərlərindən birini “Bəngü-Badə”ni ona ithaf etmiş, elm və maarif, şeir və 
sənətin bu iradəli dostunu “Padşahi-dövran” adlandırmışdır”.
68
 Lakin İraqın Səfəvi 
dövləti  tərkibində  inkişafı  prosesi  uzun  çəkmədi.  Şah  İsmayıl  Xətai  qətiyyətliliyi 
ilə  fərqlənən  siyasi  xadim  idi.  1501-ci  ilin  payızında,  Təbrizdə  şiəliyin  dövlət 
məzhəbi  elan  edilməsi  faktı  bunu  sübut  edir.  “Şah  İsmayılın  ən  mühüm 
tədbirlərindən biri İslamın şiə məzhəbini ilk günlərdən dövlət dini elan etməsidir... 
Əmir  və  şiə üləmaları... İsmayılı 300  minlik Təbriz  əhalisinin üçdə  iki  hissəsinin 
sünni olduğunu dəlil gətirərək şiə islahatının xalq həyəcanlarına səbəb olacağı ilə 
qorxutmağa  çalışdılar.  Lakin  salnaməçi  Bicənin  verdiyi  məlumata  görə,  İsmayıl 
cümə  məscidinə  gələrək  tanınmış  şiə  xətiblərindən  birinə  minbərə  çıxıb  xütbə 
oxumasını əmr etdi”.
69
 Şah İsmayıl Xətainin poetik yaradıcılığında Səfəvi dövlətini 
möhkəmləndirməyə xidmət edən, bu dövlətin əsaslandığı dini görüşlərin təbliğinə 
həsr  etdiyi əsərlər  mühüm  yer tutur.  Lakin Xətainin  yaradıcılığına  sırf dini-siyasi 
təbliğat  vasitəsi  kimi  qiymət  vermək  də  olmaz.  Onun  yaradıcılığında  dünyəvi 
motivlər başlıca yer tutur. Şah İsmayıl Xətainin: 
Qəmindən gözlərim ümman degilmi?  
Vüsalın can içində can degilmi?  
Bu günün fürsətin danlaya verən 
 Yolunda cahilü nadan degilmi?
70
 
kimi  fikirləri  dünyəvi  fəzilətləri  əks  etdirir  və  onun  əsərlərinin 
əksəriyyətində  bu  cür  ideyalar  mövcuddur.  “Xətai  dilimizdə  və  ədəbiyyatımızda 
olan yad təsirlər əleyhinə qəti mübarizə açdı və şairlərimizə öz ana dilində yazmaq, 
xalqa  onun  başa  düşdüyü  dil  ilə  xitab  etmək  imkanı  verdi.  Şah  İsmayıl  tək  dil 
sahəsində  deyil,  demək  olar  ki,  mədəniyyətimizin  bütün
 
sahələrində  həqiqi  bir 
inqilab yaratdı”.
71
  Xətainin  yaradıcılığı  üçün  səciyyəvi  olan  cəhətlərdən  biri  onun 
folklora  bağlılığıdır.  Xətai  həm  klassik  üslubda,  həm  də  folklor  üslubunda  yazan 
şairlərə,  ozan-aşıq  ədəbiyyatına  eyni  dərəcədə  himayəçilik  edirdi.  Onun 
hakimiyyəti  illərində  ozan-aşıq  ədəbiyyatı  da  rövnəqləndi  və  yeni  yüksəliş 
mərhələsinə  qədəm  qoydu.  El  sənətkarları  Şah  İsmayılın  ordusunda  və  sarayında 
xüsusi  hörmət  və  etimad  sahibi  idilər.
72
  Klassik  Azərbaycan  ədəbiyyatı  və  xalq 
yaradıcılığı  Xətai  poeziyasının  başlıca  mənbələri  idi.  “Dəhnamə”  poeması  Xətai 
yaradıcılığının ən mühüm əsəridir. “Xətai” Dəhnamə”ni 18 yaşında qələmə almışdı 
və  “Dəhnamə”  Azərbaycan  ədəbiyyatında  doğma  dildə  ilk  poemalar 
sırasındadır”.
73
  Bu  əsərdə  müəllif  onun  yazıldığı  tarixi  də  bildirmişdir.
74
 


183 
 
“Dəhnamə”  poemasında  üç  canlı  insan  surəti  (aşiq,  məşuqə  və  bağban)  əsasında 
insanı fəaliyyətə çağİran ideyalar təbliğ edilir. Əsər iki misrası həmqafiyə olan şeir 
formasının  (məsnəvinin)  Azərbaycan  ədəbiyyatı  tarixində  ilk  nümunələrindəndir. 
“Xətai  -  şeirimiz  tarixində  iki  nəhəngin  -  Nəsimiylə  Füzulinin  arasında  parlaq 
ədəbi simadır, həm də bu keçiddə yalnız xronoloji ardıcıllığa, zaman qatarına görə 
yer tutmur. Xətai poetikasına, təfəkkür tərzinə, dünyaduyumuna görə də Nəsimiylə 
Füzuli  arasında  bir  körpüdür”.
75
  Azərbaycan  klassik  ədəbiyyatı  ilə  folklor 
yaradıcılığının  bir-birinə  yaxınlaşması  prosesində,  Azərbaycan  ədəbi  dilinin 
sadələşdirilməsində Xətainin rolu mühüm olmuşdur. 
Məhəmməd Füzuli (1494-1556) yeniləşmiş  Azərbaycan ədəbiyyatının ən 
görkəmli  nümayəndəsi  idi.  Sadıqbəy  Əfşar
 
“Məcməül  -  Xəvas”  əsərində  onun 
Bayat  elindən  olduğunu  və  A.E.Krımski    “Türk  ədəbiyyatı  tarixi”  əsərində  onun 
Azərbaycandan olduğunu qeyd etmişdir. Ədib şeirlərini  fars, ərəb və  Azərbaycan 
dillərində yazırdı.  O, Molla Hüseyn Kaşifin “Rövzətüş - şühəda” (“Şəhidlər bağı”) 
əsərini türk dilinə tərcümə etmiş və ona “Hədiqətüs-süəda” (“Xoşbəxtlər bağı”) adı 
vermişdir.”  Bu  kitab  yazıldıqdan  sonra  minbərlərdə  növhə  oxuyanlar  bu  kitabda 
olan  şeirlərdən  oxuyurdular.  Buna  görə  də  növhə  oxuyanlara  “rövzəxan”  adı 
verilmişdir. Bir az sonra bu kitabdan şeir oxumaq tərgidilmiş, lakin “rövzəxan” adı 
qalmışdır”.
76
  İraqın  Bağdad  yaxınlığındakı  Kərbəla  qəsəbəsində  anadan  olmuş 
Füzuli  oğuzların  Bayat  soyundan  idi.  Bayat  tayfası  Səlcuqlar  dövründən  (1038-
1157) (başlayaraq İraq ərazisində  yaşamağa  başlamışdır (qeyd etmək lazımdır ki, 
Oğuzların  ilk  ozanı  Dədə  Qorqud  da  Bavat  soyundan  idi).  Füzuli  ilk  təhsilini 
Kərbəlada almış, sonrakı təhsilini Bağdadda davam etdirmişdir. Onun həyatının bir 
hissəsi  Nəcəf  və  Hillə  şəhərlərində  keçmişdir.  Füzulinin  məntiq,  nücum,  tibb, 
riyaziyyat  və  humanitar  sahələrdəki  zəngin  bilik  potensialı  uzunmüddətli  şəxsi 
mütaliənin nəticəsi idi. Onun dini, fəlsəfi cərəyanlarda, yunan fəlsəfəsində arifliyi 
ərəb tərcümələri əsasında mümkün olmuşdur. Füzuli klassik ərəb, fars, özbək, türk 
və  farsdilli  hind  ədəbiyyatına  dərindən  bələd  idi.  O,  poeziya  tarixini  mükəmməl 
bilirdi. Füzulinin fars, Azərbaycan və ərəb dillərində divanları vardır. “Bu xüsusda 
yalnız  Azərbaycanın  deyil,  bütün  türklüyün  dahi  şairlərindən,  azərbaycanlılarca 
Əbu  Şüəra  künyəsini  daşıyan  Füzuli  mərhumun  dərin  bir  nüfuzu,  böyük  bir 
mürşüdlüyü  vardır.  Füzuli  Azərbaycanda  hər  yerdən  ziyadə  mərufdur. 
Azərbaycanın ən çox oxuduğu və  ən çox sevdiyi şair Füzulidir. Azərbaycan şeiri 
son  zamanlara  qədər,  adətən  Füzuliyi  tənzirdən  ibarət  idi...  Hafiz  divanı  farslar 
üçün nə isə,  Azərbaycan türkləri üçün də Füzuli divanı odur... Bu böyük şair və 
dahinin  müvəffəqiyyəti  ilə  türkcə  şeir  yazmaq  “sühuləti”  kəşf  edildikdən  sonra 
Füzulini tənzir
 
və tənqid edənlər çoxaldı. Azərbaycan türk ədəbiyyattı müstəqil bir 
cərəyan aldı”.
77
 Füzulinin poeziyası qədim türk, ərəb və farsdilli şeir qaynaqlarına 
əsaslanırdı.  Füzuli  XVI  əsrdə  təsadüfən  aşkara  çıxmış  hadisə  deyildi.  O, 
Azərbaycan  ədəbiyyatınm  çoxəsrlik,  ziddiyyətli  inkişafının  labüd,  qanunauyğun 
nəticəsi idi. Füzulinin həyatının və yaradıcılığının hissəsi Səfəvilərin İraqi-Ərəbi öz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə