Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə86/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   82   83   84   85   86   87   88   89   ...   138

184 
 
əllərinə aldığı illərə təsadüf edir. Onun poetik yaradıcılığına Şah İsmayıl Xətainin 
mühüm təsiri olmuşdur.
78
 
XV-XVI  əsrlərin  hökmdarları  Cahanşah  Həqiqi,  Əmir  Hüseyn  Baykara, 
Sultan  Səlim  Yavuz,  Sultan  Süleyman  Qanuni  kimi  Xətai  də  hökmdar  -  şair 
olmaqla  yanaşı,  poeziyanın    tərəqqisinə  müsbət  təsir    göstərmişdir.  1534-cü  ildə 
Sultan Süleyman Osmanlı ordusu ilə Bağdadı ələ keçirdi. Ordu ilə Bağdada gəlmiş 
Osmanlı  şairləri  Xəyali  və  Yəhya
 
bəylə  tanış  olan  Füzuli  “Leyli  və  Məcnun” 
əsərini  onların  sifarişi  ilə  yazmışdır  (1537-ci  il).  Orta  əsrlərin  Şərq  mühitinin 
ictimai, əxlaqi gerçəklikləri bu poemada özünün tam əksini tapmışdır.
79
 
Füzuliyə qədərki şairlərin çoxu fars dilində şeir yazmağa üstünlük verirdi. 
“Belə  şairlərin  bir  qismi  o  zaman  Azərbaycan  dilində  şeir  yazmağın  çətinliyini 
başa  düşdüyü  üçün,  ümumiyyətlə,  belə  çətin  işə  girişməkdənsə,  fars  dilində 
yazmağı daha üstün tutmuşlar”.
80
 Füzuli qitələrindən birində yazırdı: 
Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,  
Nəzmi-nəzik türk ləfzilə ikən düşvar olur.  
Ləhceyi-türki qəbuli-nəzmi-tərkib etməyib,  
Əksərən əlfazı namərbutü nahəmvar olur.  
Məndə tövfiq olsa bu düşvari asan eylərəm,  
Növbahar olğac tikəndən bərgi-gül izhar olur.
81
 
Füzuli Azərbaycan ədəbi dilinin üzərində  sənətkarlıq işi, bədii əməliyyat 
aparılmasına  tələbatı  və  zərurəti  yalnız  anlamaqla  kifayətlənməmiş,  bu  çətin 
vəzifəni uğurla yerinə yetirmişdi. XVI əsrdə türkcə yazılan şeirlərin xeyli artması 
şəhər  əhalisinin    mənəvi  ehtiyacından    və  tələbatından  irəli  gəlirdi.  Azərbaycan 
ədəbi dilinin yeniləşdirilməsi, təkmilləşdirilməsi işində Məhəmməd Füzulinin  rolu  
böyükdür.  O,  Azərbaycan  ədəbiyyatında  bədii  nəsrin  ilkin  nümunələrini  yaratmış 
sənətkardır. “Füzuli Azərbaycan ədəbi dilinın nəsr üzrə ilk nümunəsini yaratmaqla, 
mahir bir nasir kimi də Azərbaycan ədəbi dilinin tarixində bədii nəsrin bünövrəsini 
qoymuşdur”.
82
  Onun  nəsr  əsərləri  dövrün  ictimai-siyasi  ziddiyyətlərini  aşkarlayır, 
habelə  mütəfəkkirin  etik,  fəlsəfi,  ictimai-siyasi  görüşlərini  əks  etdirirdi.
83
  Füzuli 
müəllimliklə də məşğul olmuş, mütərəqqi ideyaları təbliğ etmişdir. Füzulinin “Həft 
Cam”  əsəri  Nizaminin  “Həft  peykər”  (“Yeddi  gözəl”,  səyyarə)  poeması 
quruluşunda, fars dilində yazılmış alleqorik məsnəvidir. Şair həftənin hər günü bir 
musiqi  aləti  ilə  məclis  qurur,  saqinin  verdiyi  badəni  içib  onlarla  həyat  və  Kainat 
barədə  dini,  fəlsəfi  mübahisələr  aparır,  müğənninin  dili  ilə  əsl  həqiqəti  insandan 
öyrənməyin  mümkün  olması  qənaətinə  gəlir.
84
  XV  əsrin  özbək  şairi  Əhmədinin 
“Sazlar  münazirəsi”  əsərini  xatırladan  “Saqinamə”də  (“Həft  Cam”da)  dövrün 
fəlsəfi  görüşləri  ümumiləşdirilmişdir.  Füzulinin  fars  dilində  yazdığı  “Səhhət  və 
Mərəz” alleqorik əsəri nəsr üslubundadır. Əsərdə onun təbabətə dair baxışları əks 
etdirilmişdir.
85
  Şair  “Ənisül-qəlb”  əsərində  özünün  elmi,  ictimai-siyasi,  fəlsəfi 
ideyalarını  təbliğ  etmişdir.  “Rindü-Zahid”  əsəri  də  fars  dilində  yazılmışdır  və 
böyük  hekayə  təsiri  bağışlayır.
86 
Əsərdə  ictimai-fəlsəfi  və  əxlaqi  məsələlər 


185 
 
araşdırılır.  Füzulinin  “Bəngü-Badə”  və  “Şah  və  Gəda”  poemaları  da  bədii 
ədəbiyyatda  elmi,  fəlsəfi  ideyaların  ifadə  vasitəsi  nümunələrindəndir.
87
  Dövrün 
ictimai-iqtisadi, hərbi-siyasi sarsıntıları Füzulinin də həyat və  yaradıcılığına  güclü 
təsir etmiş, onun elmi, ədəbi, fəlsəfi irsində öz izlərini qoymuşdur. 
XVI  əsrin  Azərbaycan  ədəbiyyatında  Vəhidi  Təbrizinin  adı  şeirşünaslıq,  
əruz    və  qafiyə  elmləri  haqqında  yazdığı  əsərlər  sayəsində  məşhurdur.  Vəhidi 
Təbrizinin  “Cami  müxtəsər”  əsəri  əruz  vəznindən  bəhs  edir.  Fars  və  türk  klassik 
ədəbiyyatının  şeir  nəzəriyyəsinə,  poetikasına  dair  qiymətli  mənbə  olan  bu  əsər 
onun güclü tədqiqatçı olduğunu göstərir. 
XVI əsrin sonlarında (1585-ci ildə) vəfat etmiş Həqiri Təbrizi Azərbaycan 
dilində  ilk  “Leyli  və Məcnun”  poemasının (1512-ci  il)  müəllifidir. Müasir ingilis 
tədqiqatçısı  Ş.Riyö  əsərin  əlyazması  barədə  ilk  dəfə  məlumat  vermiş,  lakin  onu 
“müəllifi məlum olmayan əsər” kimi qiymətləndirmişdir. 
Poemanın Həqiri Təbriziyə məxsus olduğunu ilk dəfə 1940-cı ildə Həmid 
Araslı  müəyyən etmişdir. Sufi təbiətli şair olmuş Həqiri Təbrizinin 6  min beytlik 
divanı var.
88
 
Azərbaycan  şairi  Məhəmməd  Əmani  1535-ci  ildə  Osmanlı  Türkiyəsinin 
Bayburt səhərində anadan olmuşdur. O, Füzuli ədəbi məktəbinin davamçılarından 
biri  kimi  şöhrət  qazanmışdı.
89
  Əmani  Şah  I  Təhmasibin  və  Şah  I  Abbasın 
dövrlərində qızılbaş əmirlərindən biri idi, bir çox hərbi yürüşlərdə  iştirak   etmişdi.   
Hakim  dairələrin  böyük  etimadını qazanmış Məhəmməd Əmani bir müddət Yəzd 
vilayətinin
 
hakimi  olmuşdu.  Onun  Azərbaycan  və  fars  dillərində  divanları 
mövcuddur. Azərbaycan ədəbiyyattının klassik və folklor üslublarının  qovuşması  
prosesində Məhəmməd Əmaninin müəyyən rolu olmuşdur. O, folklor nümunələrini 
yazılı  ədəbiyyata  gətirməsi  ilə  fərqlənən  sənətkar  idi.  Məhəmməd  Əmani 
Azərbaycan  dilində  ilk  mənzum  hekayələrin  yaradıcısı  hesab  olunur.  O,  öz 
yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında dünyəvi meyillərin güclənməsinə xidmət 
etmişdir. 
Azərbaycan  şairi  Fədai  Təbrizinin  XVI  əsrin  II  yarısından  etibarən  lirik 
şeirlər yazması məlumdur. Fədainin divanı və XVI əsrin sonlarında yazdığı ehtimal 
olunan  “Bəxtiyarnamə”  poeması  vardır.  Poemadan  məlum  olur  ki,  “Fədai 
zəmanəsinin  qabaqcıl  və  yaradıcılıq  təcrübəsinə  malik  olan  bir  şairi  olmuşdur”.
90
 
Fədai Təbrizinin əsəri XVI əsrə qədərkı “Bəxtiyarnamə”lərdən (ərəb, fars və xalq 
variantlarından)  əsaslı  şəkildə  fərqlənir.  “Bəxtiyarnamə”  qədim  “Sindibadnamə” 
ilə bağlıdır və bəzən “On vəzir” adı ilə tanınır. Bu əfsanə “Yeddi vəzir” adlı hind 
nağılının  Yaxın  və  Orta  Şərq  variantı  da  sayılır.  Bu  poemada  Şərq  regionu 
xalqlarının  çoxəsrlik  mədəni-tarixi  qarşılıqlı  təsirinin  izləri  görünməkdədir.
91
 
Poema  müəllifinin  xalq  kütlələrinin  mənafeləri  haqqında  düşüncələri  əsərdə 
aparıcıdır. Şah I İsmayılın müasiri olmuş Ceyşi Azərbaycan dilində şeirlər yazırdı. 
“Ceyşi Həbibi adlı şairin təxəllüsüdür”.
92
 Şah I İsmayıl Səfəvi Həbibinin (1520-ci 
ildə  vəfat  etmişdir)  şeir  sahəsindəki  məharətini  yüksək  qiymətləndirmiş  və  onu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə