Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə81/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   77   78   79   80   81   82   83   84   ...   138

174 
 
idi. Lakin bu əsasın səmərəliliyi, onun müdafiə qüdrəti xeyli mənada özündən asılı 
idi. Dini sistemin dövləti zəif müdafiə etdiyi yerlərdə hakimiyyət və onunla birgə 
cəmiyyət  asanlıqla  məhv  olurdu.  Lakin  bu  sistemin  optimal  fəaliyyət  göstərdiyi 
yerlərdə nəticə başqa cür olurdu”.
23
 Hakimiyyətə sahib olmaq uğrunda mübarizədə 
Səfəvilərin  qələbəsi  təsadüfi  hadisə  deyildi.  Bu,  obyektiv  və  zəruri  idi,  labüd 
tələbatdan irəli gəlirdi. Bu mübarizədə şiəlik ideyalarından geniş istifadə olunması  
hərəkatın  taleyini  həll  etdi.  “Tarixi  kökləri  etibarilə  şiəlik  məğlubların, 
məzlumların,  şəhid  olanların  ruhuna  yaxın  idi  və  buna  görə  də  geniş  xalq 
kütlələrini  özünə  cəlb  etmişdi”.
24
  Sonsuz  əzablara  düçar  olmuş  xalq  kütlələri 
Səfəvilərin  timsalında  ölkənin  siyasi  sabitliyini,  iqtisadi  və  mədəni  tərəqqisini 
təmin edəcək qüvvə görürdülər. “Qızılbaş hərəkatının feodal yuxarı dairələri xalq 
kütlələrinin ifrat ideoloqlarının güclü təsirinə  məruz qalmışdı. Bu, hərəkatda sadə 
xalqın  geniş  iştirakının  göstəricisi  idi.  Şah  İsmayılı  çox  sevir  və  onu 
ilahiləşdirirdilər.  Venesiya  səyyahlarının  məlumatlarından  məlum  olur  ki,  o,  xalq 
içərisində də məşhur idi. Ona Mehdi, İmam, Sahib-əz-zaman kimi baxırdılar. Onun 
çıxışı xalq kütlələrinin ən yoxsul və istismar olunan təbəqələrinin ictimai çevrilişə 
olan  inamları  ilə  birləşirdi”.
25
  “Zahirən  mistik  və  dini  görünən  şiə  ideyaları”, 
bilavasitə hərəkətdə öz ifadəsini asanlıqla tapırdı və bu ideyalar hərəkatın önündə 
gedən  elementlərin  siyasi  xəttini  təşkil  edirdi.
26
  XV  əsrin  sonunun  -  XVI  əsrin 
əvvəllərinin  həyat  şəraiti  geniş  xalq  kütlələrinin  qızılbaş  hərəkatında  iştirakını 
zəruri və labüd etmişdi. Şiə-qızılbaş hərəkatı Kiçik Asiyanı (Osmanlı ərazisini) də 
əhatə  etmişdi.  “Hərəkatın  ilkin  mərhələsində  şiə  ilahiyyatçıları  tərəfindən  təbliğ 
olunan  ictimai  bərabərlik  ideyası  cəlbedici  qüvvəyə  malik  idi  və  şəhərlərdə, 
kəndlərdə əhalinin geniş kütlələrinin hərəkatda iştirakını təmin edirdi. Hakimiyyətə 
gəlmiş Səfəvilər əxiliyin və şiəliyin utopik ideyalarını tamamilə inkar etdilər. Bu, 
ruhani dayaqlara malik olan əsil feodal dövləti idi.
27
  Lakin  “etnik  mənşəyi xüsusi 
tədqiqat  tələb  etməyən”
28 
Səfəvilər  dövlətinin  yaranması  mütərəqqi  hadisə  idi. 
Milli  dövlətlərin  yaranması  meyli  orta  əsrlərdə  tərəqqinin  ən  mühüm  aləti  idi. 
Osmanlı  -  Səfəvi  münasibətlərində  mərkəzi  yerlərdən  biri  sünni-şiə  problemi 
tuturdu. Lakin belə hesab etmək olar ki, bu problem dini səciyyədən daha çox milli 
və  siyasi  səciyyəyə  malikdir.  İslam  dinində  olan  ayrılıqlar  siyasi  qarşıdurma 
prosesində  yalnız  ideoloji  vasitə  kimi  istifadə  olunurdu.  Bütün  XVI  əsr  ərzində 
şiəlik Osmanlı hakimiyyəti üçün həmçinin daxili təhlükə olmuşdur. Kiçik Asiyanın 
şərq  hissəsində  (Anadoluda)  şiəlik  geniş  yayılmışdı  və  osmanlılara  qarşı 
mübarizədə  şüar  idi.
29
  Səfəvi  dövləti  bundan  istifadə  etməyə  çalışırdı.  Səfəvilər 
dövlətinin  meydana  gəlməsi  və  güclənməsi  Yaxın  və  Orta  Şərq  regionundakı 
beynəlxalq  münasibətlər  sisteminə  dinamiklik,  yenilik  gətirdi.  Bu  dövrdə  “xarici 
siyasət  amillərinin  Azərbaycanın  və  ona  qonşu  olan  ölkələrin  daxili  siyasi  və 
iqtisadi həyatına təsiri xeyli artdı”.
30
 Dini şüarlar altında baş vermiş uzunmüddətli 
Osmanlı-Səfəvi  qarşıdurmasının  (müharibələr,  qəfil  hücumlar,  bir-birinin  daxili 
işlərinə  qarışmaq  faktları  və  s.)  mənfi  nəticələri  qarşılıqlı  səciyyə  daşımışdır. 


175 
 
Osmanlı  Türkiyəsi  Azərbaycan  Səfəvilər  dövlətinin  Qərb  ölkələri  ilə  qarşılıqlı 
ictimai-siyasi,  iqtisadi  və  mədəni  münasibətlərinin  gedişinə  əngəl  idisə, 
Azərbaycan  Səfəvilər  dövləti  də  Osmanlı  Türkiyəsinin  şərq  istiqamətindəki 
müvafiq münasibətlərinin axarına maneçilik törədirdi. 200 ildən artıq davam etmiş 
Osmanlı-Səfəvi  qarşıdurmasından  zərərçəkənlər  əsasən  bu  iki  türk  dövlətləri 
oldular.  Hər  iki  dövlət  arasındakı  qüvvələr  müvazinəti  onların  daxili  iqtisadi, 
ictimai-siyasi  və  mədəni  inkişafındakı  imkanların  daha  bariz  şəkildə  aşkara 
çıxmasına  əngəllər  törətdi.  Müharibələr  zamanı  minlərlə  Azərbaycan  sənətkarı, 
memarı,  şairi,  kalliqrafı,  alimi  əsir  alınaraq  Osmanlı  imperiyasına  aparılmışdı. 
İşğal,  dağıntılar,  əsarət  bir  çox  Azərbaycan  mədəniyyəti  xadimlərinin  başqa 
ölkələrə mühacirət etməsini sürətləndirmişdi. Osmanlı sultanları qonşu ölkələrdən 
əsir  gətirilmiş  mədəni  potensiala  böyük  əhəmiyyət  verir  və  bu  potensialdan 
maksimum dərəcədə istifadə  etməyə çalışırdılar. Osmanlı sarayında  sənətkarların, 
memarların,  şairlərin  və  alimlərin  xüsusi  siyahıları  tərtib  edilmişdi.  Həmin 
siyahılarda əsir alınıb sənətkarlıq, incəsənət və elm sahələrində istifadə edilənlərin 
adı,  ixtisası, gətirildiyi ölkə, sultan sarayında qeydiyyata alındığı vaxt və gündəlik 
maaşı qeyd olunurdu. Belə siyahılardan ən ilkini 1526-cı ilin yanvarına aiddir.
31
 
Memar,  şair,  alim,  musiqiçi,  rəssam  və  kalliqrafların  (xəttatların) 
Azərbaycandan  uzaq  düşməsi  yalnız  xarici  səciyyəli  hadisələrlə  əlaqədar  deyildi. 
Səfəvilər  dövlətinin  öz  daxilində  baş  verən  ictimai-siyasi  və  hərbi  səciyyəli 
hadisələr  də  ədəbiyyat  və  incəsənət  xadimlərini  Azərbaycanı  tərk  etməyə  vadar 
etmişdi. Onların könüllü surətdə mühacirət etdiyi ölkə Hindistan idi. “XVI və XVII 
əsrlərdə  Səfəvi  dövlətindən,  xüsusilə  Azərbaycandan  Hindistana  siyasi  və  dini 
əqidələrinə  görə  təqib  olunan  alimlər  və  şairlər  mühacirət  etdilər.  Onlar 
Hindistanda yaxşı qarşılandılar və onlardan bir çoxu ömrünün sonlarınadək orada 
qaldı.”
32
  Lakin  qeyd  etmək  zəruridir  ki,  Hindistana  və  digər  ölkələrə  köçmüş 
Azərbaycan mədəniyyət xadimlərinin Səfəvilər dövründə siyasi və dini əqidələrinə 
görə  təqib  olunan  hissəsindən  başqa,  dövlətlərarası  razılaşma  əsasında  yaşayış-
fəaliyyət yerlərini dəyişənlər də var idi. Türk-monqol mənşəli, İslam əqidəli Moğol 
hökmdarları  ilə  Səfəvi  şahları  arasında  sabit  münasibətlər  mədəniyyətlərin 
qarşılıqlı təsiri üçün geniş imkanlar açmışdı. 
Orta əsr cəmiyyətində, ictimai-iqtisadi, siyasi-ideoloji, dini ziddiyyətlərin 
mövcud olduğu  sistemdə  dövlət hakimiyyətinin  mədəni proseslərə  nəzarət  etməsi 
obyektiv gerçəklikdir. Hər bir tarixi mərhələdə hökmran sinfin fikirləri cəmiyyətdə 
hakimdir.  Cəmiyyətin  hakim  maddi  qüvvəsini  təmsil  edən  sinif  eyni  zamanda 
aparıcı  mənəvi  qüvvədir.  Maddi  istehsal  vasitərərinə  malik  olan  sinif  mənəvi 
istehsal  vasitələrinə  də  malikdir.  Məhz  bunun  sayəsində  mənəvi  istehsal 
vasitələrinə  malik  olmayanların  fikirləri  hakim  sinfin  fikirlərinə  tabe  vəziyyətdə 
olur. Səfəvilər dövlətinin XVI əsrin ortalarından etibarən yenidən dini ideologiyaya 
üstünlük  verməsi  ölkədə  ictimai  mübarizənin  kəskinləşməsindən  irəli  gəlirdi. 
Ruhani  feodallar  olan  Səfəvilərin  bu  mövqeyi  təbii  idi.  Dünyəvi  hakimiyyətə  də 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə