Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə83/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   79   80   81   82   83   84   85   86   ...   138

178 
 
əlaməti olmuşdur. Belə şəraitdə Yaxın və Orta Şərq regionunda yaşayan xalqların 
qarşılıqlı ədəbi təsir prosesi labüd hal idi.  Regionun xalqları üçün ümumi elm dili 
(ərəb dili) və ədəbi dil (fars dili) qərarlaşmışdı. 
XV əsrin II yarısından  - XVI əsrin əvvəllərindən etibarən vəziyyət əsaslı 
şəkildə  dəyişdi.  Ədəbiyyatda  türk  xalqlarının  İntibahı  prosesi  başlandı.  “Yazılı 
ədəbi dil kimi öz dilindən deyil, özgə dildən istifadə olunması feodalizm mərhələsi 
üçün səciyyəvi olan, geniş yayılmış hadisə idi. Həmin mərhələ milli ədəbi dillərin 
təşəkkülü  və  yayılması  mərhələsinin  astanasıdır”.
45
  Türk  xalqlarının  ədəbiyyatı 
regional  ədəbiyyat  məcmusundan  ayrılması  faktı  ilə  səciyyələnirdi.  “Əvvəlcə  bu 
fakt  təəccübləndirir  və  hətta  təəssüf  hissi  doğurur.  Lakin  sonra  çevrilişin 
qanuniliyini başa düşməyə başlıyırsan, habelə çevrilişdə dünya ədəbiyyatı tarixinin 
çox mühüm məqamının - zonal ədəbiyyatların milli ədəbiyyatlara parçalanmasının, 
yəni  ədəbiyyatın  ictimai  hadisə  kimi  mövcudluğu  formasının,  xarakterinin 
dəyişməsinin  təzahürünü  görməyə  başlayırsan”.
46
  Lakin  bu  çevriliş,  İntibah 
dövründə  türk  xalqlarının  ədəbiyyatı  Şərqin  regional  bədii  dəyərlərindən  imtina 
etməmiş, bu dəyərlərin yaradıcı surətdə mənimsənilmə prosesini yaşamışdır. “XIII-
XV  əsrlərin  Azərbaycan  şeiri  özünəməxsus  bütün  xüsusiyyətlərinə  baxmayaraq, 
əsasən  klassik  farsdilli  poeziyanın  təcrübəsini  mənimsədiyi  halda,  XVI  əsrdən 
etibarən bu ədəbiyyat  öz  milli çərçivəsindən kənara  çıxmağa  və  artıq Yaxın Şərq 
xalqlarının  şeir  sənətinə  təsir  göstərməyə  başlayır.  Əgər  bu  ədəbiyyat  öz  genetik 
kökləri  ilə  qədim  türk  xalqlarının  şifahi  xalq  yayıcılığı  ilə,  rabitə  əlaqəsi  ilə  isə 
Yaxın  Şərq  xalqları  ədəbiyyatı  ilə  bağlı  idisə,  tipoloji  baxımdan  İntibah 
mədəniyyətinə  uyğun  gəlirdi.  Axırıncı  əlaqə  forması  klassik  dövr  poeziyamızın 
mahiyyətini  və  məfkurə  istiqamətini  müəyyənləşdirmək  cəhətindən  başlıca 
şərtdir”.
47
 
Azərbaycan  dilində  ədəbi  əsərlərin  XVI  əsrdə  xüsusi  intensivliklə 
artmasının bir neçə əsrlik tarixi vardır. Azərbaycan ədəbiyyatının ən qədim kökləri 
xalqın  mifologiyasında,  Şifahi  yaradıcılığındadır.  Azərbaycan  (bütövlükdə  digər 
türk  xalqları  da  istisna  olunmur)  ədəbiyyatının  yenidən  türk  zəmininə  (dilinə) 
qayıtmasında,  yeniləşmiş  ədəbiyyatın  nəzəri  əsaslarının  işlənib  hazırlanmasında 
Mahmud  Qaşqarinin,  Yusif  Balasaquninin  və  Əhməd  Yasəvinin  mühüm  rolu 
olmuşdur. Həmin mütəffəkirlərin Azərbaycan ədəbiyyatının
 
yeni əsasda inkişafına 
bilavasitə  və  vasitəli şəkildə  təsiri
 
böyük  idi.  Yusif  Balasaquni  və  Əhməd  Yasəvi 
türk  xalqlarından  biri  olan  azərbaycanlıların  anadilli  poeziyasına  və  fəlsəfəsinə 
təsirləri  baxımından  diqqətimizi  cəlb  edir.  XIII  əsrin  Azərbaycan  dilli  klassik 
poeziyasının ilk məlum nümayəndəsi hesab olunan Şeyx İzzəddin Həsənoğlu XVI 
əsrin  xüsusi  intensivliklə  inkişafını  bərpa  etmiş  türk  (Azərbaycan)  ədəbiyyatına 
keçid  mərhələsini  təşkil  edən  ədib  idi.  Onun  ədəbi  irsindən  müasir  dövrdə 
Azərbaycan dilində üç, farsca bir qəzəli məlumdur.
48
 Şeyx İzzəddin Həsənoğlu orta 
əsrlərdə Şərqdə geniş yayılmış sufilik təriqətinin mühüm təbliğatçılarından biri idi. 
Ümumtürk  ədəbiyyatının  təşəkkülündə  Qazi  Bürhanəddinin
49
  böyük  rolu 


179 
 
olmuşdur.  Şair  və  dövlət  xadimi  olmuş  Əhməd  Qazi  Bürhanəddin  türkdilli 
ədəbiyyatın  əsas  simalarından  sayılır.  Yusif  Məddahın  (XIV  əsr),  Qaraqoyunlu 
hökmdarı  Mirzə  Cahanşah  Həqiqinin  (1397-1467)  türk  (Azərbaycan)  dilində 
yazılmış  gözəl  poeziya  nümunələri  vardır.  İmadəddin  (Seyid  Əli)  Nəsimi  (1369-
1417)  Azərbaycan  ədəbiyyatının  inkişaf  zirvələrindən  biri  sayılır.  XVI  əsrin  (və 
sonrakı  dövrün)  anadilli  ədəbiyyatının  inkişaf  istiqamətlərini  müəyyənləşdirmək 
baxımından  Nəsiminin  yaradıcılığı  nəzərəçarpacaq  mövqeyə  malikdir.  Onun 
əsərləri,  həmçinin  dərin  fəlsəfi  ideyaların  mənbəyidir.  Nəsiminin  təbliğ  etdiyi 
hürufilik təriqətinin mərkəzində ilahiləşdirilmiş insan dururdu: 
Məndə sığar iki cahan, mən bu cahana sığmazam,  
Gövhəri-laməkan mənəm, kövnü məkanə sığmazam.
50
 
Artıq  Nəsiminin  yaradıcılığında  İntibahın  mühüm  əlamətlərindən  biri  - 
humanizm  aşkar  şəkildə  zahirə  çıxır.  Nəsiminin  qənaətinə  görə,  obyektiv  və 
subyektiv  aləmləri  özündə  ehtiva  edən  İnsan  “məkanı  olmayan  gövhərdir”.  XVI 
əsrin Azərbaycan ədəbiyyatında (xüsusilə şifahi ədəbiyyatda) baş vermiş keyfiyyət 
çevrilişində  yaranma  tarixi  eramızın  ilk  əsrlərinə  (V-VI  əsrlərə)  gedib  çıxan
51
 
“Kitabi-Dədə  Qorqud”  dastanının  da  mühüm  rolu  vardır.  Beləliklə,  XVI  əsrdən 
etibarən  “Azərbaycan  xalqının  düşüncə  tərzində,  mədəni-maddi-siyasi  həyatında 
dönüşün  yaranması,  yeni  dövrün  başlanması”
52
  üçün  mədəni-mənəvi  zəmin 
təxminən  1000  il  ərzində  yaranmış,  təşəkkül    tapmış  və  inkişaf  etmişdir.    XVI 
əsrdə Azərbaycan ədəbiyyatında zahirə çıxmış İntibah möhkəm təməl əsasında baş 
vermiş obyektiv, qanunauyğun hadisə idi. Azərbaycan ədəbiyyatında fars dilindən 
doğma dilə-türkcəyə getdikcə güclənən keçid prosesi təsadüfi fakt deyildi. 
Azərbaycan  ədəbiyyatında  milli  dilin  aparıcı  rol  oynaması  XVI  əsrin 
ədəbi  həyatının  səciyyəvi  əlamətlərindən  ümdəsi  idi.  “XVI  əsrdən  başlayaraq 
klassik  Azərbaycan  ədəbiyyatında,  eyni  zamanda  həm  Azərbaycan,  həm  də  fars 
dilində (bəzən də həmçinin ərəb dilində) şeir yazmaq halı bir növ ədəbi normaya 
çevrilir.  Bununla  belə,  bu  dövrdə  yazan  şairlərin,  demək  olar  ki,  hamısının 
yaradıcılığında ana dili üstünlük təşkil edir”.
53
 Azərbaycan dilinin fəaliyyət dairəsi 
yalnız ədəbi mühitlə məhdudlaşmırdı. Eyni zamanda qeyd etmək lazımdır ki, XVI 
əsrin ortalarından etibarən türk dillərində diferensiasiya prosesi daha aydın şəkildə 
aşkara  çıxdı.  Azərbaycan dilli ədəbi irsinin  ümumtürk ədəbi irsindən  fərqlənməsi 
həmin  əsrdən  etibarən  güclənir.  Səfəvilər  dövlətinin  dil  sahəsindəki  siyasəti 
Azərbaycan ədəbi dilinin tərəqqisinə güclü, müsbət təsir göstərmişdir. Bu təsir XVI 
əsr  ərzində  xüsusi  əhəmiyyətə  malik  idi.  Səfəvilərə  qədərki  Azərbaycan  feodal 
dövlətlərinin doğma ədəbi dilin inkişafına müsbət 
 
təsiri cüzi olmuşdur.
54
 
Azərbaycan  ədəbiyyattının  XVI  əsrdəki  inkişafı  üçün  səciyyəvi  olan 
əlamətlərdən  biri  nəsr  əsərlərinin  yaranması  idi.  “Dövrün  əvvəllərindən  axırına 
qədər  ədəbi  dil  əsasən    üsluba-bədii  ədəbiyyata  xidmət  etmişdir.  Həmin  dövrdə 
bədii üslubun qabaqcıl qolunu mənzum əsərlər təşkil etdiyindən dövrün ədəbi dili 
də nəzm dili olmuşdur. Belə hal təkcə yazılı ədəbi dil üçün deyil, şifahi ədəbi dil 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə