Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   73   74   75   76   77   78   79   80   ...   138

165 
 
başladılar.  Ağqoyunlu  sultanlarının  hakimiyyəti  dövründə  Avropa  elçi  və 
səyyahlarının  Azərbaycanda  daha  çox  “peyda  olması”  Qərb  hökmdarlarının 
Ağqoyunlu sultanlarını Osmanlı dövləti əleyhinə təşkil olunan ittifaqa cəlb etmək 
istəyi  ilə  bağlı  olmuşdur.  Siyasi,  diplomatik,  iqtisadi,  dini-ideoloji  məqsədlərlə 
Azərbaycana  gəlmiş  Avropa  “səyyahları”  istər-istəməz  ölkənin  mədəni  həyatı  ilə 
bağlı olan faktlara diqqət yetirirdilər. Bəzi qüsurlarına, gerçəkliyə uyğun olmayan 
məlumatlara baxmayaraq, onların qeydləri diqqəti cəlb edir. 
Rui  Qonsales  de  Klavixo  Kastiliya  kralı  III  Enrikonun  1403-1406-cı 
illərdə Teymurilər dövlətində səfiri olmuş, Aralıq dənizi, Kiçik Asiya, Azərbaycan 
və  İrandan  keçərək  1404-cü  ilin  4  sentyabrında  Səmərqəndə  çatmış  və  danışıqlar 
apardıqdan sonra həmin yolla da İspaniyaya qayıtmışdı. Onun səfir olduğu zaman 
tərtib  etdiyi  gündəlik  bir  sıra  Yaxın  Şərq  və  Mərkəzi  Asiya  xalqları  tarixinin 
öyrənilməsində  (habelə  Azərbaycan  tarixinin  tədqiqində)  dəyərli  mənbədir. 
Klavixo Xoy, Təbriz, Miyanə, Sultaniyyə, Əlincə qalası, Xəzər dənizi haqqında da 
məlumatları  “gündəliyinə”  daxil  etmişdi.  O,  1412-ci  ilin  2  aprelində  dünyasını 
dəyişmişdir. 
Klavixonun  Təbrizə  dair  müşahidələrində  deyilir:  “Bu  şəhərdə  heyrət 
olunacaq  oymalar  və  şəbəkələr,  yunan  ustalarının  işlədiyi  mina  və  qızıl,  habelə 
çoxlu  gözəl  şüşələrlə  bəzədilmiş  çox  böyük  binalar  və  məscidlər  var.  Söyləyirlər 
ki, bu gözəl işləri mötəbər və varı ilə tanınmış adamlar gördürmüşlər, onlar bir-biri 
ilə bəhs etdiklərindən, kimin daha yaxşı iş görəcəyini bilmək istəmiş və beləliklə, 
bütün  varını  xərcləmişlər.  Bu  binaların  və  tikililərin  arasında  gözəl  və  zəngin 
işlənmiş, divarla əhatə olunmuş böyük bir ev olmuşdur, bu evdə iyirmi min hücrə 
və  ayrı-ayrı  otaqlar  var  imiş…”.
65
  Klavixonun  “Azərbaycan  haqqında  məlumatı 
əvvəlki  Qərb  səyyahlarınınkından  daha  ətraflıdır,  dəqiqdir”.
66
  Onun  Təbriz 
haqqındakı  məlumatı  daha  qiymətlidir.  “Şərqin  bu  qədim  iqtisadiyyat  və 
mədəniyyət 
mərkəzi 
haqqında 
Klavixonun 
məlumatı 
başqa 
Avropa 
səyyahlarınınkından daha genişdir, hərtərəflidir”.
67
 
İohann  Şiltberqer  alman  səyyahı  idi.  O,  təqribən  1380-ci  ildə  anadan 
olmuşdur.  İohann  Şiltberqer  Şərq  ölkələrinə  uzunmüddətli  səyahətə  çıxmış  ilk 
Avropa  səyyahlarından  biridir.  Onun  müxtəlif  Asiya  ölkələrinə  səyahəti  təqribən 
33 il davam etmişdir (1394-1427). Lakin onun “səyahəti” taleyin hökmü ilə zorən 
baş  verdi  (səyyah  öncə  osmanlılara,  sonra  isə  Teymura  əsir  düşmüşdü). 
İ.Şiltberqerin “Səyahətnamə”si ilk dəfə 1473-cü ildə nəşr olunmuşdur. O, Təbriz, 
Astara,  Naxçıvan,  Şamaxı,  Şabran,  Dərbənd,  Şəki,  Maku,  Marağa  şəhərlərində, 
Lahıc qəsəbəsində də olmuşdur.
68
 
Katerino Zeno XV əsrdə yaşamış italyan (Venesiya) diplomatı olmuşdur. 
Katerino  Zenonun  Azərbaycan  sarayı  ilə  qohumluq  əlaqəsi  də  vardı.  O,  “Uzun 
Həsənin  arvadı  Dəspinə  xatunun  bacısı  qızı  Violantaya  evlənmişdi”.
69
  Katerino 
Zeno 1471-1473-cü illərdə Venesiya Respublikasının Ağqoyunlu dövlətində səfiri 
olmuşdur.  Venesiya  senatı  1471-ci  ildə  “qohumluq  faktını”  nəzərə  alaraq,  onu 


166 
 
Ağqoyunlu  sarayına  səfir  təyin  etmişdi.  Bu  şəxs  Ağqoyunluların  Otluqbeli 
döyüşündəki  (11.08.1473)  məğlubiyyətindən  sonra  Uzun  Həsənin  elçisi  kimi 
danışıqlar  aparmaq  üçün  Avropaya  göndərilmişdi  və  daha  sonra  (1474-cü  ildə) 
Venesiyaya  qayıtmışdı.  O,  vətənində  “Səyahətnamə”sini  (xatiratını)  yazmışdı. 
Əsərin  əlyazması  itmiş,  lakin  sonralar  onun  Azərbaycandan  Venesiya  senatına 
göndərdiyi məktubları və şəxsi qeydləri əsasında bərpa olunmuşdur. 
İosafat  Barbaro  (1413-1494)  italyan  (Venesiya)  diplomatı,  taciri  və 
səyyahı  idi.  Bu  şəxs  1474-1478-ci  illərdə  Venesiya  Respublikasının  Ağqoyunlu 
dövlətində  səfiri  olmuşdur.  O,  Osmanlı  dövlətinə  qarşı  Ağqoyunlu  dövləti  ilə 
ittifaq bağlamağa nail olmuşdu. Bu səfir Şamaxı, Dərbənd, Təbriz və s. şəhərlərin 
təsvirini  də  vermişdir.  O,  Venesiyanın  hərbi-siyasi  və  mədəniyyət  tarixində 
məşhurlaşmış Barbarolar nəslinin nümayəndələrindəndir. O da Katerino Zeno kimi 
Uzun  Həsənin  bir  çox  hərbi  səfərlərində  iştirak  etmiş,  bir  sıra  hadisələrin  şahidi 
olmuşdur.  İosafat  Barbaro  Uzun  Həsənin  ölümündən  sonra  Ağqoyunlu  sarayını 
tərk etmişdir. Onun “Tanaya (Tanaisə - red.) və İrana səyahət” adlı əsəri vardır. Bu 
əsər 1543-cü ildə Venesiyada nəşr olunmuşdur. 
Ambrocco  Kontarini  italyan  (Venesiya)  diplomatı,  səyyahı  olmuş  və 
1499-cu  ildə  vəfat  etmişdir.  O,  1474-1475-  ci  illərdə  Venesiyanın  Ağqoyunlu 
dövlətində  səfiri  vəzifəsini  icra  etmişdir.  Onun  başlıca  məqsədi  Uzun  Həsəni 
osmanlılara  qarşı  müharibəyə  təhrik  etmək  idi.  Bu  səfirin  “Şöhrətli  Venesiya 
Respublikasının  məşhur  İran  şahı  Uzun  Həsən  sarayında  səfiri  Ambrocco 
Kontarininin  səyahəti”  adlı  əsəri  vardı.
70
  1474-cü  ilin  sentyabrının  sonlarında 
Sultaniyyəni görmüş Ambrocco Kontarini yazmışdı: “Sultaniyyə ilk baxışda gözəl 
şəhərdir  və  ağcdan  xeyli  böyük  qalası  var  (əhatələnmiş  məscidləri  səhvən  “qala” 
adlandırır  -  red.).  Bu  qalada  məscid  var.  Görünür,  çox  qədim  olan  bu  məscid, 
özünün  üç  tunc  darvazası  ilə  xüsusilə  gözəldir.  Bu  darvazalar  Venesiyadakı 
müqəddəs  Mark  kilsəsinin  darvazalarından  hündürdür  və  onlara  oyma  üsulu  ilə 
gümüşü  bəzək  vurulmuşdur.  Darvazalar  dedikcə  gözəldir  və  şübhəsiz  ki,  çox 
dəyərlidir”.
71
 
XV  əsr  Azərbaycan  tarixinin  xüsusi  əhəmiyyətə  malik  olmuş  keyfiyyət, 
dönüş  mərhələsidir.  Azərbaycan  məhz  bu  mərhələdə  müxtəlif  iddialı  Şərq 
hökmdarlarının,  dövlətlərinin  təqribən  200  illik  əsarətindən  qəti  şəkildə  qurtuldu. 
Əski  siyasi  qurumların  sabit  inkişafı,  yeni  və  müstəqil  feodal  dövlətlərinin 
yaranması və genişlənməsi üçün əlverişli şərait məhz bu tarixi mərhələdə yarandı. 
Həmin  əsrin  əvvəlində  bütün  Azərbaycanın  vahid  dövlət  daxilində  birləşməsi 
imkanı gerçəkləşmədi. XV yüzillik ərzində Azərbaycanın ictimai-iqtisadi, siyasi və 
mədəni  inkişafı  üç  dövlətin  (Şirvanşahlar,  Qaraqoyunlu  və  Ağqoyunlu)  varlığı 
şəraitində  baş  verdi.  Bu  dövrdə  Azərbaycan  mədəniyyətinin  daha  sabit  inkişafı 
Şirvanşahlar  dövləti  tərkibində  olan  vilayətlərdə  nəzərə  çarpırdı.  Ölkənin 
Cənubunda  mədəni  həyatda  böyük  canlanma  Ağqoyunlu  dövlətinin  varlığı  (son 
dövrü istisna olunmaqla) ərzində müşahidə olunurdu. XV əsrdə Azərbaycan xalqı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə