Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə89/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   85   86   87   88   89   90   91   92   ...   138

190 
 
Ədəbi
 
dilin  təşəkkülündə  Məhəmməd  Füzulinin  mühüm  rolu  olmuşdur. 
Ümumiyyətlə,  “Azəri  ədəbiyyatının  təkamül-təbəqi  Füzulinin  həyati-ədəbisinə 
bənzər. Füzuli ilk öncə farsca yazmış, sonra türkcəyə başlamış, türkcə yazarkən də 
ibtidai  Azərbaycan  şivəsi  ilə  yazmışdır”.
113
  XVI  əsrdə  yazan  şairlərin  əksəriyyəti 
Azərbaycan  dilinə  üstünlük  verirdi.  Azərbaycan  şairlərinin  fars  dilində  də  şeir 
yazmasının  səbəbi  isə  çoxəsrlik  poetik  ənənədən  irəli  gəlirdi.  Səfəvi  şahlarının 
çoxusu Azərbaycan dilində şeirlər yazırdı. Ümumiyyətlə, XVI əsrin ədəbiyyatının 
səciyyəvi  xüsusiyyətlərindən  biri poeziyaya,  sənətə, türk dilinə olan  meyilin təsir 
dairəsinin  xeyli  genişlənməsi,  sənətin  ictimai  zəmininin  genişliyi  idi.  Şahlar, 
əmirlər,  şəhər  sənətkarları,  məmurlar  və  ruhanilər  şeirlər  yazmağa  aludə 
olmuşdular. Azərbaycan dili və ədəbi dili bu prosesdə mühüm rola malik idi. 
 
§ 4.  Dinin rolu, mövqeyi və maarif 
 
Dünyagörüşü, davranış və spesifik fəaliyyət forması kimi din orta əsrlərin 
başlıca ictimai şüur şəkli olmuşdur. Din bir sistemdir və bu sistem dini şüurun, dini 
ayinlərin,  dini  təşkilatların  dinamik  məcmusundan  ibarətdir.  Din  elə  ictimai  şüur 
formasıdır ki, müxtəlif tarixi dövrlərdə insanlar ictimai-iqtisadi, siyasi və ideoloji 
səbəblər üzündən ona ehtiyac hiss etmişlər. “Din insan qəlbinin dərindən duyulan 
daxili tələbatına cavab verir və bütün dünyada insanların böyük əksəriyyəti bu və 
ya  digər  dini  inamlarsız  keçinə  bilmir”.
114
  Bu  isə  dinin  başlıca  funksiyasından  - 
xəyali  kompensasiya  vəzifəsindən
115
  irəli  gəlir.  Bütün  cəmiyyətlərdə  dinin  bu 
funksiyası fəaliyyət göstərir. Dinin digər iki funksiyası birləşdirici və nizamlayıcı-
nəzarətedici  səciyyəyə  malikdir.
116
  Nizamlayıcı-nəzarətedici  funksiyasında  din 
mədəni  sistemlə  sıx  şəkildə  bağlıdır.  Bu  funksiya  dinin  digər  iki  funksiyasına 
nisbətən daha sabitdir və yaşarıdır. Orta əsrlərdə mədəniyyətin bütün faktları dinin 
güclü  təsiri  altında  idi.  Bu  dövrdə  ictimai  həyatın  müxtəlif  sahələrində 
diferensiasiyanın  zəif  olması  geniş  məlumdur.  Fəlsəfə,  əxlaq,  hüquqşünaslıq, 
qanunvericilik  tam  şəkildə  ayrılmamışdılar,  bir-birinə  qovuşaraq  hissələri  çox 
zaman  bir-birinə  uyğun  olmayan,  lakin  fəal  qarşılıqlı  təsir  göstərən,  az  və  ya  çox 
dərəcədə dini rəng daşıyan, dini görüşlərlə aşılanmış sistem əmələ gətirirdilər”.
117
 
Lakin  bu  fakt  dini  idarələrin,  bu  idarələrlə  sıx  ittifaqda  olan  feodal  dövlətinin 
planauyğun təsirinin nəticəsi deyil, orta əsr cəmiyyətində dini dünyagörüşün hakim 
olmasının labüd nəticəsi idi. Həm Şərqdə, həm də Qərbdə insan təfəkkürünün dini 
səciyyədə olması feodalizm dövrü üçün səciyyəvi haldır. “Rahib, müqəddəs, asket, 
dünyəvi  mənafelərdən,  qayğılardan  və  tamahkarlıqdan  maksimal  surətdə 
uzaqlaşaraq  başqalarına  nisbətən  Allaha  daha  çox  yaxınlaşmış  insan  orta  əsr 
cəmiyyətinin  idealı  idi”.
118
  Lakin  buna  baxmayaraq,  orta  əsrlərə  “cəhalət  dövrü” 
kimi  yanaşmaq  qeyri-elmi  mövqe  olardı.  “Orta  əsrlərə  bu  cür  münasibət  artıq 
çoxdan  bütün  bəraətlərdən  məhrum  olmuşdur.  Unutmaq  olmaz  ki,  məhz  orta 
əsrlərdə  Avropa  millətləri  meydana  gəlmiş,  müasir  dövlətlər  təşəkkül  tapmış  və 


191 
 
bizim  indiyədək  danışdığımız  dillər  inkişaf  etmişdir.  Bizim  mədəniyyətimizin 
əsasını  təşkil  edən  mədəni  dəyərlərin  çoxusu  orta  əsrlərdə  yaranmışdır.  Bütün 
ziddiyyətləri  ilə  bu  mədəniyyətlərin  əlaqəsi  və  varisliyi  şübhəsizdir”.
119
  Bir  çox 
xalqların  mədəni  dəyərlərini  birləşdirən  dinin  mədəniyyət  kontekstindən 
“qoparılması”  mümkün  deyildir.  Orta  əsr  “müsəlman  mədəniyyəti”nin 
nailiyyətlərini inkar etmək Azərbaycan mədəniyyətinin inkişafı prosesində təqribən 
1300  illik  tarixi  mərhələsinin  inkar  olunması  demək  olardı.  “Bəşəriyyətin 
minilliklər  ərzindəki  tarixi,  əsasən  müxtəlif  dinlərin  çərçivəsində  inkişaf 
etmişdir”.
120
 
Dünya  əhəmiyyətli  dinlərdən  biri  kimi  İslamın  Azərbaycan 
mədəniyyətinin təkamülündə həlledici rolu olmuşdur. İslam orta əsrlərdə Yaxın və 
Orta  Şərq  regionu  xalqlarının  vahid  mədəni  sistemdə  birləşdirmiş  din  idi.  “Şərq 
dünyasının  (nəzərdən  keçirilən  regionun”  vahidliyi  İslam  tərəfindən  həyata 
keçirilmişdir”.
121
 XVI əsrdə də Azərbaycanda İslamın rolu  və  mövqeyi çox güclü 
idi.  Dini  ideologiyanın  güclü  təsiri  ilə  hakimiyyətə  gəlmiş  Səfəvilərin  qüdrət 
mənbəyi dünyəvi  hakimiyyətlə  dini  hakimiyyətin birləşdirilməsindən irəli  gəlirdi. 
Səfəvilər dövləti özünün bütün fəaliyyətində İslam dininə istinad edirdi. “Milliyyət 
etibarilə  türk,  din  etibarilə  İslam,  mədəniyyəti-əsasiyyə  etibarilə  şərqli  olan”
122
 
azərbaycanlılar XVI əsrdə  tipik  müsəlman dövləti ərazisində  yaşayırdılar. İctimai 
əhəmiyyətli problemlərin həllində Qurana və Şəriətə əməl edilirdi. Lakin ilkin orta 
əsrlərdə  tərtib  olunmuş  Quranın  öyrənilməsi  və  təbliği  işi  də  asan  deyildi.  Artıq 
orta  əsrlərdə  Quranı,  ümumiyyətlə  təfsirsiz  oxumurdular.  Onun  anlaşılması  üçün 
hətta  dili  daxilən  hiss  etmək,  onu  duymaq  da  kifayət  etmirdi.  Buna  görə  də 
Səfəvilər  dövründə  Quranın  təfsir  olunması,  onun  təbliği  böyük  məharət  hesab 
edilirdi. Şəriət isə müsəlmanın davranışının, dini həyatının və hərəkətlərinin hüquq 
normaları, prinsipləri və qaydaları kompleksidir. Şəriət Səfəvilər dövləti ərazisində 
bütün dünyəvi məsələlərin həllinin hüquqi əsası idi. Səfəvilər dövründə də Şəriətin 
əsas  problemləri  fiqhdə  həll  edilirdi.  Şəriətin  dövlət,  mülki,  cinayət,  ailə-nikah, 
vərəsəlik, məhkəmə-hüquq normaları sistemi kimi işlənib hazırlanması prosesi XI-
XII  əsrlərdə,  Yaxın  və  Orta  Şərqdə  feodalizmin  inkişafı  dövründə  başa 
çatmışdır.
123
 Qurana və sünniliyə əsaslanan Şəriət Qiyas (analogiya), icma (nüfuzlu 
hüquqşünas  -  ilahiyyatçıların  ümumi  rəyi),  fitva  (nüfuzlu  din  xadiminin  fikri), 
müsəlman dininə riayət edən xalqların həyatında özünə möhkəm yer tutmuş adətlər 
və  İslama  zidd  olmayan  başqa  davranış  qaydaları  ilə  də  zənginləşir.  Səfəvilər 
ortodoksal  İslama  (sünniliyə)  qarşı  olan  şiə  istiqamətinin  bariz  nümayəndələri 
idilər. Lakin dövlətin ərazisində baş verən  müxtəlif səciyyəli hadisə və proseslərə 
vahid  İslam  hüququ  mövqeyindən  yanaşırdılar.  Çünki  şiəlik  istiqamətinin  öz 
səciyyəvi kitabı yox idi. Ona görə də Şeyx Cəmaləddin Mütəhhər Hillinin (1250-
1325) “Qəvaidi-İslam” (“İslamın qaydaları”)  kitabı şiəlik üzrə yeganə, əsas kitab 
elan  edilmişdi.
124
  Halbuki  şiəliyin  tarixi  kökləri  VII  əsrə  gedib  çıxır.  Xilafət 
sistemində  siyasi  hakimiyyət  uğrunda  mübarizədə  məğlub  olduqdan  sonra  şiəlik 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə