Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə84/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   80   81   82   83   84   85   86   87   ...   138

180 
 
üçün də səciyyəvidir. Çünki nağıllar, dastanlar, məsəllər məhdud şəraitdə, məhdud 
miqdarda  söyləndiyi  halda,  qoşmalar,  bayatılar,  sazlı-sözlü  ozanların,  aşıqların 
vasitəsi ilə el-oba arasında yayılır və dillər əzbəri olurdu”.
55
 Bədii nəsr ədəbiyyatda 
- nisbətən gec yaranmış və təşəkkül tapmış ədəbi hadisədir.  Bədii ədəbiyyatın nəsr 
tipinin  Azərbaycanda  təşəkkül  tapması  Məhəmməd  Füzulinin  yaradıcılığı  ilə 
bağlıdır. Nəsr tipinin Şərqdə, Azərbaycanda qafiyəli nəsr formasında mövcudluğu 
Şərq  (Azərbaycan)  ədəbiyyatının  spesifikliyi,  Şərq  təfəkkürünün  (bədii 
təfəkkürünün) poetik səciyyədə olması ilə bağlı di. 
XVI əsr Azərbaycan klassik ədəbiyyatının başlıca xüsusiyyətlərindən biri 
peşəkar ədiblərin (Xətai, Füzuli, Əmani Kişvəri və b.) xalq yaradıcılığı ənənələrinə 
yaxınlığı,  bu  ənənələrə  qovuşması  idi.  İntibah  ədəbiyyatının  ən  səciyyəvi 
əlamətlərindən biri onun orta əsrlərin folkloru ilə üzvi əlaqəsidir. “Bu dövrdə rəsmi 
və  qeyri  rəsmi  ədəbiyyat  arasında  sərhədlər  labüd  surətdə  aradan  qalxmalı  idi. 
Ədəbiyyatın  va  ideologiyanın  ayrı-ayrı  sahələrinin  xalq  dillərinə  keçidi  bu 
sərhədləri ya müvəqqəti olaraq dağıtmalı, ya da zəiflətməli idi”.
56
 
Azərbaycan  ədəbiyyatının  XVI  əsrdəki  inkişafına  dinin,  dini 
dünyagörüşünün  müəyyən  təsirini  də  nəzərə  almaq  zəruridir.  Ona  görə  də 
Ə.Mirəhmodovun  aşağıdakı  fikri  ilə  razılaşmaq  mümkün  deyildir:  “Orta  əsrlərdə 
feodal-ruhani dairələrin təzyiqi və idealist dünyagörüşünün təsiri nəticəsində, hətta 
böyük  klassiklər  də  hakim  dini  ideologiya  ilə  hesablaşmaq  məcburiyyətində 
qalmış,  özlərinin  bir  çox  qabaqcıl  sosial-fəlsəfi  fikirlərini  belə  onunla 
əlaqələndirməli  olmuşlar”.
57
  Xaqani,  Nizami,  Nəsimi,  Xətai,  Füzuli  kimi  ədib  və 
mütəffəkirlər  yaşadıqları  ictimai  mühitin  məhsulu  idilər.  Onlar  həmin  dövrün 
ictimai  münasibətlərinin  məcmusunu  özlərində  ehtiva  etmişdilər.  Orta  əsrlərin 
hakim,  dini  dünyagörüşü  onlar  üçün  yad,  kənardan  gəlmiş  təsir  deyildi,  bu 
dünyagörüşü onların özlərinin daxili aləmində idi. 
 
Xaqani, Nizami, Nəsimi, Xətai, 
Füzuli  və  digər  orta  əsr  Azərbaycan  ədiblərinin  dini  dünyagörüşə  malik  olması 
onların  dünyəvi,  humanist,  mütərəqqi  ictimai-siyasi  və  fəlsəfi  fikirlərini  ifadə 
etməsinə  mane    olmamışdır.  Şah  İsmayıl  Xətainin  və  Məhəmməd  Füzulinin 
ziddiyyətli səciyyə daşıyan yaradıcılığı bunu isbat edir. 
Şah İsmayıl Xətainin siyasi xadim və şair kimi fəaliyyəti haqqında bir çox 
məlumatları  1550-ci  ildə,  “Töhfeyi-Sami”  təzkirəsinin  müəllifi,  şairin  oğlu  Sam 
Mirzə (1517-1567) də  vermişdir.
58
  Şah  İsmayıl  Xətaidən  (1487-1524)  bəhs  etmiş 
orta  əsr  tarixçilərindən  Mirxond,  İsgəndərbəy  Münşi  (Türkman),  salnamə 
müəllifləri və təzkirəçilərdən Lütfəlibəy Azər, Rzaquluxan Hidayət daha çox şairin 
siyasi  fəaliyyətini  əks  etdirmiş,  onun  ədəbi  sahədəki  xidmətləri  barədə  kiçik 
qeydlərlə  kifayətlənmişlər.  Şah  İsmayıl  Xətainin  ədəbi  irsinin  kompleks  şəkildə 
tədqiqi və çapı işi Həmid Araslının adı ilə bağlıdır. O, əsrimizin 40-50-ci illərində 
bir neçə məqalə və əsərlə xətaişünaslığın əsasmı qoymuşdur. Azərbaycanda Xətai 
haqqında  ilk  geniş  monoqrafik  əsərin  müəllifi  Əzizağa  Məmmədovdur.
59
  Həmin 
əsərdə  Şah  İsmayıl  Xətai  Nəsimi  ilə  Füzuli  arasındakı  dövrdə  yaranmış  yeni 


181 
 
Azərbaycan  ədəbiyyatının  ən  görkəmli  nümayəndəsi  kimi  təqdim  edilmişdir.  Şah 
İsmayıl  Xətainin  avtoqraf  əlyazmaları  elm  aləminə  məlum  deyildir.  1535-ci  ildə 
məşhur  kalliqraf  (xəttat)  Şah  Mahmud  Nişapuri  Xətai  “Divan”ının  üzünü 
köçürmüşdür. “Divani-Xətai”nin bu, ən  mükəmməl  əlyazma  nüsxəsində  şairin 14 
qəsidəsi,  245  qəzəli  və  10  rübaisi  toplanmışdır.
60
  Xətai  “Divan”ının  onlarla 
əlyazma  nüsxələri  də  mövcuddur.  Məhəmmədəli  Tərbiyət  Şah  İsmayıl  Xətai 
haqqında belə məlumat vermişdir: “XVI əsr, Xətai, bəzən də İsmayıl təxəllüsü ilə 
fars  və  türk  dillərində  şeir  yazırdı.  Onun  divanı,  “Dəhnamə”  (“On  məktub”), 
“Behcətül-Əhrar” (“Azad adamların sevinci”), “Nəsihətnamə”,  “Mənaqibül-əsrar” 
(“Sirlərin  niqablanması”)  adlı  əsərləri  var”.
61
  Şah  İsmayıl  Xətai  xarici  ölkələrin 
tədqiqatçılarını  da  məşğul  edən  görkəmli  şəxsiyyətdir.  O.Kölpınarlı, 
M.F.Köprülüzadə,  İsmayıl  Hikmət,  Bəsim  Atalay,  Sədəddin  Nüshət  Ergün  Xətai 
mövzusunda yazmış Türkiyə araşdırıcılarıdır. 
 Avropa  xətaişünaslarından  N.Purqştall,  Ş.Riyö,  E.  Braun.  F.Babinger  də 
bu  görkəmli  simanın  həyat  və  fəaliyyətini  tədqiq  etmişlər.  Azərbaycan 
xətaişünasları  arasında  Salman  Mümtaz,  Bəkir  Çobanzadə,  H.Araslı,  Turxan 
Gəncəyi  Şah  İsmayıl  Xətainin  fəaliyyətinin  müxtəlif  sahələrinə  tədqiqat  obyekti 
kimi  yanaşmışlar.  Rus  tədqiqatçıları  A.Krımski  və  V.Minorski  də  görkəmli 
Azərbaycan  siyasi  xadiminin  və  şairinin  həyatı,  fəaliyyəti  məsələlərinə 
toxunmuşlar.  Azərbaycan  Səfəvilər  dövlətinin  yaranmasının  təşəkkülünün  ilkin 
mərhələsi  Şah  İsmayıl  Xətainin  fəaliyyəti  ilə  bağlıdır.  Dövrünün  ictimai-siyasi 
ziddiyyətləri  onun  şəxsiyyət,  siyasi  xadim  kimi  çox  erkən  yetişməsinə  səbəb 
olmuşdu. “O, 10-11 yaşlarına qədər İncili, Tövratı və Quranı öyrənmiş, ərəb və fars 
dillərini mənimsəmiş, müxtəlif təhlükələrə məruz qalmışdır”.
62
 1501-ci ildə özünü 
şah  elan  etmiş  İsmayıl  ömrünün  son  günlərinədək  xarici  və  daxili  düşmənlərlə 
mübarizədə  olmuş, lakin poetik  yaradıcılıqla  da  məşğul olmağa imkan tapmışdır. 
O,  İntibah  dövrünün  səciyyəvi  hökmdarı  idi.
63
  Şah  İsmayıl  Xətai  elm,  incəsənət, 
sənət  adamlarına  himayəçilik  edir  və  özü  də  dövrün  mütərəqqi  ideyalarını  təbliğ 
edən  əsərlər  yazırdı.  "Şairlər,  rəssamlar,  musiqiçilər  Şərqdə  də,  Qərbdə  də  şah 
saraylarının  yaraşığı  olmuşlar.  Bir  sıra  istedadlı  sənətkarlara  sarayların  himayəsi 
yaratmaq üçün yeganə imkan, şərait idi. Bu, Avropanın İntibah dövrü rəssamlarına 
da aiddir, Şərq şairlərinə də, Velaskesə də, özbək dahisi Nəvaiyə də”.
64
 Mütərəqqi 
fəlsəfi  ideyaları  təbliğ  edən  hürufilər  Şah  İsmayıl  Xətainin  himayəsinə 
sığınmışdılar.  “Hürufi  ideyaları  bu  dövlətin  himayəsində  sərbəst  inkişafa  imkan 
tapmışdı.  XVI  əsrdə  hürufi  şairlərinin  hamısı  Səfəvilər  dövləti  ətrafında 
mərkəzləşir  və  şiəliklə  uyuşmağa  çalışırdılar.  Ortodoksal  İslam  dininə  nisbətən 
sərbəst  olan  şiəlik  bütün  təriqətlərin  rəğbətini  qazanmışdı.  Şah  I  İsmayıl  özü 
hürufilərə  dərin  rəğbət  göstərmiş,  hürufi  üslubunda  şeirlər  yazmışdır. 
“Dəhnamə”dəki  məktublardan  biri  hürufı  şeiri  üslubunda  yazılmışdır”.
65
  Şah 
İsmayıl Xətai şeirlərindən birində bu faktı açıq şəkildə qeyd etmışdir: “Mən sufilər 
yoldaşıyam, qazilər deyən şah mənəm”.
66
  Xətai gəraylılardan birində yazmışdır: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə