Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə90/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   86   87   88   89   90   91   92   93   ...   138

192 
 
İslamda  xüsusi  cərəyana  çevrilmişdi.  O,  “məğlubların,  məzlumların,  şəhid 
olanların  ruhuna  yaxın  olan  və  buna  görə  də  geniş  xalq  kütlələrini  özünə  cəlb 
edən”
125
  istiqamət  kimi  Səfəvilər  sülaləsi  tərəfindən  məharətlə  istifadə  olundu. 
Əhalisinin əksəriyyətinin sünni olduğu geniş ərazidə 150l-ci ilin payızında şiəliyin 
dövlət  məzhəbi  elan  olunması
126
  Səfəvi  şahlarının  qonşu,  sünni  məzhəbli 
müsəlman  dövlətlərindən  (Osmanlı  Türkiyəsi,  Şeybanilər  dövləti)  əsaslı  şəkildə 
fərqlənən  yeni  dövlət  yaratmaq  niyyətinin  təzahürü  idi.  Şah  I  İsmayılın  keçirdiyi 
dini  islahat  onun  şəxsi  istəyi  deyildi,  dövrün  ideoloji  və  siyasi  çəkişmələrinin, 
dövlətlərarası  hərbi-siyasi  ziddiyyətlərin  nəticəsi  kimi  meydana  gəlmişdi.  Bu 
islahat Osmanlı Türkiyəsinə və Şeybanilər dövlətinə qarşı hərbi-siyasi müxalifətin 
dini təzahür forması hesab oluna bilər. Şah İsmayıl Xətai də daxil olmaqla Səfəvi 
şeyxləri,  hökmdarları  məhdud  şiə  fanatikləri  deyildilər.  Buna  əmin  olmaq  üçün 
Səfəvilərin  qohumluq  əlaqələrinə  nəzər  yetirmək  kifayətdir.
127
  XVI  əsrin 
əvvəllərində şiə təbliğatının mütərəqqiliyi dövrün hadisələrinin obyektiv axarından 
irəli gəlirdi və şiəliyin ictimai zəmini xeyli genişlənmişdi (xüsusilə Azərbaycanda). 
“Şiəlik təbliğatının kütləviliyi, sarayın xalq ilə yaxın münasibəti Şah İsmayılın bir 
şah kimi deyil, bir din rəisi, mürşid kimi tanınması təriqət şairlərini saray ətrafına 
toplayırdı. Hürufilər şiəliklə əlbir olaraq mübarizə aparmağı əsas məqsəd kimi irəli 
sürür  və  hürufi  ideyalarını  şiəliklə  birləşdirməyə,  uyğunlaşdırmağa  cəhd 
edirdilər”.
128
 
Azərbaycan xalqının mənəvi mədəniyyət sistemində maarifin mədəni irsi 
saxlayıb inkişaf etdirmək baxımından mühüm rolu vardır. “Dünya mədəniyyətinin 
tarixində  hərbir  yeni  mərhələ  əvvəlki  mərhələ  olmadan  mümkün  deyildir.  Dünya 
mədəniyyətinin inkişafında varisliyin mahiyyəti keçmiş nəsillərin topladığı mədəni 
dəyərlərin əxz olunmasının və istifadə edilməsinin, mədəniyyətin keyfiyyətcə yeni 
əsasında  bu  irsin  tənqidi  təhlili,  yaradıcılıqla  yenidən  işlənməsinin  qırılmaz 
vəhdətindədir”.
129
 Azərbaycan maarif sistemi Şərq, türk, İslam mədəni dəyərlərinin 
ötürücüsü  kimi  fəaliyyət  göstərir.  “Maarif  mənəvi  mədəniyyətin  ən  mühüm 
hissəsidir. Çünki hər bir insanın, hər bir cəmiyyətin mədəniyyətə gedən yolu yalnız 
maarif vasitəsilə olur. Əslində maarif mədəniyyətin özüdür. Maarif özünü qorumaq 
və  özünü  gələcəyə  ötürmək  qabiliyyəti  ilə  seçilir.  Ona  görə  də  cəmiyyətin 
mədəniyyəti  nə  qədər  yüksəkdirsə,  maarif  sistemi  də  bir  o  qədər  yüksək  və 
mükəmməldir”.
130   
XVI  əsrdə  Azərbaycanın  maarif  sistemi  mükəmməl  bir 
gerçəklik  idi  və  bu  kamillik  Azərbaycanın  çoxəsrlik,  zəngin  mədəniyyətinin 
nəticəsi kimi meydana çıxmışdı. 
XVI  əsrdə  Azərbaycanda  maarifin  başlıca  mərkəzləri  dini  təşkilatlar 
(məscidlər) idi. Məscidləri yalnız dini təbliğat mərkəzi kimi qiymətləndirmək orta 
əsrlər  və  din  haqqındakı  qeyri-elmi  təsəvvürlərin  nəticəsidir.  “Came  məscidləri 
yalnız  ibadət  yeri  olmayıb,  eyni  zamanda  dövlət  yığıncaqlarının  və  ictimaiyyətin 
toplanış yeri idi. Orada dövlət xəzinəsi saxlanılır, müəllimlər tərəfindən məruzələr 
oxunur, məhkəmə və ictimai işlər aparılırdı”.
131
 Məscidlərin funksional əhəmiyyəti, 


193 
 
onların  mədəni-maarif  mərkəzlərindən  biri  olması  İslam  Şərqinə  (habelə 
Azərbaycana)  müxtəlif  məqsədlərlə,  müxtəlif  tarixi  dövrlərdə  gəlmiş  Avropa 
səyyahlarının,  tacirlərinin  və  diplomatlarının  diqqətini,  xüsusilə  cəlb  etmişdir. 
Onların  əksəriyyəti  Azərbaycan  şəhərlərində  fəaliyyət  göstərən  məscidlərin  sayı 
barədə məlumatları mütləq öz qeydlərində, əsərlərində vermişdir.
132
 Məsələn, XVI 
əsrin  sonlarında  Təbrizdə  olmuş  Osmanlı  diplomatı  və  tarixçisi  İbrahim  Əfəndi 
Peçevi  yazırdı:  “Şəhərin  özündə  keçmiş  sultanlar  dövründə  tikilmiş  19  came 
məscidi  var”.
133
  Azərbaycanda  olmuş  səyyahların  məscidlərin  sayı  haqqında 
verdiyi  məlumatlarda  müxtəliflik  nıövcuddur. Təhsil prosesinin  həyata  keçirildiyi 
obyektlər  məscidlərin  nəzdində  olan  məktəblər  və  mədrəsələr  idi.  Tədris 
prosesində ruhanilər aparıcı rol oynayırdılar. 
XII əsrin ortalarından etibarən Azərbaycanda da müsəlman maarif sistemi 
yaranıb  təşəkkül  tapmışdı.  Məscidlərin  nəzdində  yaradılmış  məktəblərdə  ərəb 
dilinin  və  Quranın  öyrənilməsi  əsas  idi.  Quranın  məzmununa  bələd  olan  şəxs 
təhsilini  bitirmiş  hesab  olunurdu.  Mədəni-maarif  işi  ilə  əlaqədar olaraq  “məktəb” 
anlayışına ilk dəfə İranda təsadüf  olunur və bu anlayışı ilk dəfə Həccac ibn Yusif 
(661-714)  işlətmişdir.
134
  Bu  şəxs  VIII  əsrin  əvvəllərində  İranda  xəlifənin  canişini 
idi.  XVI  əsr  ərzində  Azərbaycanın  Bakı,  Naxçıvan  Təbriz,  Qəzvin,  Ərdəbil,  Xoy, 
Şamaxı, Gəncə və s. şəhərlərində, bir çox kəndlərdə məscidlərin nəzdində fəaliyyət 
göstərən  məktəblər  və  mədrəsələr  ruhani  dairələr  tərəfındən  təşkil  edilmiş  qapalı 
tədris  müəssisələri  kimi təsəvvür olunmamalıdır. Bu  sistem zamanın tələbatından 
doğan elm sahələrinin (coğrafiya, təbabət, riyaziyyat, astrologiya, triqonometriya, 
ilahiyyat, poetika və s.) tədrisi ilə məşğul olurdu. Rəsmi təhsil sistemindən başqa 
fərdi  təhsil  sistemi  də  mövcud  idi.  Ruhanilər,  dövrün  elmi  biliklərində  arif  olan 
şəxslər  valideynlərin  arzusu  ilə  fərdi  məşğələlər  keçirirdilər.  Səfəvilərin  dövlət 
sarayının  nəzdində  hakim  dairələrə  məxsus  olan  uşaqların  və  gənclərin  təlim-
tərbiyəsi  üçün  xüsusi  təhsil  sistemi  fəaliyyət  göstərirdi.  Saray  nəzdində  fəaliyyət 
göstərən  təhsil  müəssisələrində  ərəb  dilinin  incəlikləri,  Quran,  bir  sıra  dünyəvi 
elmlər,  poetikanın  sirləri  və  müəyyən  sənət  sahələri  öyrədilirdi.  Səfəvi 
hökmdarlarının əksəriyyətinin dövrün bir çox biliklərində və incəsənət sahələrində 
arif  olması,  onların  xəttatlıqla,  şeirlər  yazmaqla  məşğul  olması  məhz  bu  təhsil 
sisteminin  nəticəsi  idi.  Sarayda  hərb  sənətinin  sirlərinə  yiyələnməyə  xüsusi  fikir 
verilirdi. “Şəhidlik, qazilik nişanımızdır” demiş Şah I İsmayıl
135
  qalib  gəlməyi  və 
yaxud  şəhid  olmağı  özünə  prinsip  etmiş  orta  əsr  cəngavər  gənclərinin  tipik 
nümayəndəsi hesab edilir. 
Məscidlərin nəzdində fəaliyyət göstərən məktəblərə dövlət aparatı (şahlar, 
hakimlər  və  s.)  tərəfindən  nəzarət  edilmirdi.  Məktəblərdə  təhsil  alan  şəxslərin  
valideynlərindən  haqq  alırdılar.  Orta  və  ali  təhsil  müəssisələri-mədrəsələr  isə  ali 
ruhani  hakimiyyət  idarələri  tərəfındən  açılırdı.  Mədrəsələrin  bütün  ehtiyacları  
konkret    şəxslərin   dini idarələrə  bağışladığı torpaq sahələrindən, dükanlardan və 
bağlardan əldə  olunmuş  gəlirlər hesabına ödənilirdi.  XVI  əsrdə də xanəgahlarda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə