Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə93/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   89   90   91   92   93   94   95   96   ...   138

198 
 
oymalara təsadüf edilmir. Bundan sonra, adətən gül-çiçək ornamentlərindən təşkil 
edilmiş  bəzəklər  təsviri  oymaları  əvəz  etməyə  başlayır”.
160
  Bu  hal  həm  təsviri 
oyma  sənətinin  yeni  inkişaf  mərhələsinə  daxil  olması,  həm  İslam  dininin  təsiri, 
həm də memarlıq abidələrində XV əsrdən etibarən rəngli kaşılardan geniş istifadə 
olunmasının  nəticəsi  idi.  XVI  əsrdə  sənətlərin  sintezi  prosesinin  xüsusi  vüsət 
alması,  müxtəlif  incəsənət  növlərinin  vahid  kompleks  yaradıcılığının  tərkib 
hissələrinə  çevrilməsi  mədəniyyətin  İntibah  (Renessans)  mərhələsi  üçün 
səciyyəvidir.  Bəzi  tədqiqatçılar  Azərbaycan  memarlığının  inkişafında  Səfəvilər 
dövrünü  “Azərbaycanı  orta  əsr  memarlığının  eniş  mərhələsinin  başlanğıcı”  kimi 
qiymətləndirirlər.
161
  Lakin  digər  bir  cəhəti  qeyd  etmək  zəruridir  ki,  XVI  əsrdən 
etibarən  Azərbaycan  memarlıq  məktəbi bir  sira  ictimai-siyasi amillər üzündən öz 
imkanlarını  bütün  Yaxın  və  Orta  Şərq  regionunda  (bir  sıra  hallarda  Cənub-Şərqi 
Avropa  ölkələrində)  xüsusi  intensivliklə  gerçəkləşdirirdi.  Eyni  zamanda 
Azərbaycan  ərazisində  digər  incəsənət  sahələrinin  funksionallığı  artmışdı. 
Azərbaycan  memarlığı  milli  hüdudları  aşmış,  Yaxın  və  Orta  Şərq  hadisəsinə 
çevrilmişdi. Orta əsr Azərbaycan memarlığının ən intensiv inkişaf dövrü XI-XVII 
əsrlərə  təsadüf  edir.  Bu  baxımdan  C.Qiyasinin  yuxarıda  göstərilmiş  fıkrini  qəti 
şəkildə qəbul etmək mümkün deyildir. 
XVI  əsrin  Azərbaycan  memarlığının  inkişafında  başlıca  istiqamət  dini-
xatirə  komplekslərinin  tikintisi  idi.  Dini  təyinatlı  tikililər  arasında  əsas  yer 
məscidlərə məxsusdur. Şəriət ehkamlarına əsasən, çox zaman yeni məscid dağılmış 
köhnə  məscidin  bünövrəsi  üzərində  tikilirdi  və  XVI  əsrdə  də  Azərbaycanda 
məscidlə  mədrəsənin  bir  kompleksdə  birləşdirilməsi  səciyyəvi  hal  idi.  XVI  əsrdə 
inşa  olunmuş  türbələrin  ən  bitkin  nümunələri  Ərdəbilin  Kəhrəlan  kəndində  Şeyx 
Cəbrayıl  (XIV-XVII  əsrlər),  Qusar  bölgəsinin  Həzrə  (Yarqun)  kəndində  Şeyx 
Cüneyd  (1544),  Qəzvində  Şahzadə  Hüseyn  (1559),  Sultaniyyədə  Həsən  Kami 
(1565) türbələridir. Dini-xatirə kompleksinin ən nadir incilərindən biri Ərdəbildəki 
Şeyx  Səfi  kompleksidir.  “Şeyx  Səfi  kompleksi  Ərdəbilin  əsl  şəhərəmələgətirici 
amili idi ki, o şəhərin memarlıq, ideoloji və iqtisadi əhəmiyyətini qabarıq şəkildə 
əks  etdirirdi”
162
  Səfəvilərin  ulu  babası  Şeyx  Səfiəddinin  (1252-1335)  türbəsi 
ətrafında başlıca olaraq XVI əsrdə təşəkkül tapmış Ərdəbil kompleksinin əsası XIII 
əsrin sonlarında qoyulmuşdu. Kompleks müxtəlif təyinatlı binaların bir-birinə bağlı  
olan həyətlər ətrafında qruplaşması nəticəsində yaranmışdı.
163
 Zəngin kitabxanaya, 
xeyriyyə  təyinatlı  binalara  malik  olan  bu  kompleks  yalnız  dini  funksiyalarla 
məhdudlaşmırdı. 
XVI əsrdən etibarən ictimai-siyasi, iqtisadi amillərin təsiri altında bir çox 
Azərbaycan  şəhərlərinin  inkişafında  yeniliklər  baş  verdi.  Bu  fakt  Bakının 
timsalında  daha  bariz  şəkildə  üzə  çıxmışdı.  “Feodal  Bakısının  memarlıq 
inkişafında  sonuncu  mərhələ  onunla  əlamətdardır  ki,  şəhərin  inzibati  və  ictimai 
həyatının  mərkəzi  yenidən  dənizkənarı  sahəyə  qayıtdı.  Şamaxı  istiqamətindən 
şəhərə əsas giriş hissəsində yeni inzibati mərkəz, Bakı xanlarının mürəkkəb yaşayış 


199 
 
kompleksi  yerləşirdi.  Şəhərin  əks  tərəfındə,  Salyan  qapılarına  gedən  yolda  XVI 
əsrdə  karvansaralardan  və  anbar  binalarından  başqa  məscid  binasını  da  özündə 
ehtiva  edən  geniş  ticarət  kompleksi  meydana  gəldi”.
164
  XVI  əsrdə  Bakı  şəhərinin 
memarlığında  baş  vermiş  əsaslı  dəyişikliklər  (onun  ticarət  qapılarının  cənuba 
istiqamətlənməsi,  mühüm  komplekslərin  cənubda  cəmləşməsi  və  s.)  o  zaman 
Azərbaycanda  baş  vermiş  güclü  inteqrasiya  prosesinin  təzahürlərindən  biri  idi. 
Həmin inteqrasiya prosesi qədim dövrlərdən vardı və əslində bu proses XVI əsrdə 
yenidən canlanmışdı. “Aydındır ki, şəhərin inkişafının bütün mərhələlərində onun 
ticarət-ictimai  həyatı  həmişə    aşağı,  dənizkənarı  hissədə  cəmləşirdi”.
165
  Şirvan 
şəhərlərinin əksəriyyəti   üçün  cənub  vilayətlərinə  bu  cür istiqamətlənmə XVI 
əsrin səciyyəvi əlaməti idi. 
XVI  əsrdə  Azərbaycan  memarlığının  fəaliyyət  dairəsi  xeyli  genişləndi. 
Mərkəzi Asiyada və Əfqanıstan ərazisində Azərbaycan memarlarının fəaliyyətinin 
qədim tarixi vardır. “Azərbaycanla Orta  Asiya memarlığında  ümumilik etnik, dini 
ideoloji və ictimai quruluş birliyinin nəticəsi idisə, yaxın, oxşar xüsusiyyətlər bədii 
ənənələrin və sənətkarların yerdəyişməsi ilə yaranırdı. Etnik birlik, soy doğmalığı, 
dil  maneəsinin  olmaması  ta  qədimdən  bu  ölkələrin  xalqlarının,  eləcə  də 
sənətlərinin  yaxınlaşmasında  baş  amil  olmuşdur.  Bu  amil  memarlarımızın  Orta 
Asiyalı həmkarları ilə yaradıcılıq əməkdaşlığının məhsuldarlığına da həmişə güclü 
təkan  vermişdir”.
166
  Zəngin  memarlıq  ənənələri  olan  Hindistan  (xüsusilə  onun 
şimal-qərb  vilayətləri)  XVI  əsrdə  türk-monqol  mənşəli,  müsəlman  əqidəli 
Moğollar  sülaləsinin  hakimiyyəti  altında  idi.  Etnik  yaxınlıq,  din  ümumiliyi,  sabit 
dövlətlərarası  münasibətlər  bu  əsrdən  etibarən  iki  memarlıq  məktəbinin  güclü, 
qarşılıqlı təsiri üçün əlverişli şərait yaratmış obyektiv səbəblər idi. C.Nehru Moğol-
Səfəvi memarlıq əlaqələrinin nəticəsi barədə yazırdı: “Hindistanda hind ideallarını 
və  İran  motivlərini  özündə  birləşdirən  yeni  memarlıq  meydana  gəldi.  Aqra  və 
Dehli əzəmətli, gözəl binalarla  bəzəndi. Onlardan  ən gözəli - Tac-Mahal haqqında 
fransız  alimi  Qrusse  demişdir  ki  “bu,  Hindistanın  vücudunda  təcəssüm  olunmuş 
İran  qəlbidir”.
167
  Moğol  imperiyasının  ərazisində  memarlığın  yeni  inkişaf 
səviyyəsinə  yüksəlməsində  Azərbaycan  memarlarının  mühüm  rolu  olmuşdur. 
Moğol  hökmdarları  müxtəlif  müsəlman  ölkələrindən  Hindistana  memarları  cəlb 
edir, müxtəlif tikinti materialı gətirmək işinə himayəçilik edirdilər. Müxtəlif bədii 
sistemlərin  sintezindən  yaranmış  Moğol  memarlığında  Səfəvi  üslubunun  təsiri 
aydın  şəkildə  nəzərə  çarpırdı.  XVI  əsrin  II  yarısından  başlayaraq  Hindistana 
Azərbaycan memarlarının gəlməsi prosesi daha da sürətləndi.  1565-ci ildə Dehlidə 
tikilmiş  Hümayun  türbəsi,  Aqradakı  Fatehpur  məscidi  və  s.  arxitektura  
abidələrində  Azərbaycan  memarlıq  məktəbi  ənənələrinin  təsiri  aydın  surətdə  hiss 
edilir.  Azərbaycan  sənətkarlarının  Hindistana  mühacirət  etməsi  yalnız  Səfəvi   
dövlətinin daxilindəki  ictimai-siyasi ziddiyyətlərlə əlaqələndirilə bilməz.
168
 Həmin 
prosesi  sürətləndirən  başlıca  amillərdən  biri  XVI  əsrdə  Moğol  hökmdarlarının 
saraylarında bədii yaradıcılıq üçün çox əlverişli mühitin yaradılması idi. Bu əsrdə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə