Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə82/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   78   79   80   81   82   83   84   85   ...   138

176 
 
sahib olmuş Səfəvilər orta əsr müsəlman Şərqinin tipik sülaləsi kimi səciyyəvidir. 
“Müsəlman  regionu  ölkələrində  qanunvericilik  əsası  kimi  Şəriətin  uzun  müddət 
qüvvədə qalması daha bir vacib cəhət ilə, yəni onunla bağlıdır ki, burada min ildən 
artıq  dövr  ərzində  dünyəvi  hakimiyyətlə  dini  hakimiyyət  bir  əldə  cəmlənmişdi:  
Dövlətin  başçısı  (xəlifə,  sultan  və  əmir)  eyni  zamanda  həm  də  əmir-əl-Möminin 
(yəni  möminlərin  başçısı)  adını  daşıyırdı”.
33 
Müsəlman  ölkələrindən  biri  kimi 
Səfəvilər  dövründə  “dinin  ictimai  və  şəxsi  həyata  və  hətta  məişətə  təsiri”
34
 
gerçəklik idi.  Şah I İsmayılın dini islahat  keçirməsi (şiəliyin dövlət  məzhəbi elan 
edilməsi)  də
35
  mövqeyin  möhkəmləndirilməsi,  siyasi  və  sinfi  mübarizədə 
əleyhdarların  məğlub olunması,  mədəni  –  ideoloji sahədə dövlət nəzarətinin daha 
da  genişləndirilməsi  cəhdi  idi.  Beləliklə,  dinin  rolunun  artması  sinfi,  siyasi 
mübarizənin  kəskinliyinin  nəticəsi  kimi  meydana  gəlmişdi.  Lakin  qeyd  etmək 
zəruridir  ki,  Səfəvi  hökmdarlarının  dini  radikalizmi  sabit  təmayül  deyildi.  Dini 
ideologiya  onların  dünyagörüşündə  dünyəvi  ideologiya  ilə  qovuşurdu.  Səfəvi 
şahlarının əksəriyyətinin ədəbiyyata və incəsənətə dərin maraq və qayğı göstərməsi 
bu həqiqəti sübut edir. Azərbaycan (türk) və fars dillərində şeirlər yazan, miniatür 
rəssamlığı  və  kalliqrafiya  ilə  məşğul  olan  hökmdarlar  XVI-XVII  əsrlərin 
Azərbaycan  mədəniyyətinin  səciyyəvi  hadisəsi  idi.  C.Nehru  Moğol  hökmdarı 
Zahirəddin Məhəmməd Babur (1483-1530) haqqında yazmışdır: “Babur cazibədar 
şəxsiyyət,  intibah  dövrünün  səciyyəvi  hökmdarı,  cəsur  və  bacarıqlı  insan  idi.  O, 
incəsənəti  və  ədəbiyyatı  sevirdi,  həyatdan  zövq  almağı  xoşlayırdı”.
36
  Şah  I 
Təhmasib,    Şah  I  Abbas  bu  baxımdan  daha  maraqlı  şəxsiyyətlər  idilər.  Onlar 
Səfəvilər dövründə  baş vermiş intibahın hakim sinifdən olan nümayəndələri kimi 
qiymətləndirilə  bilər.
37
  C.Nehru  bu  dövrü  belə  qiymətləndirir:  “Teymurilər 
sülaləsinin  hökmdarı  Babur  Dehli  taxtına  çıxdı.  Bu,  XVI  əsrin  əvvəllərində  baş 
verdi.  Bu  zaman,  Səfəvilər  hakimiyyəti  dövründə  İran  incəsənəti  parlaq  İntibah 
dövrünü yaşayırdı. Bu dövr fars incəsənətinin qızıl əsri kimi məşhurdur”.
38
 Müəllif 
Səfəvilərin  etnik  mənsubiyyətinə  əhəmiyyət  verməmiş,  bu  dövlətin  ictimai, 
iqtisadi,  mədəni-tarixi  və  siyasi  mərkəzinin  Azərbaycan  olduğu  faktını  sərfnəzər 
etmiş,  Səfəvi  dövrünün  mədəni  sisteminə  regional  /İran/  mədəniyyət  faktı  kimi 
yanaşmış, incəsənətin inkişafında Azərbaycanlıların aparıcı mövqelərinə və roluna 
fikir  verməmişdir.  Lakin  C.Nehrunun  incəsənətdə,  ədəbiyyatda  intibah  barədəki 
fikri də Səfəvi şahlarının dünyəvi dünyagörüşə mail olduğunu sübute edir. 
XVI  əsrin  sonlarına  doğru  Səfəvilər  dövlətinin  ictimai-iqtisadi  və  siyasi 
sistemində  baş  vermiş  bir  sıra  proseslər  (dünya  ticarət  yollarının  dövlətin  cənub 
vilayətlərinə  keçməsi,  dövlətin  paytaxtının  1598-ci  ildə  Qəzvindən  İsfahana 
köçürülməsi,  ictimai  mübarizənin  kəskinləşməsi,  Azərbaycanın  inkişaf  etmiş 
vilayətlərindən  əhalinin  bir  hissəsinin  İran  vilayətlərinə  köçürülməsi  və  s.) 
Azərbaycan  mədəniyyətinin  inkişaf  axarına  mənfi  təsir  göstərdi.  Xarici  siyasi 
amilin  rolu  da  mühüm  idi:  1590-cı  ilədək  Osmanlı  Türkiyəsi  Azərbaycan 
vilayətlərinin  əksəriyyətini  işğal  etdi.
39
  Osmanlı  və  Səfəvi  dövlətləri  arasında,  


177 
 
İstanbulda bağlanmış sülh müqaviləsinə əsasən Səfəvi dövlətinin tərkibində yalnız 
Qaracadağ,  Ərdəbil  və  Talış  əyalətləri  qaldı.
40
  Beləliklə,  bir  çox  mənfi  amillərin 
təsirinə  baxmayaraq,  uğurla  inkişaf  etmiş  Azərbaycan,  onun  mədəniyyəti  ağır, 
çətin mühitə düşdü. Lakin Azərbaycan mədəniyyətinin inkişaf imkanları belə ağır 
şəraitdə  də  güclü  surətdə  aşkara  çıxmaqda  idi.  Azərbaycan  mühitində  törəmiş, 
genişlənmiş Səfəvilər dövləti XVI əsrin sonlarından etibarən Azərbaycan xalqının 
mədəni inkişaf prosesində aparıcı rolunu itirməyə başladı. Bu dövrdən başlayaraq 
Azərbaycan  mədəniyyətinin  inkişaf  zəmini  daha  da  genişləndi  (Mədəniyyətin 
inkişafı geniş xalq kütlələrinə arxalanırdı). 
 
§ 2. Azərbaycan
 
ədəbiyyatı.
 
 
Ədəbiyyat  Azərbaycan  mədəniyyəti
 
sistemində
 
mühüm  rolu  və  mövqeyi 
olan incəsənət  sahəsidir. Spesifik incəsənət  sahəsi olan  “ədəbiyyat incəsənətin ən 
yüksək növüdür. Ədəbiyyat azad insan sözləri ilə ifadə olunur ki, bu da həm səs, 
həm  lövhə,  həm  də  müəyyən,  aydın  ifadə  olunmuş  təsəvvürdür.  Buna  görə  də 
ədəbiyyat başqa incəsənətlərin bütün ünsürlərinə malik olub, ayrılıqda onların hər 
birinə  aid olan bütün  vasitələrdən birdən-birə  və  tamamilə istifadə  etmək olur”.
41
 
Obyektiv gerçəkliyi bədii obrazlarla əks etdirən  söz sənəti kimi ədəbiyyatda milli 
ruh,  xalqın  düşüncə  tərzi  spesifik  xüsusiyyətləri  daha  bariz  şəkildə  aşkara  çıxır. 
“Ədəbiyyatda  xalqın ruhunun inkişafı əks edir: ədəbiyyat xalqın
 
tarixinin mühüm 
bir tərəfidir”.
42
 
Nəzərə almaq lazımdır ki, “incəsənət elm deyildir və o ancaq milliliyi ilə 
güclüdür”.
43
  Bu  və  ya  digər  yaradıcılıq  ənənəsini  davam  etdirən  milli  məktəblər 
məhz  ədəbiyyatda  təşəkkül  tapmışdır.  Nəsimi,  Xətai,  Füzuli  kimi  dahilər  məhz 
Azərbaycan  ədəbi  məktəbinin  yetirmələridir,  bu  məktəbin  zənginləşməsində 
mühüm rol oynamışlar. 
Azərbaycan  ədəbiyyatı  qədim  dövrlərdən  etibarən  türk,  Şərq  və  İslam 
kontekstlərinin  kompleksində  inkişaf  edən  spesifik  sistemdir.  İlk  orta  əsrlərdə 
İslam  regionuna  daxil  olmuş  Azərbaycanın  ədəbiyyatı  sonrakı  tarixi  dövrlərdə 
öznün  funksional  zənginliyi  ilə  səciyyələnirdi.  “İslam  dininin  rəssamlığa, 
musiqiyə,  teatra,  fəlsəfəyə  münasibəti  ona  səbəb  oldu  ki,  ədəbiyyatın  öhdəsinə 
İslam  tərəfindən  qadağan  olunmuş  bütün  incəsənət  növlərinin  funksiyalarının 
yerinə  yetirilməsi  kimi  nəhəng  vəzifə  düşdü.  Obrazların  bədiiliyi  və 
monumentallığı,  şeirin  musiqilliyi,  hekayətin  faciəliliyi,  poetik  formada  elmi 
görüşlərin  təbliği  cəhdləri,  dərin  fəlsəfı  məna  məhz  bundan  irəli  gəlir.  Təəccüblü 
deyildir  ki,  ədəbiyyat  orta  əsrlərin  İslam  Şərqində  fəlsəfi  fikrin  yayılmasının  və 
inkişafının  əsas  formalarından  biridir”.
44
  Ərazicə  geniş,  bir  çox  xalqları  öz 
sərhədləri  daxilində  birləşdirən  iri  dövlətlərin  mövcudluğu  orta  əsrlərin  (xüsusilə 
İslam Şərqinin) mühüm əlamətlərindən biri idi. Hərbi - siyasi çəkişmələrin çoxluğu 
və  dövlət  sərhədlərinin  mütəhərrikliyi,  sabit  olmaması  da  bu  dövrün  səciyyəvi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə